ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə96/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   92   93   94   95   96   97   98   99   ...   123

 

310 


qoyması,  qüdrətli  ordu  quruculuğu  istiqamətində  həyata 

keçirilən  mühüm  tədbirləri  əks  etdirən  fotolara  geniş  yer 

verilmişdir. 

Bildirildi  ki,  ümummilli  liderin  xatirəsinin  əbədiləşdirilməsi 

baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ulu öndərin həyatının 

və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 

materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar,       o cümlədən 

müxtəlif  illərdə  Beyləqana  səfərləri  ilə  bağlı  fotolar  nümayiş 

etdirilir.  Burada  kompüterlər  və  digər  ən  müasir  avadanlıqlarla 

təchiz olunan xidməti otaqlar, məktəblilərin Azərbaycanın zəngin 

tarixini  dərindən  öyrənmələri  üçün  xüsusi  dərnəklər  fəaliyyət 

göstərəcəkdir. 

Mərkəzin  birinci  mərtəbəsində  rəsm  studiyası,  fotostudiya, 

elektron  kitabxana,  internet  otağı,  xarici  dil  kursu,  xalçaçılıq  və 

virtual  siniflər  yerləşir.  Burada,  həmçinin  akt,  konfrans  və 

ekspozisiya  zalları  yaradılmışdır.  Ekspozisiya  zalında  ümummilli 

lider  Heydər  Əliyevin  həyat  və  fəaliyyətini,  xarici  ölkələrdə  və 

respublikamızın  regionlarında  keçirdiyi  görüşləri  əks  etdirən 

fotolar  yer  almışdır.  Burada  tarixən  Azərbaycan  ərazisində  möv-

cud olmuş dövlətlər və onların bayraqları xüsusi lazer görüntüləri 

vasitəsilə nümayiş olunur. Kitabxanada ulu öndər Heydər Əliyevə 

və prezident İlham Əliyevə həsr olunan kitablar, jurnallar, qəzetlər 

və müxtəlif nəşrlər toplanmışdır. 

Prezident İlham Əliyev Mərkəzin Xatirə kitabına ürək sözlərini 

yazdı. 

Sonra  Azərbaycan  prezidenti  Ağcabədi  və  Beyləqan  rayon-

larında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və 

İqtisadi  İnkişaf  Nazirliyinin  Sahibkarlığa  Kömək  Milli  Fondu 

vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən 

stendlərlə tanış oldu. 

İqtisadi  İnkişaf  naziri  Şahin  Mustafayev  Aran  iqtisadi  ra-

yonunun  iqtisadi  potensialı,  göstəriciləri,  sosial  və  infrastruktur 

layihələri,  istehsal  və  emal  müəssisələri  və  digər  görülmüş  işlər, 

Sahibkarlığa  Kömək  Milli  Fondu  vasitəsilə  verilmiş  güzəştli 

kreditlərin  dinamikası,  yaradılmış  yeni  iş  yerləri,  maliyyələş-


 

311 


dirilmiş  müasir  texnologiyaların  tətbiqinə  əsaslanan  layihələr 

barədə məlumat verdi. Bildirildi ki, fond tərəfindən indiyədək     14 

min  600-dən  artıq  sahibkara  910  milyon  manatdan  çox  güzəştli 

kredit verilmişdir. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin 

yaradılması  nəzərdə  tutulur.  Verilmiş  kreditlərin                  63  faizi 

aqrar  sektorun,  33  faizi  sənayenin,  4  faizi  isə  turizmin  payına 

düşür. 

Bildirildi  ki,  fond  vasitəsilə  müasir  texnologiyaların  tətbiqinə 

əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat 

kredit 

verilmişdir.  Dövlətin  güzəştli  kreditləri  hesabına 

rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən kiçik 

və  orta  qeyri-neft  sənaye  müəssisələrinin  yaradılması  respub-

likanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələba-

tının  yerli  istehsal  hesabına  ödənilməsi  ilə  yanaşı,  ölkənin  ixrac 

potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. 

Şahin  Mustafayev  prezident  İlham  Əliyevin  tapşırığı  ilə  özəl 

pilot  taxılçılıq  təsərrüfatlarının  yaradılması  ilə  əlaqədar  görülən 

işlər barədə də məlumat verdi. 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

312 


 

ARAN VƏ YUXARI QARABAĞ BÖLGƏSİNDƏ 

FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLARLA 

GÖRÜŞ

  



 

Azərbaycan  prezidenti  İlham  Əliyevin  iştirakı  ilə  oktyabrın 

28-də  Beyləqanda  Heydər  Əliyev  Mərkəzinin  akt  zalında  Aran 

və  Yuxarı  Qarabağ  bölgələrində  fəaliyyət  göstərən  sa-

hibkarlarla görüş keçirilmişdir.  

Dövlət başçısı görüşdə giriş nitqi söylədi:  

 

–  Həm  Bakıda,  həm  bölgələrdə  sahibkarlarla  görüşlərim 



mütəmadi  xarakter  daşıyır.  Bugünkü  görüş  də  bölgənin 

sahibkarları  ilə  keçirilir.  Əminəm  ki,  müzakirə  ediləcək 

məsələlər  bu  bölgənin  biznes  mühitinin  yaxşılaşdırılmasına  öz 

töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq. 

Son  illərdə  Azərbaycanın  regionlarında  böyük  quruculuq 

işləri aparılır. 2 Dövlət Proqramı qəbul edilmişdir. 2004–2008-

ci  illəri  və  2009–2013-cü  illəri  əhatə  edən  dövlət  proqramları 

uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və 

bu  proses  davam  etdirilir.  2004-cü  ildən  bu  günə  qədər  90 

milyard  dollardan  çox  vəsait  qoyulmuşdur.  Təkcə  bu  ilin  9 

ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu çox böyük 

rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni 

məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu 

nə qədər böyük əhəmiyyətə malik olan məsələdir. 

                                            

 



Аран вя Йухары Гарабаь бюлэяляриндя фяалиййят эюстярян 

сащибкарларла  эюрцшdə  Игтисади  İнкишаф  назири  Шащин 

Мустафайев,  «Гарабаь  Тахыл»  мцяссисясинин  рящбяри  Ряъяб 

Оруъов,  «Араз»  дамазлыг  гушчулуг  фабрикинин  рящбяри  Ялиф 

Щейдяров  вя  Фцзули  Сойудуъу  Анбарынын  рящбяри  Айдын 

Щцсейнов чыхыш етдиляр.

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə