ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə97/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   93   94   95   96   97   98   99   100   ...   123

 

313 


Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı,  hesab 

edirəm  ki,  son  illər  ərzində  ölkəmizi  hərtərəfli  inkişaf  etdirən 

əsas alət olmuşdur. 

Bu  proqram  qəbul  olunanda  hədəflər  də  müəyyən  edilmişdi 

və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə 

demək  mümkündür  ki,  əsas  hədəf  ölkə  iqtisadiyyatını 

şaxələndirmək  idi  və  neft-qaz  amilindən  asılılığı  azaltmaq 

məqsədləri  daşıyırdı.  Hesab  edirəm  ki,  biz  bu  hədəflərə 

çatmışıq,  bütün  bölgələrdə  quruculuq,  abadlıq,  infrastruktur 

işləri  aparılır.  Bölgələrlə  şəhərlər  arasında,  yəni  paytaxt 

arasında  fərq  azalır.  Bu  gözəl  nəticələri  biz  gündəlik  həyatda, 

statistik göstəricilərdə də müşahidə edirik. 

Sahibkarlığa  Kömək  Milli  Fondunun  xətti  ilə  900  milyon 

manatdan çox vəsait ayrılmışdır. Təkcə bu il bu məbləğ    200 

milyon  manatdır.  Gələn  il  300  milyon  manat  olacaqdır.  Bu, 

bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki 

hər  bir  layihə  ölkə  iqtisadiyyatının  şaxələndirilməsinə  xidmət 

göstərir.  Hər  bir  layihə  iqtisadiyyatımızın  real  sektoruna 

qoyulan  investisiyalardır.  Bu  investisiyaların  mAhiyyəti  ondan 

ibarətdir ki, investisiyalar ilk növbədə, dövlət siyasətinə uyğun 

şəkildə  qoyulur,  digər  tərəfdən,  dövlətlə  özəl  sektor  arasında 

yeni,  çox  sağlam  münasibətlər  formalaşır.  Çünki  Sahibkarlığa 

Kömək  Milli  Fondunun  xətti  ilə  həyata  keçirilən  layihələrin, 

demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı 

hesabına  həyata  keçirilir.  Verilən  güzəştli  kreditlər  və  eyni 

zamanda,  sahibkarların  öz  vəsaiti  artıq  bu  tərəfdaşlığı 

möhkəmləndirir. 

Hesab  edirəm  ki,  bizim  təcrübəmiz  dünya  miqyasında  çox 

dəyərlidir,  çox  uğurludur.  Bu  təcrübə  onu  göstərir  ki,  dövlətlə 

özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm, 

bir  daha  demək  istəyirəm  ki,  ölkənin  gələcək  inkişafı 

sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır. Əlbəttə, bizim 

böyük  enerji  resurslarımız  vardır  və  biz  bu  resurslardan 

səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya 

miqyasında 

ən 


səmərəli 

üsul 


və 

yanaşma 


məhz 


 

314 


Azərbaycandadır. 

Bizim 


təcrübəmiz 

öyrənilir. 

Xarici 

tərəfdaşlarla  enerji  sahəsində  əməkdaşlığımız  nümunəvi  xa-



rakter  daşıyır.  Çünki  bir  tərəfdən,  biz  investorların  investi-

siyalarını  lazımi  şəraitdə,  lazımi  səviyyədə  qoruyuruq.  Digər 

tərəfdən,  dövlət  maraqlarını  maksimum  dərəcədə  müdafiə 

edirik.  Bu  sahədə  əldə  edilmiş  təcrübə,  əlbəttə  ki,  başqa 

sahələrdə  də  tətbiq  edilir.  Son  illər  ərzində  Azərbaycanda 

qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini 

də böyük dərəcədə yaxşılaşdırmışdır. 

Xarici  sərmayələr  nəticəsində  icra  edilən  kontraktlarda 

iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdi və 

öz  növbəsində  ölkəmizin  qeyri-neft  sektorunun  inkişafına 

maliyyə dəstəyini göstərmiş oldu. Yəni bu, vacib məsələlərdən 

biridir  və  gələcəkdə  vacib  məsələ  kimi  qalacaqdır.  Ancaq 

bununla  bərabər,  qeyri-neft  sektorunun  inkişafı  bizim  üçün 

prioritetdir  və  regionların  sosial-iqtisadi  inkişafı  dövlət 

proqramlarının  qəbul  olunması  və  icra  edilməsi  məhz  bu 

məqsədi  daşıyır.  Deyə  bilərəm  ki,  bu  ilin  statistik  göstəriciləri 

bir  daha  nümayiş  etdirir  ki,  biz  bu  sahədə  böyük  uğurlara  nail 

ola  bilmişik.  9  ayda  qeyri-neft  sektorumuz          10  faizdən  çox 

artmışdır.  Qeyri-neft  sənayemiz  7  faizdən  çox  artmışdır. 

Beləliklə,  ölkə  iqtisadiyyatının  şaxələndirilməsi  prosesi  davam 

etdirilir. 

Kreditlərin  verilməsi  və  dövlət  tərəfindən  layihələrin 

icrasına  nəzarətin  gücləndirilməsi  öz  müsbət  rolunu  oynayır. 

Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış 

müxtəlif  layihələr  üzrə  biznes-planlar,  əlbəttə  ki,  sahibkarların 

işini  də  asanlaşdırır.  Çünki  sahibkarlıqla  məşğul  olmaq  üçün 

təkcə  ilkin  kapital  kifayət  etməz.  Eyni  zamanda,  düşünülmüş, 

sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes-plan 

da  lazımdır.  Dövlətimiz  bu  sahədə  sahibkarlara  öz  yardımını 

əsirgəmir.  Həm  güzəştli  kreditlər,  eyni  zamanda,  müxtəlif 

layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf 

etdiriləcək  istiqamətləri  müəyyən  edir.  Eyni  zamanda, 

sahibkarlara  göstərilən  dövlət  dəstəyi  və  Prezident  tərəfindən 



 

315 


göstərilən  dəstək,  əlbəttə  ki,  sahibkarları  həm  ruhlandırır,  həm 

də onlar üçün yeni gözəl şərait yaradır. 

Onu  da  qeyd  etmək  istəyirəm  ki,  bölgə  sahibkarlarının 

uğurlu  fəaliyyəti  üçün  yerli  icra  orqanlarına  da  mütəmadi 

qaydada  göstərişlər  verilir  ki,  sahibkarların  fəaliyyətini  dəstək-

ləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün 

lazımi şəraiti yaratsınlar. Çünki bir daha demək istəyirəm, ölkə 

iqtisadiyyatının  gələcək  inkişafı  sahibkarlığın  inkişafından 

bilavasitə asılıdır. 

Biz  gələcək  illər  üçün  yeni  proqramlar  hazırlayırıq.  Bu  da 

təbiidir.  Çünki  həyat  yerində  durmur.  Deyə  bilərəm  ki,  2004–

2013-cü  illəri  əhatə  edən  2  Dövlət  Proqramının  uğurlu  icrası 

nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri 

başa  çatacaqdır.  Bu  layihələrin  böyük  əksəriyyəti  artıq  başa 

çatmışdır.  Əvvəlki  illərdə  müxtəlif  sahələr  üzrə  mövcud  olan 

problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. 

Vaxtilə  elektrik  enerjisi  ilə  təchizat  narahatlıq  yaradırdı.  Artıq 

bu  problem  aradan  qaldırılmışdır  və  beləliklə,  sahibkarların 

fəaliyyəti,  yeni  müəssisələrin  yaradılması  üçün  gözəl  şərait 

vardır. 


Yollarla  bağlı  problemlər  öz  həllini  tapmaqdadır.  Bütün 

magistral  yollarda  əsaslı  təmir  işləri  davam  etdirilir,  yaxud  da 

ki,  başa  çatmışdır.  Şəhərlərarası  yollar  təmir  edilir.  Biz  indi 

kənd  yollarının  tikintisinə ciddi  şəkildə başlamışıq. Gələn illər 

ərzində bu proses davam etdiriləcəkdir. 

Qazlaşdırma  ilə  bağlı  məsələlər,  kənd  təsərrüfatı  texni-

kasının  çatışmazlığı  sahibkarlığı  əngəlləyən  ən  böyük  məsələ 

idi.  Vaxtilə  «Aqrolizinq»,  «Aqroservis»  dövlət  şirkətlərinin 

yaradılması bu istiqamətdə atılan çox önəmli addım idi. Dövlət 

öz  tərəfindən  texnikanı  alır  və  lizinq  şərtləri  ilə  sahibkarlara 

icarəyə  verir.  Yəni  bu  problemi  də  dövlət  öz  üzərinə 

götürmüşdür.  Eyni  zamanda,  kənd  təsərrüfatında  fəaliyyət 

göstərən  sahibkarlar  torpaq  vergisindən  başqa,  bütün  vergi-

lərdən azaddırlar və onlara lazımi səviyyədə subsidiyalar verilir 

–  həm  yanacaq,  həm  gübrə,  həm  güzəştli  kreditlər.  Dövlət 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə