ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə94/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   90   91   92   93   94   95   96   97   ...   123

 

304 


mərkəzində  ən  yüksək  standartlara  cavab  verən  xəstəxanalar 

yaranacaqdır. Bu bizim siyasətimizdir. 

Bizim  siyasətimiz  sosialyönümlü  siyasətdir.  Sosial  məsələ-

lərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində 

səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən 

vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti 

bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə 

yanaşır.  Saatlı  rayonunda  Olimpiya  İdman  Mərkəzi 

tikilməkdədir  və  bu  da,  əlbəttə  ki,  insanların  sağlamlığına 

xidmət edən məsələdir. 

Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki 

dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində 

bir 

çox 


kəndlərdə 

su 


təchizatı 

böyük 


dərəcədə 

yaxşılaşdırılmışdır.  Hazırda  Saatlının  kompleks  su  təchizatı  və 

kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm  ki,  1 il, 

il  yarım  ərzində  bu  böyük  layihə  də  başa  çatacaq,  beləliklə, 

insan  sağlamlığı  üçün  ən  vacib  məsələlərdən  biri  olan  təmiz 

içməli su təchizatı da həllini tapacaqdır. 

Ölkəmizdə  sosialyönümlü  digər  tədbirlər  də  geniş  vüsət 

almışdır.  Məktəb  tikintisi  –  o  cümlədən  Saatlıda  da  bu 

istiqamətdə böyük işlər görülür – digər sosial obyektlərin, sosial 

infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. 

Beləliklə,  ölkəmiz  hərtərəfli  inkişaf  edir,  ölkəmizin  bütün 

bölgələri inkişaf  edir.  Vaxtilə  qəbul  edilmiş  regionların  sosial-

iqtisadi  inkişafı  Dövlət  Proqramı  uğurla  icra  edilir.  İkinci 

Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə, 

nəzərdə  tutduğumuz  bütün  məsələlər,  bölgələrin  inkişafı  ilə 

bağlı bütün məsələlər öz həllini tapacaqdır. 

Səhiyyə məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, 

bu  bizim  üçün  prioritet  məsələdir.  Bu  sahədə  aparılmış 

islahatlar  artıq  öz  gözəl  nəticələrini  verməkdədir.  Gözəl 

xəstəxanalar,  müasir  avadanlıqlarla  təchiz  edilən  böyük  tibb 

mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən 

yeni  tibb  mərkəzləri  yaranmışdır.  İndi  Azərbaycanda  ən  ağır 

əməliyyatlar  həyata  keçirilir.  Vaxtilə  bu  əməliyyatlar  üçün 



 

305 


bizim  vətəndaşlarımız  başqa  ölkələrə  getməyə  məcbur  idilər. 

İndi  ən  ağır  əməliyyatlar  da  Azərbaycanda  yüksək  səviyyədə 

həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək 

səviyyədə  təşkil  olunmalıdır.  Mən,  demək  olar  ki,  hər  bir 

xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, 

hər bir vətəndaş ildə 1 dəfə müayinədən keçməlidir. İndi buna 

şərait  də  imkan  verir.  Əvvəlki  dövrdə  bu  mümkün  deyildi. 

Amma indi Saatlı xəstəxanasında ən müasir avadanlıqlar vardır. 

Beləliklə,  hər  bir  vətəndaş  ildə  1  dəfə  mütləq  müayinədən 

keçməlidir.  Amma  elə  vətəndaşlar  var  ki,  öz  sağlamlıqlarına 

biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki 

indi  şəraitlə  bağlı  heç  bir  problem  yoxdur.  Diaqnostika  mər-

kəzləri,  mərkəzi  rayon  xəstəxanalarında  ən  müasir  diaqnostika 

avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları – hər şey vardır. 

İnsan  öz  sağlamlığını  özü  qorumalıdır.  Dövlət,  əlbəttə,  öz 

tərəfindən  bütün  lazımi  tədbirləri  görür.  Ancaq  insanların 

sağlamlığı onların əlindədir. İldə 1 dəfə, bir neçə saat vaxt sərf 

etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən 

özünü  sığortalayır.  Beləliklə,  cəmiyyət  üçün,  ailə  üçün  öz 

xidmətlərini göstərmiş olur. 

Son  illər  aparılan  islahatlar  nəticəsində  statistik  göstəricilər 

də  yaxşılığa  doğru  inkişaf  edir.  Məsələn,  insanların  ömrünün 

uzunluğu  artır,  uşaq  ölümü  azalır.  Bu  hər  bir  ölkənin  ümumi 

inkişafını göstərən amildir. Əfsuslar olsun ki, bu göstərici hələ 

lazımi  səviyyədə  deyil,  ancaq  dinamika  müsbətdir.  Müasir 

xəstəxanaların, 

xüsusilə 

doğum 


şöbələrinin 

fəaliyyəti 

nəticəsində  uşaq  ölümü,  ümumiyyətlə,  dünyanın  inkişaf  etmiş 

ölkələrinin səviyyəsində olmalıdır. 

Bu  statistika  daha  da  müsbət  ola  bilərdi.  Gərək  maarif-

ləndirmə  işləri  daha  geniş  vüsət  alsın  və  insanlar  öz  sağ-

lamlığına  daha  da  böyük  həssaslıqla  yanaşsınlar.  Mən  bunu 

arzulayıram. 

Mən  istəyirəm  ki,  Azərbaycan  xalqı  sağlam  olsun.  Gənc 

nəsil sağlam yetişsin. Bunun üçün, bir daha demək istəyirəm ki, 

kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri, dövlət 



 

306 


siyasəti, həm ekoloji tədbirlər, xüsusilə Kür, Araz çayları boyu 

yerləşən  rayonlarda,  kəndlərdə  ekoloji  vəziyyət,  içməli  su  ilə 

təchizat  xüsusi  məna  daşıyır.  Məhz  buna  görə  biz  bir  neçə  il 

bundan 


əvvəl 

sutəmizləyici 

qurğuların 

yaradılmasına 

başlamışıq.  Bu  gün  bunun  bəhrəsini  görürük.  Əminəm  ki, 

vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam 

olacaqlar.  Həkimlərin  peşəkarlığı,  onların  xəstələrə  qayğısı, 

əlbəttə,  yüksək  səviyyədə  olmalıdır.  Həkimlər  də  biliklərini 

artırmalıdırlar.  Təkmilləşmə  işləri  aparılmalıdır  ki,  məsələlər 

daha da uğurla həllini tapsın. 

Bu  gün  mən  Saatlı  rayonunda  bir  neçə  obyektin  açılışında 

məmnuniyyətlə iştirak etdim. Bu obyektlər bir daha göstərir ki, 

Saatlı  rayonu  hərtərəfli  inkişaf  edir.  Bu  gün  Diyarşünaslıq 

Muzeyinin,  Gənclər  Mərkəzinin,  Şahmat  məktəbinin,  Yeni 

Azərbaycan  Partiyasının  yeni  binasının  açılışlarını  qeyd  etdik. 

Bu  açılışlar  özlüyündə  bir  göstəricidir.  Rayonun  inkişafını 

göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə 

yeni  görkəm  alıbdır  və  böyük  istirahət  zonasına  çevrilibdir. 

Mən  xatırlayıram,  bu  meydanın  əvvəlki  vəziyyəti  o  qədər  də 

ürəkaçan  deyildi.  Amma  indi  insanların  istirahəti,  rahat 

yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir. 

Mənim  sərəncamımla  artıq  bir  neçə  kəndi  birləşdirən  yeni  yol 

çəkilibdir.  Yenə  də  buna  ehtiyac  vardır.  Gələn  aylarda  əlavə 

vəsait ayrılacaqdır. 

İnsanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı 

rayonu  inkişaf  edir.  Mən  dəfələrlə  Saatlıda  olmuşam,  bu, 

Prezident  kimi,  mənim  dördüncü  səfərimdir.  Hər  dəfə  burada 

yenilikləri  görəndə  çox  sevinirəm.  Sizi  –  bütün  Saatlı  sa-

kinlərini  bu  uğurlar  münasibətilə  təbrik  edirəm,  sizə  yeni 

uğurlar, cansağlığı arzulayıram. 



A d e l i n a  Ə l ə k b ə r o v a (xəstəxananın həkimi):  Əziz 

Prezident,  Sizi  bütün  tibb  işçiləri  və  rayonumuzun  ictimaiyyəti 

adından  ürəkdən  salamlayır,  Sizə  «Xoş  gəlmisiniz!»  –  deyirik. 

Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün 

isə yüksək zövqlə yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə