ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə90/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   86   87   88   89   90   91   92   93   ...   123

 

291 


 

HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ 

 

18 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasına  rəsmi  səfərə  gələn  Bosniya 



və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir  İzetbeqoviç 

və  xanımı  Sebiya  İzetbeqoviç  oktyabrın  18-də  Heydər  Əliyev 

Fondunda olmuşlar.  

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviçi  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev qarşıladı. 

Ali  qonağa  və  xanımına  Azərbaycan  xalqının  ümummilli 

liderinin  xatirəsinə  yaradılmış  Fondun  məqsədi  və  fəaliyyəti 

barədə məlumat verildi. 

Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və 

təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata 

keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına 

və tarixinin öyrənilməsinə köməklik göstərir. 

Bakir  İzetbeqoviç  və  xanımı  ulu  öndərin  şəxsi  arxivindən 

götürülmüş  və  onun  fəaliyyətinin  ayrı-ayrı  dövrlərinə  aid 

fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular. 

Fondla  tanışlıq  zamanı  qonaqlara  məlumat  verildi  ki,  ulu 

öndərin  hakimiyyətdə  olduğu  dövr  Azərbaycan  tarixinin  ən 

şərəfli  səhifələrindən  biridir.  Bu  gün  beynəlxalq  birlik  tərə-

findən  ölkəmizin  misilsiz  uğurları  kimi  qəbul  edilən  sosial-

iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin 

fəaliyyətinin bəhrələridir. 

Qonaqlar  fenomen  şəxsiyyət  Heydər  Əliyevin  həyatının  ən 

müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv 

bir  dövrü  barədə  geniş  təsəvvür  yaradan  çoxlu  sənədlərlə, 

dünyanın  tanınmış  siyasi  xadimlərinin  bəxş  etdikləri 

hədiyyələrlə,  ulu  öndərə  həsr  olunmuş  kitablarla,  nüfuzlu  elm, 

mədəniyyət  və  incəsənət  xadimlərinin  müstəqil  Azərbaycan 

dövlətinin  qurucusu  haqqında  fikirləri  ilə  tanış  oldular,  xarici 


 

292 


ölkələrin  liderləri  ilə  görüşlərdə  çəkilmiş  şəkillərə  maraqla 

baxdılar. Ulu öndər Heydər Əliyevin Bakir İzetbeqoviçin atası, 

Bosniya  və  Herseqovinanın  ilk  prezidenti  Aliya  İzetbeqoviçlə 

1995-ci  il  oktyabrın  25-də  Nyu-York  şəhərində  çəkdirdiyi  şəkil 

qonaqlara xoş təsir bağışladı. 

Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç fondla tanışlıqdan 

sonra Xatirə kitabına ürək sözlərini yazdı. 

Ali  qonağa  Heydər  Əliyev  Fondunun  hədiyyəsi  təqdim 

olundu. 

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  və  xa-

nımı  Sebiya  İzetbeqoviç  Heydər  Əliyev  Fondundan  zəngin 

təəssüratla ayrıldılar. 

 

 


 

293 


 

ABŞ-ın NƏQLİYYAT KOMANDANLIĞININ 

KOMANDANI UİLYAM FREYZERİN BAŞÇILIQ 

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

18 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 18-də ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı 

Uilyam  Freyzerin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir.  

Görüşdə  Azərbaycan  Respublikası  ilə  Amerika  Birləşmiş 

Ştatları  arasında  ikitərəfli  münasibətlərin  yüksək  səviyyədə 

olduğu vurğulandı, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu 

inkişafından məmnunluq ifadə edildi. 

Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə müba-

rizə,  regional  sülhün  və  sabitliyin  təmin  olunması  məsələlə-

rindən  danışıldı,  Azərbaycanın  Əfqanıstandakı  sülhməramlı 

missiyada  birbaşa  və  daşımalar  yolu  ilə  iştirakının  əhəmiyyəti 

yüksək  qiymətləndirildi,  əməkdaşlığımızın  bundan  sonra  da 

genişlənəcəyinə əminlik vurğulandı. 

  

 

 

 

 

 

 

 

 

 

 

 


 

294 


 

«CONOCOPHİLLİPS» ŞİRKƏTİNİN PREZİDENTİ 

RYAN LANSIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

19 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  19-da  «ConocoPhillips»  şirkətinin  prezidenti  Ryan 

Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

«ConocoPhillips»  şirkətinin  prezidenti  Ryan  Lans  Azər-

baycanda  xarici  investorlar  üçün  əlverişli  mühitin  yaradıldı-

ğını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın 

olduğunu vurğuladı. 

Dövlətimizin  başçısı  Azərbaycanın  uzun  illər  dünyanın  bir 

çox  nüfuzlu  enerji  şirkətləri  ilə  uğurlu  əməkdaşlığından  məm-

nunluğunu ifadə etdi. 

Görüşdə  Azərbaycan  ilə  «ConocoPhillips»  şirkəti  arasında 

əməkdaşlığın  perspektivləri  ilə  bağlı  məsələlər  ətrafında  fikir 

mübadiləsi aparıldı. 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə