277
AVSTRİYA RESPUBLİKASININ FEDERAL
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB HAYNTZ FİŞERƏ
Hörmətli cənab Federal Prezident!
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan–Avstriya dostluğu və əməkdaşlığı-
nın hərtərəfli inkişafı və möhkəmlənməsi daim xalqlarımızın
mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost
Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il
278
MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB YANOŞ ADERƏ
Hörmətli cənab Prezident!
Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-
qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Macarıstan arasındakı dostluq və
əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla
inkişaf etməkdədir. Biz həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq
istiqamətində atdığımız addımların Macarıstan tərəfindən
dəstəklənməsindən məmnunluq duyuruq.
Əminəm ki, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi,
əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səyləri-
mizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlə-
rinizdə uğurlar, dost Macarıstan xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il
279
ƏLCƏZAİR XALQ DEMOKRATİK
RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə
Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan–Əlcəzair dostluğu və əmək-
daşlığının xoş ənənələrini davam etdirmək üçün bundan sonra
da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, iş-
lərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il