288
Qeyd etdiyiniz kimi, əlaqələrimizi niyyətlərdən konkret
hərəkətə yönəltməyin vaxtı çatıb. Məsələn, iqtisadi əlaqələrin
qurulması, nümayəndə heyətlərinin mübadiləsi, sərmayə
qoyuluşu və sairə. Bosniya və Herseqovina Azərbaycana maraq
göstərir. Sizin yüksək keyfiyyətli və münasib qiymətə təklif
etdiyiniz təbii qazınız vardır. Böyük qaz istehlakçısı
olduğumuza görə biz alternativlər axtarmalıyıq. Biz Sizin
sərmayələrinizdə də maraqlıyıq.
Bosniya və Herseqovinada kənd təsərrüfatı və sənayenin
müxtəlif sahələrinin inkişafına maraq vardır. Bizdə turizmin
inkişafı üçün imkanlar mövcuddur. İlk növbədə, qarşılıqlı
səfərlər həyata keçirməliyik. Bu gün biz bir sıra sənədlər
imzaladıq ki, bunlar da ölkələrimiz arasında daha asan
münasibətlər qurmağa, nümayəndə heyətlərinin, iş adamlarının
qarşılıqlı səfərlərini və digər məsələləri mümkün edir. Əminəm
ki, Sizin dediyiniz kimi, bizi gələcəkdə daha yaxşı münasibətlər
gözləyir.
İstərdim Sizi yenidən Bosniya və Herseqovinaya səfərə
dəvət edim. Bildiyimə görə, Siz təqribən 14 il əvvəl çox
hörmətli atanızla bizim ölkədə səfərdə olmusunuz. Zənnimcə,
bizim gözəl ölkəmizə bir daha səfər etmənizin vaxtı çatıb.
Düşünürəm ki, Azərbaycana səfərə gələcək bosniya və
herseqovinalılar mənim kimi, Sizin ölkənizin və paytaxtınızın
gözəlliyinə heyran olacaqlar. Nümayəndə heyətimizin üzvləri
və mən Bakının gözəlliyinə heyran qaldıq. Bir daha təşəkkür
edirəm.
289
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ
ZİYAFƏTDƏ İŞTİRAK
18 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
adından oktyabrın 18-də ölkəmizdə rəsmi səfərdə olan Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin
şərəfinə rəsmi ziyafət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviç ziyafətdə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Cənab Sədr!
Birinci xanım!
Hörmətli qonaqlar!
Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Çox şadam
ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün və sabah çox gərgin
səfər proqramınız vardır. Əminəm ki, ölkəmizlə daha da
yaxından tanışlıq, insanlarla ünsiyyət Azərbaycan haqqında
Sizdə maraqlı təəssürat yaradacaqdır.
Bu gün görüşümüz zamanı da qeyd etdiyim kimi, biz
ölkələrimiz arasında daha sıx və səmimi əlaqələri yenidən
qurmalıyıq. Sarayevo və Bakı arasında qardaşlaşmış şəhərlər
razılaşmasından 40 il sonra Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə
rəsmi səfər edib. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin
inkişafı uğurla davam etdiriləcəkdir.
Bu gün apardığımız müzakirələr və imzaladığımız sənədlər
ikitərəfli münasibətlərin inkişafına çox yaxşı zəmin yaradır.
Əminəm ki, hökumətlərimiz arasında daha çox razılaşmalara
nail olmaq üçün bundan sonra da qanunvericilik formatı ilə
290
bağlı fəal iş aparmalıyıq. Bu bizim əməkdaşlığımız üçün
vacibdir. Lakin bütün səviyyələrdə daha çox təmaslara
ehtiyacımız var: siyasi, işgüzar, ictimai və mədəniyyət
xadimləri səviyyəsində. İndiyə qədər siyasi əlaqələr, beynəlxalq
təşkilatlarda qarşılıqlı dəstək və eləcə də iqtisadi əməkdaşlığın
yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq.
Əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək
və möhkəmlənəcəkdir.
Bir daha qeyd edirəm ki, bu gün tarixi bir gündür. Mən
Sizinlə görüşməyimə çox şadam. Əminəm ki, ölkəmizə səfə-
rinizi unutmayacaqsınız. Bir daha Azərbaycana «Xoş gəlmi-
siniz!» – deyirəm.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin çıxışı
Təşəkkür edirəm, cənab Prezident! Olduqca səmimi qəbula
görə minnətdaram. Mən deməliyəm ki, şəhərinizin gözəlliyi bizi
heyran edib. Şəhərinizin təmizliyi və gözəlliyi bizə son dərəcə xoş
təəssürat bağışlayır. Sözün əsl mənasında, çox abad və gözəl
şəhərdir. Bu sizin necə xalq olduğunuz haqqında çox şey deyir.
Sizin də qeyd etdiyiniz kimi, bizim oxşar cəhətlərimiz, bənzər
tariximiz vardır. Ölkələrimiz və xalqlarımızın üzləşdikləri
reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər və bir sıra
ağrılı hadisələr bizi birləşdirir. Bu gün də qeyd etdiyim kimi, biz
həmişə Sizin yanınızda olacağıq.
20 il əvvəl burada baş verdiyi kimi, sərhədlərin zorakılıqla
dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir. Beləliklə, biz
ölkəmizin ərazi bütövlüyü naminə mübarizəmizi sülh yolu ilə
davam etdirəcəyik. Düşünürəm ki, gələcəyimiz daha parlaq və
daha yaxşı olacaqdır.
Mən Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim dəstəyi-
mizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya və Herseqovinaya
səfər etmənizi və ölkələrimizin birlikdə sərmayələr qoymasını
gözləyirəm. Təşəkkür edirəm.