ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə87/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   83   84   85   86   87   88   89   90   ...   123

 

281 


 

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT 

HEYƏTİNİN SƏDRİ BAKİR İZETBEQOVİÇ  

İLƏ TƏKBƏTƏK GÖRÜŞ 

 

Prezident sarayı  



 

18 oktyabr 2012-ci il  

 

Rəsmi  qarşılanma  mərasimindən  sonra  oktyabrın  18-də 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bos-

niya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviçin təkbətək görüşü olmuşdur.  

Görüşdə  Azərbaycan  ilə  Bosniya  və  Herseqovina  arasında 

siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. İqtisadi, 

humanitar  və  digər  sahələrdə  əməkdaşlıq  imkanlarının  nəzər-

dən  keçirilməsinin  vacibliyi  vurğulandı.  Ölkələrimiz  arasında 

münasibətlərin  bundan  sonra  inkişaf  edəcəyinə  əminlik  bil-

dirildi. 

Görüşdə  qarşılıqlı  maraq  doğuran  ikitərəfli,  beynəlxalq  və 

digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

282 


 

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 

18 oktyabr 2012-ci il  

 

Təkbətək  görüş  başa  çatdıqdan  sonra  oktyabrın  18-də 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bos-

niya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə 

görüşü olmuşdur. 

İ l h a m  Ə l i y e v: Hörmətli cənab Sədr! 

Bir  daha  deyirəm  ki,  Azərbaycana  xoş  gəlmisiniz!  Sizi  və 

nümayəndə  heyətinizi  Azərbaycanda  görməkdən  çox  şadam. 

Biz  ikitərəfli  və  regional  məsələlərlə  bağlı  maraqlı  fikir 

mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə 

müzakirələrimiz davam edir. 

Səfəriniz  dostluğumuzun  və  tərəfdaşlığımızın  çox  mühüm 

göstəricisidir.  Biz  bu  yaxınlarda  Çikaqoda  görüşdük  və  bu 

səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər 

reallaşmışdır. Əlaqələrimizin tarixində bu, ilk səfərdir. Əminəm 

ki,  səfəriniz  münasibətlərimizdə  yeni  səhifə  açacaqdır. 

Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və 

səmərəli  əməkdaşlıq  üçün  bir  çox  istiqamətləri  müəy-

yənləşdirəcəyik. 

Bu  gün  Sizinlə  iqtisadi  fəaliyyətin  müəyyən  istiqamətləri, 

birgə  layihələrlə  bağlı  müzakirələr  apardıq.  Əminəm  ki,  biz 

buna  nail  olacağıq.  Bizim  tarixlə  bağlı  çox  yaxşı  xatirələrimiz 

vardır.  Sarayevo  və  Bakı  Sovet  İttifaqı  dövründə  qardaşlaşmış 

şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa 

edirik. 


Əminəm ki, səfəriniz çox maraqlı olacaq. Siz və nümayəndə 

heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız. 




 

283 


Bir daha «Xoş gəlmisiniz!» – deyirəm və Sizə Azərbaycanda 

xoş vaxt keçirməyi arzulayıram. 



Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri səmimi 

qəbul üçün minnətdarlığını bildirdi.  

B a k i r  İ z e t b e q o v i ç: Çox sağ olun, cənab Prezident! 

Biz  olduqca  məhsuldar  danışıqlar  apardıq.  Mən  cənab 

Prezidentə  dedim  ki,  biz  oxşar  tarix  yaşamışıq.  Əvvəlcə 

kommunist rejimi dönəmində yaşamışıq. Ötən əsrin  90-cı illəri 

hər  iki  ölkə  üçün  çox  əhəmiyyətli  olub.  1992-ci  il  ölkələrimiz 

üçün daha əlamətdar oldu. 

Bizim  əlaqələrimiz,  niyyətlərimiz  var.  İndi  biz  əməkdaş-

lığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki 

əlaqələrin  indiki  vəziyyəti  xalqlarımızın  istəyini  tam  əks 

etdirmir. 

 

 



 

284 


 

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ  

 

Prezident sarayı  



 

18 oktyabr 2012-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və 



Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə 

görüşü  başa  çatdıqdan  sonra  oktyabrın  18-də  Azərbaycan–

Bosniya  və  Herseqovina  sənədlərinin  imzalanması  mərasimi 

olmuşdur. 

«Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və 

Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində 

əməkdaşlıq  haqqında  Saziş»i  Azərbaycan  Respublikasının 

Təhsil  naziri  Misir  Mərdanov  və  Bosniya  və  Herseqovinanın 

Təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Bosniya  və  Herse-

qovina  Nazirlər  Şurası  arasında  gəlirlərə  və  əmlaka  görə 

vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması 

və  vergidən  yayınmanın  qarşısının  alınması  haqqında  Kon-

vensiya»nı  Azərbaycan  Respublikasının  Xarici  İşlər  nazirinin 

müavini  Xələf  Xələfov  və  Bosniya  və  Herseqovinanın 

Təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Bosniya  və  Herse-

qovina  Nazirlər  Şurası  arasında  diplomatik  və  xidməti  pas-

portlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında 

Saziş»i  Azərbaycan  Respublikasının  Xarici  İşlər  nazirinin 

müavini  Xələf  Xələfov  və  Bosniya  və  Herseqovinanın 

Təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar. 

 

 



 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə