ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə88/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   84   85   86   87   88   89   90   91   ...   123

 

285 


 

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT 

HEYƏTİNİN SƏDRİ BAKİR İZETBEQOVİÇ  

İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA 

ÇIXIŞLAR 

 

18 oktyabr 2012-ci il 



 

Sənədlərin  imzalanması  mərasimindən  sonra  oktyabrın 

18-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviç mətbuata bəyanatlarla çıxış etmişlər. 

  

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Cənab Sədr! 



Əziz qonaqlar, xanımlar və cənablar! 

Bosniya  və  Herseqovinadan  olan  dostlarımızı,  cənab Sədrin 

rəhbərlik 

etdiyi 


nümayəndə 

heyətini 

Azərbaycanda 

salamlamaqdan  şadam.  Bu,  tarixi  səfərdir.  Bu  bizim  mü-

nasibətlərimizin  tarixində  ilk  yüksək  səviyyəli  səfərdir.  Əla-

qələrimizin  böyük  potensialı,  böyük  gələcəyi  vardır.  Ümid 

edirəm  ki,  səfər  ikitərəfli  münasibətlərin  inkişafında  mühüm 

mərhələ  olacaqdır.  Həmçinin  əməkdaşlığımızın  tarixi  kökləri 

vardır. 40 il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və 

onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu 

tarixi  əlaqələri  bərpa  edirik.  Əlbəttə  ki,  yeni  mərhələdə  –  2 

müstəqil dövlət səviyyəsində. 

Bu  gün  biz  ikitərəfli  gündəliyimizdə  olan  məsələlərə  dair 

geniş  müzakirə  apardıq.  Şübhəsiz  ki,  siyasi  dialoq  genişlənir. 

Biz  Bosniya  və  Herseqovinaya  BMT  Təhlükəsizlik  Şurasına 

üzv  seçilməyimizlə  bağlı  göstərdiyi  dəstəyə  görə  minnətdarıq. 

Biz  də  öz  tərəfimizdən  Sizin  ölkənizi  beynəlxalq  təşkilatlarda, 

beynəlxalq forumlarda dəstəkləyirik. 




 

286 


Biz iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə 

etdik. Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox 

parlaq gələcəyi vardır. Çünki biz indi iqtisadi sahədə daha fəal 

işləyəcəyik  və  işgüzar  dairələrin  qarşılıqlı  fəaliyyətini  və 

sərmayə  imkanlarını  tam  həcmdə  müəyyən  edəcəyik.  Əminəm 

ki,  bizim  icra  etdiyimiz  birgə  layihələr  xalqlarımızın  və 

ölkələrimizin  rifahına  xidmət  edəcəkdir.  Azərbaycan  ölkədən 

kənarda  da  çox  fəal  sərmayələr  yatırır.  Dost  ölkələrə  sərmayə 

qoyuluşları,  şübhəsiz,  yüksək  dəyərləndirilir.  Buna  görə  də, 

düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan 

verəcəkdir. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi 

elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik. 

Bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Əlbəttə ki, 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli 

bizim  üçün  əsas  məsələdir.  Uzun  illərdir  ki,  bizim  ölkə 

Ermənistanın işğalından əziyyət çəkir. Bu, 1 milyondan çox azər-

baycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. 

Biz  etnik  təmizləmə,  işğal  ilə  üzləşdik.  20  ildən  artıqdır  ki, 

Azərbaycanın  beynəlxalq  səviyyədə  tanınan  ərazisinin  20  faizi 

ermənilərin  işğalı  altındadır.  Beynəlxalq  təşkilatlar,  o  cümlədən 

BMT  Təhlükəsizlik  Şurası  və  Baş  Məclisi  erməni  hərbi  bir-

ləşmələrinin  Azərbaycan  torpaqlarından  qeyd-şərtsiz  və  təxirə 

salınmadan  çıxarılması  ilə  bağlı  bir  çox  qətnamə  qəbul  edib. 

Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin 

beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda 

həlli bütün ölkələr üçün əlverişli olacaqdır. 

Bizim  ölkələrin  bir  çox  oxşarlıqları  vardır.  Hər  iki  ölkə  başqa 

bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir 

sıra  ciddi  çağırışlar,  problemlər  və  ölkələrimizə  qarşı  təcavüz  ilə 

müşayiət  olunub.  Biz  təcavüz,  işğal  və  dağıntılardan  əziyyət 

çəkmişik. Bu həmçinin bizi birləşdirən cəhətdir. Həm keçmişin xoş 

xatirələri,  həm  də  20  il  əvvəl  baş  verənlər  bizi  birləşdirir.  Buna 

görə də biz bir-birimizi çox yaxşı başa düşürük. Biz bir-birimizin 

problemlərini  başa  düşürük,  bir-birimizin  ağrısını  duyuruq. 

Ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən 



 

287 


gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən 

kəşf etməkdəyik. Əminəm ki, biz regional əməkdaşlığın nümunəsi 

olacaq tərəfdaşlıq quracağıq. 

Bu  gün  Xəzər  və  Balkan  regionları  bir-birinə  daha  da 

yaxınlaşmaqdadır.  Biz  yeni  infrastruktur  layihələri,  yeni  boru 

kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu 

layihələrini gerçəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın 

inkişafında çox maraqlıdır. 

Bu gün biz cənab Sədr ilə enerji, xüsusən də təbii qaz sahəsində 

əməkdaşlığın  imkanlarını  müzakirə  etdik.  Azərbaycanın  böyük 

ehtiyatları  və  potensialı  vardır.  Biz  mühüm  boru  kəmərləri 

layihələri  icra  edirik.  Bir  sözlə,  əminəm  ki,  Bosniya  və 

Herseqovina  Rəyasət  Heyətinin  Sədrinin  səfəri  əlaqələrimizin 

tarixində ən mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq üçün yeni 

imkanlar  açacaqdır.  Nəticədə  bizim  ölkələr  daha  da  yaxın  olacaq 

və  gələcəkdə  biz  mühüm  işlər  görəcəyik.  Bir  daha,  cənab  Sədr, 

Azərbaycana  «Xoş  gəlmisiniz!»  –  deyirəm.  Sizə  ölkəmizdə 

vaxtınızı xoş keçirməyinizi arzu edirəm. 

  

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri 

Bakir İzetbeqoviçin bəyanatı 

 

Təşəkkür edirəm, cənab Prezident! 



Qonaqpərvərliyə,  çox  xoş  və  ruhlandırıcı  sözlərə,  həmçinin 

tariximizin ən çətin dövründə Sizin ölkənizin və xalqınızın bizə 

verdiyi dəstəyə görə çox minnətdaram. 

Biz  oxşar  tarix  yaşamışıq.  Hətta  oxşar  əlamətdar  illər  belə, 

üst-üstə  düşür:  əvvəlcə  kommunist  rejimində  yaşamağımız, 

daha  sonra  1990-cı  ildə  ölkələrimizdə  demokratiyanı  inkişaf 

etdirməyə 

başlamağımız, 

1992-ci 

ildə 


çətinliklərlə 

üzləşməyimiz və digər tarixlər. Bizim xalqlarımız, dövlətlərimiz 

soyqırımı  problemilə,  təcavüzlə,  ölkənin  parçalanmasına 

yönələn  cəhdlərlə  üzləşib.  Bosniya  və  Herseqovina  sərhədləri 

güc  vasitəsilə  dəyişməyə  cəhd  göstərənləri  heç  vaxt  dəs-

təkləməyəcəkdir. Bu məsələdə bizə güvənə bilərsiniz. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə