ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə91/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   87   88   89   90   91   92   93   94   ...   123

 

295 


 

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ 

AZƏRBAYCAN XALQINA TƏBRİK 

 

Hörmətli həmvətənlər! 



Sizi  –  Azərbaycan  Respublikası  vətəndaşlarını  və  xarici 

ölkələrdə  yaşayan  soydaşlarımızı  dünya  müsəlmanlarının 

mənəvi  birlik  və  həmrəylik  rəmzi  olan  müqəddəs  Qurban 

bayramı  münasibətilə  ürəkdən  təbrik  edir,  ən  səmimi  arzu  və 

diləklərimi yetirirəm. 

Qurban  bayramı  islamın  bir  din  kimi  tamamlandığı  və 

insanlar  üçün  hidayət  yolu  olaraq  seçildiyi  mübarək  günün 

təcəssümüdür.  Əksər  müsəlmanlar  bu  əlamətdar  gündə  Uca 

Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-

əxlaqi  dəyərlərə  bağlılığın  sevincini  yaşayır,  xeyirxah  amallar 

uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. 

Qurban  bayramı  həm  də  xeyirxahlıq,  şəfqət  və  mərhəmət 

bayramıdır.  Azərbaycanda  hər  il  böyük  fərəh  hissləri  ilə  icra 

olunan  Qurban  mərasimləri  insanları  sülh  və  əmin-amanlıq 

yoluna  dəvət  edir,  cəmiyyətimizdə  milli-mənəvi  həmrəyliyin, 

humanizm  və  qardaşlığın  təntənəsinə  çevrilir.  Bu  günlər 

ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı 

çatan  hər  bir  müsəlman  ehtiyacı  olanlara  könül  xoşluğuyla 

yardım göstərir. 

Əziz həmvətənlər, hörmətli soydaşlar! 

Mübarək  Qurban  bayramı  günündə  hamınıza  Tanrıdan 

möhkəm  cansağlığı,  ailələrinizə  xoşbəxtlik,  süfrələrinizə  ruzi-

bərəkət arzulayıram. 

Bayramınız mübarək olsun! 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 23 oktyabr 2012-ci il 



 

 



 

296 


 

SAATLI RAYONUNA SƏFƏR 

 

27 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 27-də Saatlı rayonuna səfərə gəlmişdir. 

Dövlətimizin  başçısı  xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin  Saatlı  şəhərinin  mərkəzində  ucaldılmış  abidəsini 

ziyarət edərək, önünə gül dəstəsi qoydu. 

Saatlı  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Siraqəddin 

Cabbarov  Azərbaycan  prezidenti  İlham  Əliyevə  məlumat  verdi 

ki,  abidənin  yerləşdiyi  Heydər  Əliyev  parkında  genişmiqyaslı 

abadlıq  işləri  görülmüş,  yeni  yaşıllıq  zolaqları  salınmış,  fəv-

varələr  quraşdırılmış,  sakinlərin  və  qonaqların  istirahəti  üçün 

hər cür şərait yaradılmışdır.  

 

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının  



inzibati binasının açılışı mərasimi 

  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  27-də  Yeni  Azərbaycan  Partiyası  Saatlı  rayon 

təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.  

Dövlətimizin  başçısı  binanın  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi, burada yaradılan şəraitlə tanış oldu. 

Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan 

Yeni  Azərbaycan  Partiyası  (YAP)  bu  gün  ölkəmizin  həyatının 

hər  bir  sahəsinin  inkişafında  yaxından  iştirak  edir, 

respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bu gün par-

tiyanın  sıraları  genişlənir,  bununla  da  onun  fəaliyyəti  keyfiy-

yətcə  yeni  mərhələyə  qədəm  qoyur.  Partiyanın  ümumi  amallar 

naminə  göstərdiyi  uğurlu fəaliyyətdə  rayon  təşkilatlarının  rolu 

danılmazdır.  Bu  gün  respublikamızın  bütün  bölgələrində  inşa 

olunan YAP rayon təşkilatlarının inzibati binaları da müasirliyi 


 

297 


ilə  seçilir  və  burada  səmərəli  fəaliyyət  üçün  hər  cür  şərait 

yaradılır. 

Bildirildi  ki,  YAP  Saatlı  rayon  təşkilatının  inzibati  binası 

orijinal layihəsi  və  maraqlı  memarlıq  quruluşu  ilə  diqqəti  cəlb 

edir.  Bu  bina  həm  də  şəhərin  gözəlliyinə  əlavə  çalarlar  qatır. 

Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda 

inşa  edilən  binanın  tikintisinə  bu  ilin  mayında  başlanılıb. 

İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın 

foyesində  Azərbaycan  xalqının  ümummilli  lideri,  partiyanın 

yaradıcısı  Heydər  Əliyevin  büstü  qoyulmuşdur.  Burada 

ümummilli  lider  Heydər  Əliyevin  siyasi  fəaliyyəti,  müxtəlif 

illərdə  Saatlıya  səfərləri  və  rayon  ictimaiyyətinin  nüma-

yəndələri  ilə  görüşlərini  əks  etdirən  fotolardan  ibarət  stend 

yaradılıb.  Prezident  İlham  Əliyevin  partiyanın  tədbirləri  və 

rayona  səfərləri  zamanı  çəkilən  fotolar  da  böyük  maraq 

doğurur. 

Binada  kompüter  otağı,  50  nəfərlik  konfrans  zalı  vardır. 

Buradakı  inzibati  otaqlar  müasir  səviyyədə  qurulmuş,  lazımi 

avadanlıqla  təchiz  edilmişdir.  Binanın  ətrafında  da  geniş 

abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. 

Azərbaycan  prezidenti  yaradılmış  şəraitdən  razılığını  bil-

dirdi. 

          Gənclər Mərkəzinin açılışı mərasimi  

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  27-də 

Saatlı  rayonuna  səfəri  çərçivəsində  Gənclər  Mərkəzinin 

açılışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  Gənclər  Mərkəzinin  rəmzi  açılışını 

bildirən lenti kəsdi. 

Diqqətə  çatdırıldı  ki,  ölkəmizdə  ulu  öndər  Heydər  Əliyevin 

adı  ilə  bağlı  olan  dövlət  gənclər  siyasəti  bu  gün  Azərbaycan 

prezidenti  tərəfindən  uğurla  davam  etdirilir.  2003-cü  ildən  bu 

sahədə  kompleks  tədbirlər  reallaşdırılır.  2005–2009-cu  illəri 

əhatə  edən  «Azərbaycan  gəncliyi  Dövlət  Proqramı»nın  uğurlu 

icrası  bu  baxımdan  çox  mühüm  rol  oynamışdır.  «Azərbaycan 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə