ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə92/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   88   89   90   91   92   93   94   95   ...   123

 

298 


gəncliyi  2011–2015-ci  illərdə  Dövlət  Proqramı»  indiyədək 

həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. 

Məlumat  verildi  ki,  Azərbaycan  prezidentinin  müvafiq  sə-

rəncamı  ilə  dövlət  vəsaiti  hesabına  tikilən  mərkəz  Heydər 

Əliyev  parkına  bitişik  ərazidə  mövcud  olan  köhnə  və  yararsız 

ikimərtəbəli  binanın  yerində  inşa  edilmişdir.  İkimərtəbəli 

Gənclər  Mərkəzinin  foyesində  ulu  öndər  Heydər  Əliyevin  və 

prezident  İlham  Əliyevin  Saatlı  rayonuna  səfərlərini  və 

respublikamızın  müxtəlif  bölgələrində  gənclərlə  keçirdikləri 

görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. 

Mərkəzin birinci mərtəbəsində tikişçilik dərnəyi və kompüter 

otaqları vardır. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki 

avadanlıqla  təchiz  olunmuşdur.  Həm  tir  tüfəngləri,  həm  də 

pnevmatik  silahlar  vasitəsilə  gənclərə  hədəfi  düzgün  nişan 

almaq  üçün  lazer  texnologiyasından  geniş  istifadə  imkanları 

yaradılmışdır.  Xüsusi kompüter  qrafikası  vasitəsilə müxtəlif  ov 

səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada 

musiqiyə  marağı  olan  gənclər  üçün  karaoke  otaqları  da 

fəaliyyət göstərəcəkdir. 

Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq 

dərnəyi  və  rəqs  studiyası  yaradılmışdır.  Virtual  rinq  otağında 

isə  gənclərin  bilik  və  bacarıqlarının  nümayişi  üçün  müasir 

kompüter  guşəsi  qurulmuşdur.  Mərkəzdə  müasir  üslubda  kafe 

də  fəaliyyət  göstərəcəkdir.  Konfrans  və  200  nəfərlik  iclas 

zallarında  müxtəlif  səviyyəli  tədbirlərin  keçirilməsi  üçün    hər 

cür  şərait  vardır.  Mərkəzə  gələn  gənclər  elektron  kitabxanada 

və 

linqvistika 

otağında 

informasiya-kommunikasiya 

texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 

3D  formatlı  filmlərin  nümayişi  üçün  ayrıca  kinozal  da 

yaradılmışdır. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının 

artırılmasında,  onların  asudə  vaxtlarının  daha  səmərəli 

təşkilində mühüm rol oynayacaqdır. 

Görülmüş  işlərdən  razılığını  bildirən  dövlətimizin  başçısı 

tapşırıq və tövsiyələrini verdi. 

 


 

299 


 

Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm qalereyasının  

yeni binasının açılışı mərasimi 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  27-də  Saatlıda  Tarix-Diyarşünaslıq Muzeyi  və  Rəsm 

qalereyasının yeni binasının açılışında iştirak etmişdir. 

Məlumat  verildi  ki,  ölkəmizin  qədim  və  zəngin  maddi-

mədəniyyət  abidələrinin  qorunub  saxlanması  və  gələcək  nəsil-

lərə  ötürülməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  istiqamətdə 

tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. 

Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət 

abidələrinin qorunmasına xidmət edir. 

Dövlətimizin  başçısı  binanın  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Bildirildi  ki,  Heydər  Əliyev  parkının  ərazisində  tikilən, 

ümumi  sahəsi  917  kvadratmetr  olan  bina  xüsusi  dizaynla  inşa 

olunub.  Binanın  həyətində  qədim  dövrdə  Saatlı  ərazisində 

yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən 

bəhs  edən  guşələr  qurulmuşdur.  İkimərtəbəli  binanın  digər 

xüsusiyyəti  isə  burada  Rəsm  qalereyasının  yaradılmasıdır. 

Binanın  ikinci  mərtəbəsindəki  qalereya  bütün  lazımi  ava-

danlıqla təchiz olunmuşdur. 

Diqqətə çatdırıldı ki, yeni bina bütün lazımi kommunikasiya 

xətləri  və  müvafiq  avadanlıqlarla  təchiz  olunmuşdur.  Binanın 

foyesində  ulu  öndər  Heydər  Əliyevin  və  prezident  İlham 

Əliyevin  rayona  səfərlərindən  bəhs  edən  fotoguşələr 

yaradılmışdır. 

Birinci  mərtəbədə  yerləşən  Tarix-Diyarşünaslıq  Muzeyi 

arxeologiya,  etnoqrafiya,  mədəniyyət,  ideoloji  və  təsviri  sənət 

bölmələrindən  ibarətdir.  Arxeologiya  bölməsində  Saatlı  ərazi-

sində  tapılan  və  eramızdan  əvvəl  III  minilliyə  aid  müxtəlif 

məişət  əşyaları  nümayiş  olunur.  Burada  Kür–Araz  mədəniy-

yətindən  başlayaraq  orta  əsrlər  dövrünədək  istifadə  olunan 

məişət  əşyaları  da  sərgilənir.  Müxtəlif  tarixi  formasiyalar 


 

300 


zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numiz-

matika guşəsi də böyük maraq doğurur. 

Muzeyin  etnoqrafiya  bölməsi  ilə  tanış  olan  prezident  İlham 

Əliyevə  məlumat  verildi  ki,  burada  XIX–XX  əsrlərdə  saat-

lılıların  həyat  tərzini  və  məişətini  əks  etdirən  eksponatlar  yer 

almışdır.  Dəmirçi  və  dulusçu  emalatxanalarının,  evlərin  kiçik 

maketləri əhalinin keçmiş dövrlərdə yaşayış tərzini əks etdirir. 

Mədəniyyət  bölməsində  müxtəlif  sənət  əsərləri,  xüsusilə  də 

xalçaçılığa  aid  nümunələr,  bəzək  əşyaları  sərgilənir.  İdeoloji 

bölmədə  isə  Azərbaycan  tarixi,  görkəmli  şəxsiyyətlər  və 

dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur.  

Binanın  ikinci  mərtəbəsində  yerləşən  Rəsm  qalereyasına 

baxan  dövlətimizin  başçısının  diqqətinə  çatdırıldı  ki,  burada 

geniş  məkanda  müxtəlif  janrlarda  çəkilmiş  rəsm  əsərləri 

nümayiş  etdirilir.  Əsasən  yerli  rəssamların  əsərlərinin  sərgi-

ləndiyi  Rəsm  qalereyasında  heykəltəraşlıq  nümunələri  də  yer 

almışdır. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki 

otaqlar da vardır. 

Yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev müvafiq 

tapşırıq və tövsiyələrini verdi. 

 

                   Şahmat məktəbinin açılışı mərasimi  



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  27-də  Saatlıda  Şahmat  məktəbinin  açılışında  iştirak 

etmişdir. 

Dövlətimizin  başçısı  Şahmat  məktəbinin  rəmzi  açılışını 

bildirən lenti kəsdi. 

Məlumat  verildi  ki,  hazırda  ölkəmizdə  nəhəng  idman 

infrastrukturunun  yaradılması  istiqamətində  mühüm  addımlar 

atılır.  Ölkəmizdə  idmanın  digər  sahələri  ilə  yanaşı,  şahmatın 

inkişafına  da  xüsusi  diqqət  və  qayğı  göstərilir.  Nəinki  paytaxt 

Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat 

məktəbləri  tikilib  istifadəyə  verilir.  Bunlardan  biri  də  Saatlı 

rayonunda  inşa  olunan  Şahmat  məktəbidir.  Müasir  memarlıq 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə