ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə93/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   89   90   91   92   93   94   95   96   ...   123

 

301 


üslubunda  tikilmiş  məktəbin  ətrafındakı  hasarın  üzərində 

şahmat  fiqurlarının  təsvirləri  həkk  olunmuşdur.  Məktəbin 

həyətində  geniş  abadlıq  işləri  aparılmış,  yaşıllıq  zolağı  salın-

mış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmışdır. 

Bildirildi  ki,  Şahmat  məktəbi  Azərbaycan  prezidentinin 

müvafiq  sərəncamı  ilə  Saatlı  rayonunun  sosial-iqtisadi  inki-

şafının  sürətləndirilməsinə  dair  ayrılmış  vəsait  hesabına  inşa 

olunmuşdur.  Saatlı şəhərində  ulu öndər  Heydər  Əliyevin  adını 

daşıyan  parkda  inşa  olunan  ikimərtəbəli  binanın  birinci 

mərtəbəsindəki  foyedə  ümummilli  lider  Heydər  Əliyevin  və 

prezident  İlham  Əliyevin  ölkəmizdə  idman  ictimaiyyətinin 

nümayəndələri  və  Saatlı  rayon  sakinləri  ilə  görüşlərini  əks  et-

dirən  fotoguşə,  2  sinif  otağı,  yardımçı  otaqlar,  konfrans  zalı 

yerləşir.  Binanın  ikinci  mərtəbəsində  şahmat  yarışı  zalı,  müəl-

limlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 

idmançı  mübarizə  apara  bilər.  Burada  «sensor»  monitorlar 

vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və 

dərs proqramlarını öyrənmək mümkündür. 

Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən 

prezident İlham Əliyev tapşırıqlarını verdi. 

 

Əsaslı şəkildə yenidən qurulmuş Saatlı Rayon    

Mərkəzi Xəstəxanası ilə tanışlıq 

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də əsaslı 

şəkildə  yenidən  qurulmuş  Saatlı  Rayon  Mərkəzi  Xəstəxanası  ilə 

tanış olmuşdur. 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat 

verdi  ki,  Saatlı  Rayon  Mərkəzi  Xəstəxanasının  əsaslı  təmiri 

prezident İlham Əliyevin 2010-cu ildə verdiyi sərəncamla ayrılmış 

vəsait  hesabına  aparılmışdır.  Xəstəxana  3  korpusdan  ibarətdir  – 

tibb  müəssisəsinin  əsas  binası,  poliklinika  və  yoluxucu  xəstəliklər 

korpusları.  Mətbəx  və  camaşırxana  tamamilə  yenidən  qurulmuş, 

istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə 


 

302 


çatdırılmışdır. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün 

generator qoyulmuşdur. 

Xəstəxananın  həyətində  də  geniş  abadlıq  işləri  görülmüş, 

yaşıllıq zolaqları yaradılmışdır. 

Bildirildi  ki,  burada  yaradılan  şərait  nəinki  Saatlı  sakinləri, 

eləcə  də  digər  rayonların  əhalisinə  ən  yüksək  səviyyədə  tibbi 

xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb 

sahəsində  məşhur  şirkətlərin  istehsalı  olan  ən  son  elmi-texniki 

tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən 

avadanlıqlarla təchiz olunmuşdur. Hər bir şöbənin ayrıca intensiv 

palatası vardır. 

Qeyd  olundu  ki,  xəstəxananın  poliklinika  şöbəsi  də  müasir 

tələblər  səviyyəsindədir.  Burada  klinik  və  bakterioloji  labora-

toriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, 

ultrasəslə 

müayinə, 

kardioloq, 

oftalmoloq, 

stomatoloq, 

fizioterapiya və digər həkim otaqları vardır. 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

303 


 

SAATLI RAYON İCTİMAİYYƏTİNİN   

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  

 

27 oktyabr 2012-ci il  

 

Mən sizi ürəkdən təbrik edirəm. Biz bu gün Saatlı Rayon 



Mərkəzi  Xəstəxanasının  əsaslı  təmirdən  sonra  açılışını  qeyd 

edirik. Gözəl, əlamətdar hadisədir. İndi mən xəstəxana ilə tanış 

olarkən  bir  daha  gördüm  ki,  doğrudan  da  bütün  işlər  yüksək 

səviyyədə görülmüşdür. 

2  il  bundan  əvvəl  mənim  sərəncamımla  xəstəxananın  təmir 

işləri başlanmışdır. Buna böyük ehtiyac var idi. Çünki siz yaxşı 

bilirsiniz ki, burada vəziyyət o qədər də yaxşı deyildi. Şadam ki, 

qısa  müddət  ərzində  yüksək  səviyyəli  təmir işləri  aparılmışdır. 

Hazırda  bütün  lazımi  avadanlıqlar  var,  şərait  gözəldir.  İndi  bu 

xəstəxana  ən  yüksək  standartlara  cavab  verir.  Bu  da  təbiidir, 

çünki  Azərbaycanda  görülən  bütün  işlər  yüksək  standartlara 

cavab  verməlidir.  Biz  səhiyyə  sisteminin  təkmilləşdirilməsi 

işində  bu  məsələyə  xüsusi  önəm  veririk.  Burada  cərrahiyyə, 

doğum, terapiya, reanimasiya şöbələri – yəni bütün lazımi şərait 

vardır.  Həkimlər  üçün  də  gözəl  iş  şəraiti  yaradılıbdır.  Əlbəttə, 

xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir. 

Bütövlükdə  Azərbaycanda  səhiyyə  sistemində  köklü  dəyi-

şikliklər,  islahatlar  aparılır.  Bu  islahatlar  faktiki  olaraq  yeni 

vəziyyətə  gətirib  çıxarmışdır.  Çünki  həm  Bakıda,  həm  böl-

gələrdə  yeni,  müasir  tibb  ocaqları  yaradılır.  Əvvəlki  illərdə 

tikilmiş  xəstəxanalar  əsaslı  şəkildə  təmir  edilir  və  yeni  xəs-

təxanalar tikilməkdədir. 

Demək olar ki, son 2 il ərzində mənim bölgələrə səfərlərim 

çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq 

əksər  rayon  mərkəzlərində  müasir  səviyyəyə  cavab  verən 

xəstəxanalar vardır. Əminəm ki, 1-2 il ərzində qalan yerlərdə də 

təmir-tikinti  işləri  tamamlanacaq  və  beləliklə,  hər  bir  rayon 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə