ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə95/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   91   92   93   94   95   96   97   98   ...   123

 

307 


rayon  sakinləri  üçün  yeni  bir  töhfə  oldu.  Sizin  ali  diqqətiniz 

nəticəsində bizim arzularımız reallığa çevrildi. Bu gün yeni, dünya 

standartlarına cavab  verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz 

olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz 

çox  gözəldir.  Xəstəxanada  doğum,  reanimasiya,  ginekologiya, 

cərrahiyyə,  pediatriya  və  digər  şöbələrdə  əsaslı  təmir  işləri 

aparılmış və Saatlı əhalisinə yüksək tibbi xidmət göstərmək üçün 

bütün şərait yaradılmışdır. 

Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, belə bir xəstəxanada 

işləmək  özü  də  böyük  məsuliyyətdir.  Biz  Sizi  əmin  edirik  ki, 

bundan sonra da səylə çalışacaq, biliklərimizi  artıracaq, qüvvə  və 

bacarığımızı rayonumuzun sakinlərinin sağlamlığına yönəldəcəyik. 

Mən  fürsətdən  istifadə  edib  səhiyyəmizin,  təhsilimizin, 

mədəniyyətimizin  uğurlarında  böyük  xidməti  olan  həmkarımız 

Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı 

bildirmək istəyirəm. 

Əziz  Prezident!  Saatlı  rayonunda  Azərbaycanın  bütün 

regionlarındakı  kimi,  yenidənqurma  işləri  aparılır.  Salınan 

parklar,  istirahət  mərkəzləri,  tikilən  uşaq  bağçaları,  məktəblər 

və  nəhayət,  bu  gün  istifadəyə  verilən  bu  yeni  xəstəxana  Sizin 

rayonumuzun  əhalisinə  böyük  diqqətinizin  nəticəsidir.  Doğma 

Azərbaycanımızın  tərəqqisi  naminə  yorulmaz  fəaliyyətinizdə 

Sizə  uğurlar  diləyirik.  Sizə  və  ailənizə  cansağlığı  arzulayırıq. 

Allah Sizi qorusun! 



 

 

Saatlı–Musalı–Məzrəli avtomobil yolunun Araz  



çayı üzərindəki körpüsünün yenidənqurmadan  

sonra açılışı mərasimi 

 

  Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  27-də 



Saatlı–Musalı–Məzrəli  avtomobil  yolunun  Araz  çayı  üzərindəki 

körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.  

Dövlətimizin  başçısı  2013-cü  ildə  inşasına  başlanılacaq  və 

istismara  veriləcək  avtomobil  yollarının,  eləcə  də  körpünün  yeni-


 

308 


dənqurmadan  əvvəlki  və  sonrakı  vəziyyətini  əks  etdirən  stendlərə 

baxdı. 

Nəqliyyat  naziri  Ziya  Məmmədov  Azərbaycan  prezidentinə 

2013-cü  ildə  inşasına  başlanılacaq  və  tikintisi  başa  çatdırılacaq 

avtomobil  yolları  haqqında  məlumat  verdi.  Diqqətə  çatdırıldı  ki, 

Hacıqabul–Bəhrəmtəpə  istiqamətində  112  kilometr,  Ağsu–Kür-

dəmir–Bəhrəmtəpə  istiqamətində  94  kilometr,  Kürdəmir–Yevlax 

istiqamətində  85  kilometr,  Göyçay–Ucar  istiqamətində  20  ki-

lometr,  Bərdə–Tərtər  istiqamətində  isə  18  kilometr  yolun  inşası 

nəzərdə  tutulmuşdur.  Bu  yollar  üzərində  ümumilikdə  40  körpü 

tikiləcəkdir. Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə 

tanış olan dövlətimizin başçısına bildirildi ki, Saatlı şəhərini İmişli 

şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində 

salınan  bu  qurğu  7  aşırımdan  ibarətdir.  Körpünün  yenidən 

qurulmasına  Nəqliyyat  Nazirliyinin  sifarişi  ilə  «Azərkörpü»  ASC 

tərəfindən ötən ilin iyulunda başlanılmışdır.  

Prezident  İlham  Əliyev  körpünün  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Dövlətimizin başçısı körpünün üzərindən ətrafı seyr etdi. 

Azərbaycan  prezidenti  görülmüş  işləri  yüksək  qiymətləndirdi, 

yeni  salınacaq  yolların  keyfiyyətlə  və  vaxtında  tikilməsi  ilə  bağlı 

tapşırıqlarını verdi. 

 

 


 

309 


 

BEYLƏQAN RAYONUNA SƏFƏR   

 

28 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlmişdir. 

Dövlətimizin  başçısı  Beyləqan  şəhərinin  mərkəzindəki 

Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət 

etdi. 

Beyləqan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Vaqif  Abdul-

layev  prezident  İlham  Əliyevə  abidənin  ətrafında  aparılan 

abadlıq-quruculuq  işləri  barədə  məlumat  verdi.  Bildirildi  ki, 

əsaslı  şəkildə  yenidən  qurulan  Heydər  Əliyev  parkında  rayon 

sakinləri,  eləcə  də  qonaqların  istirahətinin  mənalı  təşkili  üçün 

hərtərəfli şərait yaradılmışdır. 

 

      Heydər Əliyev Mərkəzinin açılışı mərasimi 

 

 Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  28-də  Beyləqanda  Heydər  Əliyev  Mərkəzinin  açılı-

şında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  Mərkəzin  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Bildirildi  ki,  ulu  öndər  Heydər  Əliyevin  xatirəsi  ölkəmizin 

hər  yerində  olduğu  kimi,  Beyləqanda  da  daim  əziz  tutulur. 

Şəhərdə  yeni  tikilən  Heydər  Əliyev  Mərkəzi  ümummilli  liderin 

xatirəsinə  dərin  ehtiramın  nümunəsidir.  Mərkəzdə  ulu  öndərin 

həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və 

eksponatlar  yer  almışdır.  Burada  dünyanın  nüfuzlu  siyasi 

xadimlərindən  biri  olan  Heydər  Əliyevin  müdrik  fəaliyyəti 

nəticəsində  Azərbaycanın  beynəlxalq  aləmdə  nüfuzunun  möh-

kəmləndirilməsi,  müstəqilliyin  ilk  illərində  ölkəmizdə  vətəndaş 

müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının 

ağır  böhran  vəziyyətindən  çıxarılaraq  inkişaf  yoluna  qədəm 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə