ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə98/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   94   95   96   97   98   99   100   101   ...   123

 

316 


dəstəyi,  infrastruktur  layihələrinin  dövlət  tərəfindən  icra 

edilməsi  prosesi  bu  gözəl  şəraiti  yaradır.  Sahibkarlar  da  öz 

növbəsində  bu  imkanlardan  səmərəli  şəkildə  istifadə 

etməlidirlər.  Onların  biznes  fəaliyyəti  genişləndirilməlidir.  İlk 

növbədə,  bu  onların  özlərinə  lazımdır.  Eyni  zamanda,  dövlətə, 

xalqa  lazımdır.  Çünki  son  illər  ərzində  regionların  sosial-

iqtisadi  inkişafı  dövlət  proqramlarının  icrası  nəticəsində 

ölkəmizdə 1 milyon 100 min yeni iş yeri açılmışdır ki, onların 

mütləq əksəriyyəti bölgələrdə açılan iş yerləridir. 

Beləliklə,  işsizlik  probleminin  aradan  qaldırılması  istiqa-

mətində  çox  böyük  addım  atılmışdır.  Bu  gün  Azərbaycanda 

işsizlərin  sayı  5,3  faizdir.  Dünya  miqyasında  bu  ən  aşağı 

göstəricilərdən  biridir.  İnkişaf  etmiş  ölkələrin  bəzilərində 

işsizliyin  səviyyəsi  25  faizə  çatmışdır.  İşsizlik  kimi  böyük 

bəlanı  aradan  qaldırmaq,  insanlara  yeni  şərait  yaratmaq,  yəni 

işlə  təmin  etmək  siyasəti,  deyə  bilərəm  ki,  uğurla  nəticələndi. 

İşsizliyin 

aradan 


qaldırılması 

bilavasitə 

yoxsulluğun 

azaldılmasına da xidmət göstərir. Bu sahədə də deyə bilərəm ki, 

tarixi  nailiyyətlər  əldə  edilibdir.  10  ildən  az  bir  müddətdə 

yoxsulluğun  səviyyəsi  5  dəfə  aşağı  düşmüşdür,  hazırda  7 

faizdən  bir  qədər  çoxdur.  Əminəm  ki,  görüləcək  tədbirlər 

nəticəsində  biz  yoxsulluq  kimi  böyük  bəlanı,  ümumiyyətlə, 

aradan  götürəcəyik.  İşləmək  istəyən  hər  bir  insan  işlə  təmin 

edilməlidir.  Əlbəttə,  yeni  iş  yerlərinin  açılması  bundan  sonra 

yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaqdır. Çünki 

dövlət qurumlarında artıq bütün struktur islahatları, demək olar 

ki, başa çatmışdır və dövlət sahəsində yeni iş yerlərinin açılması 

o qədər də geniş vüsət ala bilməz, buna ehtiyac da yoxdur. Yəni 

əsas iş yerləri özəl sektorda yaranacaqdır. 

Nəzərə almalıyıq ki, Azərbaycanda demoqrafik vəziyyət çox 

müsbətdir. Bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı 

artır, bu da çox müsbət haldır. Daha da sürətlə artmalıdır. Bu öz 

növbəsində  onu  göstərir  ki,  gələcəkdə  iş  yerlərinin  açılması 

prosesi  davam  etdirilməlidir.  Yenə  də  deyirəm,  dövlət  bu 

istiqamətdə öz səylərini göstərəcəkdir. Gələcəkdə sahibkarların 



 

317 


fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcəkdir. Bayaq qeyd 

etdiyim  kimi,  gələn  il  Sahibkarlığa  Dəstək  Fondunun  xətti  ilə 

300  milyon  manat  kreditin  verilməsi  rekord  həddir.  Bu  günə 

qədər heç vaxt bu məbləğdə vəsait ayrılmamışdır. Hesab edirəm 

ki,  növbəti  bir  neçə il ərzində  biz  bu  xətti saxlamalıyıq  ki,  4-5 

ildən  sonra  artıq  verilən  kreditlərin  qaytarılması  hesabına  yeni 

sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun. 

Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. 

Ölkəmizin  sənaye  potensialının  gücləndirilməsi  sahəsində 

böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar 

həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni 

stimullaşdırma  tədbirlərinin  görülməsi  prosesi  başlamışdır. 

Yaxın  gələcəkdə  ölkə  sənayesinin  uğurlu  və  sürətli  inkişafını 

daha  da  gücləndirmək  üçün  yeni  stimullaşdırıcı  tədbirlər 

nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə 

bağlı  məlumat  əldə  edəcəkdir.  Bir  sözlə,  demək  istəyirəm  ki, 

sahibkarlığın  inkişafı  dövlət  siyasətidir  və  dövlət  siyasəti  kimi 

qalacaqdır. 

Sahibkarlar  üçün  Azərbaycanda  analoqu  olmayan  şərait 

yaradılmışdır  –  dövlət  dəstəyi,  maliyyə  dəstəyi,  texniki  və 

intellektual  dəstək  göstərilir.  Sahibkarlar  da  sadəcə  olaraq,  bir 

daha  demək  istəyirəm  ki,  bu  imkanlardan  səmərəli  şəkildə 

istifadə etməlidirlər. 

Kənd  təsərrüfatı  ilə  bağlı  qarşımızda  duran,  sahibkarların 

qarşısında  duran  əsas  məsələ  ərzaq  təhlükəsizliyimizi  tam 

şəkildə daxili resurslar hesabına təmin etməkdir. Mən bu hədəfi 

bir  neçə  il  əvvəl  qarşıya  qoymuşdum.  O  vaxt  özümüzü 

təminetmə  əmsalı  çox  aşağı  səviyyədə  idi.  Ancaq  biz  həmişə 

qarşımıza böyük hədəflər, məqsədlər qoyuruq. Çünki uğura nail 

olmaq üçün başqa cür imkan olmayacaqdır. 

Bir  neçə  il  bundan  əvvəl  məsələ  qoyuldu  ki,  biz  ərzaq 

təhlükəsizliyimizi  daxili  imkanlarımız  hesabına  təmin  et-

məliyik. Deyə bilərəm ki, bu istiqamətlər üzrə böyük uğurlu yol 

keçmişik.  Demək  olar  ki,  hazırda  əsas  ərzaq  məhsulları 

Azərbaycanda  100  faiz  istehsal  olunur.  O  məhsullar  ki,  hələ 



 

318 


idxalla bağlıdır, yəni idxaldan asılılığımız var, əminəm ki, yaxın 

gələcəkdə  bu  asılılıq  da  aradan  qaldırılacaqdır,  xüsusilə 

taxılçılıq sahəsində. 

Bildiyiniz  kimi,  ilkin  böyük  fermer  təsərrüfatlarının 

yaradılması layihələri bu bölgədə həyata keçirilir. Ağcabədi və 

Beyləqan  rayonlarında  iri  fermer  taxılçılıq  təsərrüfatları 

fəaliyyətə  başlamışdır.  Biz  bu  layihələrə  böyük  ümidlərlə 

yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir. Baxmayaraq ki, 

bu layihələr 5 min hektarı əhatə edir, böyük layihələrdir, ancaq 

birinci  təcrübədir.  Bu  təcrübənin  uğurlu  nəticələri,  əlbəttə, 

hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib 

çıxaracaqdır. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il 

biz  bu  təcrübənin  ilkin  nəticələrini  görəcəyik.  Həm 

məhsuldarlıq  böyük  dərəcədə  artmalıdır,  bəlkə  də  orta 

məhsuldarlıqdan 2 dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin 

sahələrinin  dövriyyəyə  buraxılması  da  ərzaq  təhlükəsizliyinin 

təmin edilməsində öz rolunu oynayacaqdır. 

Dövlət  siyasətinin  icrası  nəticəsində  sahibkarlar  üçün  yeni 

imkanlar  yaranır.  Bu  imkanları  dövlət  yaradır,  dövlət  siyasəti 

yaradır.  Bu  seçilmiş  istiqamətlər  üzrə  dövlət  bütün  səylərini 

səfərbər  edir.  Böyük  fermer  təsərrüfatlarının  yaradılması  üçün 

texnika,  suvarma  sistemi,  gübrələr,  güzəştli  şərtlərlə  verilən 

kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni 

bir  daha  demək  istəyirəm  ki,  Azərbaycanda  sahibkarlar  üçün 

yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. 

Sahibkarlar  da  birinci  növbədə  bundan  istifadə  etməlidirlər, 

bunu  qiymətləndirməlidirlər.  Eyni  zamanda,  sahibkarlar  sosial 

məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər. 

Mən  çox  şadam  ki,  sahibkarlarımız  bölgələrdə  müxtəlif 

sosial  layihələrdə  iştirak  edirlər.  Bəziləri  məktəb  tikintisi, 

bəziləri  məktəb  təmiri,  bəziləri  isə  digər  xeyriyyə  işləri  ilə 

məşğuldurlar. Mən bunu alqışlayıram. Hesab edirəm ki, dövlət 

tərəfindən  sahibkarlara  verilən  güzəştlər,  maliyyə  dəstəyi  və 

yaradılan şərait onların bu işlərdə daha da fəal olmalarını təmin 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə