44
Məsələnin digər tərəfləri də münaqişənin həlli üçün böyük
əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadi məsələlər. Bu gün Ermə-
nistan ilə Azərbaycan arasında fərq kifayət qədər böyükdür.
Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə irəliyə gedibdir.
Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən 2 dəfə
çoxdur.
İqtisadi
imkanlarımız
genişlənir.
İqtisadi
tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır.
İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin 6 ayının
yekunları – 9 ayın yekunları bu yaxınlarda bəlli olacaqdır –
göstərir ki, qeyri-neft sektorunda artım 10 faizdən çoxdur.
Biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan
səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələn-
dirmişik və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir.
Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici
yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan
iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu yaxınlarda onların hətta
rəsmi statistik məlumatlarına görə Ermənistanın ixrac
nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları
üzə çıxdı. Yəni qurbağalar – bəlkə bu auditoriyada bu barədə
danışmaq yersiz olar – amma bu reallıqdır. Yəni bu ölkənin
daxili resursları tükənir. İqtisadiyyat çökür, sənaye iflic
vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən
hər il 100 minə qədər əhali köçür və bu proses davam edir. Bu
prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər
ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa
davam edəcəkdir.
Biz isə uğurla inkişaf edirik. Azərbaycanın dünyadakı nüfu-
zu artır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz tarixi qələ-
bəmizdir, nəinki diplomatiyada, ümumiyyətlə, deyə bilərəm ki,
tarixdə ən böyük siyasi və diplomatik qələbədir. Müstəqilliyin
20 illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını
göstərir. Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi
tərəfindən Azərbaycan haqqında yanlış rəyin forma-
laşdırılmasında ermənilərə böyük zərbə vura bilmişik. Beləliklə,
biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı
45
dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən
demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk
günlərdən bu prinsiplərə sadiqik. Bu gün mənim həmkarlarımla
keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi
aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim
vurğulanır.
Təhlükəsizlik Şurasında olmağımız bizə imkan verəcəkdir
ki, dünyada özümüz haqqında daha da dolğun məlumat verək,
özümüzü gənc, dinamik, müasir, inkişafda olan ölkə kimi
təqdim edək. Əlbəttə, Ermənistan bu qələbələr qarşısında aciz-
dir, əslində öz məğlubiyyətini etiraf edir. Çünki diplomatlar
yaxşı bilirlər ki, Ermənistan da Təhlükəsizlik Şurasına üzv
olmaq üçün müraciət etmişdi. Ancaq ondan sonra götür-qoy
etdi və anladı ki, onları çox acı və biabırçı məğlubiyyət
gözləyir. Çünki Azərbaycan daha böyük mövqelərə malikdir.
Ermənistan sakitcə bu yarışdan çəkildi. Bütün başqa yarışlardan
da çəkilmək zorundadır. Yəni bizimlə rəqabət aparmaq
iqtidarında deyil. Biz gücümüzü artıracağıq. Yenə də deyirəm,
tarixi,
hüquqi,
iqtisadi
amillər
bizim
mövqemizi
möhkəmləndirir. Bizimlə dost olmaq istəyən ölkələrin sayı
artmaqdadır. Mən bu işdə səfirliklərin rolunu yüksək qiy-
mətləndirirəm. Çünki biz xüsusilə son bir neçə ildə ikitərəfli
formatda böyük irəliləyişə nail ola bilmişik.
Demoqrafik vəziyyət gələcəkdə çox şeyi müəyyən edə-
cəkdir. Bu amil nədənsə o qədər də nəzərə alınmırdı.
Ancaq biz görürük ki, ölkələrin imkanları da, nüfuzu da,
təsir gücü də bir çox hallarda əhalidən, onun sayından asılıdır.
Bizdə bu dinamika müsbətdir. Nazirlər Kabinetinin toplantısında
mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Biz elə
etməliyik ki, Azərbaycan əhalisi daha sürətlə artsın. Əgər
Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ qalıbsa,
anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli
rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Əgər onlar danışıqlar
masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş
torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının
46
gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük
təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə
bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz
maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna
hazırdır.
Onsuz da biz 20 il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi
hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz
maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik.
Regionda baş verən bəzi son hadisələr onu göstərir ki, bizim
maraqlarımızı nəzərə almadan bölgədə siyasi təşəbbüslər icra edilə
bilməz. Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim
mövqemizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan
böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən, Azər-
baycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza
zidd olan hər hansı bir hadisə baş versin. Yəni biz təkbaşına
mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü
dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik.
Ermənistan isə aydın məsələdir ki, xarici yardım olmadan,
ümumiyyətlə, heç bir gələcəyi olmayan ölkədir. Regionda gedən
proseslər, bir daha demək istəyirəm, o vəziyyətə gətirib çıxara bilər
ki, Ermənistan seçim qarşısında o qədər də böyük seçimə malik
olmayacaqdır. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan
əl çəksinlər, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O
zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da
regional məsələlərə qoşula bilər.
Biz bölgədə söz sahibiyik və bundan sonra mövqemiz daha da
möhkəm olacaqdır. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər
hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz
onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə
siyasətimiz davam etdirilməlidir. Bu öz bəhrəsini verir. Əgər məsələni
sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar
doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, o zaman Ermənistan
işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks-təqdirdə məsələnin
başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna
etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq,
Dostları ilə paylaş: |