ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə16/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   12   13   14   15   16   17   18   19   ...   123

 

50 


sahədə  daha  fəal  olmalıdırlar.  Biz  Azərbaycan  şirkətlərinin 

xaricdəki fəaliyyətini  stimullaşdırırıq.  Sahibkarlarla keçirdiyim 

son  müşavirədə  bu  məsələ  ilə  bağlı  konkret  tapşırıqlar 

vermişəm, təkrar etmək istəmirəm. Ancaq Azərbaycan şirkətləri 

–  istər  dövlət,  istər  özəl  investor  və  podratçı  kontraktor  kimi 

xarici bazarlara çıxmalıdır. Səfirlər də Azərbaycan şirkətlərinin 

fəaliyyətini təmin etməlidirlər. Bu belə olmalıdır. İnkişaf etmiş 

ölkələr  daim  öz  şirkətlərinə  başqa  ölkələrdə  yaxşı  vəziyyətin 

yaradılması üçün səylər göstərir. Biz də bu yolla getməliyik və 

gedirik.  Ona  görə  iqtisadi  istiqamət  nisbətən  yeni  bir 

istiqamətdir və səfirlər buna daim diqqət göstərməlidirlər.  

Azərbaycanın  diaspor  təşkilatlarının  sayı  artır,  onların 

fəaliyyətinin  keyfiyyəti  yüksəlir.  Dünyada  vaxtaşırı  keçirilən 

nümayişlər, etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki, biz 

doğrudan  da  güclü  diaspor  təşkilatları  yarada  bilmişik  və 

səfirliklər  də  diaspor  təşkilatları  ilə  sıx  əlaqədə  olmalıdırlar. 

Əksər hallarda bu belədir, istərdim ki, hər bir yerdə belə olsun. 

Çünki  bu  bizim  gücümüzü  daha  da  artırır,  xaricdə  yaşayan 

azərbaycanlıları öz Vətəninə daha da bağlayır. Bir tərəfdən, biz 

xaricdə  yaşayan  azərbaycanlılara  daha  da  böyük  dəstək 

göstəririk. Digər tərəfdən, onlar da bilirlər ki, onların arxasında 

güclü  Azərbaycan  dövləti  vardır.  Bizim  üçün  diaspor 

təşkilatlarının  fəaliyyəti,  xüsusilə  Ermənistan–Azərbaycan 

məsələsi  ilə  bağlı  çox  önəmlidir.  Bu  istiqamət  daim  diqqət 

mərkəzində olmalıdır. 

Əlbəttə,  səfirlərimiz  dövlət  orqanlarının  nümayəndələri  ilə 

sıx  əlaqədə  olmalıdırlar,  çalışdıqları  ölkələrin  nazirlikləri  ilə 

əlaqədə  olmalıdırlar.  Bununla  bərabər,  hesab  edirəm  ki,  qeyri-

hökumət  təşkilatları  ilə  əlaqələr  daha  da  fəal  olmalıdır.  Bu, 

yaddan çıxmamalıdır. Media ilə əlaqələr daha fəal qurulmalıdır. 

Hələ  ki,  erməni  lobbisinin  təhriki  ilə  hərdənbir  Azərbaycana 

qarşı  əsassız    ittihamlar  səslənir.  Biz  bilirik  bu  haradan 

qaynaqlanır. Əlbəttə ki, bu cür çirkin yazıların birinci mənbəyi 

erməni  lobbisidir.  Çünki  erməni  lobbisi,  dünya  erməniliyi 

Azərbaycanı 1 nömrəli hədəf kimi seçib. Bu reallıqdır, belədir. 



 

51 


Çünki  başa  düşürlər  ki,  onlar  üçün  1  nömrəli  təhlükə  məhz 

Azərbaycandır.  

Bizim  üçün  də  erməni  lobbisi  ən  böyük  düşməndir.  Mən 

yenə  də  bildirmək  istəyirəm  ki,  bunu  deməkdən  çəkinmirəm. 

Çünki  bu  reallıqdır,  həqiqətdir.  Onların,  necə  deyərlər,  çirkli 

pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz 

yola təhrik edir. Biz bunlara qarşı daim  mübarizə aparmalıyıq. 

Azərbaycana  qarşı  yanlış  məlumatlarla  dolu  yazıların  ikinci 

səbəbi  isə  ölkəmizin  müstəqil  siyasətidir.  Müstəqil  siyasət  heç 

də  hər  kəsin  xoşuna  gəlmir.  Biz  qarşıya  vəzifə  qoymuşuq  ki, 

müstəqil siyasəti gücləndirək, Azərbaycan xalqının maraqlarını 

təmin  edək.  Bəzi  hallarda  bizi  hansısa  məsələyə  yönəltmək, 

hansısa  məsələdə  mövqemizi  yumşaltmaq  naminə  müəyyən 

dairələr bizə qarşı kampaniya şəklində hücumlar edir. Biz bunu 

«Eurovision»  ərəfəsində  də,  ondan  əvvəlki  dövrdə  də  görmü-

şük.  Ancaq  həqiqət  ondan  ibarətdir  ki,  bu  kampaniyaların  heç 

bir  təsiri  yoxdur.  Azərbaycan  dövlətinin  iradəsinə,  siyasətinə 

heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik tariximiz 

bunu  artıq  dəfələrlə  göstərmişdir.  Bütün  bu  səylər  əbəsdir. 

Onların  heç  birinin  bizim  siyasətimizə  təsiri  olmayacaqdır. 

Ancaq bununla bərabər, əlbəttə ki, bu dairələr ölkəmiz haqqında 

müsbət  imicə  ləkə  vurmaq  istəyir.  Ona  görə  səfirlərimiz, 

səfirliklərin nümayəndələri daim bu mətbu orqanları ilə əlaqədə 

olmalı,  onların  yanlış  siyasətini  onlara  bildirməlidir.    Bəzi 

hallarda  bilməyərəkdən  belə  yazılar  dərc  edilir.  Yəni    xarici 

media ilə münasibətlər daha da fəal olmalıdır və ölkə haqqında 

daha  da  dolğun  məlumatlar  verilməlidir  –  Azərbaycan  necə 

inkişaf  edir,  Azərbaycanda  iqtisadi,  sosial  məsələlər  necə  həll 

olunur, azadlıqlar necə təmin edilir. Çünki bəzi hallarda mənim  

qəbuluma  gələn  xarici  qonaqlar  da  mən  onlara  izah  edəndə 

təəccüb edirlər ki, Azərbaycanda azad internet vardır?! Heç də 

hər  bir  ölkədə  azad  internet  yoxdur.  İndi  məsəl  üçün,  bəzi 

ölkələr interneti məhdudlaşdırmaq, yaxud da ki, senzura tətbiq 

etmək haqqında fikirləşirlər. Bizdə azad internet var. İndi bizdə 

internetdən  istifadə  edənlərin  sayı  65  faizə  çatıbdır.  Yəni 



 

52 


mətbuatı  necə  məhdudlaşdıra  bilərik  ki,  bizdə  internet  azaddır 

və istifadəçilərin sayı artır. Bizdə bütün media azaddır. Sərbəst 

toplaşmaq azadlığı tam təmin edilir. Hər bir siyasi qüvvə getsin 

müəyyən  edilmiş  yerlərdə  öz  tədbirlərini  keçirsin.  Yaxın 

keçmişdə  belə  hadisələr  olubdur.  Sadəcə  olaraq,  bu  tədbirlərə 

heç  kim  gəlmir.  Onun  üçün  bəzi  siyasi  qüvvələr  Fəvvarələr 

meydanında,  yaxud  da  ki,  başqa  mərkəzi  yerlərdə  bu 

nümayişləri keçirmək istəyirlər ki, hər hansı bir telviziya kanalı 

gəlsin bunu çəksin və göstərsin. Biz bunu da bilirik.  

Çünki bizim ölkəmizdə bütün azadlıqlar vardır. Yəni vicdan 

azadlığı.  Bəzi  ölkələr  Azərbaycandan  ibrət  götürməlidir.  O 

ölkələr  ki,  islamofobiya  meyillərini  süni  şəkildə  gücləndirir, 

gəlib bizdən öyrənsin ki, dinlərarası münasibətlər necə qurulma-

lıdır.  Biz  bunu  təcrübə  naminə  etmirik.  Bu  bizim  həyat 

tərzimizdir.  Amma  belə  olmalıdır.  Bizdə  necədirsə,  bax,  belə 

olmalıdır. Dini, milli zəmində heç vaxt nəinki qarşıdurma, heç 

bir anlaşılmazlıq da ola bilməz. Biz buna imkan vermərik. Ona 

görə  vicdan  azadlığı  tam  şəkildə  təmin  edilibdir.  Siyasi 

fəaliyyətlə  bağlı  heç  bir  məhdudiyyət  yoxdur.  Azərbaycanda 

azad cəmiyyət vardır. Azərbaycana gələn xarici nümayəndələr, 

əgər  qərəzsizdirlərsə,  bunu  görürlər.  Bu  həqiqətlər  ölkələrin 

ictimaiyyətinə  çatdırılmalıdır  ki,  Azərbaycan  haqqında  dolğun 

məlumat verilsin. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi 

işlər çoxdur.  

Xarici  siyasətlə  bağlı  bizim  kifayət  qədər  açıq  siyasətimiz 

vardır.  Beynəlxalq  təşkilatlarda  üzvlüyümüzə  və  fəaliyyətimizə 

gəldikdə,  bu  sahədə  də  ictimaiyyət  üçün  açıq  olmayan  heç  bir 

məqam yoxdur. Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak 

edirik,  maraqlarımızı  qoruyuruq  və  götürdüyümüz  öhdəlikləri 

yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç 

bir  öhdəliyimiz  də  ola  bilməz.  Bu  aksiomdur.  Çünki  əgər  o 

təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! 

Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt 

qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. 

İkitərəfli  təmaslarda  mən  şəxsən  öz  fikirlərimi  çox  açıq  şəkildə 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə