ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə18/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   14   15   16   17   18   19   20   21   ...   123

 

56 


Azərbaycan  gənc  dövlətdir.  Ancaq  baxın,  dünyada  nə  qədər 

dostlarımız,  tərəfdaşlarımız  vardır.  Biz  enerji  diplomatiyamızı 

aparırıq.  Biz  mədəniyyət  diplomatiyamızı  aparırıq.  Baxın, 

xaricdə bizim nə qədər mədəni tədbirlərimiz keçirilir.  

Dünya  paytaxtlarında  Azərbaycanın  mədəniyyətini,  tarixini, 

incəsənətini  təbliğ  edirik.  20  illik  müstəqilliklə  əlaqədar  bütün 

keçmiş  sovet  məkanında  Azərbaycan  yeganə  ölkə  idi  ki,  dünya 

paytaxtlarında  böyük  tədbirlər  keçirmişdir.  Bu  bizim 

təşəbbüsümüz  idi  və  aparıcı  ölkələrin  paytaxtlarında  böyük 

konsertlər,  təqdimatlar,  sərgilər  keçirilmişdir.  Bu  sahə  mütləq 

diqqət  mərkəzində  olmalıdır.  Çünki  bu  sahə  insanları  daha  çox 

birləşdirir və eyni zamanda, ölkə haqqında daha dolğun təsəvvür 

yaradır. 

Biz  gənc  müstəqil  ölkəyik.  Bəzi  ölkələrdə  hesab  edirlər  ki, 

Azərbaycan  20  ildir  dünya  xəritəsində  özünə  yer  tapıbdır.  Bu 

doğrudan  da  dünyanın  siyasi  xəritəsində  belədir.  Ancaq  dünya 

xəritəsində  biz  əsrlər  boyu  varıq.  Bizim  qədim  mədəniyyətimiz, 

tariximiz, incəsənətimiz milli sərvətimizdir. Biz bu sərvəti təbliğ 

etməliyik, dünyaya təqdim etməliyik. Səfirliklərin işi burada çox 

əhəmiyyətlidir.  İndi  səfirliklərdə  mədəniyyət  xidmətlərinin 

yaradılması işi başlamışdır. Bu da çox uğurlu təşəbbüsdür. Yenə 

də  deyirəm  ki,  bu  təşəbbüs  ancaq  Azərbaycan  tərəfindən  irəli 

sürülmüşdür.  Bu  yeniliklər,  islahatlar,  yeni  baxışlar  bizi  qabağa 

aparır. 


Bu  gün  Azərbaycanda  iqtisadi,  siyasi  sahələrdə,  xarici 

siyasətlə  bağlı  elə  vəziyyət  yaranıbdır  ki,  bəzi  hallarda  mənə 

deyirlər,  bəlkə  bir  az  yavaşlayaq.  Bəlkə  bu  qədər  sürətlə 

getməyək.  Çünki  bu,  Bakının,  digər  şəhərlərimizin  gözəlliyi 

bəzilərini  qıcıqlandırır.  Çünki  biz  çox  sürətlə  qabağa  gedirik. 

Bəlkə  də  burada  məntiq  var  –  qıcıqlandırmamaq.  Ancaq  mən 

özümdə  fikirləşirəm,  görün  vəziyyət  nəyə  gətirib  çıxarıb  ki, 

Azərbaycan  indi  o  qədər  inkişaf  edib  ki,  bizə  deyirlər  bir  az 

yavaşlayın,  çünki  siz  çox  sürətlə  gedəndə  başqa  ölkələrdə  buna 

qısqanclıqla yanaşırlar. 




 

57 


Mən tam əminəm ki, biz bir addım da yavaşlaya bilmərik. Biz 

irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur. Dünya 

dinamik  şəkildə  inkişaf  edir  və  hətta  1  ay,  1  həftə  də  gözləmək 

olmaz.  Biz  xarici  siyasətdə,  iqtisadi  sahədə,  texnologiyalar 

sahəsində  hadisələri  qabaqlamalıyıq.  Bax,  bu  gözəl  Diplomatik 

Akademiyanın üstünlüklərindən biri də odur ki, burada ən müasir 

texnologiyalar  tətbiq  olunur.  Gənclərimiz  bu  texnologiyalar 

əsasında  təhsil  alacaqlar:  yeni  texnologiyalar,  kosmik  sənayenin 

inkişafı.  Bəzilərinə  təəccüblü  gəlib  ki,  Azərbaycan  kimi  ölkədə 

kosmik sənaye necə ola bilər? Niyə də olmasın?! Bizim istedadlı 

kadrlarımız,  maliyyə  resurslarımız  və  gələcəyə  baxışımız  vardır. 

Ona  görə  biz  bir  addım  da  yavaşlamayacağıq.  Biz  irəliyə 

gedəcəyik, istədiyimizə nail olacağıq. Əminəm ki, suverenliyimizi 

bərpa edəcəyik və bir gün gələcək, Azərbaycan bayrağı Şuşada və 

Xankəndidə dalğalanacaqdır. Sağ olun! 

 

 



 

 

 

 


 

58 


 

ÇİN XALQ RESPUBLİKASI ÜMUMÇİN XALQ 

NÜMAYƏNDƏLƏRİ MƏCLİSİNİN XARİCİ İŞLƏR 

ÜZRƏ KOMİTƏSİNİN   

SƏDRİ Lİ CAOSİNİN BAŞÇILIQ  

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  

 

 

21 sentyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



sentyabrın  21-də  Çin  Xalq  Respublikası  Ümumçin  Xalq  Nü-

mayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş 

Xarici İşlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini 

qəbul etmişdir. 

Li  Caosin  Azərbaycana  səfərindən  və  prezident  İlham 

Əliyevlə görüşündən şərəf duyduğunu vurğuladı. O, Çin Xalq 

Respublikasının  Sədri  Hu  Szintaonun  salamlarını  döv-

lətimizin  başçısına  çatdırdı.  Qonaq  əlaqələrimizin  geniş-

ləndirilməsində dövlət başçılarının rolunu xüsusi qeyd etdi. 

Çin  Xalq  Respublikasına  uğurla  keçən  ilk  rəsmi  səfərini 

və Pekin Olimpiya oyunları zamanı keçirdiyi görüşləri məm-

nunluqla xatırladan prezident İlham Əliyev bu səfərinin ölkə-

lərimiz  arasında  ikitərəfli  əlaqələrin  genişləndirilməsi  üçün 

böyük  imkanlar  açdığını  dedi.  Azərbaycan  Respublikası  ilə 

Çin Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviy-

yədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi, mədəni və 

digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirdi. 

Görüşdə  parlamentlərarası  əməkdaşlığın  genişləndirilmə-

sinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyəti qeyd 

olundu,  əlaqələrimizin  bundan  sonra  da  möhkəmlənəcəyinə 

əminlik ifadə edildi. 


 

59 


Dövlətimizin  başçısı  Çin  Xalq  Respublikasının  Sədri  Hu 

Szintaonun  salamlarına  görə  minnətdarlığını  bildirdi,  onun 

da  salamlarını  Çin  dövlətinin  başçısına  çatdırmağı  xahiş 

etdi. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə