65
ƏLƏT QƏSƏBƏSİNDƏ 32 SAYLI ŞƏHƏR
POLİKLİNİKASININ AÇILIŞI
MƏRASİMİ
25 sentyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 25-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində
32 saylı şəhər poliklinikasının açılışında iştirak etmişdir.
Ötən il aprelin 4-də prezident İlham Əliyev Ələt qəsəbəsinin
sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış
olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşı-
rıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il aprelin
6-da imzaladığı Sərəncamla bu tibb müəssisəsinin inşası üçün
bir milyon manat vəsait ayrılmışdı.
Ələt qəsəbəsinə gələn prezident İlham Əliyev poliklinikanın
əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət
stendə baxdı.
Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən
lenti kəsdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov Azərbaycan prezidentinə məlumat verdi ki, poli-
klinikanın ötən əsrin 70-ci illərinin əvvəllərində inşa olunmuş
birmərtəbəli binası istifadəyə yararsız vəziyyətə düşdüyündən
ötən ilin noyabrından yeni binanın inşasına başlanılmışdır.
Qısa müddətdə müasir standartlar səviyyəsində tikilən tibb
müəssisəsinin ikimərtəbəli yeni binasında müayinə və müalicə
üçün hər cür şərait vardır.
Binanın girişində ulu öndər Heydər Əliyevin və prezident
İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və
qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır.
Dövlətimizin başçısı burada ultrasəslə müayinə kabineti ilə
tanış oldu. Kabinetdə ən müasir tibbi avadanlıq quraşdırıl-
mışdır ki, bu da tez və dəqiq diaqnoz qoymağa imkan verə-