ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə23/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   19   20   21   22   23   24   25   26   ...   123

 

73 


çox çətin olardı. Müasir dünyada ölkələrin uğurunu bilik, elm, 

texnologiyalar  və  təhsil  müəyyən  edir.  Biz  şadıq  ki,  bu  gün 

Azərbaycanda yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa 

nail  olmuşuq.  Savadlılığın  səviyyəsi  faktiki  olaraq  100  faizdir. 

Biz təhsilin inkişafı üçün çox iş görür və bu sahəyə olduqca çox 

sərmayə yatırırıq. Son 8 ildə Azərbaycanda təhsil xərcləri 6 dəfə 

artaraq  1,5  milyard  manat  səviyyəsinə  çatmışdır.  Bu  da 

büdcəmizin  bütün  məxaric  hissəsinin  10  faizindən  bir  qədər 

azdır.  Azərbaycanda  təhsil  xərcləri  müdafiə  xərcləri  ilə  birinci 

və ikinci yerləri bölüşür. Bu isə bizim üçün məhz düzgün tədris 

prosesinin  nə  qədər  əhəmiyyətli  olduğuna,  Azərbaycan  gənc-

lərinin  onlara  həyatda  lazım  olan  bilikləri  əldə  edə  biləcəkləri 

belə  bir  tədris  sisteminin  yaradılmasının  nə  qədər  əhəmiyyətli 

olduğuna dəlalət edir. 

Hər bir gənc vəzifə tutmağa və yaxşı biliklərə yiyələnməyə 

çalışır və ya çalışmalıdır. Bazar iqtisadiyyatı, azad rəqabət, açıq 

bazar  və  bütövlükdə  dünyada  rəqabət  şəraitində  fundamental 

biliklər olmadan həyatda öz yerini tapmaq bəzən çox çətin olur. 

Azərbaycanda  şəxsiyyətin  inkişafı,  öz  yolunu  sərbəst  seçmək 

üçün  hər  cür  şərait  yaradılıb.  Buna  görə  də  gənclər  biliklərə 

yiyələnməyə  can  atmalıdır.  Bilik  əldə  etmək  üçün  isə  yalnız 

istək  kifayət  deyil.  Tədris  prosesi  lazımi  səviyyədə  təşkil 

edilməyibsə,  tədrisin  səviyyəsi  axsayırsa,  tələbələr  bilik 

qazanmağa  nə  qədər  can  atsalar  da,  nəticə  əldə  etmək  çətin 

olacaq.  MDU-nun  Azərbaycandakı  filialı  çərçivəsində  biz 

tədrisin  səviyyəsinin  yüksək  olduğunu,  habelə  gənclərin 

biliklərə yiyələnməyə can atdıqlarını görürük. 

Filialın  fəaliyyəti  tədricən,  mərhələ-mərhələ  yaradılmış  və 

inkişaf  etmişdir.  Əlbəttə,  təkcə  infrastruktur  və  texniki  tərəfi 

mərhələ-mərhələ inkişaf etməmişdir – dediyim kimi, biz bu gün 

gözəl bir binanı açırıq – həm də fakültələrin sayı ilbəil artır. Bu 

da  bizim  ümumi  istəyimiz  idi.  Biz  bu  gün  də  Viktor 

Antonoviçlə  bu  məsələni müzakirə  etdik,  qısa  fikir mübadiləsi 

apardıq.  Bir  daha  demək  istəyirəm  ki,  biz  imkan  daxilində 

fakültələrin  sayının  artırılmasında  maraqlıyıq.  Çünki  birgə 



 

74 


əməyimizin  nəticəsi  olan  indi  gördüklərimiz  böyük  nikbinlik 

doğurur.  Fakültələrin  sayının  ölkəmizin  inkişafı  üçün  daha 

mühüm  maraq  kəsb  edən  istiqamətlər  üzrə  artırılması  prioritet 

olmalıdır. 

Əminəm  ki,  MDU-nun  filialının  yaradılması  Azərbaycanda 

elmin  inkişafına  yeni  təkan  verəcək.  Biz  buna  da  böyük 

əhəmiyyət  veririk.  Mən  Elmlər  Akademiyasının  illik 

toplantısında elmi ictimaiyyətlə son görüşümdə də Azərbaycan 

elmi  qarşısında  duran  vəzifələr  üzərində  kifayət  qədər  ətraflı 

dayandım. 

Biz  ölkəmizin  elmi  potensialını  hər  vəchlə  inkişaf  etdir-

məliyik.  Bütün  məsələlərdə  müasir  cəmiyyətin  və  müasir  dün-

yanın  reallıqlarına  əsaslanırıq.  Biz  realistik.  Əlbəttə,  hansısa 

ciddi  elmi  tədqiqatlarda  Azərbaycanın  model  qanunvericisi 

olacağını  gözləmək  sadəlövhlük  və  vaxtı  qabaqlamaq  olardı. 

Amma  bizim  mütləq  həll  etməli  olduğumuz  məsələ  dinamik 

inkişaf  edən  istiqamətlərdə  qabaqcıl  elmi  təcrübəni  mümkün 

qədər  tez  mənimsəməkdir.  Bu  barədə  mənim  tərəfimdən 

müvafiq göstərişlər verilib. 

Müasir  texnologiyalarsız  heç  bir  ölkənin  inkişafı  mümkün 

deyil.  Bu  gün  XXI  əsrdə,  XXI  əsrin  əvvəlində  bu,  müasir 

həyatın  reallığına  çevrilib.  Elmi  araşdırmalarda  liderlik  edən 

ölkələr dünyanın siyasi xəritəsində liderlik edəcəkdir. Ona görə 

də  biz  çox  güclü  intellektual  potensial  yaratmalıyıq.  Məsələn, 

bütün 

məktəblərin 



kompüterləşdirilməsi 

prosesini 

yekunlaşdırırıq. İndi 30 şagirdə 1 kompüter düşür. Amma 7-8 

il əvvəl 2 min şagirdə 1 kompüter düşürdü. Hətta Azərbaycanın 

ən  ucqar  regionlarında  da  internetə  maneəsiz  çıxış  imkanı 

yaradırıq.  İndi  Azərbaycanda  internet  istifadəçilərinin  sayı  65 

faizi ötüb, bizdə internet azaddır. 

Biz  kosmik  sənaye  yaradırıq.  Bəziləri  düşünə  bilər  ki, 

Azərbaycan  buna  hələ  tam  hazır  deyil.  Ancaq  biz  kosmik 

sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu 

istiqamətdə  işimizi  davam  etdirəcəyik.  İnkişafın  çox  mühüm 

istiqaməti  olan  informasiya-kommunikasiya  texnologiyaları 




 

75 


sahəsi  üzrə  reytinqdə  biz  regionumuzda  lider  mövqe  tuturuq. 

Elmin  inkişafı  cəmiyyətin  inkişafı  deməkdir.  Ölkənin 

intellektual  potensialının  inkişafı  ölkənin  gələcəyidir.  Bizim 

vəzifəmiz  ölkəmizdə  müşahidə  edilən  dinamik  iqtisadi  artımı, 

dünya  arenasında  mövqelərimizin  möhkəmləndirilməsini  çox 

böyük  intellektual  potensialla  gücləndirməkdən  ibarətdir. 

Bunun  üçün  bütün  imkanlar  var.  İlk  növbədə,  ənənələr 

mövcuddur.  Azərbaycanda  sovet  dövründə  elm  çox  güclü 

inkişaf etmişdir. Biz görkəmli alimlərimizlə fəxr edirik. Sonra, 

təbii  ki,  tənəzzül  oldu.  Ancaq  bu  tənəzzül  yalnız  bizdə  deyil, 

bütün postsovet məkanında baş verdi. Keçmiş SSRİ-nin praktiki 

olaraq,  bütün  ölkələrində  çox  ağır  iqtisadi  durum  yaranmışdı. 

Elmi  və  pedaqoji  elita  ağır  vəziyyətdə  idi.  Biz  hamımız 

cəmiyyətdə elmi ziyalıların nüfuzunun təəssüf ki, aşağı düşdüyü 

o çətin illəri xatırlayırıq.      O zaman sahibkarlıq fəaliyyəti ilə 

məşğul  olan  insanlar  təəssüf  ki,  sosial  statuslarına  görə 

ziyalılardan daha üstün vəziyyətdə idilər. Bunun həm obyektiv, 

həm  də  subyektiv  səbəbləri  var  idi.  Ancaq  Azərbaycanın 

iqtisadi potensialı möhkəmləndikcə elmə də, təhsilə də daha çox 

vəsait  ayrılır.  Elmi  işçinin,  müəllimin  hörmət  və  nüfuzunu 

artırmaq  bizim  siyasətin  vacib  vəzifəsidir.  Biz  buna  doğru 

gedirik. Çox iş görülüb. 

Moskva  Dövlət  Universitetinin  Azərbaycandakı  filialı  kimi 

belə  müasir  elm  mərkəzlərinin  yaradılması,  həmçinin  düzgün 

istiqamətə doğru addımdır. Biz gələcəkdə də təhsilin inkişafına 

sərmayə  qoyacağıq.  Biz  məsələni  kompleks  şəkildə  nəzərdən 

keçiririk  –  məktəblərin  tikintisi  və  məktəbəqədər  təhsil.  Son 

illərdə Azərbaycanda 2200, bəlkə daha çox məktəb binası inşa 

edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər Bakıda 

təchizatına və təmirinə görə bu səviyyədə olmasa da, hər halda, 

yüksək səviyyədə olmayan bir məktəb də qalmayacaq. Bir daha 

demək  istəyirəm  ki,  ali  təhsil  bizim  diqqət  mərkəzimizdə  olan 

sahədir.  Bu,  sosial  sferadır,  iqtisadi  sferadır,  cəmiyyətimizin 

əxlaqi-mənəvi əsaslarının formalaşdığı sferadır. Bunlar, əlbəttə 

ki,  ailədə  yaranır.  Amma  istər  məktəb,  istərsə  də  ali  təhsil 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə