Elm adamları elm haqqında
- 50 -
asan bir proyekt olmayacağına görə, heç olmasa, müsəl-
man OPEC ölkələri liberal müstəvidə öz elmi fondlarını
qura bilərlər. Bu fondlar daha sonra müəyyən coğrafi böl-
gələrə yayılaraq, digər İslam ölkələrini də əhatə edə bilər-
lər.
b) İslam dünyasında elmi vəqflər
Elm, ancaq müstəqil və istiqrarlı maliyyə mənbələri
ilə dəstəkləndiyi təqdirdə inkişaf edər. Cəmiyyətin elmi
dəstəkləməsi üçün mümkün olduğu qədər müxtəlif kanal-
lar axtarıb tapılmalıdır. Bu mənbə müxtəlifliyi, mənbələrin
bir-birini sığortalaması (əvəz etməsi) baxımından böyük
əhəmiyyət kəsb edir. Bu da, bütün
seçicilərə cazibədar gəl-
məyən yeni və sınaqdan çıxarılmamış fikirlərin qəbul edil-
məsi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Digər tərəfdən,
müxtəlif mənbələrin hər biri bir və ya daha çox ixtisas sa-
həsində proyektlərin dəyərini təyin etmək imkanını artırır.
Beləliklə, çox sayda vəqf olsa, bunlardan biri kənd tə-
sərrüfatı proyektləri, digəri energetika proyektləri, bir baş-
qası da elm adamlarının təkmilləşməsi üzrə ixtisaslaşa bi-
lər.
1973-cü ildə bir İslam Elm Vəqfinin qurulması haq-
qında bir təbliğ yazdım. Layihə İslam Konfransı tərəfindən
təsdiq olundu və indi bu vəqf hökumətlər arası bir İslam
agentliyi kimi qurulub. Müsəlman ölkələrinin ixracatının
indikindən az olduğu bir vaxtda (iyul, 1973) yazılan bu
təbliğ, hər il veriləcək 1 milyon dollarla vəqfin cəmi 1 mil-
yard dollar vəsaitə sahib olmasını təklif edirdi. Bu şəkildə,
bütün İslam ölkələrini əhatə edəcək vəqf, illik gəlirləriylə
ABŞ-dakı Ford Vəqfi qədər fonda sahib olacaqdı.
Hal-hazırda, yeni qurulan bir İslam Elm Vəqfinə,
başlanğıc olaraq, həm kapital, həm də cari elmi xərclər
Elm adamları elm haqqında
- 52 -
caq, İslam dünyasının qabaqcıl elm və texnologiya xadim-
ləri tərəfindən idarə ediləcək.
Yaxın Şərqdə, Uzaq Şərqdə və Afrikada heç bir mü-
səlman ölkə beynəlxalq keyfiyyət standartlarına çatmaq
üçün lazımi elm və texnologiya infrastrukturuna sahib de-
yil. Bunun ən başlıca səbəbi, son zamanlarda hökumətin
və cəmiyyətin belə bir infrastrukturanı yaratma sahəsində
göstərdiyi biganəlikdir. Beynəlxalq standartlar nöqteyi-nə-
zərindən İslam dünyasında gəlinən səviyyə müasir bir cə-
miyyət üçün gözlənilənin onda biridir. (İnkişaf etmiş öl-
kələrdə iqtisadi baxımdan fəal iş qüvvəsinin 0.3%-i
ÜMM-un 1%-nin xərcləndiyi elm, tibb və texnologiya
sahələrində işləyir).
Kifayət qədər vəsait təsis olunmuş bir İslam Elm
Vəqfinin iki məqsədlə qurulması təklif olunur: yüksək sə-
viyyədə elmi kadrlar yetişdirmək və elmi quruluşlar təşkil
etmək.
Bu məqsədlərə nail olmaq üçün;
(a) vəqf elm adamı potensialı olmayan elm sahələ-
rində yeni elmi cəmiyyətlər təşkil edəcəkdir. Mövcud elmi
cəmiyyətləri isə daha da gücləndirəcəkdir. Bu, təcili olaraq
və sistematik bir şəkildə həyata keçiriləcəkdir.
(b) vəqf müsəlman ölkə xalqlarının ehtiyaclarına uy-
ğun olaraq istər nəzəri, istərsə də tətbiqi elm sahələrində
beynəlxalq səviyyədə elmi araşdırmaların aparılması üçün
elmi quruluşların yaradılmasına və bunların gücləndiril-
məsinə kömək edəcəkdir.
Vəqfin işləri, əsasən, elmlərin beynəlxalq standartlar
səviyyəsinə yüksəldilməsinə yönəldiləcək. Vəqfin ilk ça-
lışma mərhələlərində yuxarıda qeyd olunan iki məqsəddən
yüksək səviyyədə elmi kadrların hazırlanmasına üstünlük
veriləcək.