Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   ...   92

Elm adamları elm haqqında 
 
- 16 - 
mühəndislər tərəfindən düzəldilmirmi? Və bu işlərin arxa-
sında ümumbəşəri bir elmi fəaliyyət sistemi dayanmırmı? 
Və  bu  qlobal  sistemin  formalaşmasında  bir  çox  günahsız 
ölkələrin günahsız alimlərinin payı da yoxdurmu?  
Böyük elmin dəyirmanına su tökməyə çalışırıq, am-
ma  bu  dəyirmanın  kimin  üçün  üyütdüyünü  və  hazır  məh-
sullardan  kimin  faydalandığını,  yaxud  əksinə,  kimin  ba-
şında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha 
mənim işim deyil, bunu da qoy bir başqası düşünsün. Am-
ma  bu  «bir  başqaları»  kimdir  və  onlardan  bizdə  varmı? 
Bax  bu  məqamda  texnokrat  alimlərin  yadına  salmaq  istə-
yirik ki, bu «başqa məsələlər» məhz ictimai elmlərin pred-
metinə  daxildir. Təhsil  –  Elm  –  Texnika –  Texnologiya  – 
Sənaye – İstehlak zəncirində hər bir mərhələ tam müstəqil 
bir dəyər olmayıb  həmin böyük zəncirin  tərkib hissəsi  ol-
maqla, müəyyən ideoloji  yönə malikdir. Bu ideoloji  yönü 
müəyyənləşdirən,  cəmiyyətin  makrostrukturunu,  daxili 
proseslərin  qarşılıqlı  nisbətini  təhlil  edən  onların  müvafiq 
beynəlxalq proseslərlə qarşılıqlı əlaqəsini öyrənən və döv-
lət üçün təkliflər paketi hazırlayan da məhz ictimai elmlər 
olmalıdır.  
İndiyədək ictimai elmlər öz üzərinə düşən bu məsul 
vəzifələri yerinə  yetirməyibsə, bu o demək deyildir ki, bu 
elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi 
səmərə  gözlədiyimiz  kimi,  ictimai  elmlərdən  də  dövlətin 
strateji  inkişaf  xətti  üçün  elmi-metodoloji  baza  rolunu 
oynamaq  və  ictimai  praktikaya  xidmət  etmək  mənasında 
səmərəlilik  gözləyirik.  Lakin  əlbəttə,  ictimai  gerçəklik  və 
dövlət siyasəti ilə müvafiq elm sahələri arasında əks-əlaqə 
sisteminin yaradılması təkcə elm adamlarından asılı deyil. 
Bunun  üçün  müvafiq  dövlət  orqanlarının  və  ictimai  qu-
rumların da təşəbbüs göstərməsi tələb olunur. 


Giriş əvəziElm və onun sükanı   
 
- 17 - 
Ən  vacib  məsələlərdən  biri  elmin  mahiyyətini  və 
funksiyalarını düzgün mənimsəmək və müxtəlif xarakterli 
elmi  tədqiqat sahələrinin  xüsusiyyətlərinə  uyğun olan təş-
kilati  formalar  tətbiq  etməkdir.  Bu  baxımdan,  elmin 
mahiyyətinə və onun digər fəaliyyət sahələri ilə, habelə ic-
timai  həyatla  qarşılıqlı  əlaqəsinə  həsr  olunmuş  klassik 
əsərlərin  dilimizə  çevrilərək  oxuculara  təqdim  olunması 
xüsusi əhəmiyyətə malikdir.    
Qərb dünyasında elm haqqında yazılan, onun mahiy-
yəti və  funksiyalsrı ilə  bağlı olan  əsərlər çoxdur. Şərq öl-
kələrində  isə  poeziya  haqqında,  musiqi  haqqında  yüzlərlə  
əsər  yazılsa  da,  elm  haqqında  əsərlərə  çox  nadir  hallarda 
rast gəlmək mümkündür. Biz məhz bu nadir əsərlərdən bir 
qismini bir kitab halında çap etmək qərarına gəldik.  
Düşünürük  ki,  milli  mentaliteti  bizə  uyğun  olan 
adamların elm haqqında fikirləri yerli şəraitdə elmə müna-
sibətin  formalaşması  və  elmun  optimal  təşkilatlanması 
işində daha çox yardımçı ola bilər. 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm və din   
 
- 19 - 
 
 
 
ELM və DİN 
 
 

 
Quran və elm 
 

 
Müasir elm: insanlığın ortaq mirası   

 
İslam dünyasında elmlərin geriləməsi 

 
Elmin məhdudluğu 
 

 
İman və elm   

 
İslam ölkələrində elmlərin ən son vəziyyəti 

 
İslamda elmlərin renessansı 
 

 
İslam ölkələrində elmlərin dirçəlişi üçün 
lazımi addımlar 

 
İslam dünyasında elmi vəqflər 
  
 
 
 
 
 
 
 
 
 
 


Elm adamları elm haqqında 
 
- 20 - 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(1926 - 1996) 
 
Professor Dr. Əbdüs-Səlam 
İlk müsəlman Nobel mükafatı laureatı
 
 
 
 
 
 
 


Elm və din   
 
- 21 - 
 
 
 
 
 
 
Elmə və millətə həsr olunmuş həyat   
 
 
Əbdüs-Səlam XX əsrin böyük nəzəriyyəçi fiziklərin-
dən biri, böyük elm təşkilatçısı, vətənpərvər alim, ilk mü-
səlman Nobel mükafatı laureatıdır. 
Əbdüs-Səlam 29 yanvar 1926-cı ildə Britaniya Hin-
distanının  Cəng  adlı  kiçik  bir  şəhərində  (indiki  Pakistan 
ərazisində)  qədim  ənənələrə  malik  ziyalı  və  mömin  ailə-
sində dünyaya gəlmişdir. 
14 yaşında o ən yüksək göstəricilərlə Pəncab univer-
sitetinin  Hökumət  kollecində  oxumaq  üçün  təqaüd  almış 
və 1946-cı ildə oranı bitirmişdir.  
Həmin  ildə  Əbdüs-Səlam  burs  alaraq  oxumaq  üçün 
Kembricə, St. John's Kollecinə  yollanmış və 1949-cu ildə 
həm  riyaziyyat,  həm  də  fizika  üzrə  birinci  olmaqla  fərq-
lənmə bakalavr dərəcəsini almışdır. 1950-ci ildə fizika üz-
rə möhtəşəm tədqiqat işinə (pre-doctoral) görə o Kembric 
universiteti  tərəfindən  mötəbər  Smit  mükafatına  layiq  gö-
rünmüşdür.  1951-ci  ildə  o,  Kembricdə  kvant  elektrodina-
mikası  üzrə  fundamental  tədqiqatlarına  görə  nəzəri  fizika 
üzrə PhD almışdır.  
 
Əbdüs-Səlam  1951-ci  ildə  Pakistana  qayıdır  və  La-
hordakı  Hökumət  Kollecində  riyaziyyatdan  dərs  deməyə 
başlayır, 1952-ci ildən isə Pəncab Universitetində Riyaziy-
yat  kafedrasının  rəhbəri  vəzifəsinə  layiq  görülür.  Vətənə 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə