Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə3/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   ...   92

Elm adamları elm haqqında 
 
- 10 - 
aparmaqla  universitetlərin  missiyasını  istehsal  şirkətlərin 
missiyasından fərqləndirmişdir.
1
 
Akademiya, ali məktəb və sahə elmlərindən danışar-
kən, bir qayda olaraq, elə bil ki, eyni hüquqlu, eyni imkan-
lı  adamların  müxtəlif  idarələrdəki  fəaliyyətindən  söhbət 
gedir.  Müqayisə  adətən  statistik  göstəricilər  əsasında 
aparılır: hansı sahədə neçə elmlər doktoru vardır, neçə işçi 
çalışır  və  s.  Halbuki,  həmin  sahələrin  öz  spesifikasından 
asılı  olaraq  orada  çalışan  elm  adamlarının  fəaliyyəti  də 
müəyyən  xüsusiyyətə  malik  olmalıdır.  Məsələn,  sahə 
elmində  çalışan  adamların  əsas  funksiyası  məlum  elmi 
müddəaları  istehsal  sahəsinin  tələblərinə  uyğunlaşdırmaq, 
yeni  tətbiq  yolları  tapmaqdırsa,  Akademiya  işçilərinin 
funksiyası  tətbiqdən  asılı  olmadan  yeni  elmi  biliklər 
almaq, gerçəklik haqqında həqiqəti üzə çıxarmaqdır.  
Bəs  ali  məktəb?  Burada  çalışan  müəllimlər  həm  də 
elm adamlarıdır, elmi tədqiqat vərdişlərinə malikdirlər. Əl-
bəttə, müəllimin ilk  əsas vəzifəsi  tədris  etmək, məlum bi-
likləri  öyrətməkdir.  Lakin  necə  etmək  olar  ki,  müəllimlik 
və  alimlik  tam  müstəqil  fəaliyyət  sahələri  kimi  bir-birinə 
qarşı dayanmasın, əksinə, eyni məqsəd ətrafında birləşərək 
bir-birini  tamamlasın?  Axı,  müəllim  heç  də  yalnız  hazır 
biliklərin mənimsənilməsi ilə kifayətlənməməli, tələbələrə 
həm də  yeni bilik axtarılması yollarını öyrətməli, tədqiqat 
vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə  etmədən tə-
ləbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni, stan-
dartdankənar,  qeyri-normal  vəziyyətlərdə  çıxış  yolu  tapa 
bilməyəndə  durğunluğun,  ətalətin,  ehkamçılığın  daşıyıcısı 
                                                 
1
 Bax: Д.Прайс. Малая наука, большая наука,  –  «Наука о нау-
ке».  М.,  1966,  с.  281-384;  А.П.Огурцов.  Образы  науки...  //  Фило-
софия в современном мире. Философия и наука. М., Наука, 1972,  
с. 342-343. 


Giriş əvəziElm və onun sükanı   
 
- 11 - 
olar.  Bu  baxımdan,  ölkəmizdə  ətalət  və  ehkamçılığın  qa-
lıqları  təhsil sistemində də böyük neqativ rol oynamışdır. 
Hazır  biliklərin  öyrədilməsi  ilə  kifayətlənməmək  və  tələ-
bələrdə tədqiqatçılıq vərdişləri, yaradıcı təfəkkür formalaş-
dırmaq  üçün  isə  tədris  prosesinin  özü  real  tədqiqat  la-
boratoriyasına çevrilməlidir.  
Alimlik  və  müəllimlik  müəyyən  spesifik  cəhətlərlə 
şərtlənsə  də,  bir  sıra  ümumi  cəhətlərə  də  malikdir.  Təsa-
düfi deyil ki, respublikamızda elmi kadrların üçdə birindən 
çoxu  ali  məktəblərdə  cəmlənmişdir.  Xüsusən,  elmi  dərə-
cəsi olan kadrların nisbi sayına görə ali məktəb akademiya 
və  sahə  elmini  xeyli  qabaqlayır.  Belə  bir  şəraitdə  funda-
mental  elmi  tədqiqat  işinin  əsasən  Akademiya  institutla-
rında  aparılması,  ali  məktəblərin  isə  bu  işə  ancaq  qismən 
qoşulması  yolverilməz haldır. Respublikanın  məhdud im-
kanları müqabilində bütün elmi avadanlıq və təchizat mər-
kəzləşdirilməli  olduğu  halda,  tam  bir  pərakəndəlik  hökm 
sürür. 
Elmin  idarə  olunması  hələ  də  sosializmdən  qalma 
ənənələrə  müvafiq  olaraq  inzibatçılıq  yolu  ilə  həyata  ke-
çirilir.  Həmin  dövrdə  elmin  spesifikasını  nəzərə  almadan 
elmi  institutlarda  və  ali  məktəb  kafedralarında,  təsərrüfat 
müəssisələrində analoji nizam-intizam yaratmağa təşəbbüs 
göstərilir,  «təşkilatçılıq  qabiliyyəti»  olan  adamlar  elmdə 
də  «dəmir  qayda»ya  nail  olurdular.  Akademiyanın  qapısı 
ağzına  milis  işçiləri  qoyulması  və  ali  məktəb  müəllimlə-
rinin,  başqa  müəssisələrdə  çalışan  alimlərin  içəri  buraxıl-
maması, elmi işçilərdən elmi nəticə soruşmaq əvəzinə, on-
ların səkkiz saat şöbədə oturmalarının təmin edilməsi elmi 
işin və elmi əməkdaşlığın spesifikasını «unutmaqdan» irəli 
gəlirdi. İndi yenə də elmdə islahatdan danışılan kimi, yada 
düşən elə formal nizam-intizam olur. 


Elm adamları elm haqqında 
 
- 12 - 
Elmşünaslıq  problemlərinin  böyük  bilicisi  Xudu 
Məmmədov  danışırdı  ki,  akademik  İ.Vekua  Novosibirsk-
dən qayıdaraq Gürcüstan SSR Elmlər Akademiyasına pre-
zident  təyin  olunandan  sonra  bir  sıra  dəyişikliklər  həyata 
keçirir  ki,  köhnə  stereotiplərə  uyğunlaşmış  adamlar  bunu 
heç cür qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-
tədqiqat  institutu  açılır  və  bura  yüksək  maaşla  istedadlı 
gənc alimlər cəlb olunur. Bu alimlər işə vaxtı-vaxtında gə-
lib getmədiyi üçün və hər kvartalda konkret nəticələr əsa-
sında  hesabat  vermək  əvəzinə  taleyi  qabaqcadan  məlum 
olmayan  «uzaq  məqsədlər»  uğrunda  çalışdıqları  üçün  bir 
qrup  “qanunpərəst”  Moskvaya  şikayət  yazır  ki,  akademik 
İ.Vekua  dövlət  pulunu  havayı  xərcləyir,  işə  gəlməyən 
adamlara  yüksək  maaş  verir,  onları  növbəsiz  mənzillə  tə-
min edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru ol-
duğunu müəyyən edir. Axşam komissiya üzvləri hansı isə 
yubiley  məclisində  iştirak  edir  və  gecə  yarısı  banketdən 
qayıdanda  akademik  İ.Vekua  maşınları  həmin  institutun 
yanından  sürməyi  xahiş  edir.  Baxıb  görürlər  ki,  gündüz 
adamsız  olan  otaqların  çoxunda  gecə  işıq  yanır.  Məlum 
olur  ki,  tədqiqatçılar  məhz  «iş  vaxtı»  adlanan  müddətdə 
deyil,  onlara  yaradıcılıq  üçün  hansı  vaxt  münasibdirsə,  o 
vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin 
səmərəsini  daha  da  artırır.  Onların  hər  kvartalda  konkret 
nəticə  tələbindən  xilas  edilməsi,  onlara  etimad  göstəril-
məsi və şərait yaradılması diqqəti daha böyük problemlərə 
yönəltməyə,  elmin  təkcə  bu  günü  üçün  deyil,  həm  də  sa-
bahı üçün çalışmağa imkan yaradıb. 
Elmdə  formal  hesabat  sisteminin  tətbiq  edilməsi 
nəinki məsuliyyət hissini artırmır, hətta əsl elmi meyarları 
pərdələməklə  qarışqanı  fil,  fili  qarışqa  etməyə  imkan  ya-
radır, elm sahəsində «pripiska»nın yayılmasına səbəb olur. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə