Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

 
150 
Vinilxlorid  istehsalı  zamanı  atılan  tullantıların  miqdarı  ildə  100 
min.  tonla  qiymətləndirilir.  Bu  tullantıların  90%  polivinil  xlorid 
istehsalı zamanı əmələ gəlir. 
Ətraf  mühitdə  vinilxloridin  konsentrasiyası  5  tr.ln
-1
  bərabərdir. 
Vinilxlorid  fotokimyəvi  reaksiyalarda  iştirak  edə  bilir.  Bu  da 
atmosferin  çirklənməsində  mühüm  rol  oynayır.  Vinilxloridin 
atmosferdə  oksidləşmə  məhsullarına  formaldehid,  qarışqa  turşusu  və 
hidrogen-xlorid aiddir. 
 
 


 
151 
ƏTRAF MÜHĠTĠN RADĠOAKTĠV  
ÇĠRKLƏNMƏSĠ 
 
Radioaktivliyin  mənbəi  əsasən  ərzaq  məhsulları  olub,  aşağıdakı 
sxem  üzrə  yayılır:  atmosfer-külək,-yağış-torpaq-bitkilər-heyvanlar-
insan. 
Günəşdə  gedən  yanma  prosesi  nəticəsində  milyon  dərəcə  istiliklə 
bərabər  radioaktiv  şüalar  əmələ  gələrək  yer  kürəsində  radiasiya 
mənbəinə çevrilir və təbii radiasiya yaradır. Digər tərəfdən Yer planeti 
yaranarkən  radioaktiv  elementlərin  parçalanma  məhsulları  üzvi  və 
qeyri-üzvi  aləmdə  toplanaraq  radiasiya  mənbəinə  çevrilmişdir.  Odur 
ki,  planetimizin  hər  yerində  radiasiya  mövcud  olub,  yerlərdən  asılı 
olaraq 10 dəfə az və ya çox miqdarda qeyd edilməkdədir. 
Radioaktiv  mənbələr  (bunlara  radionuklid  deyilir)  təbii  və  süni 
olmaqla  iki  qrupa  ayrılır:  birinci  qrup  radionuklidlər  kosmogen  olub 
3
H, 
7
Be, 
14
C, 
22
Na, 
24
Na  radioaktiv  izotoplardan  ibarətdir;  ikinci  qrup 
radionuklidlər ətraf  mühitin çirklənməsi zamanı mövcud olmaqla 
40
K, 
238
U, 
232
Th izotoplarından ibarətdir. 
İlk  dəfə  insanlar  tərəfindən  kəşf  olunan  radionuklid  Radiumdur. 
Onu 1898-ci ildə Mariya Küri Skladovskaya və həyat yoldaş Pyer Küri 
Uran  filizindən  aldılar.  Bu  kəşfə  görə  onlara  1903-cü  ildə  Nobel 
mükafatı verildi. 
İkinci  süni  radionuklid  –  Radon  1908-ci  ildə  alman  alimi  Ramzay 
tərəfindən  sintez  edildi.  Bu  radioaktiv  təsirsiz  qazın 
26
Rn
 
izotopu 
müalicə məqsədilə (radon vannaları) istifadə olunmasına baxmayaraq, 
orqanizmdə hüceyrələrin funksiyasını poza bilir. 
Radon  orqanizmə  inqalyasiya  yolu  ilə  daxil  olur.  İnsanlar  radonla 
daimi  təmasda  olur.  Kərpic  və  daş  binalar,  əsasən  zirzəmi  və  birinci 
mərtəbə radonla zəngin olur. Tikinti materiallarının radioaktivliyi (mk 
3b/il  hesabı  ilə  )  aşağıdakı  kimidir:  ağac  materialı-0;  əhəng  daşı  və 
qum  0-100;  kərpic,  beton  –  100-200;  təbii  daş,  gips  200-400;  qranit 
400-2000. Radonun ən çox mövcud olduğu yerlərdən biri də sudur. 
İnsanların  istehsal  fəaliyyəti  nəticəsində,  faydalı  qazıntıların 
çıxarılması  və  emalı,  üzvi  yanacaqların  yandırılması,  mineral 
gübrələrin  istehsalı  zamanı  atmosfer  radionuklidlərlə  zənginləşir  və 
daimi dəyişir. 


 
152 
Nüvə enerjisinin əldə olunması ilə bərabər insanlar tərəfindən xeyli 
miqdarda radioaktiv mənbələr təbiətə yayılır. 
Atom bombalarının sinağı zamanı, istər quruda istərsədə suda, atom 
elektrik  stansiyalarının  qurulması  zamanı  biosfer  çirklənir  və  bunun 
ağır nəticələri hiss olunmaqdadır. 
Süni  sintez  olunan  radionuklidlər  21  olub,  onlardan  8-i  əhalinin 
şüalanma mənbəi kimi qeyd olunmaqdadır: 
14
C, 
137
Cs, 
90
Sr, 
89
Sr, 
106
Rn, 
144
Ce, 
131
İ, 
95
Zr. 
Radioaktiv  maddələr  əsasən  3  yolla  orqanizmə  daxil  olur:  a) 
radioaktiv  maddə  ilə  çirklənmiş  hava  ilə  tənəffüs  etməklə;  b)  su  və 
qida məhsulları ilə mədə-bağırsaq vasitəsilə; c) dəri vasitəsilə. 
Süni  radioaktiv  maddələrdən  ən  təhlükəlisi  yaşama  müddəti  çox 
olan 
90
Sr, 
137
Cs  və  «qısaömürlü» 
131
İ izotopları hesab olunur. Hazırda 
onların orqanizmə daxil olma, yayılma, toplanma və xaric olma prosesi 
yaxşı  öyrənilmişdir.  İnsan  orqanizminin  radioaktiv  məhsullardan 
qorunması əsas profilaktiki tədbir hesab olunur. 
Orqanizmə  daxil  olan  radioaktiv  maddələr  aşağıdakı  sxem  üzrə 
yayılır:  biomolekullar  –  hüceyrə  möhtəviyatı-hüceyrə-toxuma-
orqanizm. 
Şualanmaya  daha  həssas  olan  hüceyrələrin  orqanellarıdır. 
Məməlilərdə  hüceyrənin  nüvəsi  və  mitoxondrilər  ən  az  şüalanmadan 
tez  zədələnir.  Bu  zaman  hüceyrələrdə  gedən  oksidləşmə,  fosforlaşma 
prosesi  pozulur,  nukleoproteidlərin  fiziki-kimyəvi  xassələri  dəyişir  və 
bunun  nəticəsi  olaraq  DNT-nin  (dezoksinuklein  turşusu)  kəmiyət  və 
keyfiyyət  dəyişikliyi  baş  verir.  Bundan    başqa  hüceyrə    mem-
branlarında K
+
, Na
+
 ionlarının mübadiləsi pozulur. 
Şüalanma  çox  olduqda  bütün  növ  mütasiya  dəyişgənliyi  baş  verir: 
genomik  mutasiya-xromosom  cütlərinin  sayı  dəyişir;  xromosom 
mutasiyası  –  xromosomla  rın  miqdarı  və  quruluşu    dəyişir;  gen 
mutasiya  –  genlərin  molekulyar  quruluşu  dəyişir  və  bunun  nəticəsi 
olaraq bioloji aktiv olmayan zülallar sintez olunur. 
Hüceyrələrin  radioaktiv  zədələnməsinin  üç  mərhələsi  nəzərdə 
tutulur: 
Birinci 
mərhələdə 
makromolekulların  ionlaşması  və 
həyəcanlanması baş verir ki, buna fiziki mərhələ də deyilir. Bu zaman 
enerjinin  udulması  aminturşuların  zəif  rabitələrində  (-SH  qruplarında, 
xromofor  timin  qruplarında  və  lipidlərdə  ikiqat  rabitələrdə)  həyata 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə