108
görkəmli azərbaycanşünaslarından biridir. Öz sağlığında o, “millətinin canlı heykəli” kimi geniş
şöhrət qazanmışdır (4, 142).
M.Şahtaxtlının maarifçilik fəlsəfəsində əsas yeri latın əlifbasına keçilməsi və ictimai şüurun
formalaşmasında mətbuatın səmərəli istifadə məsələsi tuturdu. Parisdə Beynəlxalq Fonetika Cəmiyyətinin
iclaslarında iştirak edərkən o, Avropa alimlərinin öz ölkələrinin inkişafı naminə vahid latın əlifbasına
keçmələri üçün etdikləri təşəbbüslərin şahidi olmuşdu. Buna uyğun olaraq M.Şahtaxtlı da mənsub olduğu
xalqın dirçəlişini təmin etmək məqsədilə əlifbanın daha da sadələşdirilməsi və Azərbaycan dilinin tələffüz
xüsusiyyətlərinə uyğunlaşdırılması işinin zəruriliyi qənaətinə gəlmişdi. Tiflisdə Tomson mətbəəsində
1879-cu ildə Azərbaycan və rus dillərində çap olunmuş “Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabı onun
bu sahədəki ilk təşəbbüsünün nəticəsi kimi meydana çıxmışdı. Sonralar o, əlifba islahatı istiqamətində
axtarışlarını davam etdirmiş, yeni elmi qənaətlər əsasında daha mükəmməl əlifba layihəsi hazırlayıb nəşr
etdirmişdir. Belə ki, Məhəmmədağa Şahtaxtlı 1902-1903-cü illərdə əlifba islahatına dair Azərbaycan, rus
və fransız dillərində beş kitab çap etdirmişdir (4, 149).
1903-cü ilin mart ayından nəşrə başlayan “Şərqi-Rus” qəzeti Azərbaycanda Qərb
standartlarında çap olunan Şərq qəzeti idi. Təkcə qəzetin formatı, tərtibatı deyil, həm də qayəsində
qərbçilik vardır. Məhəmmədağa Şahtaxtlı Qərb maarifçiliyini, Qərb fəlsəfi düşüncəsini, Avropa elm
və mədəniyyətini təbliğ etməklə mənsub olduğu xalqı cəhalətdən və xurafatdan xilas edib, mədəni
millətlər cərgəsinə çıxarmaq məqsədini izləmişdir. Bu qəzetin adı üçün seçilmiş Şərq anlayışının da
ümumi və konkret sərhədləri var idi. Yuxarıda göstərdiyimiz kimi, “Şərqi-Rus” XX əsrin ilk
Azərbaycan qəzeti idi. Qəzetdə Azərbaycan probleminə, azərbaycanlıların maariflənməsi və sosial-
mədəni dirçəlişi məsələsinə üstünlük verilmişdir.
“Şərqi-Rus” qəzetinin əsas məqsədi türk-müsəlman xalqlarını maarif və mədəniyyətə cəlb
etməkdən ibarət idi. Qəzetin uğrunda mübarizə apardığı mədəni intibah, ana dili, əlifba islahatı,
qadın azadlığı, torpaqların zəhmətkeş xalqın istifadəsinə verilməsi kimi sosial-iqtisadi və mədəni-
maarif məsələlərinin mərkəzində ilk növbədə Azərbaycanın mənafeyi dururdu. “Şərqi-Rus”un amalı
Azərbaycan xalqını dünyanın mədəni millətləri cərgəsinə çıxarmaqdan ibarət idi. (4, 152). Şərqi-
Rus qəzeti qısa zaman içərisində demokratik ruhlu ziyalıları milli düşüncəli maarifçi filosofları
(M.Ə.Sabir, M.Ş.Ordubadi, Ə.Nəzmi və s.) öz ətrafına toplaya bildi. Məsələn, C.Məmmədquluzadə
məşhur “poct qutusu” hekayəsini ilk dəfə “Şərqi-Rus” qəzetində dərc etdirmişdir.
Mükəmməl yiyələndiyi xarici dillər ona Şərq və Qərb mədəniyyətlərini sintez halında mənimsə–
məyə və dəyərləndirməyə imkan yaratmışdır. Bu mənada, Məhəmmədağa Şahtaxtlı Qərb üçün dərk–
olunmuş Şərq, eyni zamanda Şərqdən ötrü millətpərvər və maarifçi Qərb idi. Bu görkəmli şəxsiyyəti haqlı
olaraq Qərblə Şərq mədəniyyətləri arasında etibarlı körpü hesab edirlər. O, Qərb aləminə və mədəniyyə–
tinə yol açmış birinci Şərq ziyalısı idi. Görkəmli şərqşünas Mirzə Kazımbəyin Azərbaycan və Şərq
mədəniyyətinin təbliği baxımından Rusiyada gördüyü işi Avropada Məhəmmədağa Şahtaxtlı həyata
keçirmişdir. Bu baxımdan onu, bizim Avropadakı Mirzə Kazımbəyimiz kimi dəyərləndirmək olar.
Məhəmmədağa Şahtaxtlını Rusiyada həm məşhur avropaşünas, həm də tanınmış şərqşünas
kimi qəbul etmişdilər. O, Rusiya ictimai dairələri və mətbuatı üçün arzu-olunan Qərb yönlü şərqli
idi (4, 155).
M.A.Şaһtaxtinski “Şərqi-Rus”un ilk nömrələrindən başlayaraq sosial-mədəni və ictimai һəyatda
bəzi dəyişikliklər etmək baxımından müəyyən faydalı fikirlər (əlifbanın yeniləşdirilməsi, һicab
məsələsi və s.) irəli sürmüşdür. Buna görə də, bir tərəfdən Bakı burjua jurnalistləri, digər tərəfdən
Qafqaz senzura işləri komitəsində ağalıq edən Kişmişov, Qaraxanov kimi Azərbaycan mətbuatının
inkişafına düşmən olan senzorlar tərəfindən “Şərqi-Rus” şiddətli һücumlara məruz qalmışdır. Qəzetin
əleyһinə iftiralardan ibarət olan məqalələr yazılmışdır. (5, 16). Bir müddət sonra qəzet bağlanmışdır.
“Şərqi-Rus” qəzeti bağlandıqdan sonra onun mətbəəsi işsiz qalır. Bu zaman C.Məmmədquluzadə
bu mətbəə vasitəsilə müstəqil nəşriyyat işi ilə məşğul olmaq, qəzet və ya jurnal buraxmaq fikrinə düşür.
Ona öz arzusunu yerinə yetirmək üçün maddi yardım lazım idi. Bu vəsaiti əldə etmək üçün o, һeç bir
münasib imkan tapa bilmirdi. Nəһayət, 1905-ci ilin ortalarında o, Ömər Faiq Nemanzadə ilə birlikdə
“Şərqi-Rus” qəzetinin mətbəəsini Tiflisdə yaşayan naxçıvanlı tacir Məşədi Ələsgər Bağırovun maddi
köməyi ilə satın alır. Həmin mətbəəyə “Qeyrət” adı verilir. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalı həmin
mətbəədə nəşr olunmuşdur.
1906-cı ilin yazından ta “Molla Nəsrəddin” jurnalının nəşrinə qədər və eləcə də sonralar
“Qeyrət”
mətbəəsində onlarca kitab, intibaһnamə və vərəqələr nəşr edilmişdir (5, 22).
Beləliklə, “Molla Nəsrəddin” jurnalı və eyni adlı ədəbi məktəb mollanəsrəddinçilik deyilən
məxsusi bir təlimi meydana çıxarmışdır. Bu ədəbi məktəbin ideya əsasını mollanəsrəddinçilik təlimi