5
Yeddinci beytdən anlaşılır ki, aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin,
nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir. O arzulayır (bəlkə də vəsiyyətdir): öləndən sonra
məni sevgilim keçən yolda dəfn edin ki, məzarımın torpağı da yarıma tərəf baxsın...
Yeddinci
beytdəki
“nisgilli mənzərə”
(13, s.164) səkkizinci beytdə də davam edir.
Bu dünyada kama çat-
mayan, murada yetməyən nakam aşiq diləyir ki, öləndən sonra qəbrimin torpağında bitən ağacın
yarpaqları da zar qılaraq, yəni ah-nalə çəkib ağlayaraq bu həsrəti bəyan etsin.
Həsənoğlunun “Apardı könlümü...” şeirində olduğu kimi, “Necəsən, gəl...” qəzəlinin də son
beytində aşiq gözələ xitabən özünü onun bəndəsi sayır, eşqinə cavab verilməsini, rədd
olunmamasını istəyir. Beləcə,vüsal arzusuyla başlanan qəzəl elə bu aspektdə də tamamlanır. Şeirin
ilk və son misralarının qafiyəsinin (“yüzü ağum”) eyniliyi də bu baxımdan təsadüfi deyil. Qəzəlin
bəzi,
daha dəqiqi, son beytlərində təsəvvüf ovqatının da bir qədər nəzərə çarpdığını deməliyik.
İ. Həsənoğlunun “Apardı könlümü...” şeiri ilə müqayisədə “Necəsən, gəl...” qəzəlinin dili
daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət
göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci
misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən
ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, on-
larda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir
ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.
Digər tərəfdən, filologiyada çoxdan təsdiqlənmişdir ki, klassik poeziyada hər hansı bir şairin
təsəvvüf ovqatlı şeiri ilə dünyəvi məhəbbətə həsr edilmiş mənzum əsəri arasında dil-üslub
xüsusiyyətləri baxımından müəyyən fərqlər qeydə alınır. Hətta həmin nümunələr eyni vəzndə və
janrda yazılsa da. Ona görə də Həsənoğlunun sufiyanə məhəbbəti əks etdirən “Apardı könlümü...”
qəzəlinin dili dünyəvi eşqin tərənnümünün üstünlüyü ilə seçilən “Necəsən, gəl...” şeiri ilə müqayi-
sədə bir qədər qəlizdir və bu hal təbii sayılmalıdır.Amma bütövlükdə bu qəzəllərin “arasında hər
ikisinin eyni bir sənətkar yaradıcılığının bədii məhsulu olduğuna dəlalət edən bir daxili yaxınlıq,
uyarlıq da özünü göstərir”
(1, s.82-83). Azərbaycan MEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə
Həsənoğlunun həmin iki qəzəlini müqayisə edərək yazırdı: “Bu iki qəzəlin eyni müəllif üslubu ilə
bağlı olduğunu təsdiq edən aşağıdakı faktları da burada qeyd etməyi lazım bilirik: “Mən ölsəm” -
“Bən ölicək”, Sənünlən içdigim badə - “Sənünlən xoş keçər çağum bənim”, “Həsənoğlu sana...sadiq
bəndə” - “Bu Həsənoğlu sənin bəndəndürür”...Bu qəzəllərin hər ikisində Sən - Mən qarşılığı xüsusi
üslubi mahiyyət daşıyır və eyni müəllifin ifadə üsulunu nümayiş etdirir. Məsələn: “Mən ölsəm, sən
büti-şəngül...” - “Sən əritdün odlara yağum bənüm”
(5, s.143).Professor Nizami Xudiyev də bu
məqamlara diqqət yetirmişdir
(10, s.41).
Ədəbiyyatşünaslığın gəldiyi aşağıdakı nəticə “Necəsən, gəl...” qəzəli haqqında çoxsaylı elmi
təhlillərin yekun ifadəsi sayıla bilər: “Bu qəzəl ümumi-əhvali-ruhiyyəsi, lirik qəhrəmanın mənəvi
aləminin ifadə tərzi baxımından “Apardı könlümü...” qəzəlinə çox yaxındır... Ona görə də şeirin
Həsənoğluya aid olduğunu inamla söyləmək olar”
(6, s.242).
Prof. N.Xudiyevin hesablamalarına görə, Həsənoğlunun ikinci qəzəlində Azərbaycan-türk
mənşəli sözlər 83 faiz, alınmalar isə cəmi 17 faizdir
(10, s.39).O da təsadüfi deyil ki, hər iki qəzəldə
işlənmiş Azərbaycan-türk mənşəli sözlərin bir qismi daha qədim leksik vahidlərdir:
tutuşmayınca,
bəlirməz, qılur, qıla, irəyim və s.
Akademik Tofiq Hacıyev İzzəddin Həsənoğlunun ilk iki qəzəlinin dilində işlənmiş alınma
sözlər barədə yazırdı: “Ərəb-fars mənşəlilərin isə hamısı əsrimizin 30-cu illərinə qədər ədəbi dildə
işlənmişdir. Bunlardan müasir dil üçün ancaq
əhmər, kuy, manənd, sağər, suziş, çakər, canfəza,
şahid (gözəl) sözləri arxaikdir. Əcnəbi sözlərin çoxunun –
atəş, badə, bəndə (müəyyən məna
dəyişikliyi ilə),
büt, qiymət, dəftər, dua (-çı),
əzəl, əsil, zaman, yar, məna, məst, rəqib, rədd, sadiq,
sirr, surət, sürahi, faş, xislət, xoş, həsrət, hüsn, can, cümlə, şəkər, şah, şirin – sonralar və bu gün
də xalqın gündəlik ünsiyyətində varlığı, bir tərəfdən, Həsənoğlu dövründə əcnəbi leksik qatın artıq
müəyyənləşdiyini, digər tərəfdən, XIII əsr Azərbaycan ədəbi dilinin xəlqi əsasda formalaşdığını
göstərir”
(12, s.140).
Türk alimləri Mehmet Fuad Köprülü, İsmayıl Hikmət, azərbaycanlı professorlardan
Əbdüləzəl Dəmirçizadə, Əkrəm Cəfər və başqaları orta əsr qaynaqlarına istinadən İzzəddin
6
Həsənoğlunun əruzla yanaşı, heca vəznində də şeirlər yazması ehtimalının güclü olduğunu vurğula-
mış, bu baxımdan Həsənoğlu türkülərinin vaxtı ilə geniş yayılması barədə mənbələrin
məlumatlarına əsaslanmışlar. Həsənoğlunun “Necəsən, gəl…” qəzəli müəyyən axıcılığına görə
məhz türküləri yada salır. Ədəbiyyatşünas Namiq Babayevin “Əruz” adlı irihəcmli məqaləsində
Həsənoğlunun bu şeiri ilə onbirlik heca ölçüsü arasında müəyyən paralellər aparması da bu baxım-
dan xatırladıla bilər
(bax: 2, s.429).
İzzəddin Həsənoğlu “Necəsən, gəl...” qəzəlində məzmuna uyğun bəhr seçmişdir. Şeir əruz
vəzninin rəməl bəhrinin III növündə yazılmışdır, təfilələri belədir:
fAilAtün fAilAtün fAilün.
Qəzəlin iki müxtəlif beytinə nəzər salaq:
f
A
1
i
2
l
A
3
tün
4
f
A
5
i
6
l
A
7
tün
8
f
A
9
i
10
lün
11
N
E
cə
sən
gəl
ey
yü
z
Ü
A
ğum
bə
nüm
Sən
ə
rit
dün
od
la
r
A
y
A
ğum
bə
nüm
Hüs
ni
çin
d
Ə
san
a
m
A
nən
dol
ma
ya
Əs
li
yuc
A
gön
lü
al
ç
A
ğum
bə
nüm
FAilAtün təfiləsində ikinci heca qısa, qalanları uzundur.
Failün təfiləsində isə birinci və
üçüncü hecalar uzun, ikinci isə qısa hecanı göstərir. Bütövlükdə rəməlin bu növündə yazılmış
şeirlərdə əvvəldən axıradək misraların hər birində ikinci, altıncı və onuncu hecalar qısa, digərləri
isə uzun olur. “Nümunə gətirilən ilk misrada bəhrin tələbinə uyğun olaraq 1-ci, 7-ci və 8-ci, ikinci
misrada 7-ci və 8-ci, üçüncü misrada 4-cü və 7-ci, dördüncü misrada isə 4-cü və 8-ci hecaların
sonundakı sait tələffüzdə uzadılır. Həmin hecalarda uzanan saitlər yuxarıdakı cədvəldə verilmiş
təfilədə, eləcə də mətndə böyük hərflə və tünd şriftlə göstərilmişdir. Cədvəldən göründüyü kimi,
bəhrin xüsusiyyətlərinə uyğun olaraq bəzi hecaların sonundakı samit ayrılır və sonrakı hecanın
əvvəlinə birləşir. Məsələn, üçüncü misranın 8-ci hecasından, yəni “manənd” sözünün ikinci
hecasındakı
-nənd hissəciyindən
d samitinin ayrılaraq sonrakı heca ilə birləşməsi bu qəbildəndir”
(8, s.82-83).
İzzəddin Həsənoğlunun “Apardı könlümü...” şeiri kimi, “Necəsən, gəl...” qəzəli də yüksək
ideya-bədii məziyyətləri ilə dəyər qazanmışdır. Seyfi Sarayi birinci qəzəli Misirdə Sədi Şirazidən
etdiyi “Gülüstan” tərcüməsinin sonuna artırıb ona yazdığı nəzirəni də verdiyi kimi, Misir hökmdarı
Sultan Qavri də özünün şeirlər divanına Həsənoğlunun “Necəsən, gəl...” qəzəlini və həmin şeirin
təsiri ilə qələmə aldığı nəzirəni də daxil etmişdir. Misir hökmdarının türkcə şeirlər divanı haqqında
geniş araşdırma aparmış (əsasən də dilçilik baxımından) türkiyəli tədqiqatçı Orhan Yavuza istina-
dən Sultan Kansu Qavrinin Həsənoğlunun “Necəsən, gəl...” qəzəlinə yazdığı, indiyədək bizim
ədəbiyyatşünaslıqda söz açılmayan həmin nəzirəni tam halda veririk:
İy yüzi gül, gülşenü bagum benüm,
Zülfünün zinciridür bağum benüm.
Ol kadar ok urdı gamzen bagruma,
Yüregümde kalmadı yagum benüm.
Vasl-ı sinün Tur-ı
Sinadur bana,
İy dil-aram oldı turagum benüm.
Sen
gelürsen sinüme baş kaldurup
Ayaguna düşe topragum benüm.