Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   2   3   4   5   6   7   8   9   ...   121


 
Yeddinci beytdən anlaşılır ki, aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin, 
nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir. O arzulayır (bəlkə də vəsiyyətdir): öləndən sonra 
məni    sevgilim  keçən  yolda  dəfn  edin  ki,  məzarımın  torpağı  da  yarıma  tərəf    baxsın...  Yeddinci 
beytdəki  “nisgilli  mənzərə”  (13,  s.164)  səkkizinci  beytdə  də  davam  edir.  Bu  dünyada  kama  çat-
mayan,  murada  yetməyən  nakam  aşiq  diləyir  ki,  öləndən  sonra  qəbrimin  torpağında  bitən  ağacın 
yarpaqları da zar qılaraq, yəni ah-nalə çəkib ağlayaraq bu həsrəti bəyan etsin. 
Həsənoğlunun “Apardı könlümü...” şeirində olduğu kimi, “Necəsən, gəl...”  qəzəlinin də son 
beytində  aşiq  gözələ  xitabən  özünü  onun  bəndəsi  sayır,  eşqinə  cavab  verilməsini,  rədd 
olunmamasını istəyir. Beləcə,vüsal arzusuyla başlanan qəzəl elə bu aspektdə də tamamlanır. Şeirin 
ilk və son misralarının qafiyəsinin (“yüzü ağum”) eyniliyi də bu baxımdan təsadüfi deyil. Qəzəlin 
bəzi, daha dəqiqi, son beytlərində təsəvvüf ovqatının da bir qədər nəzərə çarpdığını deməliyik. 
İ.  Həsənoğlunun  “Apardı  könlümü...”  şeiri  ilə  müqayisədə  “Necəsən,  gəl...”  qəzəlinin  dili 
daha  sadədir.  Bunun  bir  səbəbi  ilk  qəzəldə  subyekt-atribut  münasibətlərinin  təqdiminə  xidmət 
göstərən  poetik  strukturun,  ifadə  tərzinin  xüsusiyyətlərinə  uyğun  olaraq  bütün  beytlərin  ikinci 
misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə  şeirin dilində müəyyən 
ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, on-
larda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir 
ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.  
Digər tərəfdən, filologiyada çoxdan təsdiqlənmişdir ki, klassik poeziyada  hər hansı bir şairin 
təsəvvüf    ovqatlı  şeiri  ilə  dünyəvi  məhəbbətə  həsr  edilmiş  mənzum  əsəri  arasında  dil-üslub 
xüsusiyyətləri  baxımından  müəyyən  fərqlər  qeydə  alınır.  Hətta  həmin  nümunələr  eyni  vəzndə  və 
janrda yazılsa da. Ona görə də Həsənoğlunun sufiyanə məhəbbəti əks etdirən “Apardı könlümü...” 
qəzəlinin dili dünyəvi eşqin tərənnümünün üstünlüyü ilə seçilən “Necəsən, gəl...” şeiri ilə müqayi-
sədə  bir qədər qəlizdir və  bu hal  təbii sayılmalıdır.Amma bütövlükdə bu qəzəllərin  “arasında hər 
ikisinin  eyni  bir  sənətkar  yaradıcılığının  bədii  məhsulu  olduğuna  dəlalət  edən  bir  daxili  yaxınlıq, 
uyarlıq da özünü göstərir” (1, s.82-83). Azərbaycan MEA-nın müxbir üzvü  Əbdüləzəl Dəmirçizadə 
Həsənoğlunun həmin iki qəzəlini müqayisə edərək  yazırdı: “Bu iki qəzəlin eyni müəllif üslubu ilə 
bağlı olduğunu təsdiq edən aşağıdakı faktları da burada qeyd etməyi lazım bilirik: “Mən ölsəm” - 
“Bən ölicək”, Sənünlən içdigim badə - “Sənünlən xoş keçər çağum bənim”, “Həsənoğlu sana...sadiq 
bəndə” - “Bu Həsənoğlu sənin bəndəndürür”...Bu qəzəllərin hər ikisində Sən - Mən qarşılığı xüsusi 
üslubi mahiyyət daşıyır və  eyni müəllifin ifadə üsulunu nümayiş etdirir. Məsələn: “Mən ölsəm, sən 
büti-şəngül...”  -  “Sən  əritdün  odlara  yağum  bənüm”  (5,  s.143).Professor  Nizami  Xudiyev  də  bu 
məqamlara diqqət yetirmişdir (10, s.41). 
Ədəbiyyatşünaslığın gəldiyi aşağıdakı nəticə “Necəsən, gəl...” qəzəli haqqında çoxsaylı elmi 
təhlillərin yekun  ifadəsi sayıla bilər: “Bu qəzəl ümumi-əhvali-ruhiyyəsi, lirik qəhrəmanın mənəvi 
aləminin  ifadə tərzi   baxımından “Apardı  könlümü...” qəzəlinə çox  yaxındır... Ona  görə də şeirin 
Həsənoğluya aid olduğunu inamla söyləmək olar” (6, s.242).  
Prof.  N.Xudiyevin  hesablamalarına  görə,  Həsənoğlunun  ikinci  qəzəlində  Azərbaycan-türk 
mənşəli sözlər 83 faiz, alınmalar isə cəmi 17 faizdir (10, s.39).O da təsadüfi deyil ki, hər iki qəzəldə 
işlənmiş Azərbaycan-türk mənşəli sözlərin bir qismi daha  qədim leksik vahidlərdir: tutuşmayınca, 
bəlirməz, qılur, qıla, irəyim və s.  
Akademik  Tofiq  Hacıyev  İzzəddin  Həsənoğlunun  ilk  iki  qəzəlinin  dilində  işlənmiş  alınma 
sözlər   barədə yazırdı: “Ərəb-fars mənşəlilərin isə hamısı əsrimizin 30-cu illərinə qədər ədəbi dildə 
işlənmişdir. Bunlardan  müasir dil üçün ancaq  əhmər,  kuy,  manənd,  sağər,  suziş,  çakər,  canfəza, 
şahid  (gözəl)  sözləri  arxaikdir.  Əcnəbi  sözlərin  çoxunun  –  atəş,  badə,  bəndə  (müəyyən  məna 
dəyişikliyi ilə), büt, qiymət, dəftər, dua (-çı), əzəl, əsil, zaman, yar, məna, məst, rəqib, rədd, sadiq, 
sirr, surət, sürahi, faş, xislət, xoş, həsrət, hüsn, can, cümlə, şəkər, şah, şirin – sonralar və bu gün 
də xalqın gündəlik ünsiyyətində varlığı, bir tərəfdən, Həsənoğlu dövründə əcnəbi leksik qatın artıq 
müəyyənləşdiyini,  digər  tərəfdən,  XIII  əsr  Azərbaycan  ədəbi  dilinin  xəlqi  əsasda  formalaşdığını 
göstərir” (12, s.140).  
Türk  alimləri  Mehmet  Fuad  Köprülü,  İsmayıl  Hikmət,  azərbaycanlı  professorlardan 
Əbdüləzəl  Dəmirçizadə,  Əkrəm  Cəfər  və  başqaları  orta  əsr  qaynaqlarına  istinadən  İzzəddin 



 
Həsənoğlunun əruzla yanaşı, heca vəznində də şeirlər yazması ehtimalının güclü olduğunu vurğula-
mış,  bu  baxımdan  Həsənoğlu  türkülərinin  vaxtı  ilə  geniş  yayılması  barədə  mənbələrin 
məlumatlarına  əsaslanmışlar.  Həsənoğlunun  “Necəsən,  gəl…”  qəzəli  müəyyən  axıcılığına  görə 
məhz  türküləri  yada  salır.  Ədəbiyyatşünas  Namiq  Babayevin  “Əruz”  adlı  irihəcmli  məqaləsində 
Həsənoğlunun bu şeiri ilə onbirlik heca ölçüsü arasında müəyyən paralellər aparması da bu baxım-
dan xatırladıla bilər (bax: 2, s.429). 
İzzəddin  Həsənoğlu  “Necəsən,  gəl...”  qəzəlində  məzmuna  uyğun  bəhr  seçmişdir.  Şeir  əruz 
vəzninin rəməl bəhrinin III növündə yazılmışdır, təfilələri  belədir:  fAilAtün   fAilAtün   fAilün.  
Qəzəlin iki müxtəlif  beytinə nəzər salaq:         
      
fA 
 


 

lA 
 

tün 
 

fA 
 


 

lA 
 

tün 
 

fA 
 


 
10 
lün 
 
11 
 
NE 
cə 
sən 
gəl 
ey 
yü 
zÜ 

ğum 
bə 
nüm 
Sən 
ə 
rit 
dün 
od 
la 
rA 
yA 
ğum 
bə 
nüm 
 
 
 
 
 
 
 
 
 
 
 
Hüs 
ni 
çin 
dƏ 
san 

mA 
nən 
dol 
ma 
ya 
Əs 
li 
yuc 
A 
gön 
lü 
al 
çA 
ğum 
bə 
nüm 
 
FAilAtün  təfiləsində  ikinci  heca  qısa,  qalanları  uzundur.  Failün  təfiləsində  isə  birinci  və 
üçüncü  hecalar  uzun,  ikinci  isə  qısa  hecanı  göstərir.  Bütövlükdə  rəməlin  bu  növündə  yazılmış 
şeirlərdə əvvəldən axıradək misraların hər birində  ikinci, altıncı və onuncu hecalar qısa, digərləri 
isə uzun olur. “Nümunə gətirilən ilk misrada bəhrin tələbinə uyğun olaraq  1-ci, 7-ci və 8-ci, ikinci 
misrada  7-ci  və  8-ci,  üçüncü  misrada  4-cü  və  7-ci,  dördüncü  misrada  isə  4-cü  və  8-ci  hecaların 
sonundakı  sait  tələffüzdə  uzadılır.    Həmin  hecalarda  uzanan  saitlər  yuxarıdakı  cədvəldə  verilmiş 
təfilədə,  eləcə  də  mətndə  böyük  hərflə  və  tünd  şriftlə  göstərilmişdir.  Cədvəldən  göründüyü  kimi, 
bəhrin  xüsusiyyətlərinə  uyğun  olaraq  bəzi  hecaların  sonundakı  samit  ayrılır  və  sonrakı  hecanın 
əvvəlinə  birləşir.  Məsələn,  üçüncü  misranın  8-ci  hecasından,  yəni  “manənd”  sözünün  ikinci 
hecasındakı  -nənd hissəciyindən d samitinin ayrılaraq sonrakı heca ilə birləşməsi bu qəbildəndir” 
(8, s.82-83). 
İzzəddin  Həsənoğlunun  “Apardı  könlümü...”  şeiri  kimi,  “Necəsən,  gəl...”  qəzəli  də  yüksək 
ideya-bədii  məziyyətləri  ilə  dəyər  qazanmışdır.  Seyfi  Sarayi  birinci  qəzəli  Misirdə  Sədi  Şirazidən 
etdiyi “Gülüstan” tərcüməsinin sonuna artırıb ona yazdığı nəzirəni də verdiyi kimi, Misir hökmdarı  
Sultan Qavri  də  özünün şeirlər divanına Həsənoğlunun  “Necəsən, gəl...” qəzəlini  və  həmin şeirin 
təsiri ilə qələmə aldığı nəzirəni də daxil etmişdir. Misir hökmdarının türkcə şeirlər divanı haqqında 
geniş araşdırma aparmış (əsasən də dilçilik baxımından) türkiyəli tədqiqatçı Orhan Yavuza istina-
dən  Sultan  Kansu  Qavrinin  Həsənoğlunun  “Necəsən,  gəl...”  qəzəlinə  yazdığı,  indiyədək  bizim 
ədəbiyyatşünaslıqda söz açılmayan həmin nəzirəni tam halda veririk:  
 
   
 
İy yüzi gül, gülşenü bagum benüm, 
    
 
Zülfünün zinciridür bağum benüm. 
  
   
 
Ol kadar ok urdı gamzen bagruma,  
   
 
Yüregümde kalmadı yagum benüm. 
  
   
 
Vasl-ı sinün Tur-ı Sinadur bana,  
   
 
İy dil-aram oldı turagum benüm. 
  
   
 
Sen gelürsen sinüme baş kaldurup 
   
 
Ayaguna düşe topragum benüm. 
  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə