Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə121/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   113   114   115   116   117   118   119   120   121

248 
 
regionun  əksər  binalarında  olduğu  kimi)  Anidəki  Əbül  Mənüçöhr  məscidinin  minarəsini  Şərqi 
Anadolunun başqa regionlarında inşa olunmuş digər tikililərdən fərqləndirir. Lakin oktaqonal plan və 
uzadılmış  oktaedr  forması  İran  və  Anadolu  minarələrinin  oktaqonal  bünövrəsi  ilə  (İsfahanda  Qar 
minarəsi, Battalqazıda Xal Fetih minarəsi), sonrakı dövrlərdə minarələrin silindrik forması ilə və çox 
zaman  minarələrin  zirvəsinin  səkkizguşəli  dam  örtüyü  ilə  tamamlanması  ilə  (Malatyada  Came 
məscidinin minarəsi), həmçinin mukarnaslarla “dayaq verilməsi” ilə  analogiya əmələ gətirir. 
Elazığ  əyalətində,  Harputda  Came  məscidinin  minarəsi  1156-cı  ildə,  Artuqlu    sülaləsindən 
olan  Fəxrəddin  Qaraaslan  tərəfindən  inşa  olunmuşdur.  Bu  tikili  simmetriyanın  mərkəzi  oxundan 
yana  əyildiyi  üçün  çox  zaman  Pizan  qülləsi  adlandırılır  və  məhz  Səlcuqilər  tərəfindən  ibadət 
binalarının  inşasına  və  memarlığına  daxil  edilmiş  “damda  qoyulan  minarələr”  qrupuna  aiddir. 
Minarənin  silindrik forması öz ölçülərinə görə, o qədər də hündür olmayan, konusşəkilli  günbəzə 
malik  qüllənin  əsas  həcmindən  fərqlənir  və  buna  nisbətən  daha  qabarıq  görünən  şərəfə  ilə 
tamamlanır.  Bu  da  Şərqi  Anadoludakı  minarələr  üçün  nadir  hadisə  hesab  olunur,  çünki,  əksər 
hallarda burada şərəfə minarələrin lap zirvəsində quraşdırılır, göründüyü kimi, ibadətə minarələrin 
damından  çağırış  olunurdu.  Lakin  ən  əhəmiyyətli  cəhət  dekorativ  kərpic  hörgüdür  ki,  bu  da 
minarənin  silindrini  üfqi  halda,  bir  neçə  qurşağa  bölür  və  bunlardan  hər  biri  kərpic  hörgünün 
səciyyəvi şəkilləri ilə fərqlənir və İrandakı səlcuqi minarələrinin hörgüsünü xatırladır (şəkil 3).  
 
 
Şəkil 3. Elazığ əyalətində Came məscidinin minarəsi və onun dekorları (1156). 
 
Yuxarıda göstərildiyi kimi, səlcuqlar İran tipli minarələrdən tez bir zamanda uzaqlaşsalar da, 
kərpic  hörməni  və  müəyyən  qədər  kərpiclə  naxış  işləmələrini  saxlamışlar.  Daha  sonrakı  dövrün 
səlcuqi  minarələri  adətən,  formasına  görə  sadə  və  lakonik  olsa  da,  bununla  belə,  dekorlarının 
möhtəşəmliyi ilə heyran edir.  
Buna aid bir neçə nümunələri qeyd edə bilərik: Şərqi Anadoluda, Ərzurumda Çift Minarəli 
Mədrəsə (1253/91-ci illər) və Yakutiye Mədrəsəsi (1310-cu il). Çift Minarəli Mədrəsədə hər biri 26 
metr  hündürlükdə  olan  qoşa  kərpic  minarələr  mədrəsənin  özünün  piştağının  üzərində  yüksəlir  və 
“çiyinlər  üzərində  minarə”  tipinə  aiddir.  Onların  silindrik  forması  on  altı  kannelürdən  təşkil 
olunmuşdur  (Naxçıvandakı  Qarabağlar  kəndindəki  türbənin  qülləsinə  analoji  olaraq),  bu  da 
qofreolunma  effekti  yaradır,  kannelürlər  isə  mozaika  və  kərpic  naxışlarla  bəzənmişdir,  onların 
üzərində  “Allah”,  “Məhəmməd”  və  Səlcuq  imperiyasının  dörd  məşhur  xəlifəsinin  adları  həkk 
olunmuşdur. Minarələrin bünövrəsi özünün formalarına görə diqqətəlayiqdir və İranda, Naxçıvanda 
və  Şərqi  Anadoluda  Səlcuqilər  dövrünün  bir  çox  ibadət  və  memorial  memarlıq  abidələrinin 
bünövrəsini xatırladır, bunların planında qüllənin bünövrəsi kvadrat quruluşlu olub, iki düz səthin 
bucaqlarında klinşəkilli kəsiklər özünü göstərir  (şəkil 4). 
 
Şəkil 4. Çift Minarəli Mədrəsənin minarələri, minarənin kannelüru və onun bünövrəsi. 


249 
 
Ərzurumda  Yakutiye  Mədrəsəsinin  minarəsi  səlcuq  üslubunda  minarələr  üçün  səciyyəvi 
olan  silindrik  formadadır.  Minarənin  yuxarısı  konus  şəklində  “papaq”la  tamamlanır  ki,  bunu  da 
Səlcuq  üslubunun  Osmanlı  üslubu  ilə  əvəz  olunmasının  müjdəçisi  sayılır.  Mədrəsə  1310-cu  ildə, 
İlhanilər sülaləsindən olan əmir Xoca Cəmaləddin tərəfindən inşa olunmuşdur və iki cüt minarəsi 
vardı  ki,  bu  da  binanın  piştağı  üzərində  duran  Çift  Minarəli  Mədrəsənin  minarələrindən  fərqli 
olaraq, müstəqil şəkildə yerdə dayanaraq, fasadın künclərini tamamlayır.  
Burada qeyd etmək istərdik ki, Yakutiye Mədrəsəsinin minarələrinin bünövrəsi planına görə 
bucaqları  klinşəkilli  kəsilmiş  kvadrat  kimi  görünür  ki,  bunu  yuxarıda  haqqında  danışdığımız  Çift 
Minarəli Mədrəsədə də müşahidə edirik. Lakin onlardan biri XVIII əsrdə baş vermiş zəlzələ zamanı 
dağılmışdır və onun  yerində silindrşəkilli qüllə ucaldılmışdır. Silindr formasının bütün  səthi boyu 
firuzəli və badımcanı rəngli minalanmış və minalanmamış kərpic plitələrdən ibarət həndəsi rapport 
verilir ki, bu da dekorativ həllinin gözəlliyi ilə heyran edir (şəkil 5). 
 
Şəkil  5.  Ərzurumda  Yakutiyə  Mədrəsəsinin  minarəsi  (1310);  bünövrəsi  və  dekorativ 
işləməsi. 
Naxçıvanda  minarə  inşasının  nümunəsi  kimi  yalnız  Qarabağlar  kəndindəki  memorial 
kompleksində  qalmış  cüt  minarələri  qeyd  edə  bilərik.  Tağla  birləşmiş  iki  minarənin  bünövrəsini 
gərilmiş  düzbucaqlı  prizmalar  təşkil  edir.  Bünövrənin  fasadı  naxışlı  hörgü  ilə  işlənmiş,  üçqatlı 
çatma  tağlarla  haşiyələnmişdir.  Hündür  olmayan  səkkizguşəli  həcm  minarələrin  əyri,  lekal 
kərpiclərdən yığılmış silindrşəkilli gövdəsinə keçid əmələ gətirir. Hörgünün şaquli bəndlərinə kiçik 
firuzə  rəngli  şirələnmiş  kərpiclər  qoyulmuşdur.  Hörgünün  şəkli  ərəbdilli  yazıların  geniş  kəmərinə 
keçir ki, bu da bir minarənin gövdəsindən başlayaraq, digərində bitir. Divarın üstündəki yazı dəqiq 
kufi yazı üslubunda yerinə yetirilmişdir, Möminə Xatun türbəsinin divarlarındakı haşiyə yazılarına 
uyğundur. Bişirilmiş gildən hazırlanan hərflər firuzəyi rəngli fonda yerləşdirilmişdir. Bu üsula Orta 
əsrlər  dövrünün  Azərbaycan  memarlığında  nisbətən  az  rast  gəlinir.  Minarələrin  üstü  çox 
dağılmışdır.  Minarələrin  daxilində  dar  dolama  pilləkənlər  var  ki,  bunlar  da  adi  plitkaşəkillli 
kərpicdən  hazırlanmışdır  (20x20x5  sm).  Minarələrin  hörgüsünün  müxtəlif  səviyyələrində  beş 
bürcün qalıqları qorunmuşdur, həmçinin, çoxsaylı divar qalıqları üzə çıxarılmışdır. Hazırda mövcud 
olan portalın yerində əvvəllər daha böyüyü olmuşdur, minarələrin arasındakı yerdə özünü göstərən 
hörgünün  fraqmentləri bunu təsdiq edir. 1940-cı  illərə aid  qazıntılar nəticəsində minarələrlə türbə 
arasında  üzə  çıxmış  zolaq  binanın  divarlarının  hörgüsü  ilə  minarələrin  hörgüsünün  eyni  vaxtda 
aparıldığı haqqında danışmağa imkan verir [4]. 
 
                  Şəkil 6. Naxçıvanda, Qarabağlar kəndində Qoday Xatun türbəsinin minarələri 
 


250 
 
Bütün  təqdim  olunan  minarələr  Şərqi  Anadolu  və  Naxçıvan  ərazisində  geniş  yayılmış 
minarə növlərinə aid nümunələrdir. Regiondan və dövrdən asılı olaraq, onlar forma, ölçü, dekor və 
kəmiyyət baxımından dəyişikliyə uğramışdır, lakin formalaşma prinsipi həmişə eyni qalmışdır. Bu 
cəhətlər Osmanlı imperiyasında minarələrin standart şəkillərinin meydana gəlməsinə  qədər davam 
etmişdir, yəni minarələr daha hündür olmuş, nazikləşmiş, yüksək konusşəkilli günbəzə malik olmuş 
və  tikilinin  həcmi  boyu  mütləq  olaraq  şərəfə  ilə  əhatə  olunmuşdur.  Azərbaycanın  ərazisində, 
regiondan  asılı  olaraq,  minarələr  müxtəlif  yollarla  inkişafını  davam  etdirmiş,  Azərbaycanın  çox 
üslublu memarlığını zənginləşdirmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Mehdi  Makvandi  and  others.  Research  on  the  evolution  of  minaret  from  early  Islam  to 
Seljuk  period  looking  at  background  of  minaret  in  Iran.  Cumhuriyet  U niversitesi  Fen 
Fakültesi Fen Bilimleri Dergisi (CFD), Cilt:36, No: 3 Ozel Sayı (2015) ISSN: 1300-1949 
2.
 
Fatema Al Sulaiti.The Style and Regional Differences of Seljuk Minarets in Persia. Ancient 
History Encyclopedia. 2013 
3.
 
Beyhan  Karamağarlı,  Ani  excavation  report  in  Kazı  Sunucları  Toplantısı,  volume  XIV, 
p.509-538,  Ankara,  1992.  Beyhan  Karamağarlı,  Ani  Ulu  Cami  (Manucehr  Camii),  in  9th 
International Congress of Turkish Art, Summary of Contributions, p323-338, Ankara, 1995.  
4.
 
 Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана.   
 
       ГИЛС, Москва, 1963 г. 
 
ABSTRACT 
Naci Edi 
 
The  article  traces  the  initial  functional  meaning  and  form  building  of  the  minarets  of  the 
Zoroastrian era before the rise of the Ottoman style in Asia Minor. There are specific examples of 
architectural  monuments  on  the  territory  of  Eastern  Anatolia  and  Nakhchivan,  which  demonstrate 
the unity of the building traditions and decorative finishing, which were subjected to some changes 
depending on the region or time period. 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 
 
 
 
 


251 
 
MÜNDƏRİCAT 
ƏDƏBİYYATŞÜNASLIQ 
1.
 
Hüseyn Həşimli. İzzəddin  Həsənoğlunun  bir qəzəli haqqında..........................................3  
2.
 
Nəzakət  İsmayılova. Tofiq Mütəllibovun uşaq əsərlərinin ideya-bədii 
xüsusiyyətləri..................................................................................................................... 10 
3.
 
İman Cəfərov Akademik İsa Həbibbəylinin Naxçıvan sevgisində hüdudsuzluğun 
monumental təsdiqi.............................................................................................................15 
4.
 
Fariz Əhmədov. Cəlaləddin Rumi yaradıcılığında Şəms Təbrizi nümunəsi.....................19 
5.
 
Gülmira Hacıyeva. Əliqulu Qəmküsar yaradıcılığında maarifçilik 
məsələləri............................................................................................................................25 
6.
 
Mehparə Əhmədova. Yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində 
Məmməd Araz şeirlərinin rolu............................................................................................28 
7.
 
Günay Babayeva. Naxçıvan folklorunun dil-üslub üsusiyyətləri.....................................32 
8.
 
Nadir  İsmayılov. Əhməd Cəmil və  uşaq  ədəbiyyatı.......................................................35 
9.
 
Aytən  Qurbanova. Azərbaycan ədəbiyyatında  Hüseyn Cavid  obrazı............................40 
 
DİLÇİLİK 
10.
 
 Elbəyi Maqsudov. Orfoepik vərdişlərin möhkəmləndirilməsində poetik çalışmalardan istifadə...... 45 
11.
 
Qənirə Əsgərova. Nağılların dilində dialekt və köhnəlmiş sözlərin üslub xüsusiyyətləri............... 53 
12.
 
Sədaqət Həsənova. Azərbaycan və türk dillərində alqış və qarğış paralelliyi.............. 57 
13.
 
Şirməmməd Qulubəyli. Müasir Azərbaycan dilində ismin mənsubiyyət kateqoriyası 
funksional-semantik sahə kimi.......................................................................................... 61 
14.
 
İsrafil Babayev. Azərbaycan  və ingilis dillərində zərfin tədqiqinə dair....................... 66 
15.
 
Arifə Zeynalova.Vurğunun tədrisi prosesində qarşıya çıxan bəzi məsələlər................ 71 
16.
 
Qalibə Hacıyeva. Eynəli Bəy Sultanovun əsərlərinin dilində dialektizimlər................ 76 
17.
 
 Mehdi Rəhimov. Amerika arealında mənbə dildə frazeoloji vahidlərin semantik variasiyası... 81 
18.
 
Nazilə Yusifova. Проф.А.Абдуллайевин Азярбайcан дилинин тядриси методикасы цзря 
тядгигат нятиcяляринин тяблиьи сащясиндяки хидмятляри.............................................. 84 
 
 
      ƏDƏBİ ƏLAQƏLƏR VƏ MƏTBUAT TARİXİ 
19.
 
Əbülfəz Quliyev. Müstəqillik illərində klassik türkmən poeziyasının dilimizə tərcüməsi 
məsələləri............................................................................................................................88 
20.
 
Şəhla Şirəliyeva. Xəbər bülletenlərinin təqdimatı............................................................93 
21.
 
Гусейн Адыгезалов. Ценное исследование о переводе прозы М.Ю.Лермонтова на 
Азербайджанский язык....................................................................................................96 
22.
 
Yusif Hüseynov. “Molla Nəsrəddin” məcmuəsi: sələflər və xələflər..............................104 
23.
 
Xumar Məmmədova. Yapon şairi Sayqyo və  Tankalari................................................110 
PEDAQOGİKA 
24.
 
Kamal Camalov. Mollanəsrəddinçi maarifçilərin teatrların tərbiyəvi əhəmiyyəti haqqında 
görüşləri............................................................................................................................114 
25.
 
Vüsalə İsmayılova. Mənəvi tərbiyənin fəlsəfi  əsaslarının araşdırılması........................118 
26.
 
Tamilla Vahabova. XIX əsrin II yarısında demokratik fikirli ziyalılarımız milli 
özünüdərk və vətənpərvərlik tərbiyəsi haqqında..............................................................121 
27.
 
Çapay Quliyev. Milli mənlik şüurunun pedaqoji və psixoloji əsaslarının düzgün 
müəyyənləşdirilməsini şərtləndirən cəhətlər.....................................................................125 
28.
 
Kifayət Əhmədova. Gənc ailələrdə psixoloji mühitin formalaşmasına təsir edən amillər....131 
29.
 
Afət Kamalova. Ailənin  çoxfunksionallığının psixoloji xüsusiyyətləri.........................137 


252 
 
30.
 
Valeh Əlixanov. Боксун олимпийа тарихи..................................................................142 
31.
 
Xəfayət Əliyeva. Mövlana Cəlaləddin Rumi yaradıcılığında dostluq-yoldaşlıq 
münasibəti məsələləri..............................................................................................147 
32.
 
Emilya Həsənova
.

Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət fənni 
üzrə təhsil proqramı”nda (“kurikulumu”nda)” incəsənətə dair söhbətlərə ayrılan yer.....150 
 
 
METODİKA 
33.
 
Məmməd Kazımov. Kreditli təlimdə qiymətləndirmə üsulları.......................................154 
34.
 
Sahib Məmmədov. Tələbələrin müstəqil işlərinin idarə olunması...................................158 
35.
 
Sahilə Abbasova. İbtidai siniflərin ana dili təlimində folklor nümunələri ilə bağlı işin 
təşkili metodikası..............................................................................................................164 
36.
 
Müslüm Nəzərov, Nizami Quliyev. Qloballaşma:təhdidləri və açdığı  imkanlar..........168 
37.
 
Xaləddin Sofiyev.  Kulturologiyada taksonomik və tipoloji metodların 
münasibətləri...........................................................................................................172 
38.
 
Nisə Əlyarova. Ümumtəhsil məktəblərində musiqi viktorinaları....................................178 
 
SƏNƏTŞÜNASLIQ 
39.
 
Ələkbər Qasımov. Azərbaycanın  incəsənət  növlərində Koroğlu  obrazı..................182 
40.
 
Fəridə Ağayeva. Fikrət  Əmirov və  Elmira  Nəzirovanın “ərəb  mövzuları  əsasında” 
fortepiano ilə orkestr  üçün  konserti  haqqında................................................................186 
41.
 
Sevda Hüseynova. Avropa musiqi mədəniyyətində klassisizmin mahiyyəti. Vyana 
məktəbinin nümayəndələri................................................................................................188    
42.
 
Mustafa Məmmədov. Ritmin tapılması və müxtəlif zərb alətlərinin meydana gəlməsi.......193 
43.
 
Günay Məmmədova. Azərbaycan aşıq sənəti.................................................................195 
44.
 
Səyyarə Sadıxova. Müxtəlif  incəsənət cərəyanlarının  Hüseyn  Əliyev yaradıcılığında 
təcəssümü..........................................................................................................................200 
45.
 
Sübhi Kəngərli. Müstəqillik illərində muzeylərin fondlarının elmi-biblioqrafik tədqiqi....203 
46.
 
Vahid Məmmədov. Kamal Əhmədovun xalq çalğı alətləri orkestri üçün vokal-
instrumental əsərlərinin üslub xüsusiyyətləri...................................................................211 
47.
 
Xumar Bayramova. Üzeyir Hacıbəylinin yaradıcılığı multikulturalizm kontekstində.......215 
48.
 
Məmməd Əliyev. Muzeylərin bəşər mədəniyyətində yeri və rolu..................................218 
49.
 
Səidə Məmmədova, Nazilə Qardaşbəyova. Mənşəcə ən qədim musiqi aləti – fleyta.......221 
50.
 
Ляман Мамедова. Роль Филиппо Брунеллески в художественной культуре  
            Италии.............................................................................................................................224
 
 
MEMARLIQ 
51.
 
Qadir Əliyev. Əlincə qalasında daş üzərində  olan bir  həndəsi ornamentin harmonik 
quruluşu və yaranma tarixi haqqında................................................................................227 
52.
 
Gülnarə Qənbərova. İslam tarixində tərbiyə və təhsil ocaqları- mədrəsələr..................231 
53.
 
Çingiz Çelik. Ərzurumun qoşa minarəli mədrəsəsi.........................................................238 
54.
 
Naci Edi. Səlcuqilər dövləti dövründə Şərqi Anadolu və Naxçıvan minarələri..............246 
 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə