Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə113/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   109   110   111   112   113   114   115   116   ...   121

228 
 
       
 
Şəkil 2. Əlincə qalası. Daş üzərində  naxış fraqmenti                              
 
 
      
       
 
   Şəkil 3. Möminə Xatun türbəsi.                      Şəkil 4. Türbə üzərində olan naxış fraqmenti 
 
1.  Əlincə  qalası.  Əlincə  qalası  Naxçıvan  MR  Culfa  rayonunda  Əlincəçayın  sağ  sahilində 
eyniadlı  dağın  zirvəsində  yerləşir.  Qalanın  tikilmə  tarixi  haqqında  müxtəlif  fikirlər  mövcuddur. 
Tarixi  qaynaqlara  əsaslanan  bəzi  tədqiqatçılar  qalanın  tikilmə  tarixini  2  min  il  əvvəlki  dövrə, 
digərləri isə Sasanilər dövrünə aid edirlər (III-VII əsrlər). “Kitabi-Dədə Qorqud” dastanında Əlincə 
qalası  möhkəm  istehkamlı  qala  kimi  təsvir  olunur.  Qala  divarları  Əlincə  dağının  ətəklərindən 
başlayaraq pillələr şəklində yuxarı doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir.  
Qalanın memarlıq qurğularının inşaat  materialı ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş 
kərpiclərdən ibarətdir. Qalanın şimal tərəfində olan yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb 
yamacında isə səkkiz divarın xarabalıqları müasir dövrə kimi qalmışdır. Qalanın möhkəm divarları və 
sıldırım  qayalar  onu  sarsılmaz  müdafiyə  istehkamına  çevirmişdir.  Kiçik  şəhərciyi  xatırladan  yuxarı 
hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşlar 
diqqəti cəlb edir. Qala rəislərinin və iri feodalların yaşamış olduqları bu sahə “şah taxtı” adlanır. Qalada 
aparılmış arxeoloji qazıntılar nəticəsində bir sıra maddi mədəniyyət qalıqları - saxsı qab fraqmentləri, 
sikkələr, inşaat materialları və s. əldə edilmişdir. Onların üzərində müxtəlif həndəsi və nəbati naxışlara, 
heyvan, o cümlədən quş, ceyran, maral, ilan, balıq və s. təsvirlərə təsadüf edilir. Azərbaycan atabəyləri- 
Eldənizlərin  hakimiyyəti  dövründə  Əlincə  qalasının  əhəmiyyəti  daha  da  artmış,  möhkəm  hərbi 
istehkamı olan bu qala Eldəniz hökmdarlarının sığınacaq yerinə çevrilmişdir. 
2.  Möminə  Xatun  türbəsi.  Azərbaycan  milli  memarlığının  möhtəşəm  abidəsi  olan  Möminə 
Xatun  türbəsi  Orta  əsr  müsəlman  intibahının  memarlıq  formaları  şəklində  təzahür  edən  incilərindən 
biridir. 1186-cı ildə Böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən Naxçıvan şəhərində inşa 
edilmişdir. Əlbəttə bu kiçik məqalədə türbənin ümumi memarlıq quruluşunu tədqiq etmək imkansızdır. 


229 
 
Biz  yalnız  onun  xarici  səthlərini  bəzəyən  bir  həndəsi  ornamentin  quruluşunu  tədqiq  edib  onu  Əlincə 
qalasında olan naxış nümunəsinin harmonik quruluşu ilə müqayisə edəcəyik.  
Həm Əlincə qalasında, həm də Möminə Xatun türbəsindəki həndəsi ornamenti diqqətlə nəzərdən 
keçirdikdə onların həndəsi quruluşunun eyni olduğunu, hər ikisinin eyni növ mütənasiblik sistemindən- 
kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemindən  yarandığını görürük (şəkil 5). 
                
 
Şəkil 5. Kvadrat və                       Şəkil 6. Hər iki naxışın qrafiki analizi üçün 
bu mənbədən mütənasiblik                         şüa qəfəsinin qurulması 
sisteminin yaranması. 
 
 
                              Şəkil 7. Əlincə qalası.  Daş üzərində həndəsi ornamentin  qrafiki analizi                                
 
                         Şəkil 8. Möminə Xatun türbəsi. Həndəsi ornamentin qrafiki analizi      
 


230 
 
Şəkil 5-də kvadrat və bu mənbədən mütənasiblik sisteminin yaranması, şəkil 6-da isə hər iki 
naxışın qrafiki analizi üçün eyni olan şüa qəfəsinin qurulması göstərilib. Şəkil 7-də Əlincə qalasında 
daş üzərində həndəsi ornamentin qrafik analizi, şəkil 8-də Möminə Xatun türbəsində olan naxışın 
nümunəsinin  qrafiki  analizləri  göstərilib.  Hər  iki  abidədə  həndəsi  ornamentlərin  qrafiki  analizləri 
göstərir ki, onlar üçün qurulan şüa qəfəsləri və beləliklə  ornamentlərin quruluşları eynidir. Bu fakt 
onu  göstərir  ki,  Əlinsə  qalasında  bir  memarlıq  abidəsinin  elementi  olan  daş  üzərində  həndəsi 
ornamentin  yaranması  Möminə  Xatun  türbəsinin  yarandığı  dövrə  -  XII  əsrin  dördüncü  rübbünə,  
Eldənizlərin hakimiyyəti dövrünə düşür.  Həmin dövrdə Naxçıvan Atabəylərinin baş memarı Əcəmi 
Naxçıvani  olduğu  üçün  Əlincə  qalasında  yaranan  memarlıq  formalarının  təşəkkülündə  Əcəminin 
ucaltdığı  abidələrin  də  olması  fikrini  söyləmək  olar.  Bu  fakt  Əlincə  qalasında  memarlıq 
formalarının inkişafının XII əsrdə mühüm mərhələ təşkil etməsi haqqında yuxarıda göstərilən faktın 
düzgün olması fikrini bir daha təsdiq edir.   
 
ƏDƏBİYYAT 
 
1. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991, 256 s. 
2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 519s. 
4.  Булатов  М.  С.  Геометрические  гармонизация  в  архитектуре  Средней  Азии  IX-XV  вв.  
Mосква, 1988. 354 c. 
5. Qadir Əliyev. Memar Əcəmi Naxçıvani yaradılıcığında ahəngdarlıq.Bakı, 2007, 158 s 
6.  Kadir  Aliyev.  Başlanğıcların  başlanğıcı:  Nahçivan-Marağa  mimarlık  biçimlerinin  mahiyeti. 
İstanbul, 2015, 482 s. 
7. El –Said, Ayşe Parman, Qeometrik koncepts in İslamik Art. London, 1976 153 s. 
 
ABSTRACT 
Gadir Aliyev 
There  are  hundreds  of  castles  among  the  defense  buildings  in  Azerbaijan.  Alinca  castle  has 
special  place  among  these  fortresses.  It  is  very  difficult  to  determine  the  exact  date  of  its 
construction because of the complete architectural patterns have not reached us. On this context, it 
is  crucial to  analyze harmonic structure of one of the ornaments on the stone among the residues. 
Thus, the structure of one ornament  from the  residual  of  Alinca  castle is  examined in  this  article. 
The important scientific result is emerged about the construction date of the researched pattern after 
comparing of it with one of the ornaments on the tomb of MumineXatun.  
 
 
РЕЗЮМЕ 
Кадир Алиев 
В  Азербайджане  среди  защитных  сооружений  есть  сотни  мощных  крепостей.  Среди 
этих сооружений  крепость Алынджа занимает  особое место.   В связи с тем, что  сегодня в 
крепости  не  осталось  целых  архитектурных  элементов  сказать  что-то  оточных  датах 
постройки  сооружения  невозможно.  Таким  образом  геометрический  орнамент  на  камне  
внутри останков постройки имеющий гармоничную форму играет особое значение. В статье 
изучается  форма  геометрического  орнамента  на  камне  находящемся  внутри  крепости 
Алынджа, которые будет сравниваться с геометрическими орнаментом узором на Мавзолее 
Момине-Хатун.  В следствии сравнения будут сделаны научно важные выводы связанные  с 
датой орнамента.  
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə