Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   5   6   7   8   9   10   11   12   ...   121

19 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
                                                                                
       FARİZ ƏHMƏDOV 
                      
 
 
 
 
 
      Naxçıvan Dövlət Universiteti 
                             
 
 
 
 
 
 Fariz6254111@gmail.com 
UOT:82 
CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA ŞƏMS TƏBRİZİ NÜMUNƏSİ 
 
Açar sözlər: Mövlana, Şəms, kitab, elm, dost, eşq, könül 
Key words:   Mevlana, Shams, book, science, friend, love, heart 
Ключевые слов: Мовлане, Шaмс, книга, наука, друг, любовъ, душа 
Mövlananın  həyatında Təbrizli  Şəmsəddinin ayrıca bir  yeri olmuşdur. Mövlananın  ən  yaxın 
dostu,  müəllimi,  onun  kamilləşməsində  böyük  rolu  olan  elm  və  irfan  əhli,  qısacası  Mövlananı 
Mövlana edən Təbrizli Şəmsəddin idi. Kim idi bu Təbrizli Şəmsəddin? 
Tarixi mənbələrə görə azəri türklərindən Məlikdadoğlu Əlinin oğlu idi. Adı Məhəmməd olan 
bu  gənc  1183-cü  ildə  Xorasanda  dünyaya  göz  açıb.  O,  Şiəliyin  İsmailiyyə  məzhəbindən  idi. 
Cəfərilik  məzhəbində  təhsil  almış  bir  müddət  sonra  isə  ailəsi  ilə  birlikdə  Təbrizə  köçmüşdü. 
“Qurani  Kərim”in  “Şəms”  surəsinə  aşiq  olduğu  üçün  öz  ləqəbini  “Şəms”  adlandırmışdır.  Bəziləri 
onu “Şəmsi parəndə”, bəziləri isə “Kamili Təbriz” adlandırmışlar. Uşaq yaşlarından dəyişik halları, 
üstün  yaradılışı  ilə  diqqəti  çəkməkdə  idi  Təbrizli  Şəmsəddin.  Balaca  yaşlarında  ikən  atası  ilə 
birlikdə  çay  kənarında  oturaraq  ətrafı  seyr  etdikləri  zaman  bir  toyuğun  altındakı  yumurtalardan 
çıxan ördək balaları çaya girərək üzüb qarşı tərəfə keçdikləri halda, toyuğun torpaqda çırpındığını 
görən Şəms atasına belə deyir: 
-Ora  bax  ata!  Eyni  səninlə  mənim  halıma  bənzəyir.  Toyuq  torpaqda  çırpınıb  durduğu  halda, 
balaları çoxdan çaya girərək qarşı tərəfə keçdi.  
Bir  çox  mənbələrdə  Şəmsin  ayrı-ayrı  dərvişlərin  müridi  olduğu  qeyd  edilir.  Lakin  Şəms 
özünün “Məqalət” adlı əsərində deyir:  
-Mənim Təbrizdə Əbubəkr adlı bir şeyxim var idi, səbət hörərdi. Ondan bir çox şey öyrəndim, 
fəqət məndə bir şey var idi ki, onu şeyxim görmürdü. Onsuz da onu heç kəs görə bilməzdi ki, onu 
Mövlana gördü.  
Şəms deyirdi: ” hər şey insana fədadır, insan isə özünə. Qəlblərə girmək, könül sahiblərinə yar 
olmaq  lazımdır.  Bütün  Peyğəmbərlərin  qayəsi  könüldür.  İnsan  özünü  bildimi  hər  şeyi  bildi 
deməkdir”.  
Şəmsəddin Təbrizi Konyaya ilk olaraq 29 noyabr 1244-cü il (26 cəmayidəl-axir 642) tarixində 
gəlmiş və burda tanımışdı  iki dost bir-birini. Mövlananın  oğlu  Sultan Vələdin  diliylə  görüşmənin 
təsiri və Şəmsin ilk sözləri bu şəkildədir: 
    “Qəflətən Şəms gəlib çatdı, 
 Nurun işığında kölgədə yox olub getdi. 
        Eşq dünyasının ardından dəfsiz, sazsız eşq səsi gəldi, 
     Məşuqlar hallarını söylədi ona 
     Beləcə də sirri ucalardan ucalara vardı, 
     Dedi ki - sən batinə əsir olmuşsan 
          Amma bunu bil ki, mən batinində batiniyəm” 
Şəms 16 aya yaxın Konya şəhərində Mövlananın qonağı oldu. Mövlana deyirdi: 
-ölkənin zahidiydim, minbərə sahibdim, kürsüm vardı, indisə sənə qarşı əllərini çırpan bir aşiq 
halına gətirdin məni. 
Bir  gün  Mövlana  hovuz  kənarında  oturub  Sənai,  Fəridəddin  Əttar,  Mütənəbbinin  kitablarını 
oxuyurdu. Bu zaman Şəms gəldi, Mövlananın yanında əyləşdi və soruşdu: 
-Bu kitablar nədən bəhs edir, Mövlana? 
Mövlana cavab verdi: 
-Bir çox elmlərdən bəhs edir ki, bunu sən bilmərsən. 
Şəms:  


20 
 
-Düzdü,  bilmərəm,  ancaq  bildiyim  tək  bir  şey  var  ki,  onu  da  bu  kitablar  bilməz.  Kitabları 
Mövlananın əlindən alan Şəms ani göz qırpımında onları hovuza atdı. Hovuz  tamamilə mürəkkəbə 
qərq oldu.  
Mövlana hövlang başını tutaraq dedi: 
-Nə etdin, Şəms. Bunlar tək nüsxə əlyazmalar idi. Sən onları məhv etdin.  
Şəms: 
-Sən  bu  kitablara  əsir  düşmüş,  həyatı  səhifələrdə  axtaran  biri  olmusan.  Kitablar  sadəcə  işığa 
yaxınlaşdırır,  işığın  özü  deyil.  Şəms  danışdıqca  Mövlana  hovuzda  üzən  kitablara  baxıb  ağlayırdı. 
Sözünü bitirdikdən sonra Şəms hovuza girərək az öncə suya atdığı kitabları tək-tək  yığıb Mövlanaya 
qaytardı. Mövlana olanlara inana bilmirdi. Çünki kitablar rəfdən götürülmüş kimi quru və tozlu idi.  
Mövlana: 
-Bu nece bir elmdir, Şəms? 
Şəms: 
-Bu qəlb elmidir. Sən onu bilmərsən. O, kitab oxumaqla öyrənilmir. Bir xəttatın üç növ yazısı 
olur:birincisini özü oxuyar, başqaları oxuya bilməz; İkincisini özü oxuya bilməz, başqaları oxuyar; 
üçüncüsünü nə o nə də başqaları oxuya bilər. Mən o üçüncü növ yazıyam, məni oxumağa tələsmə. 
Kitablar qəlbə enmədikcə qumsaldakı yazılardır. Eşq kitab oxumaqla öyrənilməz.  
Şəms deyirdi: 
-Mənəvi elm üç yolla əldə edilir. Zikredən dil, şükredən qəlb və səbredən üz.   
Bir gün Şəms Mövlanadan soruşdu: 
-Səndən bir rica etsəm, yerinə yetirərsən? 
Mövlana: 
-Buyur 
Şəms: 
-Məni əyləndirəcək bir qadın gətirə bilərsən? 
Mövlana  cavab  vermədən  otaqdan  çıxdı  və  az  müddət  keçdikdən  sonra  həyat  yoldaşı  Kira 
xatunu dostu Şəms üçün gətirdi. 
Şəms: 
-Bu ola bilməz, bu mənim bacımdır. Niyə tanımadığın birini deyil, öz xanımını gətirdin? 
Mövlana: 
-Sən  şəhvətdən  və  qadından  uzaqsan.  Bunu  bildiyim  üçün  məni  sınadığını  düşündüm  və  öz 
xanımımı sənə gətirdim. Bil ki, ey dost,  nəyim varsa sənə fədadır. 
Şəms: 
-Bəs  onda  səndən  şərab  istəsəydim  Yəhudinin  dükanına  gedib  özün  alardın,  ya  adam 
göndərərdin? 
Mövlana: 
-Özüm gedər şərabı alıb gətirərdim.  
Şəms  can  dostu  Mövlananı  bağrına  basaraq  anlından  öpdü  və  dedi:  axtardığım  həqiqətəndə 
sənsən yanılmamışam.  
Təbiətin  gözəl  fəsillərindən  biri  olan  bahar  fəsli  idi.  Mövlana  ilə  Şəms  bağçada  gəzintiyə 
çıxmışdılar.  Fəlsəfəçilərdən  bir  qrupu  Mövlananı  ziyarətə  gəlmiş,  bir  neçə  suallarının  olduqlarını 
bildirmişdilər. Mövlana onlara Şəmsi göstərərək, suallarınızı mənim suallarımı cavablayana verin. 
Onlar Şəmsə üç suallarının olduğunu bildirdilər. Şəms isə onlara suallarını vermələrini rica etdi.  
1. Allah var deyirsiniz, amma görsənmir, göstərin ki, inanaq. 
2. Şeytanın oddan yarandığını deyirsiniz, sonra da şeytan Cəhənnəm odunda yanacaq deyirsiz. 
3.  Axirətdə  hər  kəs  haqqını  alacaq,  etdiklərinin  cəzasını  çəkəcək  deyirsiz,  buraxın  insanlar 
necə istəyirsə, elə də yaşasın. 
Fəlsəfəçinin sualı bitincə Şəmsə baxaraq suallarına cavab verməsini gözlədi. Şəms sağa-sola 
baxaraq  yerdən  bərk  bir  torpaq  parçası  götürdü  və  sual  verən  fəlsəfəçinin  başına  çırpdı.Sual 
verməyə gələn fəlsəfəçilər gördüklərindən hiddətlənərək xəsarət alan dostlarını da götürərək dərhal 
Konya Qazisinin yanına şikayətə getdilər.  
Mövlana yaşananan bu hadisədən heç nə anlamır və bir azdan olacaqları düşünürdü. Baş verən 
hadisədən az zaman keçdikdən sonra Qazi adam göndərərək Mövlana və Şəmsi mühakimə etmək 
üçün hüzuruna çağırdı. Qazinin yanına çatanda başı sarıqlı filosof baş verən hadisəni Qaziyə olduğu 
kimi danışmağa başladı. Qazi filosofa qulaq asdıqdan sonra Şəmsdən bu işin açıqlamasını istədi: 
Şəms cavab verdi: 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə