Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

23 
 
İki  dəniz  yenə  qovuşurdu  bir-birinə.  Hafizlər  “Quran”  oxuyur,  müridlər  “Səma”  edir,  ney, 
qudum  səsləri  hər  tərəfə  yayılmışdı.  İki  böyük  insan,  iki  tanrı  vəlisi,  biri  digərinin  əlini  öpərək 
görüşürdülər. Bir müddət sonra isə susaraq “hal” dili ilə danışdılar. Mövlana ilə Şəms- bu iki dost, 
hansı  can,  hansı  canan,  birbirlərini  tamamlayan  bu  iki  tanrı  aşiqi  Konyaya  yenidən  Mövlananın 
mənzilinə daxil oldular.               
Mövlana  bu  səfər  Şəmsi  davamlı  olaraq  itirmək  istəmir,  çarələr  düşünürdü.  Mövlananın 
yanında  Kimya  adında  böyüyüb  tərbiyə  almış  mələk  simalı  bir  övladlığı  var  idi.  Hələ  uşaq 
yaşlarından  onu  öz  övladlarından  ayrı  tutmayıb,  öz  qızı  kimi  sevmişdi.  Onu  Şəmslə  evləndirərək 
Şəmsin də ev-eşik sahibi olmasını, beləliklə, Konyada daimi qalmasını düşünmüşdü. Şəms çox yaşlı 
idi Kimya isə çox gənc, amma bu Kimya kimi tərbiyə  almış qız üçün səbəb deyildi. 
Məsələni əvvəlcə yoldaşı Kərra xatuna açdı, sonra da onun vasitəsi ilə Kimyanın rızasını aldı. 
Əsas məsələ Şəmsi belə bir evliliyə razı etmək idi. Şəms Mövlananın dediyi heç bir sözə yox demir, 
nə diləyi vardısa yerinə yetirirdi.  
Qış  mövsümündə  Mövlananın  qaldığı  mədrsədə  bir  otaq  düzəldildi.  Göstərişsiz  bir  nigah 
mərasimindən sonra yeni evlilər bu otağa köçdü.  
Əmir  Bədrəddin  Gövhərdaşın  Mövlana  üçün  özəl  olaraq  inşa  etdiyi  mədrəsə,  Şəmsin  ora 
yerləşməsi  ilə  zaman-zaman  ora  gələn  ziyarətçilər  artıq  içəri  alınmaz  olmuşdu.  Bir  neçə  aylıq 
evlilikdən sonra Kimya xatun zamansız gələn xəstəliyə tutularaq vəfat etdi.  
Şəms artıq Mövlananı haqq vüsalının çeşməsindən daddırmış və bu yolda Mövlana üçün bir 
körpü olmuşdur. Mövlana artıq körpüdən çoxdan keçmiş, vasitə işini tamamlamışdı.  
1247-ci ilin avqust aylarında Şəms, sonunda Mövlananın eşqinə fəda olmuş, uğrunda gətirdiyi 
başını sahibinə təslim etmişdi. Bir çox mənbələrdə də Şəmsin anidən getdiyini deyənlər var. 
Mövlananın kiçik oğlu Əlaəddin bir qrup şəxslə Şəmsi öldürdüyü rəvayəti, qaynaqlarda daima 
tərəddüdlə  qeyd  edilərkən,  Sultan  Vələdin  əsərində  olan-bitəni  qələmə  alarkən  hər  hansı  bir 
öldürmə hadisəsindən heç söz açmamışdır. Xalqın Mövlananı Şəmsə qısqanmalarını Sultan Vələd 
Şəmsin dilindən belə qələmə almışdı: 
“Bu səfər elə getmək istəyirəm ki, heç kimsə məndən bir nişanə belə tapmasın. Axtarmaqda 
hər  kəs  aciz  qalacaqdır.  Kimsə  məndən  bir  nişanə  belə  tapa  bilməyəcəkdir.  Beləcə  bir  çox  illər 
keçəcək yenə kimsə izimin tozunu belə görməyəcək”. 
Mövlana  Təbrizli  Şəmsin  ardından  onu  tapmaq  üçün  iki  dəfə  Şama  getdi.  İlk  gediş  və 
dönüşdən bir neçə il sonra təkrar Şama getdi və bir ildən çox orada qaldı.  
Mövlana hər gün Şəmsin yolunu gözləyir, daima müjdəçiyə həsrət çəkirdi. Bəzən Mövlanaya: 
“Şəmsi filan yerdə gördüm” kimi yalan xəbərlər gətirirdilər. Bu  zaman Mövlana üzərində nə varsa 
hamısını həmin adama hədiyyə edirdi. Bu xəbər yalandı dedikləri zaman heç incimədən deyirdi:  
-Mən  Şəmsdən  yalan  xəbər  gətirənə  üzərimdə  nəyim  varsa  verdim,  xəbər  doğru  olsaydı, 
canımı verərdim.  
Mövlananın bir məsnəvisində Şəmsin ölümündən xəbərdar olduğu lakin inanmaq istəmədiyi 
göstərilir.  Həmçinin  Mövlana  divanında  da  “Təbrizi  Şəmsəddin  gerçək  şeyximizdir,  biz  onun 
ayaqlarının tozuyuq”, deyə yazmışdır. Şəmsdən sonra Mövlananın  yalnız bu üç sözü dediyi bilinir: 
“xamdım”, “pişdim”, “yandım”.  
Mövlana  Şamda  olduğu  zaman,  Şeyx  Muhyiddini-Ərəbi,  Sadəddin  Həməvi,  Şeyx  Osmani 
Rumi,  Ehvadüddini-Kirmani,  Sədrəddin-Konəvi  kimi  dövrün  məşhur  alim  və  şeyxləri  ilə 
görüşmüşdü. Konyada isə Konyalı Sadrəddin, Şirazlı Qütbəddin, Fəxrəddin İraqi, Şeyx Nəcməddin 
Razi, Urmiyalı Qazi Siracəddin, Hindli Safiyəddin kimi hörmətli alim və şeyxlərlə görüşmüşdü.  
Şəmsin  yoxluğundan  sonra  Mövlana  Səlahəddin,  Çələbi  Hüsaməddin,  Şeyx  Sədrəddin 
Konyəvi,  Əmir  Süleyman  Pərvanə  ilə  dostluq  etmiş,  hər  birinin  simasında  Şəmsi  axtarmış,  onun 
yoxluğuyla yanıb tutuşaraq çoxlu sayda qəzəllər və məsnəvilər yazmışdı.  
Şəmsdən  sonra  Mövlana  özünə  dost  olaraq  konyalı  zərgər  şeyx  Səlahəddini  seçdi.  Mövlananın 
bütün coşğunluğu demək olar ki onunla yatışdı. Mövlana şeyx Səlahəddinlə on il dostluq etdi və oğlu 
Sultan Vələdi şeyxin qızı Fatma xatunla evləndirdi. Şeyx Səlahəddin 1258-ci 29 dekabr (1 məhərrəm 
657) günü vəfat etdi.  
Mövlana şeyx Səlahəddinin vəfatından sonra son on ilini “məsnəvi”nin də yazılmasına səbəb 
olan Çələbi Hüsaməddinlə həmsöhbət olurdu. Mövlana bu iki möhtərəm zatla keçirdiyi illər ərzində 
çoxlu sayda mənsur və mənzum əsərlər yazdı.  
1273-cü  il  17  dekabr  (5  cəmayidəl-axir  672)  günü  xəstələnərək  yatağa  düşdü.  Dövrün  ən 
tanınmış  həkimləri  olan  naxçıvanlı  dostları,  Əkmələddin  Naxçıvani  və  Qəzənfər  Naxçıvani 


24 
 
Mövlananı müalicə etmələrinə baxmayaraq, O, əbədi olaraq həyata gözlərini qapadı.  
Mövlananın ən böyük əsəri “fihi ma-fih” (içindəki içindədir) dir. O, 21 divandan ibarət olan 
“Divani-Kəbir” yaratmışdır. Qəzəllərindən ibarət divanı “Divani-Şəmsəddin Təbrizi” adlandırmış–
dır. Bu da onun dostuna olan sonsuz hörmətindən irəli gəlir. 
Qeyd edək ki, Mövlana Cəlaləddin Ruminin azərbaycanlı dostarı da çox idi. Onlardan Təbib 
Əkmələddin Naxçıvani və Qəzənfər Naxçıvaninin adı tarixi mənbələrdə qeyd edilib.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Çingiz Qacar. Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, 1997  
2.
 
Rəsul Mirhəşimli. Allah dostları. Bakı, Qanun, 2005  
3.
 
Yağmur Sinan. Tennure ve Ateş, Esra Yayınları, 2005  
4.
 
Yağmur Sinan. Aşkın Gözyaşları, Tebrizli Şems, 2010  
5.
 
Yaşar Nuri Öztürk. Mevlana Celaleddin Rumi ve İnsan, İstanbul, 2000 
6.
 
Əhmədov F.Ə. Nə olursan ol yenə gəl. Bakı, Elm və təhsil, 2016,108 s. 
 
ABSTRACT 
Fariz Ahmadov 
 
The  article  deals  with  the  great  masters  of  word,  philosophers,  scholars,  sufis  and  very 
genius  persons Mevlana  Jalaladdin  Rumi and Shamsaddin  Tabrizi  who lived in  XIII  century.  İt  is 
almost  diffucult  to  find  a  master  of  word  who  does  not  know  Shams  and  Rumi  in  the  works  of 
Eastern and Western thinkers, as well as in the entire history of philosophical thinking. Because all 
their thoughts aspecially serve to humanity. Tries on more closely knowing and benefiting Movlana 
Jalaladdin  Rumi  and  Shams  Tabrizi  increased  also  in  Azerbaijan  as  all  over  the  world  last  years. 
The  number  of  books  and  articles,  lead  affairs  in  this  direction  in  our  country  increased 
continuously. Nowadays, it is clearly understandable, Movlana and Shams`s being the justice mate 
as the owners of hearsay, invincible personality against life and death, time and place, while living 
and after their death. 
РЕЗЮМЕ 
Фариз Ахмедов 
 
В  этой  статъе  о  Мовлане  Джалаледдине  Руми  великом  мастере  слова  и  философе, 
ученом суфиссе жившим в ХIII веке и о Шамсаддине Табризи. Можно сказатъ, что на запади 
и востоке нет таких мастеров слова, мыслителей, которые бы не знали Джалаледдине Руми и 
Шамсаддине  Табризи,  так  как  их  высказывание  не  посредственно  служит  человечеству.  За 
последние годы в Азербайджане как и во всем мире увеличилисъ попытки узнатъ поближе и 
наслаждатъся  творчеством  Мовлане  Джалаледдин  Руми  и  Шамсаддин  Табризи.  В  нашей 
стране работы в этом направлении с каждым  годом растут как и растет количество статей и 
книг,  напечатанных  о  них.  Друзъя  истины  Мовланы  и  Шемси  явлющиеся  владелъцами 
экономии  к    жизни  и  смерти,  ко  времени  и  пространству,  являющиеся  непобежденными 
личностями, и при жизни и после смерти, сегодня более хорошо понимаются. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə