Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

40 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                                                                  AYTƏN  QURBANOVA 
           Naxçıvan Dövlət Universiteti 
UOT  82: 316. 3 
  
AZƏRBAYCAN ƏDƏBİYYATINDA HÜSEYN CAVİD OBRAZI 
 
Açar sözlər:  Azərbaycan ədəbiyyatı, poeziya, nəsr, dramaturgiya, Hüseyn Cavid 
Key words:  Azerbaijan literature,  poetry, prose, drama, Hussein  Javid    
Ключевые  слова:  Азербайджанская  литература,  поэзия,  проза,  драматургия,  Гусейн 
Джавид 
       
Mütəfəkkir romantik ədibimiz Hüseyn Cavid (1882-1941) haqqında Azərbaycan ədəbiyyat–
şünaslığında çoxsaylı və qiymətli tədqiqatlar ortaya çıxdığı kimi, indiyədək ədəbiyyatımızda onun 
ömür  və  sənət  yoluna,  mühitinə,  şəxsiyyətinə  həsr  olunmuş  müxtəlif    janrlı  bir  çox  dəyərli  bədii 
nümunələr (şeirlər, poemalar, nəsr və dram əsərləri) də qələmə alınmışdır. Müxtəlif vaxtlarda həmin 
əsərlər haqqında ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslar tərəfindən bir sıra məqalə və resenziyalar 
yazılsa da, bu sahədə indiyədək sistemli araşdırma aparılmamışdır. 
Hüseyn  Cavid  haqqında  yazılmış  bədii  əsərləri  təhlilə  cəlb  etmək  təkcə  bir  sənətkarın  tale 
yolunun  təcəssümünü  araşdırmaq  baxımından  deyil,  həmçinin  ədibin  yaşayıb  fəaliyyət  göstərdiyi 
dövrün gerçəkliklərinin bədii sənət dili ilə işıqlandırılması məsələlərini aydınlaşdırmaq, bütövlükdə 
ədəbi şəxsiyyətin obrazının bədii ədəbiyyatda  yaradılması ilə bağlı bir sıra problemləri incələmək 
cəhətindən də əhəmiyyətli və faydalıdır. 
Hüseyn Cavidin öz sağlığından başlayaraq bizim günlərədək mütəfəkkir ədibə həsr olunmuş 
müxtəlif səpkili bədii əsərlərin yaradılma mərhələləri, hər mərhələnin əsas xüsusiyyətləri, səciyyəvi 
tematika, problematika və  sənətkarlıq axtarışları  barədə  ararılan tədqiqat  sənətkar və  zaman, sənət 
və mənəvi ölməzlik, ziyalı və xalq kimi məsələlərin  H.Cavid taleyi və şəxsiyyəti timsalında bədii 
təcəssümünün rəngarəng üsul və vasitələrindən bəhs etməyə imkan verir. 
Faktlar  göstərir  ki,  H.  Cavidə  ehtiram  və  sevgidən  yoğrulmuş  çoxsaylı  ədəbi  əsərlərlə 
yanaşı, Stalin repressiyası dövründə şairə tənqidi münasibət ifadə edən bəzi “bədii nümunələr” də 
qələmə alınmışdır. 
Ədəbiyyatşünaslıqda haqlı olaraq vurğulandığı kimi: “XX  yüzil Azərbaycan ədəbiyyatında 
Cavid obrazına dəfələrlə müraciət edilmişdir. Xüsusən müstəqilliyin qazanılmasından sonra, 90-cı 
illərdə bu mövzuya sıx-sıx müraciət olunduğunu söyləmək olar” (1). 
Ümumiyyətlə,  Azərbaycan  ədəbiyyatında  Hüseyn  Cavid  obrazının  yaradılmasını  bir  neçə 
mərhələyə ayırmaq olar.   
 Azsaylı nümunələrlə təmsil olunan başlanğıc mərhələsi şairin öz sağlığını əhatə edir. Həmin 
dövrdə Hüseyn Cavid ustad şair kimi qəbul olunmuş, ona bəzi şeirlər ithaf  edilmişdir. Belə şeirlər 
daha çox ədəbi təsir faktı kimi dəyərləndirilə bilsə də, hər halda onlarda H.Cavid  şəxsiyyətinə və 
sənətinə ehtiram  faktoru da danılmazdır. Səməd  Vurğunun duyum  və  deyim  tərzinə  görə  H.Cavid 
ənənələrinə  bağlı  olan  “Sızıltılarım”  şeirini  “Möhtərəm  və  əziz  Hüseyn  Cavidə”  qeydi  ilə  çap 
etdirməsi bu baxımdan təsadüfi deyil.  
O  da  ibrətamizdir  ki,  1937-ci  ilin  iyun  ayının  4-dən  5-nə  keçən  gecə  Hüseyn  Cavid  saxta 
ittihamlarla  həbs  olunduqdan  az  sonra  onun  haqqında  hədyan  və  böhtan  dolu  yazılar  mətbuatda 
görünməyə başladı ki, bunların sırasında “şeirlər” də var. Acınacaqlıdır ki, əvvəllər Hwseyn Cavidi 
alqışlayan  poetik  fikir  artıq  onu  ifşa  etmək    üçün  səfərbər  olmuşdu.  Belə  nümunələr  isə  Cavidin 
obrazının,  həyat  və  fəaliyyətinin  mənfi  rakursda  və  yanlış  biçimdə  verilməsi  ilə  fərqlənir.  Bir 
müddət  sonra  H.Cavidin  adını  da  çəkmək  yasaqlanır  və  beləcə,  görkəmli  sənətkar  ədəbi  mühitin 
gündəmindən uzaqlaşdırılır. 


41 
 
 1956-cı ildə Hüseyn Cavidə bəraət verildikdən bir müddət sonra ədibin zəngin ədəbi irsinin 
araşdırma  predmetinə  çevrilməsi  yolunda  müəyyən  addımlar  atıldığı  kimi,  onun  haqqında  bəzi 
şeirlər  də  yazılır.  1981-ci  ilin  21  iyulunda  ümummilli  liderimiz,  respublikamızın  rəhbəri    Heydər 
Əliyevin  dahi  ədib  Hüseyn Cavidin  100 illiyinin qeyd olunması  barədə  tarixi  qərar qəbul  etməsi 
ədəbi  fikirin  Cavid  obrazına  müraciətə  diqqətini  daha  da  artırır.  Ulu  öndər  Heydər  Əliyevin 
təşəbbüsü və  yüksək himayəsi ilə Hüseyn Cavidin 100 illik yubileyinin təntənə ilə qeyd olunması, 
dahi  sənətkarın  cənazəsinin  qalıqlarının  Sibirdən  Azərbaycana  gətirilməsi,  mütəfəkkir  ədibin 
əsərlərinin nəşri, tədqiqi və təbliği işinə  xüsusi diqqət yetirilməsi ədəbi fikirin də diqqətini Cavidə 
yönəldir.  Ədib  haqqında  yazılan  ədəbi  əsərlərin  tematikası  və  problematikası  genişlənir.  Nəhayət, 
1991-ci ildən sonra ədəbiyyatımızda H.Cavidə həsr olunan bədii əsərlərin kəmiyyət və keyfiyyətcə 
daha da yüksəlişinin baş verməsini  də deməliyik.  
 
Bu  vaxtadək  Hüseyn  Cavidə  həsr  olunmuş  bədii  əsərləri  bir  yerə  toplasaq,  çoxsaylı  ədəbi 
nümunənin  varlığı  ilə  qarşılaşarıq.  Azərbaycan  ədəbiyyatında  Hüseyn  Cavidə  həsr  olunan  bədii 
əsərlər  sayca  çox  olduğu  kimi,  janrca  da  müxtəlifdir.  Buraya  çoxsaylı  şeirlər,  müxtəlif  səpkili 
poemalar,  bir  neçə  dram  əsəri,  bəzi  irihəcmli  nəsr  nümunələri  daxildir  ki,  onların  sırasında  həm 
sənədli, həm də bədii nəsr əsərləri diqqəti çəkir. 
 Tanınmış Azərbaycan şairlərinin müxtəlif  vaxtlarda Hüseyn Cavidə həsr etdikləri şeirlərdə 
mütəfəkkir ədibin şəxsiyyəti, taleyi, mühiti, yaradıcılığı barədə ifadə olunan poetik qənaətlər, lirik 
düşüncələr özünün dolğunluğu və təsir gücü ilə diqqəti çəkir. Həmin şeirlərdən bir neçəsinin adını 
xatırladırıq: 
Nəriman  Həsənzadə.    Cavidin;    Hüseyn  Cavid;    Xəlil  Rza.    Hüseyn  Cavidə;  Fikrət  Qoca. 
Cavid gəlib, aç qoynunu; Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım;  Hüseyn Cavidin Naxçıvanda 
dəfninə;  Bəxtiyar  Vahabzadə.  Hüseyn  Cavidə;  Daşıdın  dərdini  bəşəriyyətin;  Zəlimxan  Yaqub.  
Cavid  əfəndi;    Rəfiq  Zəka  Xəndan.  Cavid  xiyabanı  könlümdən  keçir;  Ustadlar  ustadı;  Hüseyn 
Cavidə;  Hüseyn Razi.   Ölməzlik; Vaqif  Bəhmənli. Cavid sözü; Rafiq Yusifoğlu.  Hüseyn Cavidə; 
Nazim  Rizvan.  Ağlayan  iblisdir,  gülən  sənətkar;  Novruz    Gəncəli.  Cavidə;  Vaqif    Məmmədov.  
Cavid  Sibirdən  gəlir;  Tayqada  düşüncələr;  Sibirdə  düşüncələr;  Kərim  Faiq.  Cavid  sənəti;  Kərim  
Nalə. Cavid;  Kəmalə Nəsrin. Bir dağ uçdu üzü qibləyə; Mavi bayraqlı yurd üçün;  Asim Yadigar. 
Cavid;  Muxtar Qasımzadə, Cavid  və s. Göründüyü kimi, bəzi şairlər Cavidə bir yox, bir neçə şeir 
ithaf etmişlər. 
 Təsəvvür aydınlığı naminə bəzi şeirlərə müfəssəl nəzər salaq.  
Xəlil  Rzanın  1962-ci  ildə  yazdığı  “Hüseyn  Cavidə“  şeirində  od  qəbli  Cavidin  uzaq  Sibirdə 
buzlar  altında  yatması  poetik  kontrast  kontekstində  ədəbi  müstəviyə  gətirilərək  məharətlə 
mənalandırılmışdır: 
    
 Qəlbin od,   şeirin od!  
 Ömrün-günün od! 
 Özün buz məzarda! 
 Bu necə işdir? 
 Bəs necə olub ki, o buz dağları  
               Sənin atəşindən əriməmişdir?! (9, s.287 ) 
 Xalq  şairi  Nəriman  Həsənzadənin  “Hüseyn  Cavid”  şeiri  isə  dahi  sənətkarın  cənazəsinin 
qalıqlarının Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılması münasibəti ilə qələmə alınmışdır. 
Müəllif bunu Cavid əbədiyyəti kimi məharətlə mənalandırmışdır:  
 Nə yaxşı qalmadı gözü yollarda
Gördü atasını qızı Cavidin. 
Tabut ortadaydı, şəkli divarda, 
                                               Bayrama dönmüşdü yası Cavidin... 
Naxçıvan düşünür saçlarında dən, 
Axıb pıçıldayır şəfa bulaqlar. 
Yurduna qayıdır  Cavid təzədən
Heykələ dönməyə gedir sənətkar. 
Torpaqmı cavidə qovuşur indi, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə