Azərbaycan Respublikası Təhsil Nazirliyi Ministry of Education of the Azerbaijan Republic



Yüklə 78,44 Kb.
tarix16.11.2017
ölçüsü78,44 Kb.
#10571


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2014-2015-ci tədris ili üçün Xəzər Universitetində
Vətən tarixi üzrə

Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)

Elmi - İnzibati Şuranın ______________________il _________N-li


qərarı ilə təsdiq edilmişdir.
Vətən tarixi proqramı-5503.01 (yeni təsnifatla)

Giriş

Azərbaycan tarixi nədən bəhs edir?Azərbaycan tarixi anlayışı, kursun quruluş və dövrləşdirmə prinsipləri. Azərbaycan tarixi üzrə qaynaqların təsnifatı

Azərbaycan tarixinin öyrənilməsindəki təlim prosesindəki çətinliklər. Traixi biliklər sistemində Azərbaycan tarixinin yeri və rolu.
Azərbaycan ərazisində ibtidai icma quruluşu

Azərbaycanın təbii coğrafi şəraitinin təşəkkülü Azərbaycanın ən qədim insan məskənlərindəndir. Azərbaycanda qədim daş dövrü insanlarının düşərgələri. Azıx mağarası. Orta və Yuxarı Paleolit dövrü abidələri. Mezolit və neolit. Qəbilə quruluşunun əmələ gəlməsi. Anaxaqanlığı. “Neolit inqilabı”. Əkinçilik və maldarlıq mədəniyyətinin inkişafı. Mis daş (eneolit) dövrü poblemi. Metal ilə tanışlıq. E.ə. IV minilliyin sonu-III minillikdə ataxaqanlığına doğru. Kür-Araz mədəniyyəti. Əkinçilik, maldarlıq və sənətkalığın inkişafı. İcma quruluşunun dağılmasının başlanması.İlk tayfa birliklərinin yaranması. Ota Tunc dövrü. Naxçıvan və Üzəliktəpə mədəniyyəti. Metaləritmə texnikası. Sənətkarlığın kənd təsəüfatından ayrılması. Tunc dövrü adamlaının məişəti və dini baxışları.

Son tunc-erkən dəmir dövrü(e.ə. XIV-VII yüzilliklər). Xocalı, Gədəbəy, Naxçıvan, Talış-Muğan mədəniyyətləri, İctimai münasibətlər və qədim Şərq dövlətləri ilə əlaqələr. İbtidai icma quruluşunun dağılması.
Azərbaycan ərazisində ilk dövlətlər

E.ə. III-II minillikdə Azəbaycan ərazisində tayfalar və ilkin tayfa birlikləri. Azəbaycanın etnosiyasi xəritəsi. Mesopotamiya(İkiçayarası) ilə əlaqələr. Urmiya gölü hövzəsində ilk dövlət qurumları. Aratta, Lullubi, Kuti.



Manna dövləti

B.e.ə. I minillikdə mannalıların tayfa birliyi. Manna dövlətinin yaranmasının ilkin şərtləri. Assuriya və Urartu ilə münasibətlər. Kimmer, skif, iskit-sak tayfalarının Azərbaycana yürüşləri İskit (skif) padşahlığı. Manna-İskit ittifaqı. Manna dövlətinin süqutu. Manna Midiya və Əhəməni dövlətinin tərkibində.

Manna dövlətinin quruluşu. İqtisadi həyat, mədəniyyət

Atropatena və Alban dövlətləri

Atropatena dövlətinin yaranması.Ərazisi və əhalisi. Atropatlar sülaləsi. Selevk,Parfiya və Romanın Atropatenada mübarizəsi. Sosial-iqtisadi vəziyyət. Din. ”Avesta”. Mədəniyyət.

Atropatenanın tarixi yeri

Qafqaz Albaniyası(e.ə.IV-II yüzillikdə). Əhalisi və ərazisi. Antik müəlliflər albanlar haqqında.Maddi-mədəniyyət abidələrində alban tarixinin izləri.

Alban dövlətinin yaranması. Parfiya və Romanın Albaniya uğrunda mübarizəsi. Alban basqınları. Albaniyada Arşakilərin hakimiyyətə gəlməsi

Albanların iqtisdai həyatı. Əkinşilik və maldarlıq, sənətkarlıq. Şəhərlər və ticarət. Albanların dini təsəvvürləri. Antik dünya ilə mədəni əlaqələr.



ORTA ƏSRLƏR DÖVRÜ

Azərbaycan erkən orta çağda

Atropatena və Albaniya(III-VII yüzilliklər)

III-V yüzillikdə məhsuldar qüvvələrin inkişafı. Əkinçilik, maldarlıq və sənətkarlıq. Şəhərlər. Ticarətin genişlənməsi. Feodal münasibətlərin meydana gəlməsi və inkişafı. Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri. Azəbaycanda feodal torpaq mülkiyyəti formaları. Feodal iyerarxiyası. Sasani dövləti və Azərbaycan. Sasaniləin Atopatenanı istila etməsi. Adurbadaqan mərzbanlığı.

Albaniyanın Sasanilərdən asılı vəziyyətə düşməsi. Alban hökmdarları və onların sasanilərlə münasibətləri. V əsrdə Sasanilərə qarşı üsyanlar. Albaniyanın siyasi müstəqilliyinin möhkəmləndirilməsi. Aluen kilsə məclisi

Məzdəkilər hərəkatı, Onun Azərbaycana təsiri. VI yüzillikdə Sasanilər əleyhinə üsyanlar. VII yüzilliyin əvvəllərində Cənubi Qafqazda siyasi vəziyyət. İran-Bizans müharibələri və Azərbaycan. Türk tayfalarının Azərbaycana yürüşləri, xəzərlər. Xəzər xaqanlığının rolunun artması. Mehranilər sülaləsinin yüksəlişi. Girdiman knyazlığı.

Din. Zərdüştlük.Albaniyada xristianlıq. Xristianlığın yayılması. Xristian abidələri. Mədəniyyət. Alban əlifbası. “Alban tarixi”. Kilsə ədəbiyyatı. Memarlıq. Müdafiə tikililəri.

Azərbaycan ərəb xilafəti tərkibində

Ərəb xilafətinin meydana gəlməsi və işğalçılıq siyasətinin başlanması. Azərbaycan ərəb xilafətinin işğalçılıq planında. Alban hökmdarı Cavanşirin siyasəti: Sasanilər, Xilafət və ya Bizans? Xilafətlə yaxınlaşma xətti. Xəzərlilərin Azərbaycana yürüşləri, onlara qarşı mübarizə.

Ərəb xilafətinin Azərbaycanı tabe etməsi. Alban sülaləsinin hakimiyətinə son qoyulması.Ərəb ağalığı. İnzibati idarə sistemi. İqtisadi siyasət. Köçürmə. İslamın yayılması. Xilafətə qarşı mübarizə. Xürrəmiklərin təlimi, tarixi kökləri, hərəkətverici qüvvələri, ideologiyası. Babək. Azadlıq savaşının mərhələləri, onun gedişi. Bəzzin süqutu. Azadlıq müharibəsinin tarixi əhəmiyyəti.

Azərbaycan xalqının formalaşması prosesi:əsas mərhələləri və başa çatması



Azərbaycan IX yüzilliyin ikinci yarısı – XII yüziliyin əvvəllərində

Ərəb xilafətinin zəifləməsi. Azərbaycanda müstəqil feodal dövlətlərin meydana gəlməsi.

Şirvanşahlar dövləti. Sacilər dövləti. Salarilər dövləti. Rəvvadilər dövləti. Şəddadilər dövləti. Rusların hücumları və ona qarşı mübarizə

Səlcuq türkləri və Azərbaycan. Onların ilkin yürüşləri. Böyük Səlcuq imperiyasının yaranması. Azərbaycan Səlcuq imperiyasının tərkibində.

Səlcuq imperiyasının parçalanması. Azərbaycanın İraq Səlcuq sultanlığından asılı vəziyyətə düşməsi. Şirvanşahlar, Kəsranilər dövləti. Şirvan - Gürcüstan münasibətləri. Sosial-iqtisadi vəziyyət.

Azərbaycan Atabəylər dövləti. Şəmsəddin Eldəniz. Azərbaycanın siyasi birləşdirilməsi. Son Eldənizlər dövrü.

IX yüzilliklər Azərbaycan mədəniyyəti. İntibah. Məktəb və mədrəsələr. Elmin inkişafı(astronomiya, coğrafiya, tibb, tarix və fəlsəfə). Kitabi-Dədə Qorqud dastanı. Ədəbiyyat.

Azərbaycan Monqol ağalığı dövründə

Monqolların Azərbaycana birinci yürüşü. Xarəzmşah Cəlaləddinin Azərbaycanı zəbt etməsi və istilaçılara qarşı üsyan. Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanın istila olunması. Hülakülər Elxanilər dövlətinin yaranması. Azərbaycan Hülakülər dövlətinin mərkəzi kimi. Azərbaycan uğrunda Qızıl Orda ilə müharibələri. Monqol işğalının ümumi nəticələri. Monqolların torpaq və vergi siyasəti. Qazan xanın islahatları.

Elxani hökmranlığının sonu. Azərbaycanda hakimiyyət uğrunda Çobanilər ilə Cəlalilər arasında mübarizə. Cəlalilərin ağalığı
XIV yüzilliyin sonu- XV yüzillikdə Azərbaycanda feodal dövlətlər

Şirvan dövləti: Dərbəndlilər sülaləsinin hakimiyyətə gəlməsi. I İbrahimin daxili və xarici siyasəti. Toxtamışın və Teymurun Azərbaycana hücumları. Teymura qarşı mübarizə. Hürufizm. Şirvan dövlətinin Teymurilərlə münasibətləri

Qaraqoyunlu dövləti:Qaraqoyunlu tayfa birliyinin siyasi cəhətdən təşəkkülü.

Qara Yusif. Cəlalilərlə münasibətlərin kəskinləşməsi.Qaraqoyunlu dövlətinin yaranması. Daxili və Xarici siyasət. Qaraqoyunlu-Şirvan münasibətləri. Cahanşahın hakimiyyəti. Ağqoyunlularla münasibətlər. Qaraqoyunlu dövlətinin süqutu.



Ağqoyunlu dövləti

Ağqoyunlular.Uzun Həsən. Ağqoyunlu dövlətinin yaranması. Daxili siyasət. Uzun Həsənin “Qanunnamə”si. Xarici siyasət. Şirvanşahlar və Ərdəbil Səfəvilər hakimiyyəti ilə münasibətlər. Osmanlı dövləti ilə münasibətlər. Ağqoyunlu dövlətinin Avropa dövlətləri ilə əlaqələri. Ağqoyunlu dövlətinin parçalanması və süqutu.


Səfəvi imperatorluğu(XVI-XVII yüzilliklər)

Səfəvilər. Dövlətin yaradılması uğrunda mübarizə. Qızılbaş hərəkatı və onun ideologiyası. Səfəvilərin Şirvana yürüşü. Bakının tutulması. Ağqoyunlularla döyüş. Azərbaycan Səfəvilər dövlətinin yaradılması. Ərazisi və Əhalisi. Mərkəzləşdirilmə siyasəti. Şirvan və Şəkinin birləşdirilməsi.

Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. I İsmayılın hərbi yürüşləri. Dövlətin ərazisisnin genişlənməsi. Səfəvi-Osmanlı müharibəsi. Çaldıran savaşı. Səfəvilər dövlətinin Rusiya və Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələri.

XIV əsrin 30-50-ci illərində Səfəvi-Osmanlı münasibətləri. 1555-ci il Amasiya sülh müqaviləsi. Səfəvi dövləti XVI əsrin sonu XVII əsrdə.

XVI əsrin 80-ci illərində Azərbaycan- Osmanlı çəkişmələri. 1590-cı il Səfəvi-Osmanlı müqaviləsinin nəticələri.Azərbaycanda Osmanlı idarə sisteminin bərqərar edilməsi. Cəlalilər hərəkatı.

Şah Abbasın Səfəvilərin Azərbaycan torpaqlarını qaytarmaq uğrunda mübarizəsi. Şah Abbasın islahatları. Osmanlı-Səfəvi müharibələri və Azərbaycan. 1639-cu il Qəsri-Şirin sülh müqaviləsi. Səfəvilər dövlətinin xarakterinin dəyişdirilməsinə dair. XVII yüzilliyin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti.

XVI-XVII yüzillikdə Azərbaycan mədəniyyəti. Maarif. Elm. Tarix. Həsən bəy Rumlu. Ədəbiyyat. Həbibi və Xətai poeziyası. Füzuli. Aşıq sənəti, dastan ədəbiyyatı. İncəsənət. Təbriz miniatür məktəbi.

Azərbaycan XVIII yüzilliyin birinci yarısında.

XVIII yüzilliyin əvvəllərində Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət. Səfəvilər dövlətinin tənəzzülü. Rusiya və Osmanlı imperiyasının Azərbaycan uğrunda mübarizəsinin kəskinləşməsi. Sosial hərəkatlar. Hacı Davudun başçılığı ilə üsyan.

Rusiyanın işğalçılıq siyasətinin həyata keçməsi. I Pyotrun manifesti. Xəzəryanı bölgələrin tutulması. Türkiyə qoşunlarının Cənubi Qafqaza yürüşü. Rusiya ilə Türkiyə arasında İstanbul sülhü. Azərbaycanın qərb və cənub-qərb torpaqlarının Osmanlı dövləti tərəfindən işğal edilməsi.

XVIII yüzilliyin 30-40-cı illərində Azərbaycanda vəziyyət. Azərbaycan uğrunda çəkişmələrin güclənməsi. 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri. Rus qoşununun Xəzəryanı bölgələrə çıxarılması. Nadirin “şah seçki”si. Gənəc bəylərbəyliyinin mövqeyi. Nadir tərəfindən Qazax və Borçalının Gürcüstana tabe edilməsi.

Nadir şahın Azərbaycana yürüşləri. XVIII yüzilliyin 30-40-cı illərində Azərbaycnda xalq hərəkatı. Nadir şahın qətlindən sonra imperiyanın dağılması.
Azərbaycan XVIII yüzilliyin II yarısında. Xanlıqlar

Azərbaycanda xanlıqların meydana gəlməsi səbəbləri. Güney Azərbaycan xanlıqları. Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə. Urmiya xanlığının mərkəzləşdirmə uğrunda mübarizəsi.

Quzey Azərbaycan xanlıqları. Şəki xanlığının güclənməsi. Hacı Çələbi xanın siyasəti.

Qarabağ xanlığının güclənməsi. Pənahəli xan. Məliklərin tabe edilməsi. Xanlığın sərəhdlərinin genişləndirlməsi. Qarabağ xanlığına basqınlar. İbrahimin dövründə xanlığın güclənməsi.

Quba xanlığı. Fətəli xan. Şimali-şərqi Azərbaycanın birləşdirilməsi.

Azərbaycan xanlıqlarının xarici siyasətinin əsas istiqamətləri. İran, Osmanlı imperiyası və Rusiya ilə münasibətləri.

Azərbaycan torpaqlarının birləşdirilməsi səylərinin uğursuzluğu.

Xanlıqların ictimai-iqtisadi və dövlət quruluşu.Mədəniyyət.

Xanlıqların Azərbaycan tarixində yeri və rolu.

Qacarların İranda hakimiyyətə gəlməsi. Cənubi Azərbaycan xanlıqlarının Qacarın hakimiyyəti altına düşməsi. Ağa Məhəmməd Qacarın Şimali Azərbaycana birinci yürüşü. Şuşanın müdafiəsi. Rusiyanın Şimali Azərbaycana işğalçı yürüşü. Ağa Məhəmməd Şah Qacarın Şimali Azərbaycana ikinci yürüşü. Onun qətlə yetirilməsi.

XVIII əsrin ikinci yarısısnda Azərbaycanın sosial-iqtisadi vəziyyəti.

YENİ DÖVR

Azərbaycan XIX yüzilliyin I yarısında. Azərbaycan torpaqlarının bölüşdürülməsi

XIX yüzilliyin başlanğıcında Azərbaycanın beynəlxalq vəziyyəti və Azərbaycanın rəqabət meydanına çevrilməsi. Azərbaycan xanlıqlarında ictimai-siyasi durum.

1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi. Azərbaycanın Rusiya Qazax və Şəmsəddin, Borçalı sultanlıqlarının Rusiyanın tərkibinə qatılması. Car Balakən torpaqlarının işğalı.

Gəncə xanlığının işğalına hazırlıq. Gəncənin qəhrəmancasına müdafiəsi. Cavad xan.

İranın müqavimət xətti. Birinci Rusiya-İran(1804-1813) müharibəsi və hərbi əməliyyatlar.

Qarabağ və Şəki xanlıqları ilə Kürəkçay müqaviləsi. Rus qoşunlarının işğalının genişlənməsi və Bakı, Quba, Talış xanlıqlarının Rusiyaya tabe edilməsi. Rus-İran müharibəsinin nəticəsi və Gülüstan müqaviləsi. Azərbaycan dövlət idarəçiliyində dəyişikliklər. Xanlıqların ləğvi. Komendant üsul-idarə sisteminin yaradılması.

1826-1828-ci illərdə Rusiya-İran müharibəsi. Naxçıvan və İrəvan xanlıqlarının Rusia tərəfindən işğalı. Rus qoşunları Cənubi Azərbaycanda. Türkmənçay müqaviləsi(1828). Azərbaycanın bölüşdürülməsinin başa çatması. Ermənilərin kütləvi şəkildə İran və Türkiyədən Şimali Azərbaycana köçürülməsi.

Çarizm əleyhinə üsyanlar(1830 Car Balakən, 1831 Talış, 1837 Quba üsyanları) Çarizmin Şimali Azərbaycanda inzibati və məhkəmə islahatları. Qafqaz canişinliyinin yaradılması. İqtisadi siyasət. Azərbaycan iqtisadiyyatının çarizmin müstəmləkə siyasətinin tələblərinə uyğunlaşdırılması.

XIX yüzilliin birinci yarısında Azərbaycan mədəniyyəti. Məktəblər. Maarif. Elm. Ədəbiyyat. İncəsənət. Musiqi.
XIX yüzilliyin ikinci yarısında Azərbaycanda yeni sosial-iqtisadi münasibətlərin inkişafı.

XIX yyüzilliyin 60-70-ci illərində Azərbaycanda iqtisadi irəliləyiş. 1870-ci il aqrar islahatı və digər islahatlar. Sosial münasibətlər. İslahatdan sonrakı dövrdə Azərbaycan kəndlilərinin vəziyyəti. Kəndlilərin təbəqələşməsi. Qaçaq hərəkatı.

Kapitalist sənayesinin və nəqliyyatın inkişafı. Neft sənayesində yerli və xarici kapital. Neft işi ilə əlaqədar sənayenin digər sahələri.
Azərbaycan 1900-1917-ci illərdə

Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti

1900-1903-cü illər böhranı və onun Azərbaycan iqtisadiyyatına təsiri. Sənayenin ayrı-ayrı sahələrinin səciyyəsi. Kənd təsərrüfatı. Aqrar münasibətlər. Şimali Azərbaycan əhalisininin sosial tərkibində dəyişikliklər.

İctimai-siyasi hərəkat. Ictimai-siyasi təşkilatların, partiyaların yaranma prosesi. “Hümmət” təşkilatının fəaliyəti.Fəhlə tətillərinin genişlənməsi, 1904-cü ildə dekabr tətili. Müştərək müqavilənin bağlanması.

1905-1907-ci illər Rusiya inqilabı və Azərbaycan.Erməni müsəlman davası.Milli qırğınlar. Çarizmin erməni-müsəlman davasında rolu.

Milli hərəkatın həlledici mövqelərə keçməsi. Onun ideya və təşkilatca möhkəmlənməsi. “Qeyrət”, “Müdafiə”, “Difai” partiyaları və onların fəaliyyəti. Azərbaycanın görkəmli ziyalılarının(Ə.Hüseynzadə, Ə. Ağayev, M.Ə.Rəsulzadə) milli demokratik hərəkatda rolu.

Azərbaycan nümayəndələri Rusiyanın dövlət dumalarında.

1905-1911-ci illər İran inqilabı ərəfəsində Cənubi Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Cənubi Azərbaycanda ilk inqilabi çıxışlar. Təbriz üsyanı. Səttraxan və Bağırxan hərəkatı. Azadlıq hərəkatının yatırılması.

Azərbaycan birini dünya müharibəsi illərində. Azərbaycan müharibə planında. Müxtəlif partiya və təbəqələrin müharibəyə münasibəti. Azərbaycan xalq təsərrüfatı. Müharibə dövründə çarizmin müstəmləkə siyasətinin güclənməsi. Milli şüurun yüksəlməsi. Fəhlə və kəndli hərəkatı. Azərbaycan Rusiyadakı fevral inqilabı dövründə. Müvəqqəti hökümətin siyasəti. Xüsusi Zaqafqaziya komitəsi. Siyasi partiyaların leqal fəaliyyətə keçməsi. “Müsavat” partiyası ilə “Türk ədəmi mərkəziyət” partiyasının vahid partiyada birləşməsi. “Azərbaycan muxtariyəti” uğrunda hərəkatın genişlənməsi.

Rusiyada Oktyabr çevrilişi və Bakıda Sovet hakimiyyətinin elan edilməsi. Partiyalararası münasibətlərin kəskinləşməsi. Bolşeviklərin antimilli siyasəti. Daşnakların Bakı sovetində möhkəmlənməsi.

Zaqafqazia komissarlığının yaradılması və fəaliyyəti. Zaqafqaziya seyminin yaradılması. Azərbaycan Qafqaz dövlətçiliyi sistemində. 1918-ci il mart hadisəsi. Bolşevik və daşnakların azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi.

Zaqafqazia seyminin dağılması.

Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması. İstiqlaliyyət bəyannaməsi. AXC-nin ilk hakimiyyətinin formalaşması, tərkibi. Hökümətin Tiflis dövrü(1918, may-iyun)

AXC hökümətinin Gəncə dövrü və hökümətin ilk tədbirləri. Bakıda Sovet hakimiyyətinin süqutu. Qafqaz İslam ordusu və Bakının azad edilməsi uğrunda hərbi əməliyyatlar. Bakının azad edilməsi və AXC hökümətinin Bakıya köçməsi. AXC hakimiyyətinin ölkənin bütün ərazisində bərqərar edilməsi.

Mudros sülhü və Türkiyə qoşunlarının Cənubi Qafqazı tərk etməsi. İngilis qoşunlarının Bakıya daxil olması.

Azərbaycan Milli şurasının fəaliyyətinin bərpa edilməsi. Parlamentin yaradılması, onun açılması və fəaliyyəti.

Ölkədə sosial-siyasi vəziyyət. AXC-nin iqtisadi siyasəti.

Mədəni quruculuq.

Azərbaycan ordusunun qurulması.

AXC-nin ərazi bütövlüyü uğrunda mübarizə. Xarici siyasət. Paris sülh konfransı. Azərbaycan nümayəndə heyətinin fəaliyyəti. AXC-nin xarici dövlətlərlə diplomatik əlaqə yaratması. AXC-RSFSR münasibətləri. Azərbaycanın daxilində təxribatlar təşkil edilməsi.

Ermənilərin Qarabağda üsyanı.

XI Sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi. AXC-nin süqutu və Azərbyacanın dövlətçilik tarixində yeri və əhəmiyyəti.

Cənubi Azərbaycan 1917-1920-ci illərdə

Birinci dünya müharibəsinin sonunda İranad siyasi vəziyyət. İngilislərin İranda möhkəmlənməsi. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi. 1920-ci il Təbriz üsyanı. Ş.M.Xiyabani.

Milli azadlıq hərəkatının məğlubedilməsi, tarixi əhəmiyyəti


Azərbaycan SSR(1920-1940-cı illərdə)

Sovet hakimiyətinin bərqərar edilməsi uğrunda mübarizə. Sovet idarə sisteminin yaradılması. Milli dövlət mexanizminin dağıdılması. Bolşevik hakimiyyətinə qarşı mübarizə(Gəncə, Qarabağ və Zaqatalada üsyanlar)

Daxili siyasət, sosialist tədbirləri. Xarici siyasətin əsas istiqamətləri. Azərbaycan SSR və RSFSR arasında hərbi-iqtisadi ittifaq müqaviləsi.

Ermənistanın Azərbaycan ərazilərini ələ keçirmək cəhdləri. Gürcüstan ilə münasibətlər. Qars müqaviləsi. İran ilə münasibətlər. Azərbaycan SSR-nin suveren hüquqlarının məhdudlaşdırılması. RSFSR-in Sovet respublikalarını mərkəzləşdirmə siyasəti. ZSFSR-in yaradılması. Azərbaycan SSR-nin ZSFSR tərkibində SSR-yə daxil edilməsi. Zaqfederasiyanın və SSR-nin təşkili və onun mahiyyəti.

Azərbaycan SSR tərkibində DQMV-nin və Naxçıvan MSSR-in yaradılması.

Azərbaycanda sənayeləşdirmənin həyata keçirilməsi. Neft sənayesinin texniki cəhətdən yenidən qurulması. Yeni sənaye sahələrinin yaradılmasına başlanması.

Kənd təsərrüfatının zorakı kollektivləşdirilməsi və onun xalq üçün ağır nəticələri. Qolçomaqlar əlehinə mübarizə. Xalq çıxışlarının amansızcasına boğulması.

Respublikada sosial-siyasi dəişikliklər. Zaqafqaziya federasiyasının ləğvi. Azərbaycan SSR-in yeni konstitusiyasının qəbulu. İnzibati amirlik sisteminin güclənməsi. 30-cu illərdə kütləvi repressiyalar və Azərbaycan xalqı üçün faciəvi nəticələri.

Azərbaycanda “mədəni inqilab”. Savadsızlığın ləğvi uğrunda mübarizə. Yeni məktəblərin və ali təhsil müəssisələrinin yaradılması. Əlifba islahatı və onun nəticələri. Əhali arasında siyasi-kütləvi və mədəni-maarif işləri. Teatr, musiqi, kino, təsviri və dekorativ tətbiqi incəsənətin inkişafı. Memarlıq.

Mədəni quruculuqda ziddiyətlər. Xalqı milli dəyərlərdən uzaqlaşdırmaq siyasəti.



Azərbaycan ikinci dünya müharibəsi dövründə(1941-1945)

Müharibənin başlanması. Azərbaycan Almaniyanın müharibə planında.

Azərbaycan SSR-də hərbi, iqtisadi və mənəvi səfərbərlik. İqtisadiyyatın hərbi relsə keçirilməsi. Bakı neftinin strateji əhəmiyyəti və rolu. Azərbaycan döyüşçülərinin müharibə cəbhələrində və Avropada müqavimət hərəkatında iştirakı.

Azərbaycan mühacirəti müharibə illərində. Onların Azərbaycanın istiqlal uğrunda mübarizəsi. Azərbaycan milli legionu və onun fəaliyyəti.

SSR-nin 1941-1945-ci illər müharibəsi qələbəsində Azərbaycan SSR-nin yeri və rolu.

Cənubi Azərbaycan(1939-1946-cı illər) Sovet qoşunlarının İrana daxil olması. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı, onun mərhələləri. Azərbaycan Demokrat höküməti: yaradılması, fəaliyyəti. Demokrat hökümətinin süqutu. Cənubi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə müzakirəsi. SSRİ-İran münasibətlərində Cənubi Azərbaycan məsələsi.


Azərbaycan 1945-1980-ci illərdə

Azərbaycan SSR 1941-1960-ci illərdə. Müharibənin Azərbaycanın iqtisadi və mədəni həyatında ağır təsiri. Dinc quruculuğa keçid. Xalq təsərrüfatının bərpası. Neft sənayesinin bərpası və inkişafı. Yeni sənaye sahələrinin və mərkəzlərin yaradılması. Kənd təsərrüfatının vəziyyəti. Respublikada ictimai-siyasi həyat. SSR-nin müharibədə qələbəsindən sonra totalitar rejimin güclənməsi və ona qarşı gizli müxalifətin fəaliyyəti.

Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası və onun nəticələri.

Stalinin ölümündən sonra sosial-siyasi vəziyyətin dəyişməsi. M.C.Bağırovun hakimiyyətdən devrilməsi. Azərbaycanda şəxsiyyətə pərəstiş qurbanlarına bəraət verilməsi. Siyasi mülayimləşmə. İ.M.Mustafayev(1954-1959), V.Axundov(1959-1969).

Mədəni quruculuq. Təhsil. Mətbuat. Elm. İncəsənət və memarlıq.

Azərbaycan SSR 1960-cı illərin ortaları-1980-ci illərin ortalarında

Respublikanın ictimai-siyasi həyatı. Azərbaycan SSR rəhbərliyində dəyişiklik. Heydər Əliyev.İqtisadi inkişaf. Yeni sənaye müəssisələrinin yaradılması. Struktur dəyişikliklərinin həyata keçirilməsi. Kənd təsərüfatının inkişaf etdirilməsi. Azərbaycanın ekoloji problemləri.

Ədəbiyyat, incəsənət, elm və xalq maarifinin, ali təhsilin tam siyasiləşdirilməsi. Keçmiş irsə münasibət. Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsi.

Cənubi Azərbaycanda vəziyyət-1978-1979-cu illərdə İran inqilabı və Cənubi Azərbaycan. İran İslam respublikasının Cənubi Azərbaycanda siyasəti.
Azərbaycan (80-ci illərin ikinci yarısı-90-cı illərin başlanğıcı)

1980-ci illərin kinci yarısında SSRİ rəhbərliyində dəyişiklik və yeni siyasət kursunun elan edilməsi. Azərbaycan SSR yenidənqurmanın ilk dövründə. Sosial-siyasi həyatın canlanması. İqtisdai vəziyyət. Milli dirçəliş. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin yeni mərhələsi. Ermənistan SSR-in Dağlıq Qarabağı Azərbaycan SSR-dən qoparmaq uğrunda düşmənçilik hərəkatı. Ermənilərin fəallaşması. 1988-ci ildə DQMV-də mitinq və çıxışlar. Ağdamda ermənilərin azərbaycanlıları öldürməsi və Sumqayıt hadisələrini törətməsi. Azərbaycanlıların Ermənistandan deportasiyasının genişlənməsi. Azərbaycan SSR-də ictimai-siyasi fəallığın artması. Meydan hərəkatı-milli dirçəliş. Siyasi partiyaların, cəmiyyət və təşkilatların yaranması. Azərbaycan xalq cəbhəsinin yaradılması uğrunda mübarizə. AXC-nin milli-azadlıq hərəkatında rolunun artması. Ümumxalq hərəkatının genişlənməsi. Demokratik hərəkatı boğmaq cəhdləri. 1990-cı il 20 yanvar qırğını- milli azadlıq hərəkatının zirvəsi. Bakıda fövqəladə vəziyyət. İdarəçilik sistemində dəyişikliklər.

Azərbayacnda prezident idarəçiliyi.

Yuxarı Qarabağda və Ermənistanla sərhəd rayonlarda erməni təcavüzkarlığının kəskinləşməsi.



ƏN YENİ DÖVR

Azərbaycan respublikası(1991-1993)

Sovet imperiyasının dağılması. Azərbaycan respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannaməsi və dövlət müstəqilliyi haqqında Konstitusiya aktı. Suveren Azərbaycan respublikasının xarici dövlətlər tərəfindən tanınması. Müstəqil daxili və xarici siyasətin ilk addımları. Milli ordunun ərazi bütövlüyü uğrunda mübarizəsi.

Dağlıq Qarabağ ətrafında münasibətlərin Ermənistanın Azərbaycana qarşı müharibəyə çevrilməsi. Erməni işğalları. Xocalı soyqırımı. Respublika rəhbərliyinin dövlətin və xalqın müdafiəsini təşkil edə bilməməsi. Şuşa və Laçının işğalı.

AXC-nin hakimiyyəti ələ alması. AXC sədri Ə.Əliyevin(Elçibəyin) prezident seçilməsi. Dövlət idarəçiliyində baş verən dəyişikliklər. Xaric siyasət xəttinin istiqamətləri. Kəlbəcərin işğalı. Hərbi siyasi müxalifətin güclənməsi. 1993-cü il 4 iyun Gəncə qiyamı. AXC iqtidarının devrilməsi.


Müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi(1993-cü ildən)

Naxçıvan MR Ali məclisinin sədri H.Əliyevin Bakıya dəvət olunması, onun Ali Sovetin sədri seçilməsi. H.Əliyevin prezident səlahiyyətlərini icra etməsi; oktyabrın 3-ü, 1993-cü ildə prezident seçilməsi. Ermənilər tərəfindən hücumun davam etdirilməsi: Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın ermənilər tərəfindən işğalı. Müharibə cəbhəsində atəşkəsin təmin edilməsi. Ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi tədbirləri. 1994-cü il oktyabr və 1995-ci il mart hadisələri.

Sosial-iqtisadi sahədə islahatlar: özəlləşdirmə, aqrar islahat və həyata keçirilməsi vəziyyəti. Neft siyasəti. “Əsrin müqaviləsi”, digər neft kontraktları. Sosial dirçəliş.

Müstəqil AR-in mədəni və mənəvi həyatı. Maarif. Elm. Ədəbiyyat. Kütləvi informasiya vasitələri. AR-nın xarici siyasətinin əsas istiqamətləri. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi siyasəti. Azərbaycanın beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli münasibətləri.

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu. AR-ın konstitusiyasının qəbul edilməsi. Yeni parlamentin formalaşması.

Heydər Əliyevin beşillik prezidentlik fəaliyyətinin başlıca yekunları. Yeni prezident seçkisi(1998-ci il, 11 oktyabr). Respublikanın daxili və xarici siyasətdə əvvəlki kursun davam etdirilməsi. Siyasi partiyalar və onların fəaliyyəti.

2003-cü il, 15 oktyabr prezident seçkiləri. İlham Əliyevin AR prezidenti seçilməsi və onun həyata keçirdiyi islahatlar. Heydər Əliyev kursunun davam etdirilməsi.

2008-ci il yeni prezident seçkisi. İ.Əliyevi prezident elan olunması. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi. Neft startegiyası. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizənin davamı.


REFERAT MÖVZULARI

1. Ziya Bünyadovun irsi və ictimai-siyasi fəaliyyəti
2.Azərbaycana qarşı torpaq ərazi iddiaları(Zəngəzur, Naxçıvan, Qarabağ)
3.Azərbaycan milli istiqlal mübarizəsi və onun liderləri(1918-1920-ci illər)
4.Azərbaycanda Sovet totalitarizmi(20-30-cu illər)
5.Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun fəaliyyəti
6.Azərbaycan və Avropanın yeni qonşuluq siyasəti.
7. Bakı nefti II Dünya müharibəsi dövründə
8. Azərbaycan respublikasının neft strategiyası. Əsrin müqaviləsi.

ƏDƏBİYYAT
Dərsliklər

1.Azərbaycan tarixi(ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədər),red. İqrar Əliyev,Bakı,1993

2.Azərbaycan tarixi. Z.Bünyadovun və Y.Yusifovun redaktəsilə,I cild,Bakı, 1994 və başqa nəşrlər

3.Azərbaycan tarixi. (uzaq keçmişdən 1870-ci illərə qədər), red. Prof. Süleyman Əliyarlı, Bakı, 1996

4.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə, II cild. Ali məktəblər üçün

5. İsmayıl Məmmədov. Azərbaycan tarixi. (Ali məktəblər üçün dərslik)Bakı,2005

6. Süleyman Məmmədov Azərbaycan tarixi. Bakı, 2007

7. Şükürov Kərim.Azərbaycan tarixi. Üç hissədə. II hissə. Ən qədim zamanlardan bizim günlərədək. Dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər, Bakı, 1998

8.Azərbaycan tarixi, 7 cilddə,Bakı, 1998-2003

9. Azərbaycan tarixi üzrə qaynaqlar,Bakı, 1989

Əlavə ədəbiyyat

1.Qafqazda Sovet totalitarizmi(1920-1930-cu illərdə), Beynəlxalq elmi konfransın materialları.Bakı, Xəzər Universitəsi, 1998

2.Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan. Bakı,Xəzər Universiteti, 2000

3.M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar,Bakı,Xəzər Universiteti,2005

4.Araz Aslanlı. Qarabağ problemi(tarixi, mahiyyəti, həll prosesi)Bakı, 2009

5.İradə Hüseynova.müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı,2009



6.R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət. Bakı,2004

7.Oqtay Əsədov.Heydər Əliyev.Bakı.2008
Yüklə 78,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə