Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   11   12   13   14   15   16   17   18   ...   136

31 
 
Erməni  ordusunun  İngiltərə  tərəfindən  hərbi  və  maliyyə  dəstəyi  ilə  təmin  olunduğu  bu  dövrdə 
“erməni  məsələsi”nə  yönəlik  siyasi  açılımlar  da  özünü  göstərdi.  Ermənilər  türklərə  qarşı  müharibə 
qarşılığında  Ermənistanın  gələcəyi  ilə  bağlı  öhdəliklər  tələb  etdilər.  Bu  tələblər  qarşısında  London 
İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anerin Uilyams 4 dekabr 1917-ci 
ildə  İngiltərənin  məşhur  diplomatlarından  olan  Xarici  İşlər  nazirinin  müavini,  eyni  zamanda 
Millətlər  Cəmiyyətinin  qurucusu  Lord  Robert  Sesilə  göndərdiyi  məktubda  ermənilərə  yardım 
göstərilməsinin zəruri olduğunu bildirirdi. Anerin Uilyams hətta ermənilərin silahlandırılmasını və 
Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də son dərəcə gərəkli hesab edirdi (33). 
Məktubda  ingilis,  fransız  və  amerikan  hökumətlərinin  də  erməni  ordusuna  maddi  dəstək 
vermələrinin  vacib  olduğu  bildirilmiş,  sərhədlərdən  kənarda  yaşayan  ermənilərin  pul  yardımı  ilə 
Şərqi Anadoluya və Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı (33).  
İngiltərənin  Xarici  İşlər  Nazirliyi  erməni  könüllü  dəstələrinin  Qafqaza  fərqli  yollardan 
gəlməsinə  də  köməklik  göstərəcəkdi  (31).  Bununla  yanaşı,  İngiltərənin  Hərbi  Kəşfiyyat 
fondlarından  da  ermənilərə  pay  ayrılmışdı  (39,  p.  101).  İngiltərə  tərəfindən  ermənilərin 
dəstəklənməsi  üçün  ayrılan  yardım  təxminən  20  milyon  sterlinq  idi  (22,  s.  293).  Bununla  yanaşı, 
1917-ci  ilin  sonları  və  1918-ci  ilin əvvəllərində ingilislər tərəfindən Tehrandan  Bakıya,  oradan  da 
ermənilərə  verilməsi  üçün  Tiflisə  külli  miqdarda  qızıl  və  pul  göndərildi  (17,  s.  329).  Bu  işlərlə 
birbaşa  İngiltərənin  Xarici  İşlər  Nazirliyinin  qərarına  əsasən  xüsusi  missiya  ilə  vəzifələndirilən 
mayor  Mak  Donel  (MacDonell) məşğul  olurdu.  Qatarların  içərisində  aparılan  bu qızıllar  və  pullar 
aynaların  arxasında,  ventilyatorların  içərisində  və  digər  yerlərdə  gizlədilirdi.  Mac  Donel  bunların 
Azərbaycan  türkləri  tərəfindən  bilinməsini  istəmirdi.  Çünki  bu  qızılların  və  pulların  ermənilərə 
göndərildiyi  ortaya  çıxsaydı,  Azərbaycan  türkləri  tərəfindən  tələyə  düşürülərək  ələ  keçirilə  bilərdi 
(17, s. 330-331). Göründüyü kimi, işlər son dərəcə gizli şəkildə aparılırdı. 
Qeyd  etmək  lazımdır  ki,  pul,  qızıl,  müxtəlif  silah  və  sursatlar  ermənilərə  Panturanizm 
təhlükəsinə qarşı baryer təşkil etmək üçün verilirdi (32). Panturanizm təhdidinə qarşı ermənilərdən 
istifadə  siyasəti  Versaldakı  Antanta  Ali  Hərbi  Şurası  ingilis  hərbi  mütəxəssislərinin  1917-ci  ilin 
dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal 
etdikləri  bölgələrdə  pul,  silah  və  sursat  tədarükü  ingilis  siyasətinin  maraqları  daxilindədir.  Bu 
təcrübənin  uğurlu  olması  nəticəsində  erməni  qüvvələrindən  gələcəkdə  türklərin  diz  çökdürülməsi 
üçün faydalanmaq olar” (40). 
İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursat 
təmin  edən  ermənilər  Azərbaycanın  bir  çox  bölgələrində  ciddi  etnik  təmizlik  siyasəti 
gerçəkləşdirdilər. Xüsusilə Naxçıvanda, Zəngəzurda, Qarabağda və s. bölgələrdə törədilən qırğınlar 
erməni  silahlı  dəstələrinin  rəhbəri  kimi,  adı  sonraları  erməni  milli  qəhrəmanı  kimi  özdəşləşən 
Andranik Ozanyan və onun kimi radikal türk düşmənçiliyi ilə tanınan Nijde, Dro, Doluxanyan və s. 
rəhbərliyi  altındakı  erməni  gücləri  tərəfindən  həyata  keçirilmişdi.  Bu  komitəcilər  Anadolu  və 
Qafqazdakı  qanlı  hadisələrin  əsas  cavabdehləri  kimi  ilk  sırada  dayanırdılar.  İngiltərənin  arxiv 
materialları  törədilən  cinayətlərlə  bağlı  Andranikin  silahların  və  hərbi  sursatların  ingilislərdən 
aldığını təsdiq edir. İngiltərənin Qafqazdakı Ali komissarı Oliver Uordrop İngiltərənin Xarici İşlər 
Nazirliyinə  göndərdiyi  bir  raportda  Andranikin  Böyük  Britaniya  ordusunun  mayoru
 
Qibbondan 
aldığı bütün silahları erməni dəstələrinə payladığını bildirirdi (30). 
Arxiv  materiallarında  yuxarıda  adları  çəkilən  erməni  komitəçilərinin,  xüsusilə  də  Andranik 
Ozanyanın  silahlı  dəstələrinin  İrəvan  əyalətində  200-dən  çox,  Naxçıvan,  Şərur-Dərələyəz  və 
Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd 
əhalisinin  böyük  əksəriyyətinin  də  qətlə yetirildiyinə  dair  önəmli  məlumatlar  yer  almaqdadır  (28, 
vv.  103-105).  Türkiyənin  arxiv  materiallarında  ingilislərin  bölgədə  ermənilərin  törətdikləri 
qətliamlara məhəl qoymadığı, hətta bu cinayətləri görməzdən gəldiklərinə dair çox sayda sənədlər 
mövcuddur (29, s. 150-154).    
Törətdiyi cinayətlərin miqyası o qədər böyük idi ki, Andranik bu hərəkətləri ilə Naxçıvanı öz 
idarəsinə  tabe  etdiyini  düşünürdü.  Onun  məqsədi  ələ  keçirdiyi  hər  bir  türk  bölgəsində  etnik,  milli 
təmizlik  siyasəti  yeritmək,  Qarabağ,  Zəngəzur  və  Naxçıvanı  Ermənistana  birləşdirmək  idi.
 
Mənbələrdən  əldə  edilən  məlumatlara  görə,  1918-1921-ci  illər  arasında  Naxçıvanda  73.727  nəfər 


32 
 
ermənilər  tərəfindən  qətlə  yetirilmişdir  (2,  s.  29;  4,  s.  147).  1915-1921-ci  illər  arasında  Cənubi 
Azərbaycanda  isə  ingilislərin  və  rusların  təşviqi  ilə  təşkilatlanan  və  silahlanan  erməni  ordusunun 
qətlə yetirdiyi insanların sayı 90.000 nəfərin üzərində idi (12, s. 248).  
Bu  acı  gerçəklər  ermənilərdə  türklərə  qarşı  nifrət  psixologiyasının,  türkü  öldürməkdən  mənəvi 
zövq alma düşüncəsinin bariz nümunəsi və əlaməti olmaqla yanaşı,
 
törədilən bu cinayətlərin arxasında 
böyük  dövlətlərin  dəstəyi  olduğu,  eləcə  də  İngiltərə  tərəfindən  verilən  qızıl  və  sterlinqlərin,  eyni 
zamanda silah və sursatların təsiri də xüsusilə qeyd edilməlidir. Məhz bunun nəticəsidir ki, müsəlman 
türk əhalisinin çəkdiyi əziyyətlər və törədilən soyqırımı cinayətləri İngiltərənin siyasi  dairələrində heç 
bir səs gətirməmiş, əksinə bu cinayətlərin üstü xüsusi etina ilə örtülməyə çalışılmşdır. 
Dördlər  qruplaşmasının  Birinci  Dünya  müharibəsində  məğlubiyyəti  ilə  türklərin  Pantürkist 
ideyalarının reallaşması ehtimalı ortadan qalxınca, böyük bir çıxmazdan qurtulan İngiltərə 1918-ci ilin 
noyabr  ayında  Azərbaycana  daxil  oldu.  Lakin  ingilis  qoşunları  Bakıya  daxil  olduqdan  üç  ay  sonra, 
1919-cu  ilin  fevralında  Lloyd  Corc  hökuməti  ordunu  Transqafqazdan  mümkün  qədər  tez  çıxarmağı 
qərara  aldı  (5,  s.  248).  İngilislərin  Qafqazdan  çıxmaq  qərarı  bu  günə  qədər  dəqiqləşdirilməmiş  ciddi 
problemlərdən biri olaraq qalır.  
Mənbələrdə Birinci Dünya müharibəsinin sonunda İngiltərənin Qafqazı, xüsusilə neft bölgəsi olan 
Azərbaycanı  öz  müstəmləkə  imperiyasına  qatmaq,  Xəzər  dənizinə  sahib  olmaq  niyyətində  olduğuna 
dair  məlumatlar  keçir.  Tarix  üzrə  elmlər  doktoru,  professor  Pərvin  Darabadi  qeyd  edir  ki,  ingilislərin 
Qahirədən  Kəlküttəyə  qədər  Böyük  Britaniyanın  nəzarəti  altında  birləşməsi  yolu  ilə  bütöv  ərazinin 
yaradılması  ideyası  mövcud  idi.  Bu  ideya  İngiltərənin  Orta  Şərqdəki  siyasətinin  yeni  məzmununu  – 
Xəzərə və Qafqazətrafı ərazilər, xüsusilə neft Bakısı üzərində nəzarətin yaradılmasını stimullaşdırırdı (3, 
s. 26). Bu geosiyasi plan eyni zamanda Hindistanın şimal sərhədlərindən Aralıq dənizinə doğru uzanmış 
bir  neçə  bufer  dövlətdən  ibarət  zəncirin  yaradılmasını  da  nəzərdə  tuturdu.  Bu  zəncir  Hindistana 
hücumlar zamanı qalxan, Böyük  Britaniya,  Avstraliya və  Yeni Zelandiya arasında əsas əlaqələndirici 
vasitə  rolunu  oynamalı  idi.  Qafqaz-Xəzər  regionu  əsas  əlaqələndirici  həlqəyə  çevrilirdi  ki,  bu  həlqə 
İngiltərənin hərbi-siyasi planlarında həmin dövr üçün xüsusi yer tuturdu (3, s. 26).  
İngiltərənin  məşhur  dövlət  xadimlərindən  Lord  Kerzon  qeyd  edirdi  ki,  Böyük  Britaniyanın 
gələcəyi Avropada deyil, bizim immiqrantlarımızın gəldiyi, sonralar isə gələcək nəsillərin artıq istilaçı 
kimi  geri  qayıtdığı  qitədə  həll  olunacaqdır.  Türkistan,  Əfqanıstan,  Xəzər,  Persiya  dünya  hökmranlığı 
uğrunda oyun gedən şahmat lövhəsinin bir hissəsidir (3, s. 25).  
İngiltərənin  Azərbaycanı  öz  müstəmləkə  imperiyasına  qatmaq,  Xəzər  dənizinə  sahib  olmaq 
niyyətində olduğuna dair məlumatlar N.K.Buzınina və K.V.Vinoqradovun (23, s. 119), F.Volkovun (24, s. 
50), Cəmil Həsənlinin (5, s. 249) və s. tanınmış tədqiqatçıların əsərlərində də mövcuddur, eyni zamanda 
bu  tədqiqatların  hər  birində  ingilis  planlarına  dair  məsələlərlə  bağlı  haqlılıq  payı  da  olduqca  yüksəkdir. 
Lakin ingilislərin qısa bir müddət içərisində Qafqazı tərk etmələrinin səbəbi qaranlıq olaraq qalır. Əvvəla, 
ingilislər niyə gəlmişdilər və heç bir kənar müdaxilə olmadan bölgəni hansı səbəbdən tərk etdilər? 
İngiltərənin  Hindistan  işləri  üzrə  naziri  A.Monteqyunun  Qafqaza  münasibətdə  düşüncələrini  bu 
cür  açıqlayır:  “Hindistanın  müdafiəsi  məsələləri  ilə  bağlı  mən  fikirləşirəm  ki,  Qafqaz  haqqında 
düşünmək bizim üçün mühüm deyildir. Mən hesab edirəm ki, bu bölgə tamamilə bizim maraqlarımızdan 
kənardadır” (26, s. 74).   
Bu  ifadələr  olduqca  müəmmalı  və  çox  qarışıqdır.  Əgər  Qafqaz  İngiltərənin  maraqları  xaricində 
idisə,  bölgəyə  niyə  gəlmişdilər?  Qənaətimizcə,  İngiltərə  öz  müstəmləkələrinin  ərazilərini 
genişləndirməkdən  daha  çox,  müharibə  dövründə  ələ  keçirdiyi  müstəmləkələri  (xüsusilə  neft  bölgəsi 
olan Yaxın Şərqi – E.Ş.) qoruyub saxlamaq üzərində düşünürdü. Xüsusilə İngiltərə baxımından daha çox 
əhəmiyyət  kəsb  edən  bölgə  Yaxın  Şərq  idi.  Enerji  resurslarının  əsas  hissəsinin  Osmanlı  sərhədləri 
içərisində  yer  alması  Yaxın  Şərqi  İngiltərə  üçün  tam  mənası ilə  vaz  keçilməz  bir  bölgəyə  çevirmişdi. 
Sənaye  inqilabını  tamamlamış  olan  İngiltərə  üçün  Yaxın  Şərq  neftinə  sahib  olmaq  ölkənin  rifah  və 
zənginliyi baxımından olduqca zəruri idi. Ancaq bütün bunlar o demək deyildi ki, zəngin təbii sərvətlərə 
malik  olan  Bakı  neftinin  İngiltərənin  iqtisadi  maraqlarında  yeri  yox  idi.  İngiltərə  qədər  neftin 
əhəmiyyətini dərindən idrak edən ikinci bir dövlət göstərmək mümkün deyil. Bunun üçün ingilislər hər 
şeylərini  ortaya  qoyaraq  bu  yağlı  maddənin  mütləq  hakimi  olmaq  istəyirdilər  (18,  s.  160).  Məlum 
olduğu kimi, XX əsrin ən güclü təbii qaynağı və dünyanı idarə edən əsas qüdrəti neft idi. Neft neçə-neçə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə