Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   8   9   10   11   12   13   14   15   ...   136

25 
 
muzey-ölkəşünaslıq muzeyi böyük yazıçımız Mirzə Cəlil tərəfindən Nehrəm kəndində təşkil edilmişdir. 
Həmçinin  o  qeyd  edir  ki,  Naxçıvan  şəhərində  yaşamış  Balabəy  adlı  şəxs  öz  evində,  xüsusi  otaqlarda 
bədii sənətkarlıq nümunələri toplamışdı. Dövrün görkəmli ziyalısı olan Balabəy ilk dəfə olaraq şəxsi ev 
muzeyi (evdə yaradılmış muzey mənasında) təşkil etmişdi” (4, s.102). 
Əlimizdə olan materiallar ilk rəsm sərgilərinin-şəkil qalereyalarının da yurdumuzda ən əvvəl 
məhz  Naxçıvan  torpağında  qurulduğunu  təsdiq  etməyə  bizə  əsas  verir.  Bu  ilk  sərgiləri  Bəhruz 
Kəngərli (1892-1922) öz ata evində-vəkil Şirəlibəyin mülkində düzəltmişdi (indi burada B.Kəngər-
linin ev muzeyi yerləşir). 
Naxçıvan  Dövlət  Tarix  Muzeyinin  yaradılması  ilə  Naxçıvanda  rəsmi  qaydada  muzeyşünaslığın 
ənənəsi  qoyuldu.  Muzey  1924-cü  ildə  tarix-etnoqrafiya  muzeyi  kimi  təşkil  edilmişdir.  İlk  vaxtlar 
muzeyin maddi bazası əsasən qədim və orta əsrlərə aid məişət əşyalarından, toxuculuq məmulatların-
dan, silahlardan, saxsı qablardan (bardaq, kuzə) və digər əşyalardan ibarət idi. 1932-ci ildə Naxçıvan 
Tarix və Ölkəşünaslıq Muzeyinə çevrilmiş və yenidən qurulmuşdur. 1968-ci ilin dekabrında indiki adını 
daşıyır.  Muzeyin  təşkilində  Naxçıvan  şəhər  sakinləri  Balabəy  Əlibəyov,  Mirbağır  Mirheydərov  və 
başqalarının böyük əməyi olmuşdur. 9 şöbəsi, fondunda və ekspozisiyasında 40 minə  yaxın eksponat 
saxlanır  (2001).  Muzeydə  Naxçıvan  Muxtar  Respubilikası  ərazisində  aparılmış  arxeoloji  qazıntılar 
zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, 
həmçinin  milli  geyimlər,  bədii  tikmə  nümunələri  və  xalça  məmulatları,  qiymətli  materiallardan 
hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və sairə nümayiş etdirilir. Muzeydə elmi-tədqiqat 
işləri aparılır. Xüsusi sərgilər, görüşlər xatirə gecələri və sairə tədbirlər keçirilir. 
“Naxçıvan  Muxtar  Respubilikasında  muzeylərin  yaranması  və  inkişafı  məzmun,  forma, 
təşkilatı-metodiki əlamətlərinə görə tarixən əsas dörd mərhələyə ayrılır.” (3.s-12) 
Naxçıvanda muzey quruculuğunun sürətli inkişafı aşağıdakı ardıcıllıqla yaradılmışdır. 
Cəlil  Məmmədquluzadə  adına  Naxçıvan  Ədəbiyyat  Muzeyi  -  Azərbaycan  SSR  Nazirlər 
Sovetinin  1966-cı  il  tarixli  qərarına  müvafiq  olaraq,  1967-ci  il  iyunun  12-də  Naxçıvan  şəhərində 
açılmışdır. 
1969-cu  ildən  2003-cü  ilə  qədərki  dövr  ərzində  Ümumilli  Liderimiz  Heydər  Əliyevin  istər 
hakimiyyətinin  birinci  dövründə  istərsədə  ikinci  dövründə  muzeylərə  dövlət  qayğısı  artmış, 
muzeylərin  sayı  2-dən  19-a  çatmışdır.  Bu  dövürdə  Naxçıvan  Muxtar  Respublikasında  nəinki 
muzeylərin  sayı  artmış,  eyni  zamanda  bütövlükdə  muzey  fəaliyyətində  elmi-metodiki,  təşkilatı 
baxımdan da tərəqqi prosesi baş vermişdir. 
Ulu öndərimizin Azərbaycanda hakimiyyətdə olduğu illərdə Naxçıvan Muxtar Respublikasın-
da aşağıdakı muzeylər fəaliyyətə başlamışdır. 
-  1972-ci  il  16  iyul  tarixində  Məmməd  Səid  Ordubadinin  100  illik  yubileyi  münasibəti  ilə 
Heydər Əliyevin təşəbbüsü ilə Ev muzeyi 
- 1975-ci ildə Akademik Yusif Məmmədəliyevin ev muzeyi Heydər Əliyevin təşəbbüsü ilə 
- Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı il 4 yanvar tarixli qərarı ilə 
- Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı il 4 yanvar tarixli qərarı ilə 
- Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı il tarixli qərarı ilə 
- Naxçıvan Dövlət Rəsm Qalereyası 1981-ci il 10 dekabr tarixli 621 nömrəli qərarı ilə 
-  Babək  Rayon  Tarix-Diyarşünaslıq  Muzeyi  1981-ci  il  18  dekabr  tarixində  Heydər  Əliyevin 
təşəbbüsü ilə 
- Şahbuz Rayon Tarix-Diyarşünaslıq 1981-ci ildə Hökümətin qərarı ilə 
- Hüseyn Cavidin Ev Muzeyi və Xatirə kompleksi 1981-ci il 21 iyul tarixli qərarı ilə 
- Cəmşid Naxçıvanskinin Ev Muzeyi 1981-ci il 15 dekabr tarixli 632 nömrəli qərar ilə 
- Cəlil Məmmədquluzadənin Nehrəm kəndində Xatirə Muzeyi 1989-cu il tarixli qərarı ilə 
- Cəlil Məmmədquluzadənin Ev Muzeyi 1998-ci il 19 iyun tarixli Sərancamı ilə. 
Ümummilli  Liderimizin  siyasi  varisi  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi mədəniyyətin ayrılmaz sahəsi olan muzeyşünaslığa 
diqqət  və  qayğının  yeni  mərhələyə  qədəm  qoyulmasına,  muzeylərin  maddi  texniki  bazasının 
yaxşılaşdırılmasına,  yeni  müasir  tipli  muzeylərin  yaranmasına  və  yaranan  muzeylərin  beynəlxalq 
standartlara cavab verməsinə gətirib çıxardı. 


26 
 
Bu gün Naxçıvan Muxtar Respublika Ali məclisinin sədri Heydər Əliyev siyasi kursunun la-
yiqli  davamçısı  Vasif  Talıbovun  Naxçıvan  Muxtar  Respublikasına  rəhbərliyi  sayəsində  Naxçıvan 
özünün ən yüksək inkişaf mərhələsinə çatıbdır. Bütün sahələrdə olduğu kimi Naxçıvan Muxtar Res-
publikasında  Muzeyşünaslıq  inkişafının  zirvəsindədir.  Hazırda  Naxçıvan  Muxtar  Respublikasında 
Muzeylərin sayı 30-u keçibdir. Onlar muzeyşünaslığın bütün normalarını özündə təcəssüm etdirir. 
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  böyük  zəhməti, 
diqqəti  və  qayğısı  sayəsində  adları  aşağıda  çəkilən  muzeylər  fəaliyyətə  başlayaraq  xalqımızın 
mənəvi tarixini nümayiş və təbliğ edir: 
- “Heydər Əliyev Muzeyi” Naxçıvan MR Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli 21-
01\S nömrəli Sərəncamı. 
- “Naxçıvan XalçaMuzeyi”  Naxçıvan MR Nazirlər kabinetinin 1998-ci il 15 yanvar tarixli 5 
nömrəli qərarı 
- “Naxçıvan Muxtar Respublika Sədərək Rayonunda Tarix-Diyarşünaslıq muzeyi” Naxçıvan 
MR Nazirlər kabinetinin 2000-ci il 8 aprel tarixli 69 nömrəli qərarı 
-  “Xatirə”  Muzeyinin  yaradılması  haqqında  Naxçıvan  MR  Nazirlər  kabinetinin  2000-ci  il  3 
may tarixli 93 nömrəli qərarı 
- “Bəhruz Kəngərlinin Muzeyinin yaradılması haqqında” Naxçıvan MR Ali Məclisi Sədrinin 
2001-ci il 22 may tarixli Sərəncamı 
- “Gəmiqaya” Muzeyi 5 may 2006-cı il Nazirlər kabinetinin Sərəncamı 
- “Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi” Naxçıvan MR Ali Məclisinin Sədrinin 2006-
cı il 17 iyun tarixli Sərəncamı 
-  “Şahtaxtinskilər  Muzeyinin  yaradılması  haqqında”  Naxçıvan  MR  Ali  Məclisinin  sədrinin 
2010-cu il 09 fevral tarixli 216-03\S nömrəli Sərəncamı 
-  “Xan  Sarayı”  Dövlət  Tarix-Memarlıq Muzeyinin  yaradılması  haqqında”  Naxçıvan  MR  Ali 
Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli 249-03\S nömrəli Sərəncamı 
-  “Cəlil  Məmmədquluzadənin  Cəlilkənd  Kəndində  Xatirə  Muzeyinin  yaradılması  haqqında” 
Naxçıvan MR Nazirlər Kabinetinin 2013-cü il 15 fevral tarixli 26 nömrəli qərarı 
- “Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılması haqqında” Naxçıvan MR Ali Məclis 
Sədrinin 2013-cü il 04 iyul tarixli 69 nömrəli Sərəncamı 
- “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksinin yaradılması haqqında” Naxçıvan MR 
Ali Məclisinin Sədrinin 2013-cü il 05 iyun tarixli 135-04\S nömrəli sərəncamı 
- “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Naxçıvan MR 
Ali Məclisinin Sədrinin 2014-cü il 11 fevral tarixli 189-04\S nömrəli Sərəncamı 
-  “Naxçıvan  şəhərində  Dövlət  Bayrağı  Meydan  və  Muzeyinin  yaradılması  haqqında” 
Naxçıvan MR Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı 
-  “Gülüstan  Tarixi  Mədəniyyət  Abidəsinin  bərpası  haqqında”  Naxçıvan  MR  Ali  Məclisi 
Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı 
Hazırda  Naxçıvan  Muxtar  Respublikasında  muzey  quruculuğunda  gedən  sürətli  inkişaf 
prosesi respublikamızda muzeylər şəbəkəsinin artmasına və muzeyşünaslığın inkişaf mərhələsində 
mühüm amilə çevrilməkdədir. 
 
ƏDƏBİYYAT  
 
1. Ramiz Ağayev, Sabir Əmirxanov, Abdin Əlizadə. Muzeyşünaslıq. Dərslik, Bakı, 2002, s. 439 
2.  Nizami  Rəhimov.  "Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Tarix  Muzeyi",  Əcəmi,  Naxçıvan 
2002. s.54 
3. Sübhi Kəngərli; Xanım İsmayılova "Muzeydə Naxçıvan Teatrının Fondu". Naxçıvan, 2009, s.85 
4.  Elfira  Qurbanova,  Apdin  Əlizadə.  "Muzeylərdə  Elmi-Tədqiqat  işinin  təşkili  və  metodikası".  
Bakı, Təknur, 2011, s.271 
5. Sabir Əmirxanov. Bakı Biznes Universiteti, Muzeyşünaslıq, Bakı, 2012, s.112 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə