19
ermənilər” barədə heç nə deyilmir.
Erkən rus tarixi mənbələrindən aydın olur ki, yalnız X əsrin əvvəllərində Kiyev knyazı Oleq və
onun varisləri olan İqor, Olqa və başqalarının zamanında Bizans imperiyasının paytaxtı Konstantinopol
üzərinə hərbi yürüşlər intensivləşəndə ermənilər slavyanlar barədə nə isə eşidə bilərdilər. Belə ki,
Bizans imperiyasının ticarət və sənət dairələrində bəlli bir mövqeləri olan ermənilərin Kiyev tacirləri,
slavyan döyüş drujinaları barədə məlumatları və onlarla əlaqələri mümkün idi.
Rusiyada ermənilər haqqında ilk məlumatlara yalnız XIII əsrdən etibarən rast gəlinir. Belə ki,
məşhur rus tarixçisi S.M.Solovyov özünün “Qədim Rusiya tarixi” əsərində yazırdı ki, “Həmin
yüzillikdə Qaliç və Volın knyazı Danil Romanoviç erməniləri öz mülklərinə dəvət etdi.
O zamanlar
Qərbi Ukraynada ilk erməni məskənləri meydana gəldi” (6, s. 8).
Xaç yürüşləri, ardınca Rusiya torpaqlarına monqolların viranedici yürüşləri zamanı erməni
“başbilənləri” daha çox xaçlı rəhbərləri, Roma Papası və ali monqol xanları ilə münasibətlər
yaratmağa üstünlük verirdilər. Doğrudur, ara-sıra erməni tacirləri Qızıl Orda bazarlarında və Qızıl
Orda xanlarının asılılığında olan Rusiya şəhərlərində rus tacirləri ilə ticarət əlaqələrinə girirdilər.
Rusiya monqol zülmünə son qoyub, müstəqil dövlətə çevrildikdən sonra XVI əsrdə
Moskvada ilk erməni koloniyasının əsası qoyulmuş, ticarət əlaqələrinin artmış, XVII əsrdə daha da
möhkəmlənmişdi. İstər bu koloniyada, istərsə də tarixi Azərbaycan ərazisində yaşayan ermənilər
Moskva ilə Səfəvi dovləti arasında ticarət vasitəçilərinə cevrilmişdilər. “Ticarət sahəsində kifayət
qədər cevik olan ermənilər Rusiya dovlətinin arzusunda olduğu şərq əlaqələrinin formalaşmasında
kifayət qədər fəallıq göstərirdilər. Rusiya əyanlarının ələ alınmasında da onlar oz fəallıqlarını
gostərirdilər. Bu işdə onlar daha cox sınanmış vasitələrə-qiymətli hədiyyələrə, pula, ruşvətə əl
atırdılar” (3, s.174).
Tarixdən məlum olduğu kimi, Səfəvi hökmdarı I Şah Abbas dövlətin hərbi-siyasi maraqlarını
və iqtisadi çıxarlarını əldə əsas tutaraq, özünün “böyük sürgün” siyasətini həyata keçirərkən, xeyli
sayda erməni ailələrini İsfahan yaxınlığında saldırdığı “Yeni Culfa” şəhərinə köçürmüş və burada
onlar üçün əlverişli şərait yaratmışdı. “XVII əsrin əvvəllərində Səfəvi dövləti kəndlilərə və şəhər
yoxsullarına qarşı daha kəskin mövqe tutduğu vaxt kələntər Xoca Xacik başda olmaqla Culfa
ermənilərinə xususi qayğı gostərirdi. I Şah Abbas onlar ucun Yeni Culfada evlər, karvansaralar
tikdirmişdi. Ermənilərin yerləşdikləri ərazilərdə də şah tərəfindən onlara eyni güzəştlər,
özünüidarəetmə üstünlükləri, ən başlıcası isə ipək ticarətində monopoliya verilmişdi” (4, s. 39-40).
XIX əsr erməni tarixçisi Q.A.Ezov da bunu təsdiq edərək yazırdı: “Şah Abbas başa düşürdü
ki, dövlətin qüdrəti ölkənin sərvətinə əsaslanır, ticarətin inkişafına diqqət yetirir, bu səbəbdən də
Culfa ermənilərinə xüsusi himayə gös-tərir, ermənilər tərəfindən salınmış bu koloniyaya fikir
verirdi. İpək istehsalı və ticarətini öz monopoliyasına alan Şah, onu müəyyən məbləğə erməni
tacirlərinə vermişdi. Culfalılar bu ticarətdən özlərinə böyük fayda əldə edirdilər” (7, s.VI).
Mənbələr xəbər verir ki, XVII əsrin 20-ci illərində Culfada 30 min sakin yaşayır, 20 kilsə
fəaliyyət göstərirdi. “Şah Abbas köçürdüyü erməniləri yeni vətənlərinə bağlamaq üçün Culfada
müqəddəs Eçmiədzin adına kilsə tikdirmişdi. Şahın əmrilə tikintinin bünövrəsinə Eçmiədzin
məbədindən xüsusi olaraq gətirilmiş daş qoyulmuşdu” (7, s.XII).
Əlbəttə, demək lazımdır ki, Şah Abbas ermənilərin yeni köçürülən əraziyə bağlanmasını,
buranın abadlaşmasını və tərəqqisini istəyirdi, çünki bu dövlətin iqtisadi çıxarlarına cavab verirdi.
Lakin burada belə bir kilsənin tikilməsi, hətta onun bünövrəsinə qoyulmaq üçün xeyli uzaq
məsafədən müqəddəs daş gətirilməsi yəqin ki, ermənilərin öz təşəbbüsü və vəsaiti hesabına başa
gəlmişdi. Şah isə sadəcə olaraq ermənilərin xahişini yerinə yetirmişdi. I Şah Abbas zamanı xeyli
tərəqqi edən Yeni Culfa, İran ermənilərinin mühüm iqtisadi və dini-mədəni mərkəzinə çevrilmişdi.
Belə ki, həmin dövrün Eçmiədzin katalikosu Akop, məşhur tacirbaşı Xoca Zaxar (Şarhadyan) da
Yeni Culfa (Nor-Cuğa) şəhərindən çıxmışdılar.
Səfəvi dövlətinin lap mərkəzində, İsfahan yaxınlığında I Şah Abbasın qayğısı altında erməni
tacirlərinin koloniyası yaranmışdı. Xəzər dənizi ilə həyata kecirilən ticarət əlaqələrinin əsas hissəsi
də onların payına düşürdü. Erməni tacirləri həm də Şahın tapşırıqları əsasında Səfəvi dövlətinin
xarici ölkələrlə məktublaşmasını həyata keçirir, məlumatlar toplayıb gətirirdilər. Onlar Avropanın
dövlət başçıları və hakim dairələri ilə Şahın dövləti maraqlarını uzlaşdırarkən ermənilərin
20
mənafelərini də unutmurdular. Maraqlıdır ki, hətta “şah İranın xarici siyasət məsələləri ilə məşğul
olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca
Səfər adında erməniyə etibar etmişdi” (7, s.20). Erməni ticarət-sənətkar dairələrinə özünün zəngin
vergi qaynağı kimi baxan hökmdarlarla, onların bir qayda olaraq pula ehtiyacını yaxşı başa düşən
erməni varlıları həmişə çox asan dil tapa bilirdilər.Vaxtilə böyük
fateh Əmir Teymur da,
Ağqoyunlu
hökmdarı Cahanşah da, Osmanlı sultanları da erməni tacirlərini himayə etmişdilər.
Səfəvi şahlarının erməni tacirlərinə xususi qayğı gostərməsini onlar özləri də etiraf edirdilər.
Rusiyaya səfərləri zamanı erməni tacirləri Səfəvi dovlətinin onlara gostərdiyi qayğını belə
xarakterizə edirdilər: “Şah bizə yardımcıdır. Biz gömrüksüz ticarət edirik. Ancaq şahın məzhəbi
müsəlmandır, bizimki isə xristian. Ona görə də, böyük padşah (rus carı nəzərdə tutulur) üçün
işləmək daha xoşdur” (3, s. 174).
Rəsmi dövlət strukturlarından gördükləri qayğı sayəsində erməni tacirləri və erməni kilsəsi
varlandıqca ermənilərdə separatçılıq meylləri də artır, erməni dövləti yaratmaq uğrunda səyləri də
çoxalırdı. Lakin həmin tarixi dövrdə erməni başbilənlərinin Roma Papası və bir sıra Qərb
dövlətlərinə bağladığı ümidlər özünü doğrultmadı.
Bir tərəfdən I Şah Abbasın ölümü və ermənilərə əvvəlki qayğının azalması, digər tərəfdən
XVII əsrin II yarısına doğru Səfəvilər dövlətinin artıq başlanmaqda olan tənəzzülü şəraitində iranlı
tacirlərin şəxsində erməni ideoloqları yenidən öz ağalarını dəyişmək yolunu tutdular. Onların
nəzərləri tədricən çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti illərində (1645-1676) artıq
möhkəmlənmiş və inkişaf etmiş Rusiyaya çevrilməyə başlandı.
Ermənilər hələ o zamanlardan Şərq hökmdarları kimi, Rusiya çarlarını və saray elitasını da
pulla və hədiyyələrlə ələ almaq sahəsində “qiymətli təcrübə” toplamışdılar. “1660-cı il avqustun 28-
də Rusiyada İran ipəyi alveri ilə məşğul olan İsfahanlı Xoca Zaxar Sarhadov (Sarhadyan) çar
Aleksey Mixayloviçə bir çox hədiyyələr vermişdi. Bu hədiyyələrdən biri hazırda Moskvada
Kremlin silahlar palatasında saxlanan “Almaz taxt”dır” (2, s. 21). Xoca Zaxarın rus çarına gətirdiyi
“qızıl, gümüş və fil sümüyündən Şərq üslubunda düzəldilən bu taxtın 22 599 manat (o dövr üçün bu
çox böyük məbləg idi) olmaqla 987 almaz, 1298 yaqut, 18 mindən çox firuzə ilə bəzədilmişdi”
(1,s.60). “Bundan əlavə Sarhadov rəssam Boqdan Saltanyanın Leonardo da Vinçinin “Sirli gecə”
rəsminin surətini həkk etdiyi mis lövhəni də çara hədiyyə gətirmişdi” (2, s.2).
“1669-cu il dekabrın 3-də İsfahandakı erməni icmasından Stepan Misseqov və Boqdan
Salbanov Rusiya hökmdarının adına Moskvaya hədiyyələr gətirmişdilər. Bir neçə il sonra
İsfahandan erməni Sardarov öz ticarət xidmətçisi Stepan Romadamski vasitəsilə Rusiya çarına 9062
rubl dəyərində bəzəkli mallar göndərmişdi” (2, s. 21).
Erməni ideoloqlarının özləri də siyasi məqsədlər naminə Rusiyanın görkəmli dövlət
xadimlərini pulla ələ aldıqlarını inkar etmirlər: “Nor-Cuğadan olan iri erməni taciri Xoca Zaxarın
1660-cı ildə çar Aleksey Mixayloviçə gətirdiyi almazlarla bəzədilmiş taxt indiyə qədər Moskvada,
Kremlin silah palatasında saxlanılır” (5, s.164).
Erməni mənbələrinin ötəri olaraq qeyd etdiyi bu “taxt verilməsi” ilə başlanan rüşvət və ələ
alma siyasəti sonrakı zamanlarda da davam etmiş, bu gün də erməni siyasətinin əsas vasitələrindən
biri olmaqdadır.
“Azərbaycan torpağının istehsalı olan ipək alverindən əldə edilən qazancın böyük bir hissəsi
rus əyanlarına muxtəlif hədiyyələr şəklində bağışlanır və bununla da rus əyanlarının ermənilərə
bağlılığını artırırdılar. Sözsüz ki, Rusiyanın Şərq siyasətində öz məqsədləri var idi. Bununla belə,
ermənilərin rus əyanlarını ələ alması ermənilərin xeyrinə olan siyasətin formalaşmasını daha da
sürətləndirirdi” (3, s. 177).
Bütün bunlar bir məqsədə-Rusiyanın himayəsi altında Ermənistan dövləti yaratmaq
ideyalarına xitmət edirdi. Bu intensiv hədiyyələr və bəxşişlər verilməsi, çarın və əyanlarının ələ
alınması, habelə xoş olmayan Rusiya-Türkiyə, Türkiyə-İran münasibətləri zəminində erməni
tacirləri daha da irəli getdilər. “1666-cı ildə Rusiya çarı Aleksey Mixayloviçin adına gondərilmiş
müraciətdə goslərilirdi ki, indiyə qədər erməni tacirləri Avropa dövlətləri ilə olan ticarət əlaqələrini
Türkiyə vasitəsiylə həyata kecirirdilər. Belə tranzit ermənilərə baha başa gəlirdi. Sonra ermənilər
bildirirdilər ki, tranzitdən əldə edilən qazancın Turkiyədə deyil, Rusiyada qalmasını arzulayırdılar.