Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

54 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
SƏADƏT ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 581.93 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA  YAYILAN YÜKSƏK DAĞ 
BİTKİLƏRİNİN TAKSONOMİK TƏHLİLİ 
Açar sözlərfəsilə, cins, növ, sıra 
Key wordsfamiliya, genus, species, ordo 
Ключевые слова: фамилия, род, вид, ряд 
  Regionların  bioloji  müxtəlifliyinin  еlmi  əsаslаrlа  tədqiqi,  səmərəli  istifadəsi,  bərpаsı, 
mühafizəsi  аktuаl problem kimi vаcib elmi və iqtisadi əhəmiyyətli məsələlərdən biri hesab edilir. 
Bu  problem təbii sərvətlərin  qorunması və bərpası  üçün kompleks tədbirlərin  hazırlanmasını  tələb 
edir.  Təbii  sərvətlər içərisində  biоrеsurslаr  хüsusi  yеr  tutur ki,  onun  da tərkib  hissəsi  kimi  bitkilər 
аləmi  insanlаrın  еtiyаclаrının  əsаsını  təmin  edən  ümumxalq  sərvətidir.  Bu  sərvətdən  bacarıqla 
istifadə  etmək  üçün,  onun  qorunması,  nadir  növlərin  genofondunun  toplanılması  və 
məhsuldarlığının  artırılması  alimlərin  daim  maraq  dairəsindədir.  Naxçıvan  MR  ərazisində  yüksək 
dağ  bitkiləri  elmi  əsaslarla,  bütövlükdə  ətraflı  öyrənilməmişdir.  Həmçinin  məlumdur  ki,  zaman 
keçdikcə  aparılan  tədqiqatların  nəticələri  özünü  doğrultmur,  yeni  təsnifatlar  yaranır,  yaxud  qonşu 
ölkələrdən  növlər  miqrasiya  edir.  Ona  görə  də    vaxtaşırı  onların  araşdırılmasına  böyük  ehtiyac 
duyulur. Bu səbəbdən regionda  yayılmış  yüksək  dağ bitkilərinin taksonomik tərkibi, sistematikası, 
yayılması, faydalı növlərinin müəyyən edilməsi, floragenezi, ekoloji xüsusiyyətləri, antropogen və 
s.  təsirlərdən  arealları  daralmış  və  nadirləşmiş  növlərin  mühafizəsi,  səmərəli  istifadəsi  üçün 
kompleks tədqiqatların aparılmasını son dərəcə vacib hesab edirik.   
İşin  yerinə  yetirilməsində  ümumi  qəbul  olunmuş  floristik,  sistematik,  ekoloji,  coğrafi, 
geobotaniki  və  fitosenoloji  üsullardan,  Флора  СССР  [10],  A.A.  Qrossheymin  [14,  15]  Флора 
Кавказа,  Флора  Азербайджана  [9],  digər  çox  saylı  təyinedicilərdən,  L.İ.  Prilipkonun  [12,  13] 
əsərlərindən,  metodiki  göstərişlərdən,  İran  və  Türkiyə  florasından,  həmçinin  Azərbaycan 
botaniklərinin əsərlərindən, metodiki göstərişlərindən istifadə edilmişdir. Son taksonomik əlavə və 
dəyişikliklər  AMEA  Botanika  İnstitutunun  Herbariumunun,  AMEA  Bioresurslar  İnstitutunun  və 
Naxçıvan  Dövlət  Universitetinin  Herbari  fondlarındakı  faktik  materiallarından,  Azərbaycan 
florasında  taksonların  adlarında  müşahidə  edilən  uyğunsuzluqlar  və  təkrarlanmalara  dair  müvafiq 
düzəlişlər  edilmişdir.  Çöl  tədqiqatları  elmi  ezamiyyələr  və  ekspedisiyalar,  fenoloji  müşahidələr, 
stasionar  və  yarım  stasionara  əsasən  aparılmışdır.  Növlərin  təyinində  onların  adlarının 
dəqiqləşdirilməsində  Beynəlxalq  botaniki  nomenklatura  kodeksinə  (16),  həmçinin,  S.K. 
Çerepanovun [11], A.M.Əsgərovun [1, 2], T.H. Talıbov və Ə.Ş. İbrahimovun [5,7], və s. əsərlərinə 
uyğun aparılmış və bir sıra əsərlərdən istifadə edilərək həyata keçirilmişdir (3, 4).  
Ərazidə  yayılan  yüksək  dağ  bitkilərinə  aid  materiallara  bir  sıra  ədəbiyyatlarda  rast  gəlinir. 
Buna baxmayaraq  ədəbiyyat məlumatları  yüksək dağ bitkilərinin toksonomik spektrini və  yayılma 
qanunauyğunluqları tam əks etdirmir.  
Ədəbiyyat  məlumatları  və  şəxsi  çöl  tədqiqat  materiallarının  işlənməsi  nəticəsində  Naxçıvan 
MR  ərazisində  yayılan  yüksək  dağ  bitkiləri  59  fəsilənin  273  cinsinə  aid  704  növü  ilə  xarekterizə 
olunur.   
Naxçıvan  MR-da  yayılan  yüksək  dağ  bitkilərinin  taksonomik  xüsusiyyətlərini  müəyyənləş-
dirmək üçün floraya daxil olan fəsilə və cinslərin müqayisəli təhlili öyrənilmişdir  
 
 


55 
(Cədvəl 1).  
Yüksək dağ bitkilərinin fəsilə, cins və növlərinin sаyınа görə nisbəti 
Cədvəl 1 
№  Fəsilələr 
Cinslər 
Növlər 
Sаyı 
Cinslərin ümumi 
sаyınа görə %-lə 
Sаyı 
Növlərin ümumi 
sаyınа görə %-lə 
1.
 
 
Asteraceae Dumort. 
37 
13,55 
118 
16,76 
2.
 
 
Poaceae Barhart (Gramineae 
Adans.) 
31 
11,35 
60 
8,52 
3.
 
 
Rosaceae Adans. 
12 
4,39 
30 
4,26 
4.
 
 
Scrophulariaceae Juss. 
10 
3,66 
33 
4,68 
5.
 
 
Fabaceae Lindl. 
16 
5,86 
56 
7,95 
6.
 
 
Lamiaceae Lindl. 
16 
5,86 
33 
4,68 
7.
 
 
Caryophyllaceae Juss. 
11 
4,02 
32 
4,54 
8.
 
 
Apiaceae Lindl. 
12 
4,39 
25 
3,55 
9.
 
 
Ranunculaceae Adans. 

2,93 
27 
3,83 
10.
 
 
Brassicaceae Burnett 
24 
8,79 
37 
5,25 
11.
 
 
Crassulaceae DC 
5  
1,83 
17 
2,41 
12.
 
 
Campanulaceae Adans. 

0,73 
16  
2,27 
13.  Boraginaceae Adans. 

2,93 
11  
1,56 
14.  Polygonaceae Juss. 
7  
2,56 
20 
2,84 
15.  Hyacinthaceae Batsch. 

1,83 
14 
1,97 
16.  Cyperaceae Juss. 

1,09 
15 
2,13 
17.  Polypodiaceae R. Br. 

1,46 

0,57 
18.  Cupressaceae S.F.Gray 

0,36 
3  
0,43 
19.  Juncaceae Juss 

0,73 
8  
1,13 
20.  Colchiaceae DC. 

0,73 

0,43 
21.  Liliaceae Juss. 

0,36 

0,85 
22.  Alliaceae J.Agardh. 

0,36 

0,99 
23.  İridaceae Juss 

1,09 

0,71 
24.  Orchidaceae Juss. 

0,73 

0,85 
25.  Salicaceae Mirb. 

0,36 

0,14 
26.  Papaveraceae Adans 

0,36 

0,43 
27.  Fumariaceae DC. 

0,36 

0,28 
28.  Saxıfragaceae Juss. 

0,36 

1,28 
29.  Parnassiaceae Martinov 

0,36 

0,14 
30.  Linaceae DC. ex Perleb 

0,36 

0,28 
31.  Polygalaceae Hoffmgg 

0,36 

0,28 
32.  Euphorbiaceae Juss 
1  
0,36 

0,14 
33.  Hypericaceae Juss. 

1,46 
12 
1,70 
34.  Tamaricaceae Link. 

0,36 
1  
0,14 
35.  Violaceae Batsch 

0,36 

0,28 
36.  Onagraceae Juss. 

0,73 

0,85 
37.  Prımulaceae Vent. 

1,09 

1,13 
38.  Plumbaginaceae Juss. 

0,36 

0,43 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə