324
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
HƏSƏN MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
hasan.memmedov@gemikaya.com
UOT 332.146
DAVAMLI İQTİSADİ İNKİŞAFA TƏSİR OBYEKTİ KİMİ
İNFRASTRUKTURLARIN NƏZƏRİ ASPEKTLƏRİNƏ YANAŞMA
Açar sözlər: infrastryktur, istehsal infrastrukturu, sosial infrastruktur, bazar infrastrukturu,
institusional infrastruktur, beynəlxalq infrastruktur, ekoloji infrastruktur, davamlı iqtisadi inkişaf
Key words: infrastructure, production infrastructure, social infrastructure, market
infrastructure,
institutional
infrastructure,
international
infrastructure,
environmental
infrastructure, sustainable economic development
Ключевые слова: инфраструктура, производственная инфраструктура,
социальная
инфраструктура,
рыночная
инфраструктура,
институциональная
инфраструктура, международная инфраструктура, экологическая инфраструктура,
стабильное экономической развитие
“İnfrastruktur” termini ilk dəfə ingilis iqtisadçısı A.Marşall (1842-1924) tərəfindən, XX əsrin
əvəllərində (1910) idarəetmə ilə bağlı etdiyi məruzələrin birində obyektləri adlandırmaq üçün
istifadə edilmişdir.Sonralar,1941-ci ildə silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və
tikililəri adlandırmaq üçün ABŞ-da “infrastruktur” ifadəsi işlənilmişdir.
Hərbi infrastruktur dedikdə,
hərbi qüvvələrin fəaliyyətini təmin edən sahələrin (hərbi anbarlar, aerodomlar, radiolokasiya
postları, poliqonlar və s.) kompleksi nəzərdə tutulurdu. Buradan aydın görünür ki, hərbi
infrastruktur-müharibə şəraitində hərbi əməliyyatların aparılmasını təmin edən, sülh şəraitində isə
dövlətin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanılmasına xidmət edən bir qurumdur. Həmin
fikir sonralar bütün başqa sahələrə də geniş yayılmışdır. Sonradan “infrastruktur” iqtisadi termin
kimi geniş formada leksiona daxil olmuşdur.
“İnfrastruktur” anlayışı (termini) latın mənşəlidir. O, infra- “aşağı, alt” və struktura -
“yerləşmə” sözlərinin birləşməsini ifadə edir. Bu anlayışda başqa sahələrə xidmət göstərən qurumlar
(özəklər) məcmusu ifadə olunur. Deməli, onun məzmununda başqa müvafiq bir sahəyə “xidmət
göstərmək” ifadəsi müəyyənedici əhəmiyyət kəsb edir. Məsələn, 40-cı illərdə Qərbdə infrastruktur
anlayışı maddi istehsalın fəaliyyətinə xidmət edən sahələrin məcmusu kimi başa düşülürdü(1).
İqtisadi ədəbiyyatlarda infrastrukturların mahiyyəti və məzmunu haqda müxtəlif fikirlər
mövcuddur. Bir qrup mütəxəssislər infrastrukturlara istehsal prosesinin fəaliyyətini yaxşılaşdırmaq
üçün ona xidmət edən sahələr dəsti və ya əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün xidmətedici
sahələr dəsti, bir qrup mütəxəssislər isə milli iqtisadiyyatın funksional fəaliyyətinin normal təmin
edilməsinə yönəlmiş vahid, kompleks sahələr dəsti kimi qiymətləndirirlər(2).
Инфрасtрукtурларın mащиййяtи və sərhədlərinin müəyyənləşdirilməsi щагда дцнйа
игtисадчыларынын фикирляри дя бирmяналы дейилдир. Кечmиш совеtляр бирлийи дюврцндя няшр олунан
Азярбайжан Совеt Енсиклопедийасында инфрасtрукtура ашаьыдакы киmи йанашылmышдыр: “О,
исtещсала хидmяt едян коmплекс tясяррцфаt сащясидир”. Лакин mцасир дюврдя бу йанашmа елmи вя
нязяри бахыmдан нюгсанлыдыр вя инфрасtрукtурлар щаггында mцкяmmял tясяввцр йараtmыр. Гейд
еtдийиmиз киmи инфрасtрукtурлар даща эениш даиряли, елmи вя нязяри жящяtдян, яmяк бюлэцсц иля
сяжиййялянян вя диэяр апарыжы сащяляри дя ящаtя едиб, онлара хидmяt эюсtярян хцсуси сащялярдир.
Инфрасtрукtурлар щаггында данышаркян tякжя mадди исtещсала хидmяt едян сащяляр дейил, щяmчинин
сосиал, базар, ekoloji və beynəlxalq сащяляря хидmяt эюсtярян сащялярин mяжmусу баша
дцшцlməlidir.