- 120 -
Qaraçuq sözü birlikdə “böyük yer”, “iri məkan”, “geniş yer”, “məkan”, “böyük yurd”
anlayışları yaradır və “oğuzların yaşadığı yurd, məkan” mənalarında işlənir. Demək, oğuzlar harada
yaşayıblarsa, oraya Karaçuk-Qaracuğ-Qaracıq - Qaraçoq-Qaraçaq-Qaraçıq-Qaraçuq adını veriblər.
Bu fikri Qaraçuq variantlı toponimlərin coğrafiyasının genişliyi də təsdiqləyir [5].
Dastanda işlənən toponimlərdən biri də “Böyükdüz”dür. Səfəralı Babayev Böyükdüz toponimini
“Dədə Qorqud”la əlaqələndirir. Böyükdüz adının mənşəyi oğuzların Büğdüz tayfa adı əsasında
yarandığı ehtimal olunur. Hazırda Böyükdüz kəndi Kəngərli rayon inzibati ərazi vahidinə daxildir.
Beləliklə, “Kitabi Dədə-Qorqud” dastanında öz əksini tapmış yer, şəxs və tayfa adlarının
araşdırılması dastandakı hadisələrin Naxçıvan ərazisi ilə bağlılığını təsdiq edir. Əlbəttə ki, hər hansı
bir ərazidə toponimlərin yaranması və formalaşması həmin ərazidə yaşayan xalqın, tayfa və
qəbilənin adı, məskənsalma tarixi, yurdla bağlılığı ilə əlaqədar olur. Naxçıvan ərazisi tarixən qədim
oğuz yurdu olmuş, oğuzlar yaşadıqları yerlərə və ətraf ərazilərə özlərinə məxsus adlar vermişlər.
Bütün bunlar qədim ədəbi mənbələrdə də öz təsdiqini tapır.
ƏDƏBİYYAT
1.
http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=33151
2.
http://www.alimeclis.az/index.php?option=com_content&view=category&id=38&Itemid=89
3.
Bağırov A.N. “Kitabi-Dədə Qorqud”da işlənən Naxçıvan toponimləri. Azərbaycan qəzeti, 04
Noyabr 2015. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=82514
4.
Babayev S.Y. Naxçıvanda Kitabi-Dədə Qorqud toponimləri (Elmi red. B.Ə.Budaqov; Kitabi-
Dədə Qorqud dastanının 1300 illiyi üzrə Dövlət Komissiyası, “Kitabi-Dədə Qorqud”
kitabxanası. B.: XXI-YNE, 1999. 224 s.
5.
Kitabi Dədə-Qorqud ensiklopediyası. http://dede.musigi-dunya.az
ABSTRACT
Amil Əsgərov
NAKHCHIVAN IS THE MAIN DWELLING
OF THE HEROES OF DADA GORGUD
The article examines the toponyms of the literary - monument of the Azerbaijani people
"Kitabi Dada Gorgud" epos associated with the Nakhchivan region. It is indicated here that in the
geography of Dede Gorgud stories the toponyms of the Nakhchivan region - Sadarak, Sharur,
Gazanchi, Alindja fortress, and also the Garadja shepherd hold a special place. This aspect of the
study also has been studied in some ways that the article deals with these issues.
РЕЗЮМЕ
Амил Аскаров
НАХЧЫВАН ЯВЛЛЕСЯ, МЕСТОМ ИСИТЕЛЪСТВА
ГЕРОЕВ «ДЕДЕ ГОРГУД»
В статъе рассмотрены связъ топонимов литературного памятника Азербайджанского
народа «Китави – Деде Горгуд» с Нахчыванским регионом. Здесъ указывается на то, что в
расказах и преданиях Деде Горгуда осбое значение имеет их связъ с топонимами
Нахчыванским региона Садарак, Шарур, Казанчы, Алинджа, а тагже с оврозм Гараджа
чобан. И его нашло отражение в исследованииех и в статъе.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı
ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 06).
- 121 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
MAHİR XƏLİLOV
Naxçıvan Dövlət Üniversiteti
ŞAMİL QAZIYEVİN YARADICILIĞINDA MİLLİ MOTİVLƏR
Açar sözlər: rəssam, heykəltəraşlıq, rəsm, tamaşaçı, tərtibat, xadim,milli motivlər, teatr rəssamı
Key words: painter, sculptor, drawing, performance, design, fugure, national motives, theatre
painter
Ключевые слова: художник, скульптура, картина, зритель, оформление, деятель,
национальные мотивы, театральный художник
Naxçıvan qədim və zəngin tarixə malik bir diyardır. Yer kürəsinin sədəf boyda olan bu
ərazisi həmişə təbii sərvətləri, flora və faunası, tarixi abidələri, iqlimi, mətbəxi və əsasən
qonaqpərvərliyi ilə tanınmışdır. Bu diyar öz millətinə görkəmli alimlər, siyasətçilər, mütəfəkkirlər,
yazıçı və dramaturqlar, şair və publisistlər, aktyor və bəstəkarlar, rəssam və heykəltəraşlar bəxş
etmişdir. Öz xeyir duasını Nuh peyğəmbərdən alan qədim və ulu Naxçıvan öz folkloru,
etnoqrafiyası, adət-ənənələrinə görə həmişə seçilmişdir. Bu torpağın yetirmələrindən biri də
Naxçıvan Muxtar Respublikasının əməkdar
incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyevdir.
1908-ci ildə Azərbaycanın qərb bölgəsində - İrəvan şəhərində dünyaya göz açan Şamil
Qazıyevin ailəsi hələ kiçik yaşlarında ikən Naxçıvana köçmüşlər. Uşaqlıqdan rəssamlığa olan
böyük həvəsi onu Bəhruz Kəngərlinin yanına gətirmişdir. O zaman Bəhruz bəy Kəngərli öz
dövrünün peşəkar rəssamı idi. Şamil Qazıyev də digər yaşıdları ilə bərabər tez-tez rəssamın
sərgilərinə tamaşa edər, naturadan şəkil çəkərkən onun başına toplaşar, məharətinə heyran-heyran
baxaraq zövq alardı. Belə əyani rəsm vərdişləri gələcəkdə görkəmli rəssam kimi tanınacaq Şamil
Qazıyev üçün canlı ibrət və təcrübə məşğələsi idi.
Gənc yaşlarında Naxçıvan Pedaqoji Texnikumunda təhsil alsa da rəssamlığa olan böyük
marağı onu Bakıya gətirir. O zamanlar Əzim Əzimzadənin rəhbərlik etdiyi bu mötəbər məktəbin
1929-cu il məzunlarının sırasında Şamil Qazıyev də vardır. Bakıda qalmaq arzusu, tanınmış
rəssamlarla çiyin-çiyinə işləmək istəyi olsada Azərbaycan Maarif Komissarlığı əvvəllər təhsil aldığı
Naxçıvan Pedaqoji Texnikumuna təsviri sənət müəllimi vəzifəsinə göndərir. Atası Həsən müəllimlə
birgə texnikumda işlədiyi müddətdə, eyni zamanda teatr rəssamı kimi də çalışır.
1934-cü ildə xalq artisti Sidqi Ruhulla tərəfindən teatra rəssam kimi dəvət olunan Şamil
Qazıyev bir neçə tamaşanın tərtibatını verir. Qeyd etmək lazımdır ki, Naxçıvan teatrında tamaşaya
qoyulmuş 120 əsərin bədii tərtibatını məhz Şamil Qazıyev vermişdir. Öz xatirələrində o, Sidqi
Ruhulla ilə birlikdə “Hacı Qara” və “Namus” tamaşalarının bədii tərtibatını xüsusi qeyd edir. Çox
çəkmir ki, rəssamın yaradıcılığına bələd olan həmkarı, müəllimi Əzim Əzimzadə onu Bakıya
“Kommunist” qəzetində rəssam işləməyə dəvət edir. Bir qədər işlədikdən sonar o, yenidən dogma
Naxçıvana qayıdır və Naxçıvan Dövlət Dram Teatrında rəssam kimi fəaliyyətə başlayır. Ş.Qazıyev
tərtibatçı rəssam kimi fəaliyyət göstərməklə kifayətlənmir. Yeganə arzusu olan Naxçıvanda yeni
Bəhruz Kəngərlilərin yetişməsi üçün əlindən gələni əsirgəmir. Məhz onun təşəbbüsü ilə 1940-cı ildə
Naxçıvanda rəssamlıq məktəbi açılır.
II Cahan müharibəsinin ağrılı-acılı illərində həmin məktəbin direktoru olan Şamil Qazıyev
hərtərəfli yaradıcılığına görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
1948-ci ildə Şamil Qazıyev yenidən Bakıya dönür və 30 ildən çox “Azərbaycan gəncləri”
qəzetində rəssam vəzifəsində çalışır. Şamil Qazıyevin yaradıcılığını nəzərdən keçirdikdə onun
əsərlərində Azərbaycan xalqının və boya-başa çatdığı Naxçıvanın tarixi, məişəti, etnoqrafiyası,
adət-ənənələri öz əksini tapmışdır.