Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə57/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   53   54   55   56   57   58   59   60   ...   91

- 120 - 
Qaraçuq  sözü  birlikdə  “böyük  yer”,  “iri  məkan”,  “geniş  yer”,  “məkan”,  “böyük  yurd” 
anlayışları yaradır və “oğuzların yaşadığı yurd, məkan” mənalarında işlənir. Demək, oğuzlar harada 
yaşayıblarsa, oraya Karaçuk-Qaracuğ-Qaracıq  -  Qaraçoq-Qaraçaq-Qaraçıq-Qaraçuq  adını veriblər. 
Bu fikri Qaraçuq variantlı toponimlərin coğrafiyasının genişliyi də təsdiqləyir [5]. 
Dastanda işlənən toponimlərdən biri də “Böyükdüz”dür. Səfəralı Babayev Böyükdüz toponimini 
“Dədə  Qorqud”la  əlaqələndirir.  Böyükdüz  adının  mənşəyi  oğuzların  Büğdüz  tayfa  adı  əsasında 
yarandığı ehtimal olunur. Hazırda Böyükdüz kəndi Kəngərli rayon inzibati ərazi vahidinə daxildir. 
Beləliklə,  “Kitabi  Dədə-Qorqud”  dastanında  öz  əksini  tapmış  yer,  şəxs  və  tayfa  adlarının 
araşdırılması dastandakı hadisələrin Naxçıvan ərazisi ilə bağlılığını təsdiq edir. Əlbəttə ki, hər hansı 
bir  ərazidə  toponimlərin  yaranması  və  formalaşması  həmin  ərazidə  yaşayan  xalqın,  tayfa  və 
qəbilənin adı, məskənsalma tarixi, yurdla bağlılığı ilə əlaqədar olur. Naxçıvan ərazisi tarixən qədim 
oğuz  yurdu  olmuş,  oğuzlar  yaşadıqları  yerlərə  və  ətraf  ərazilərə  özlərinə  məxsus  adlar  vermişlər. 
Bütün bunlar qədim ədəbi mənbələrdə də öz təsdiqini tapır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=33151 
2.
 
http://www.alimeclis.az/index.php?option=com_content&view=category&id=38&Itemid=89 
3.
 
Bağırov A.N. “Kitabi-Dədə Qorqud”da işlənən Naxçıvan toponimləri. Azərbaycan qəzeti, 04 
Noyabr 2015. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=82514 
4.
 
Babayev S.Y. Naxçıvanda Kitabi-Dədə Qorqud toponimləri (Elmi red. B.Ə.Budaqov; Kitabi-
Dədə  Qorqud  dastanının  1300  illiyi  üzrə  Dövlət  Komissiyası,  “Kitabi-Dədə  Qorqud” 
kitabxanası. B.: XXI-YNE, 1999.  224 s. 
5.
 
Kitabi Dədə-Qorqud ensiklopediyası. http://dede.musigi-dunya.az 
 
ABSTRACT 
Amil Əsgərov 
NAKHCHIVAN IS THE MAIN DWELLING 
OF THE HEROES OF DADA GORGUD 
 
The  article  examines  the  toponyms  of  the  literary  -  monument  of  the  Azerbaijani  people 
"Kitabi Dada Gorgud" epos associated with the Nakhchivan region.  It is indicated here that in the 
geography  of  Dede  Gorgud  stories  the  toponyms  of  the  Nakhchivan  region  -  Sadarak,  Sharur, 
Gazanchi,  Alindja fortress,  and also  the Garadja  shepherd hold  a special  place. This  aspect of the 
study also has been studied in some ways that the article deals with these issues. 
 
РЕЗЮМЕ 
Амил Аскаров 
НАХЧЫВАН ЯВЛЛЕСЯ, МЕСТОМ ИСИТЕЛЪСТВА 
ГЕРОЕВ «ДЕДЕ ГОРГУД» 
 
В статъе рассмотрены  связъ  топонимов литературного памятника Азербайджанского 
народа «Китави – Деде Горгуд»  с Нахчыванским регионом. Здесъ указывается на то, что в 
расказах  и  преданиях  Деде  Горгуда  осбое  значение  имеет  их  связъ  с  топонимами  
Нахчыванским  региона  Садарак,  Шарур,  Казанчы,  Алинджа,  а  тагже  с  оврозм  Гараджа   
чобан. И его нашло отражение в исследованииех и в статъе. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


- 121 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
MAHİR XƏLİLOV 
Naxçıvan Dövlət Üniversiteti  
 
ŞAMİL QAZIYEVİN YARADICILIĞINDA MİLLİ MOTİVLƏR  
 
Açar sözlər: rəssam, heykəltəraşlıq, rəsm, tamaşaçı, tərtibat, xadim,milli motivlər, teatr rəssamı  
Key  words:  painter,  sculptor,  drawing,  performance,  design,  fugure,  national  motives,  theatre 
painter  
Ключевые  слова:  художник,  скульптура,  картина,  зритель,  оформление,  деятель, 
национальные мотивы, театральный художник 
 
Naxçıvan  qədim  və  zəngin  tarixə  malik  bir  diyardır.  Yer  kürəsinin  sədəf  boyda  olan  bu 
ərazisi  həmişə  təbii  sərvətləri,  flora  və  faunası,  tarixi  abidələri,  iqlimi,  mətbəxi  və  əsasən 
qonaqpərvərliyi ilə tanınmışdır. Bu diyar öz millətinə görkəmli alimlər, siyasətçilər, mütəfəkkirlər, 
yazıçı  və  dramaturqlar,  şair  və  publisistlər,  aktyor  və  bəstəkarlar,  rəssam  və  heykəltəraşlar  bəxş 
etmişdir.  Öz  xeyir  duasını  Nuh  peyğəmbərdən  alan  qədim  və  ulu  Naxçıvan  öz  folkloru, 
etnoqrafiyası,  adət-ənənələrinə  görə  həmişə  seçilmişdir.  Bu  torpağın  yetirmələrindən  biri  də 
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyevdir. 
 
1908-ci  ildə  Azərbaycanın  qərb  bölgəsində  -  İrəvan  şəhərində  dünyaya  göz  açan  Şamil 
Qazıyevin  ailəsi    hələ  kiçik  yaşlarında  ikən  Naxçıvana  köçmüşlər.  Uşaqlıqdan  rəssamlığa  olan 
böyük  həvəsi  onu  Bəhruz  Kəngərlinin  yanına  gətirmişdir.  O  zaman  Bəhruz  bəy  Kəngərli  öz 
dövrünün  peşəkar  rəssamı  idi.  Şamil  Qazıyev  də  digər  yaşıdları  ilə  bərabər  tez-tez  rəssamın 
sərgilərinə  tamaşa  edər,  naturadan  şəkil  çəkərkən  onun  başına  toplaşar,  məharətinə  heyran-heyran 
baxaraq  zövq  alardı.  Belə  əyani  rəsm  vərdişləri  gələcəkdə  görkəmli  rəssam  kimi  tanınacaq  Şamil 
Qazıyev üçün  canlı ibrət və təcrübə məşğələsi idi. 
 
Gənc  yaşlarında  Naxçıvan  Pedaqoji  Texnikumunda  təhsil  alsa  da  rəssamlığa  olan  böyük 
marağı onu Bakıya gətirir. O zamanlar Əzim Əzimzadənin rəhbərlik etdiyi bu mötəbər  məktəbin 
1929-cu  il  məzunlarının  sırasında  Şamil  Qazıyev  də  vardır.  Bakıda  qalmaq  arzusu,  tanınmış 
rəssamlarla çiyin-çiyinə işləmək istəyi olsada Azərbaycan Maarif Komissarlığı əvvəllər təhsil aldığı 
Naxçıvan Pedaqoji Texnikumuna təsviri sənət müəllimi vəzifəsinə göndərir. Atası Həsən müəllimlə 
birgə texnikumda işlədiyi müddətdə, eyni zamanda teatr rəssamı kimi də çalışır.  
 
1934-cü  ildə  xalq  artisti  Sidqi  Ruhulla  tərəfindən  teatra  rəssam  kimi  dəvət  olunan  Şamil 
Qazıyev bir neçə tamaşanın tərtibatını verir. Qeyd etmək lazımdır ki, Naxçıvan teatrında tamaşaya 
qoyulmuş  120  əsərin  bədii  tərtibatını  məhz  Şamil  Qazıyev  vermişdir.  Öz  xatirələrində  o,  Sidqi 
Ruhulla ilə birlikdə “Hacı Qara” və “Namus” tamaşalarının bədii tərtibatını xüsusi qeyd edir. Çox 
çəkmir  ki,  rəssamın  yaradıcılığına  bələd  olan  həmkarı,  müəllimi  Əzim  Əzimzadə  onu  Bakıya 
“Kommunist” qəzetində rəssam işləməyə dəvət edir. Bir qədər işlədikdən sonar o, yenidən dogma 
Naxçıvana qayıdır və Naxçıvan Dövlət Dram Teatrında rəssam kimi fəaliyyətə başlayır. Ş.Qazıyev 
tərtibatçı  rəssam  kimi  fəaliyyət  göstərməklə  kifayətlənmir.  Yeganə  arzusu  olan  Naxçıvanda  yeni 
Bəhruz Kəngərlilərin yetişməsi üçün əlindən gələni əsirgəmir. Məhz onun təşəbbüsü ilə 1940-cı ildə 
Naxçıvanda rəssamlıq məktəbi açılır. 
 
II Cahan müharibəsinin ağrılı-acılı illərində həmin məktəbin direktoru olan Şamil Qazıyev 
hərtərəfli yaradıcılığına görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. 
 
1948-ci  ildə  Şamil  Qazıyev  yenidən  Bakıya  dönür  və  30  ildən  çox  “Azərbaycan  gəncləri” 
qəzetində  rəssam  vəzifəsində  çalışır.  Şamil  Qazıyevin  yaradıcılığını  nəzərdən  keçirdikdə  onun 
əsərlərində  Azərbaycan  xalqının  və  boya-başa  çatdığı  Naxçıvanın  tarixi,  məişəti,  etnoqrafiyası, 
adət-ənənələri öz əksini tapmışdır. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə