Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə65/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

- 136 - 
Heyran  xanım  uzun  ömür  sürərək,  80  il  yaşamışdır.  O,  öz  əsərlərində  qocalmasına, 
saçlarının ağarmasına işarə edərək “başıma qocalıq qarı yağır” deyir. 
Heyran  xanımın  səxsiyyəti  ilə  maraqlanan  rəssamlardan  Oktay  Sadıqzadə  yağlı  boya  ilə 
çəkdiyi  “Heyran  xanım”ın  oturmuş  vəziyyətdə  portreti  və  xalq  rəssamı  Maral  Rəhmanzadə 
tərəfindən şairənin rübailərinə, qəzəllərinə çəkilmiş illüstrasiyalar muzey ekspozisiyasında şairənin 
həyat və yaradıcılığına həsr edilmiş guşədə öz əksini tapıbdır. 
Azərbaycanın  ədəbiyyat  və  incəsənətinin  oylağı  olan Qarabağ, Şuşa bir  çox şair, bəstəkar, 
rəssam, xanəndə və s. sənətkarlar yetirmişdir. 
Bu sənətkarlardan biri təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada tanınan, ədəbiyyat və 
mədəniyyət tarixində xüsusi yer tutan Xurşudbanu Natəvandır. 
Natəvan  15  avqust  1832-ci  ildə  Şuşada  anadan  olmuşdur.  Mehdiqulu  xan  qızına  öz  anası 
Xurşudbanunun  adını  vermişdir.  Xurşudbanu  ailənin  yeganə  övladı,  həm  də  Qarabağ  xanlığının 
sonuncu vərəsəsi olduğu üçün onu sarayda  “Dürrü yekta (“Tək inci”)”, el arasında isə “Xan qızı” 
çağırmışlar. (8. səh 3). 
Xurşudbanu  dövrünün  şairlərini  öz  ətrafına  toplayaraq  “Məclisi  üns”  (“Dostluq  məclisi”) 
ədəbi-məclisini yaratmış, “Natəvan” (kimsəsiz, köməksiz) təxəllüsü də ona məhz bu məclisin qərarı 
ilə verilmişdir. (1. 22) 
“Məclisi üns”ün təşkli ilə Natəvanın yaradıcılığında yeni bir mərhələ başladı. Onun şeirləri 
əsl sənət nümunəsi kimi qiymətlənidirildi. Hələ  sağlığında bu şeirlər əlyazması şəklində yayılmağa 
başladı. 
 
 
Dövrü dönmüş dövr, dövran etmədi kamımca ah,  
 
 
Düşmənimdir, bilməzəmki, getmişəm dövranə mən. 
deyən Natəvan üsyankar motivli  şeirlərində xalqının  dərdini, iztirabını  yanıqlı, fəryadedici 
bir dillə ifadə etmişdir. 
Akademik B.Nəbiyev Natəvan yaradıcılığına yüksək qiymət verərək yazır: 
Natəvan  az  yazmışdır.  Az  yazması  Natəvanın  bir  sənətkar  kimi  parlamasına  mane  olmamış, 
bəlkə də əksinə, dağ çeşməsi kimi dərinliklərdən sızıb gələn sənətinin şəffaflığını artırmışdır. (8. səh.17) 
 
 
Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,  
 
 
Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün. 
deyə  oxucusunu  təbiəti  sevməyə  çağıran  şairənin  təbiətdən  aldığı  zövq  və  fərəh  hissləri 
məhəbbət motivləri ilə birləşir. 
Şairənin “Qərənfil” şeirinə bəstəkar Ağabacı Rzayeva mahnı bəstələmişdir. 
Muzey  ekspozisiyasında  nümayiş  etdirilən  eksponatlardan  biri  də  rəssam  Oktay 
Sadıqzadənin çəkdiyi “Natəvan” portretidir. Bu rəsmdə zərif bir çiçək kimi Şuşa dağlarında boya-
başa  çatmış  Azərbaycan  şairəsi  Natəvanın  gənirsiz  gözəlliklərini  yüksək  zəka  və  fitri  istedadını 
görürük.  Onu  da  qeyd  edək  ki,  xalq  yazıçısı  İ.Əfəndiyevin  “Xurşudbanu  Natəvan”  pyesi 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 
Azərbaycanda Xan qızı adı ilə tanınan X.Natəvan Şuşaya su kəməri çəkdirmişdir. 
Ekspozisiyada  Natəvanın  əsərlərinə  çəkilmiş  illüstrasiyalar  (rəssam  N.Mahmudovun 
“Xurşudbanu Natəvan” portreti), əl işlərinin fotosu və müxtəlif illərdə nəşr olunmuş şeir kitabları və 
B.Məmmədovun “Xurşudbanu Natəvan” adlı kitabı, Xurşudbanu Natəvanın oğlu Mehdiqulu və qızı 
Xanbikəyə yazdığı şeirlər kitabı nümayiş olunur. 
Azərbaycanın  bir  sıra  görkəmli  sənətkarları  Natəvanın  poeziyasından  ilham  almış  lirik 
qəzəlləri xanəndələrimiz tərəfindən muğam üstündə sevilə-sevilə oxunmuşdur. Təsadüfi deyildir ki, 
ölməz  bəstəkarımız  Ü.Hacıbəyovun    “Leyli  və  Məcnun”  operasında  Leylinin  ölüm  səhnəsindəki 
oxuduğu “Ölürəm” qəzəli Natəvanındır. 
Ülvi  məhəbbətdən  doğan  bu  səmimi  sözlər,  unudulmaz  xatirələr  Natəvanın  bir  insan  kimi 
nəcibliyindən, humanizmindən və insanpərvərliyindən soraq verir. 
Nizami,  Nəsimi,  Füzuli  kimi  dühalar  yetirən  Azərbaycan  ədəbiyyatı  dünyaya  bir  sıra 
istedadlı  şairələr  vermişdir.  Hələ  XII  əsrdə  yaşamış  Məhsəti  xanım  Gəncəvinin  rübailəri  dünya 
ədəbiyyatı xəzinəsinə daxil olmuş Xurşudbanu Natəvan, Heyran xanım, Aşıq Pəri kimi şairlərimizin 


- 137 - 
şöhrəti  vətənimizin  sərhədlərindən  çox-çox  uzaqlara  yayılmışdır.  Naxçıvanda  yaşayıb-yaratmış 
şairə Qonçabəyim də Azərbaycan xalqının yetirdiyi belə şairlərdən biridir. 
Qonçabəyim təxminən 1827-ci ildə Naxçıvanda Ehsan xanın ailəsində doğulub. Ehsan xan o 
vaxt Naxçıvandakı rus zabitləri ilə yaxın və dost olmuşdur. A.Qriboyedov İrana gedərkən onlarda 
qonaq qaldığı kimi gürcü şairi N.Barataşvili də dönə-dönə Ehsan xanın sarayına getmiş və burada 
Qonçabəyimlə  tanış  omuşdur.  N.Barataşvili  altı  ay  idi  ki,  Naxçıvanda  qəza  rəisinin  müavini 
işləyirdi. O, yazmaq, yaratmaq vurğunu idi. N.Barataşvili hələ uşaqlıqdan Azərbaycan dili ilə tanış 
idi və bu dili çox gözəl bilirdi. 
“Bəyim”  təxəllüsü  ilə  əsasən  nakam  məhəbbət,  qadın  hüquqşünaslığı  mövzularında  lirik 
şeirlər  yazmışdır.  “Şahzadə  İbrahim”  dastanındakı  Bəyimin  dilindən  söylənilən  şeirlərin  bir 
qisminin Qonçabəyimə aidliyi ehtimal olunur. Fransız yazıçısı və tənqidçisi Sent-Böv Qonçabəyim 
haqqında  yazmışdır:  “Bu  qadın  təkcə  şairə  deyildi,  onun  bütün  varlığı  poeziyadır  (6.  səh.  347). 
Şeirlərindən nümunələr “Azərbaycanın aşıq və şair qadınları” kitabında (1974) verilmişdir. 
Onu da qeyd edək ki, şair Müzəffər Nəsirlinin “Qonçabəyimin nəğməsi” iki hissəli faciəsi 
C.Məmmədquluzadə  adına  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrının  səhnəsində  tamaşaya 
qoyulmuşdur. Əsərin quruluşçu rejissoru xalq artisti  Rövşən Hüseynovdur. (5, 2010-cu il) 
Ekspozisiyada  rəssam  N.Əliyevin  Qonçabəyimin  portreti,  şeirlərindən  nümunələr,  onun 
haqqında deyilmiş sözlər Budaq Təhməzovun “Qonçabəyim” adlı poeması nümayiş etdirilir. 
Beləliklə,  deyə  bilərik  ki,  Azərbaycan  klassik  poeziyamızın  üfüqlərində  parlayan  qadın 
şairlərimiz  yandırdıqları  nurlu  sənət  çırağını  əsrlərdən-əsrlərə  ləyaqətlə  götürərək,  onu  sönməyə 
qoymamışlar.  Onların  yandırdıqları  sənət  çırağı  C.Məmmədquluzadə  adına  Naxçıvan  MR 
Ədəbiyyat muzeyinin zallarını da işıqlandırmış, muzeyə gələn minlərlə tamaşaçıların həyat yoluna 
nur saçmışdır. 
ƏDƏBİYYAT 
 
1.
 
İbrahimov Z. “Azərbaycan qadınlarının qəhrəman keçmişindən” Bakı, Azərnəşr, 1949 
2.
 
Hüseynov R. “Məhsəti necə varsa” Bakı, Yazıçı, 1989 
3.
 
Nağıyeva C. “Heyran xanım (həyat və yaradıcılığı)” Bakı, 1989 
4.
 
Naxçıvan Ensiklopediyası 2 cilddə, 1 cild Naxçıvan, 2005 
5.
 
Şərq qapısı qəzeti 9 aprel. 2010 
6.
 
 Naxçıvan Ensiklopediyası 2 cilddə, 1 cild Naxçıvan, 2005 
7.
 
“Rübailər aləmində” Bakı, Azərnəşr, 1989 
8.
 
Məmmədov B. “Xurşudbanu Natəvan”, Bakı, Azərnəşr, 1983, səh, 3 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə