Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə61/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   57   58   59   60   61   62   63   64   ...   91

- 128 - 
“Bayıl  daşları”  içərisində  heyvan  təsvirli  qabartmalar  xüsusilə  maraqlıdır.  Belə 
qabartmalara,  ilk  növbədə,  at  başı  təsvirini  aid  edə  bilərik.  Çox  həyati  və  ekspressiv  səpkidə 
oyulmuş bu daş hissəsi onu yaradan sənətkarın dərin müşahidəsi və qabil sənətkar olmasını göstərir. 
Son illərdə alimlərimiz “Bayıl daşları”arasında bu və  ya başqa bir atın ayrı-ayrı hissələrini (ayağı, 
yüyənli ağzı, üstündə olan qalxanının bir hissəsi və s.) təsvir edən yeni baralyeflər aşkar etmişlər. 
Beləliklə,  axtarışlar  nəticəsində  natural  həcmdə  olan  bu  pannoları,  nəhayət,  bərpa  etmək  mümkün 
olmuşdur.  Atların  hərəkətləri,  yüyənlərinin  dartılmış  vəziyyətdə  verilməsi,  döş  tərəfdəki  qalxanın 
rəsmi və s. amillər göstərir ki, onların üstündə süvarilər də varmış. 
Bu pannoların həcmcə böyüklüyü və məzmunu onların vaxtilə qalanın ən mərkəzi hissəsində 
olduğunu göstərir. Belə yerdə, çox güman ki, qalanın giriş hissəsi olmuşdur. 
“Bayıl  daşları”  arasında  bu  əsrlərdə,  başqa  sənət  növlərində  olduğu  kimi,  real  məxluq 
təsvirləri  ilə  yanaşı,  əfsanəvi-mifik  obrazlara  təsadüf  edirik.  Bunlara  sfinks  (aslan-bədənli, 
qadınbaşlı,  qanadlı  məxluq),  qrifon  (qartalbaşlı,  aslangövdəli  məxluq)  və  Vaq-vaq  adlı  təsvirlər 
(gövdəsi bitki, budaqlarından canlıların baş hissəsi asılmış təsvir) aid etmək olar. “Bayıl daşları”nda 
təsadüf  edilən  əfsanəvi  mifikobrazlar  içərisində  ən  orjinalı  sfinksdir.  Sfinks  ərəb  əlifbası  ilə 
yazılmış  daş  lövhənin  üstündə  yerləşdirilmişdir.  O  elə  bil  ki,  yazılar  üzərində  ehtirasla  sağa  tərəf 
addımlayır.  Fiqurun  bədəni  yanakı  işlənmiş,  başı  isə  qeyri-adi  halda  tamaşaçıya  tərəf  
döndərilmişdir. Sifinksin üzü çox sadə icra olunub, saçları hörülməmiş qadın üzünə bənzəyir. 
Memarlıq abidələri üzərində canlıların rəsmini həkk etməyə bu əsrlərdə təkcə Bakıda  yox, 
Azərbaycanın başqa yerlərində tikilmiş abidələrdə də rast gəlinir. 
Bütün  bunlar  qabartma  şəklində  deyil,  xeyli  səthi,  daha  çox  cızma  üsulunda  icra  edilirdi. 
Belə  bəzəkli  abidələrə  Ağdam  rayonunun  Xaçun  türbətli  kəndində  və  Laçın  rayonunun  Cicimli 
kəndi yaxınlığındakı Məlikəjdər türbələrinin rəsmlərini aid etmək olar. 
Daş  üzərini  oyma  üsulu  ilə  bəzəmə  xüsusiyyətlərindən  biri  də  onların  üzərinin  naxış  və 
rəsimlə  deyil,  bədii  yazı  ilə  də  həkk  etdirilməsidir.  Bu  yazılar,  əsas  etibarı  ilə  əvvəllər  ideoloji, 
sonralar  isə  get-gedə  daha  çox  dekorativ  rolunu  oynayaraq  hər  hansı  bir  səthin  üzərindəki 
kompozisiyanı naxışla əlaqələndirir. 
Daş  üzərindəki  təsvirli  oymaların  sıradan  çıxmasına  təkcə  bədii  üslubun  dəyişməsi  yox, 
memarlıq abidələrimizdə bu əsrdən başlayaraq kaşıların da geniş istifadə edilməsi təsir göstərir. 
Ümumiyyətlə, Azərbaycanın dekorativ tətbiqi sənət nümunələrindən olan daş üzərində oyma 
sənəti  öz  estetik  gözəlliyi,  əzəməti  ilə  yanaşı,  qədim  dövrdən  başlayaraq  bəhs  etdiyimiz  dövrədək 
xalqımızın  tarixini,  mədəniyyətini,  inanclarını,  onların  əsas  məşğuliyyətini,  adət-ənənələrini  
özündə əks etdirir.   
ƏDƏBİYYAT  
 
1. Əfəndiyev R. Azərbaycanın madii-mədəni nümunələri. Bakı, Azərnəşr, 1960, 22s 
2.  Əliyev  V.  Gəmiqaya  abidələri  Naxçıvanın  qədim  tarixi  mənbələridir.  AMEA    Naxçıvan 
 bölməsi, Xəbərlər, Naxçıvan, 2005, №1, səh-63-81 
3. Kərimov K. C., Əfəndiyev R.C., və başqaları Azərbaycan incəsənəti. Bakı, İşıq, 1992, 406 s 
4. Rasim Əfəndi. Daşlar danışır. Bakı, 1980 
5. Rasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı, Şərq-Qərb, 2007, 272s 
6. Rzayev Nəsir. Əsrlərin səsi.Bakı, Azərnəşr, 1974, 79 s 
7. Rzayev N. İ.Möcüzəli qərinələr. Bakı, 1984, 120 s. 
  
ABSTRACT 
Габиба Аллахвердиева 
Gulbani Aliyeva 
CARVEING ON THE STONE ART IN VII-XIII  
CENTURCES IN AZERBAIJAN 
Made  in  different  shapes  and  decorated  monuments  are  enconntering  in  Azerbaijan  in  the 
frist  middle  centuries.  Stone  human  figures  were  found  in  Gazakh,  Aghdam,  Barda,  Shamakhi, 
Astara  towns,  stone  with  decorate  in  Mingachevir  in  the  V-VI  centuries,  monuments  with 


- 129 - 
composition  are  part  of  the  valnable  examples  of  Azerbayjian  middle  centuries  decorative 
application of  art.  
Belonging to the XIII century “Bail stones” exhibited at the palace of  Shirvan Shahs, which 
is very interesting.  
Carveing on the stone art part of the examples  of Azerbaycans  decorative art, of  XII-XIII 
century that are found in the monuments of architecture  (In Nakhichevan Gulistan tomb, Momina 
khatun tomb) 
Generally,  carveing  on  the  stone  art  part  of  the  examples  of  Azerbaycans  decorative  art, 
reflects the history, culture, belief, works and traditions of our people with beanty and ancientness. 
 
PEЗЮME 
Габиба Аллахвердиева 
Гулбани  Алиева 
В АЗЕРБАЙДЖАНE ИСКУССТВО РЕЗЬБЫ  
НА КАМНЕ В VII-XIII ВЕКАХ 
 
В ранние средневековья в Азербайджане были найдены разработанные и украшенные 
в  различные  формы  каменные  памятники.  Найденные  каменные  человеческие  фигуры  в 
Газахе,  Агдаме,  Барде,  Шамахе,  Астаре,  принадлежащие  V-VI  векам  в  Мингачевире, 
украшенные  каменные  памятники  доказывает  ценные  образцы  декоративно-прикладного 
искусство в Азербайджане в период средневековья.  
Во дворце Ширваншахов представленные, oтносится к XIII веку “Баиловские камни” 
очень интересно. 
Декоративно-прикладное  искусство  (искусство  резьбы  на  камне)  в  Азербайджане 
впоследствии,  то  есть  XII-XIII  века  архитектурных  памятниках  (В  Нахчыване  Мавзолей 
гюлистан, Мавзолей Момине-Хатун) 
В  целом,  декоративно-прикладное  искусство  в  Азербайджане  отражает  красоту  и 
древность истории нашего народа, его культуру, его людей, его род, занятий и традиций. 
 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə