Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə69/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   65   66   67   68   69   70   71   72   ...   91

- 144 - 
hərəkatın  genişlənməsi  və  realist  incəsənətin  formalaşması  ilə  bağlı  olmuşdur.  Realist  rəssamlar 
bədii yaradıcılığın əsl mənbəyini təbiətdə axtarır, naturanı ideallaşdırmaqdan imtina edirdilər.  
Həmçinin  məqalədə  XIX  əsrin  ortalarında  realizmin  ən  görkəmli  nümayəndəsi  olmuş, 
özünün  proqram  sərgisini  nümayişkaranə  “Realizm  pavilyonu”  adlandıran  Qustav  Kurbenin  əsas 
əsərləri  təhlil  olunmuşdur.  Məhv  olmuş  “Daşyonanlar”  tablosunda  əmək  adamlarının  ləyaqəti, 
əməyin  dərin  ictimai  mənası  ifadə  olunmuşdur.  “Ornanda  dəfn  mərasimi”,  “Çimən  qadınlar”, 
“Rəssamın emalatxanası” əsərlərində Kurbenin mütərəqqi-demokratik düşüncə tərzi aydın görünür.  
Realist rəssamları yaradıcılığı o dövrün incəsənətində hakim olan, bir-birinə tamamilə zidd – 
klassisizm və romantizm cərəyanlarına qarşı bir növ üsyan olmuşdur.          
 
      
ABSTRACT 
Leman Mammadova 
REALISM IN THE ART 
 
The  article  considers  the  emergence  of  realism  in  art,  appearance,  developmend  and  main 
trends. Realism was an artistic movement that began in France in the XIX century. Realists rejected 
romanticism, which had dominated French literature and art. Realist  Works depicted people of all 
classes in situations that arise in ordinary life. The realist movement began in the mid 19th century 
as  a  reaction  to  romanticism  and  history  painting.  In  favor  of  depictions  of  real  life,  the  realist 
painters  used  common  laborers,  and  ordinary  people  in  ordinary  surroundings  engaged  in  real 
activities as subjects for their works. The chief exponents of realism were Corot, Millet, Daumier.  
Realism as an art movement was led by Gustave Courbet in France. It spread across Europe 
and  was  influential  for  the  rest  of  the  century  and  beyond,  but  as  it  became  adopted  into  the 
mainstream  of  painting  it  become  less  common  and  useful  as  a  term  to  define  artistic  style. 
Courbet
ʼ s  work  belonged neither to  the predominant  romantic  nor neoclassical  schools.  Courbet 
painted  figurative  compositions,  landscapes,  seascapes,  and  still  lifes.  He  courted  controversy  by 
addressing  social  issues  in  his  work.  His  famous  works  –  “A  burial  at  Ornans”,  “The  stone 
breakers”, “The bather”, “The artist
ʼ s studio”. Hius work, along with that of Daumier and Millet, 
became  know  as  realism.  For  Courbet  realism  dealt  not  with  the  perfection  of  line  and  form,  but 
entailed spontaneous and rough handling of paint, suggesting direct observation by the artist while 
portraying the irregularities in nature. He depicted the harshness in life, and in so doing challenged 
contemporary academic ideas of art.       
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


- 145 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
FATMA ŞAHBAZOVA 
AMEA Naxçıvan Bölməsi. 
fatma_sahbazova@hotmail.com 
UOT:77.04 
HÜSEYNQULU ƏLİYEVİN YARADICILIQ FƏALİYYƏTİ 
 
Açar  sözlər:  Monumental  abidə,  Portret,  Büst,  Baralyef,  Rəssamlıqda  məişət  portreti, 
Mənzərə, Natürmort janrlarında monumental rəngkarlıq, İllüstrasiya və teatr rəssamlığı 
Key  words:  Monumental  monument,  portrait,  bust,  baralyef,  portrait  of  painting, 
landscape, monumental painting in the genres of genres, painting and theater painting 
Ключевые слова: Монументальный памятник, Портрет, Бюст, Баралеф, Портрет 
живописи,  Пейзаж,  Монументальные  картины  в  живописи,  иллюстрации  и  театральное 
искусство 
  Azərbaycan  Respublikasının  xalq  rəssamı,  Azərbaycan  Rəssamlar  Birliyi  və  Teatr 
Xadimləri  İttifaqının  üzvü,  tanınmış  fırça  və  tişə  ustası,  istedadlı  rəssam-heykəltəraş  Hüseynqulu 
Əliyev 1949-cu ilin soyuq fevral günlərinin birində, Azərbaycanın dilbər guşəsi Ordubad rayonunun 
ucqar dağ kəndi Bistdə dünyaya göz açmışdır. 
Hüseynqulu Əliyevin həmkarları, yaxın tanışları, sənət sevərləri, onun hesabatlarında rəssamın 
həyatın  çətinlikləri  ilə  mübarizə  edə,  fəlsəfəsini,  romantik  şəxsiyyətini  “lirik”  üslubla 
birləşdirəbildilər.  Sənətçinin  ilk  ilham  qaynağı,  dünyaya  gözünü  açdığı  Ordubad  rayonunun  Bist 
kəndinin  mənzərələri  olmuş,  sənətə  daha  kiçik  yaşlarda  dünyanın  ən  gözəl  yerlərindən  biri  olan 
Ordubad rayonunun şirin kəndini təsvir etməklə başlamışdır. Hüseynqulu Əliyevin ilk əsərləri həqiqi 
görülsə  də,  gerçək  mənada  qismindi  olsa  “empresyonist”  axının  təsiriylə  təsvir  edilmişdir. 
Tuvallerinin detallarından sıralanan rənglərin də, bir orkestr senfonisinin ritmindiki kimi duyğulu və 
hərəkətli olduğu şahidliyi görülməkdədir. Bu mənalı hiss edildiyi zaman istifadə etdiyi rəng tonlarıdır. 
Hüseynqulu  Əliyev  özünü  dərk  edəndən  doğulub  boya-başa  çatdığı  kəndin  lirik-poetik 
duyğular oyadan əsrarəngiz mənzərələrinə, təbiətin canlı tarixi abidəsi olan meşələrə, qartallı yalçın 
qayalara,  kəndi  əhatə  edən,  bəzən  başı  dumanlı,  çənə  bürünən,  bəzən  də  gün  işığında  qızılı  rəngə 
çalan  dağlara  heyranlıqla  tamaşa  edər,  salxım  budaqlar  arasında  atılıb  düşən,  cəh-cəh  vuran  gözəl 
quşların şən səsini, diş göynədən şəfa bulaqlarının zümzüməsini, Əyriçayın, Nəsrivaz çayının şaqraq 
nəğmələrini  dinləyər,  bu  çayların  mavi  sularında  qayğısız-qayğısız  üzən  rəngarəng  balıqları  seyr 
etməkdən  doymaz,  gözlərini  heyranlıqla  qayalara  zilləyər,  Gəmiqayanın  qayaüstü  rəsmlərini, 
Göygölün  rənglərini  -  hislərini,  ehtiraslarını  kətana  köçürmək  arzusu  ilə  yaşayardı.  Günəş  qürub 
edəndə  onun  qızılı  rəngi  hopub  qalardı  yanağında.  Məhz  bu  gözəllikləri  gördükdə,  duyduqda  illər 
ötdükcə onda rəssamlığa həvəs daha da artardı. Elə bu həvəslə də o, orta məktəbi qurtardıqdan sonra 
Bakıya  gəlib  sənədlərini  Əzim  Əzimzadə  adına  Azərbaycan  Dövlət  Rəssamlıq  Məktəbinə  verir  və 
1971-ci ildə məktəbin Tərtibat şöbəsinə qəbul olur, ilk professional rəsm sənətləri biliyinə yiyələnir. 
1975-ci  ildə  məktəbi  fərqlənmə  diplomu  ilə  bitirən  Hüseynqulu  Əliyev  göndərişlə  1977-ci  ildə 
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun rəssamlıq şöbəsinə daxil olur(4). O, burada 
Azərbaycan  Respublikasının  xalq  rəssamı,  Dövlət  mükafatı  laureatı  Toğrul  Nərimanbəyovdan, 
Azərbaycan Respublikasının xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, 
SSRİ  və  Azərbaycan  SSR  Dövlət  mükafatları  laureatı,  heykəltəraş  Tokay  Məmmədovdan, 
Azərbaycan  Respublikasının  xalq  rəssamı,  sənətşünaslıq  doktoru,  SSRİ  dövlət  mükafatı  laureantı 
Lətif Kərimov kimi sənətkarlardan sənətin incəliklərini öyrənir, biliyini və dünyagörüşünü artırır. 
Hələ  tələbə  ikən  Moskvada,  Xarkovda,  Tbilisidə  açılan  Ümumittifaq  və  respublika 
sərgilərində  əsərləri  ilə  çıxış  edərək,  sənətsevərlərin  diqqətini  cəlb  edir.  Beləliklə,  o,  öz  üslubu, 
dəsti-xətti  ilə  Azərbaycan  rəssamlığı  tarixində  özünəməxsus  bir  rəssam  kimi  adını  yazdı. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə