Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə71/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   67   68   69   70   71   72   73   74   ...   91

- 148 - 
sənətin sirlərini öyrədir. Ümummilli lider Heydər Əliyev müəllimlik sənəti, peşəsi haqqında demişdir: 
“Müəllim sənəti, peşəsi cəmiyyətdə yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli 
bir iş yoxdur. Çünki müəllim xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardandır”. 
 Məhşur  rəssam  Leonardo  da  Vinçi  deyirdi:  ”Rəsm  çox  geniş  köklü  mədəniyyət  və  metod 
üzərində  inkişaf  etməlidir.  Elmsiz  və  praktika  üsulu  ilə  rəsm  çəkəcəklərini    zənn  edənlər  kompassız, 
sükansız  gəminin  sakinlərinə  bənzəyirlər  ki,  onlar  hara  getdiklərini  qəti  olaraq  bilməzlər”.  Bəli 
rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir(5). 
 
ƏDƏBİYYAT 
 
1. Əliyev Hüseynqulu -https://az.wikipedia.org/wiki/Hüseynqulu_Əliyev 
2. http://medeniyyet.az/page/news/34660/Elvan-rengler-dunyasi.html 
3. Yurda bağlı sənətkar-Bağır Qədimov-Təhsil Problemləri | 16 Fevral 2017  
4. http://az.wikipedia.org 
5. http://www.serqqapisi.az 
6. http://anl.az/down/meqale/medeniyyet/2011/may/177589.htm 
7.  Məmmədova  L.Azərbaycan  rəssamlıq  sənətində  portret  janrının  rolu  və  əhəmiyyəti.  NDU 
Elmi əsərlər. Humanitar elmlər seriyası. Naxçıvan, “Qeyrət”, 2014, səh.169-173 
 
ABSTRACT 
Fatma Mammadova 
HUSEYNGULU ALIYEV'S CREATIVE ACTIVITY 
 
The  article  discusses  the  role  of  portraiture  in  painting  Huseyngulu  Aliyev,  as  well  as  the 
portrait masters. In this genre the artists revealed as more master of the psychological painting, as if 
they  are immersed into the inner  world  of their  models,  empathize with  them and create a deeply 
personal  and  at  the  same  time,  the  typical  images  of  our  contemporaries  .The  portraits  of  artists 
person"s  appearance  is  almost  always  revealed  through  the  display  of  his  inner  world.Portraits  of 
artists stand out originality and artistic characteristics of psychological depth images.Each portrait is 
a part of himsels, his genorosity and kindness attitude. 
 
РЕЗЮМЕ 
Фатма Мамедова 
ТВОРЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ ГУСЕЙНГУЛУ АЛИЕВА 
 
В статье говорится о роли портретного жанра в живописи Гусейнгулу Алиева, а также 
о  мастерах  портрета  В  этом  жанре  художники  раскрываются  как  большие  мастера 
психологической  живописи,  они  словно  погружаются  во  внутренний  мир  своих  моделей, 
сопереживают  им  и  создают  глубоко  индивидуальные  и  в  то  же  время  типические  образы 
наших  современников.  В  портретах  художников  внешность  человека  почти  всегда 
раскрывается  через  показ  его  духовного  мира.  Портреы  художников  выделяются 
своеобразием  художественной  характеристики  и  психологической  глубиной  образов.  В 
каждый портрет художник   привносит  самого себя  – своей  дущевной  шедрости  доброты 
своего мироошущения . 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


- 149 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
AKAY MƏMMƏDOVA  
Naxçıvan Dövlət Universiteti 
memmedliakay@gmail.com 
 
UOT 75 
REMBRANDT VAN REYN YARADICILIĞINDA PORTRET JANRI 
 
Açar  sözlər:  Rembrandt  van  Reyn,  rəssam,  incəsənət,  kolorit,  portret,  ”Gecə  gözətçisi”, 
rəng, kətan, “Doktor Tulpun anatomiya dərsi”, Holland incəsənəti 
Key  words:  Rembrandt  van  Rijn,  artist,  art,  colour,  color,  canvas,  portrait,  “Match 
Watch”, “Anatomy lesson of Dr.Tulp”, Dutch art 
Ключевые  слова:  Рембрандт  ван  Рейн,  художник,  искусство,  колорит,  портрет, 
«Ночной дозор», цвет, полотно, «Урок анатомии доктора Тюльпа», искусство Голландии   
Rembrant  Harmens  van  Reyn  məşhur  Holland  rəssamı  və  qrafiki,  dünya  incəsənətinin  ən 
görkəmli  nümayəndələrindən  biridir.  O,  dünya  rəngkarlığının  zirvələrindəndir.  Rəssamın 
yaradıcılığı daha çox psixologizmi ilə fərqlənir. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam idi. 
Rembrandt  60-a  yaxın  avtoportret,  300  ofort  və  1000-dən  artıq  rəsmlər  yaratmışdır.  O,  yaratdığı 
portretlərdə  obrazların  səciyyəvi  cizgillərini  məharətlə  verə  bilmişdir.Buna  missal  olaraq, 
“Danaya”,  “Doktor  Tulpun  anatomiya  dərsi”,  “Saskiyanın  portreti”,  “Samsonun  gözlərinin 
çıxarılması” və s. əsərlərini göstərə bilərik. 
Rembrant  van  Reynin  “Gecə  gözətçiləri”  adlı  əsərinə  baxdıqda  onun  bir  qrup  portreti 
olduğunu görürük. Yəni  toplu halda insanlar təsvir olunub. Əsərdə 28 fiqurdan istifadə edilmişdir 
vəXVII  əsr  almanları  üçün  çox  böyük  əhəmiyyətə  malik  idi.  Bu  əsərdə  XVII  əsrdə  Amsterdamda 
olan böyük bir ordunun, bir qrup sivil əsgəri təsvir olunmuşdur. O dövrdə ordu paradlarda iştirak 
edir,  mühim  tədbirlərə  qatılaraq  öz  xalqının  qürurunu  təmsil  edirdilər.  Hətta  sadə  xalq  tədbirlərə 
qatıla bilmək üçün, biletlərə görə elit təbəqəyə pul da ödəməli idi.(4) Rembrant van Reyn də “Gecə 
gözətçiləri”  əsərində  belə  tədbirlərdən  birini  təsvir  etmişdir.  Əsəri  təhlil  etsək  görərik  ki,  tabloda 
işıq bərabər paylanmışdır. Əsgərlər əmr olunan istiqamətə hərəkət etməyə hazır vəziyyətdədirlər və 
öz  yerlərində  hazırlaşaraq  komandirin  əmrini  diqqətlə  gözətləyirlər.(8)  General  sol  əli  ilə  polk 
komandirinə  hərəkətə  keçmək  üçün  göstəriş  verir.  İşıq-  kölgə  keçidləri  isə  çox  böyük  ustalıqla 
verilib. Normal olaraq portretlərdə işıq hər bir obrazın üzərinə bərabər paylanır. Lakin bu əsərdə iki 
xarakter  daha  işıqlı  və  ön  planda,  digərləri  isə  nisbətən  kölgədə  və  arxa  planda  təsvir 
olunmuşdur.(1) Bu da ön planda təsvir olunan xarakterlərin çox önəmli xarakterlər olduğunu açıq 
şəkildə  göstərir.  Barokko  işığıyla  dolub  daşan  bu  qrup  portret  tablosu  hərəkətlər  baxımından  da 
dəqiq və böyük ustalıqla işlənmişdir. Sanki əsərlə böyük rəssam bizlərə bir hekayə danışır. Hər bir 
obraz öz yerini tutmuş, gələcək əmrəhazırlaşır. Məsələn, tabloda sol tərəfdə dayanmış əskər silahını 
sazlamaqla  məşğuldur.  Ortada  yalnız  bədəninin  az  bir  hissəsini  hətta  sadəcə  ayaqlarını  görə 
bildiyimiz  digər  bir  əsgər  isə  topun  lüləsindən  çıxan  barıt  tüstüsünü  üfürür.  Bu  tüstü  fikirləri 
qarışdıra  bilər,  çünki  komandirin  şapkasında  olan  lələyin  tükü  ilə  qarışır.  Lakin  arxada  duran 
əsgərin barıt tüstüsünü üfürməsi hər şeyi aydınlaşdırır.(2) Yəni şapka tüklü olsa da rəssam arxadan 
görünən tüstünü də əks etdirmişdir. Əsərdə iki qız uşağıda da təsvir edilmişdir. Lakin onlardan biri 
arxada  qaldığından  görünmür  və  onun  varlığı  yalnız  paltarının  cüzi  bir  hissəninin  görünməyi  ilə 
özünü birüzə verir. O biri qız isə çox açıq  və qabarıq təsvir olunaraq sanki  qalibiyyəti, sülhü, bu 
ordunun uğurunu öz sevinci ilə göstərməyə çalışır. Tabloda yer alan asılmış qalxanın üzərində isə 
ordudakı əsgərlərin adları həkk olunaraq onları ölümsüzləşdir.(2)   
Onu  da  qeyd  etmək  lazımdır  ki,  əsər  Kloveniersdolendən  Amsderdamdakı  muzeylərdən 
birisinə daşınarkən asıldığı  yerə  yerləşsin deyə dörd bir tərəfdən kəsilmişdir.  Elə  bu səbəbdən də 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə