Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə72/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

- 150 - 
sol  və  sağ tərəfdəki  obrazlar  yarımçıq  görünür. Əsərin keşmiş  adı  da “Gecə  gözətçiləri” olmamış, 
təsvir olunan ordunun, polkun adı ilə adlandırılmışdır. Sonradan bir neçə  dəfə olunan restovrasiya 
nəticəsilə  qaralma  getmiş  və  gecənin  qaranlığında  təsvir  olunmuş  kimi  efekt  vermişdi.  Lakin 
sonradan  araşdırılaraq  məlum  olur  ki,  əsər  günəş  işığıyla  təsvir  olunmuş  sonradan  boyaları 
qaralmışdır.(3)  Əsər o qədər canlı təsvir olunub ki, onun yaxınlığında duranlara hər an tablodakı 
xarakterlərin hərəkətə gələrək olduğumuz dövrə addimlayacaqları təsirini bağışlayır. Silahlar da çox 
gözəl  dəqiqliklə  və  aydın  görünürlər.  Orduda  hər  kəs  öz  işinin  ustasıdır  və  hərə  öz  işi  ilə  ciddi 
şəkildə məşğuldur.(1) 
İndi isə digər bir qrup portretinə baxaq. Rembrantın ən möhtəşəm tablolarından birisi olan 
“Doktor  Tulpun  anatomiya  dərsi”  əsəridir.  XVII  əsr  flamand  mədəniyyətində  belə  portretlər  çox 
sifariş olunurdu və böyük əhəmiyyətə malik idi.(1) Belə tablolar  çox vaxt xalqa tamaşa edə bilməsi 
üçün açıq sərgilərdə qoyulurdu, hər kəsin asanlıqla gəlib bu tablolara baxmasına şərait yaradılırdı. 
İnsan  bədəni  haqda  heç  bir  təsəvvür  yox  idi  deyə  bilmərik,  Renessans  dövrü  rəssamlarının 
tablolarında insan anatomiyası çox gözəl təsvir olunurdu və bu da o demək idi ki, insan anatomiyası 
haqqında  təsəvvür  var  idi.  Lakin  XVII  əsrdən  başlayaraq  daha  geniş  şəkildə  araşdırılaraq  artıq 
müasir  tibbə  doğru  addımlamağa  başlandı.Bu  tabloda  Doktor  Tulp  bir  qrup  insana,  insan  
anatomiyası  haqda  geniş  məlumat  verir.  Bu  tabloda  gördüyümüz  obrazların  hər  biri  önəmli 
insanlardır,  çünki  geyimləri  səliqəli,  ütülənmiş  və  o  dövr  qraf,  zadəgan  ailələrinə  mənsub 
olduqlarının sübutudur. Yəni hansısa mötəbər ailələrdən gələn şəxslər təsvir olunur.(9)  
 
Rəssam  bu  tabloda  Doktor  Tulpu  daha  qabarıq  təsvir  edərək,  işığı  ən  çox  cəsədin  və  onun 
üzərinə  salmışdır. Digər obrazlara gəldikdə isə onların sadəcə üzlərinə, yaxalıqlarına işıq düşür və 
kənarlara  çıxdıqca  işıq  itir.  Tablonun  kənarları  kölgədə  get  gedə  yox  olur.  Əsərdə  Tulpun  əlində 
olan  dərslik  də  anatomiyaya  olan  marağı  əks  etdirir.(1)A  Ətrafdakılar  cərrahTulpu    çox  diqqətlə 
dinləyirlər.  Tabloda  asılaraq  öldürülən  bir  günahkarın  cəsədi  tədqiq  edilir.  Rəssam  cəsədin 
anatomik ölçülərini dəqiqliklə tamaşaçıya çatdıra bilir. 
Barokko  dövrü  portretlərində  artıq  əvvəlki  dövr  qanunlarından  kənara  çıxaraq  əsərə  bir 
hekayə  formasında  təsvir  edilirdi.  Əvvəllər  portretlər  sənədli  material  əhəmiyyəti  kəsb  edirdi  və 
donuq  təsvir  olunurdu.  Lakin  barokko  dövrü  rəssamları  bu  qanundan  çıxırdılar.  Həkim  cəsədin 
əzələ sistemini izah edərkən, digər əli ilə də bir insanın qolunun, əlinin necə hərəkətə gələ bildiyini, 
sol  əlindəki  jest  ilə  göstərir.(3)  Əsərdə  heç  kimin  üzü  gizli  qalmır,  hər  kəs  biri  birinin  arxasından 
aydın şəkildə  görünür.  Əsərdə rəssamın  əl  izləridə özünü biruzə verir.  Bunu da zamanla quruyub 
çatlamış boyaların, kətanın üzərində diqqətlə baxdıqda görmək olur.(8)   Əsərdə maraqlı bir məqa-
ma toxunaq. Obrazlar, fiqurlar ümumi şəkildə qıraqdan baxıldığında azacıq sola əyilmiş assimetrik 
bir piramidanı xatırladır. Tulp isə aralıda yalnız qalmış kimi görünür. Cəsəd adi insanın ölçüsündə 
işlənib və sanki bizim olduğumuz yerdə durubmuş kimi insanda təsəvvür yaradır. Bizim alışdığımız 
bir mövzu olmaya bilər, lakin o dövr Avropada ən çox cansız insan bədəni təsvir olunurdu. Eynilə 
“Gecə gözətçiləri” əsərində olduğu kimi, bu əsərdə də diqqət mərkəzə yönəlir.(2) Bu əsər gerçəkliyi 
əks etdirən tablolardan birisidir. Rembrant van Reyn bu əsəri işləyərkən 25 yaşında idi. Bir çoxları 
o  dövrlərdə  hələ  rəssamlığı  yeni-yeni  öyrənərkən  Rembrant  artıq  dəqiq  və  gerçəkçi  əsərlərin 
müəllifi idi. Portret janrında işləyən ən böyük rəssamlardan biri idi. 
Rəssam  1645-ci  ildə  “Pəncərədəki  qız”  adlı  portret  janrında  olan  əsərini  işləyir.(3)  Digər 
portretlərdə olduğu kimi, əsər insanı özünə çəkir. Gözlərini uzaq bir nöqtəyə tikən əynində isə gecə 
libasına oxşayan naməlum geyimli bir qız uşağı təsvir olunub. Əslində onun yaşını da təyin etmək 
çox  çətindir.  Qız  ecazkar  görünür.  Daha  diqqətli  və  dərindən  baxsaq  onun  ağıllı  və  gözəl  zəka 
sahibi olduğunu görmək olur. Paltarının hansı biçimdə olduğunu təsəvvür etmək də çətindir.(4) O, 
bir  xidmətçidirmi,  ya  sadəcə  gecə  geyimindədirmi,  gülümsəyirmi,  ya  baxışları  donuqdurmu, 
gözlərini  harayasa  zilləyirmi  -  deyə  tamaşaçını  düşündürür.  Ya  Renessans  dövrü  tablosu  olan 
“Cokonda” gülüşüdürmü? (8) 
Əsərdə pəncərə olmadığı halda adı “Pəncərədəki qız”dır.  Yanağının qırmızımtıl rəngi onun 
soyuqdanmı  qızardığını,  ya  da  bu  rəngin  onun  original  rəngininmi  olduğuna  dair  bizə  məlumat 
vermir  və  fikirləri  qarışdırır.(4)  Ətrafdakı  mənzərə  solmuş  təsəvvür  olunub  və  bu  da  soyuq  bir 
mövsümün olduğunu göstərir. Demək qızın yanaqları soyuqdan donaraq qızarmışdır.(4)     


- 151 - 
Tabloya diqqətli baxsaq görərik ki, əslində qızın üzündəki qırışlarda, yanağının  incə yerləri 
də,  dərisinin  yumuşaqlığı  da  hiss  olunur.  Pəncərə  olmasa  da  bir  parçaya  söykənərək  boylanır.  Bu 
tablo  divarda  o  qədər  gerçək  görünür  ki,  insanlar  onun  həqiqi  həyatda  da  haradansa  boylandığını 
düşünürdülər. Buna görə də bu tabloya “Pəncərədəki qız” adı verilə bilərdi. 
Rəssamın  digər  əsərləri  də  gerçək  və  təbii  təsvir  olunur,  və  hər  bir  tabloda  ayrı-ayrı 
hekayələrdən danışılır.(3) 
 
ƏDƏBİYYAT 
 
1. Nəcəfov H. Rəssamlıqdan söhbət. B. 1974. 
2.  Каптерева  Т.  Рембрандт  Харменс  ван  Рейн.  Европейское  искусство.  Энциклопедия. 
Моссква, 2006. 
3. Истомина Н. Рембрандт.  Моссква, 2015 
4. Геташвили Н. Атлас мировой жиописи, 2006 
8. https://www.youtube.com/watch?v=RHMX8eDG_pQ 
9. http://www.dailymotion.com/video/xvv974 
 
ABSTRACT 
Akay Mammadova 
THE ROLE OF  PORTRAIT GENRE IN THE REMBRANDT  
VAN REIN'S  WORKS 
 
The article refers to a Dutch artist, draftsman anf printmaker, annovative and prolific master 
in three media, he is generally considered one of art and the most important in Dutch. Golden age, 
the article olso analyzes the famous works of the artist :  “ Danae  ”, “Match Watch”, ” Anatomy 
lesson of dr. Tulp “, “ Tovit and Anna”, “Artist in his workshoop”, “ Abdction of Europe” etc.                
Rembrandt  managed  to  bring  in  his  works  the  whole  ipectrum  of  human  experiencs  with 
such  emotional  richness,  which  before  him  didn't  know  the  fine  art.  The  works  artist  extremely 
different genre belonging. Having archived youthful success as a portrait painter, Rembrandt' s later 
years were market by personal tragedy and financial hartships. 
 
РЕЗЮМЕ 
Акай Мамедова 
РОЛЬ ПОРТРЕТНОГО ЖАНРА В ТВОРЧЕСТВЕ РЕМБРАНДТА 
 
В  статье  говорится  о  голландском  художнике,  рисовальщике  и  гравёре,  великом 
мастере  светотени,  крупнейшем  представителе  золотого  века  голландской  живописи 
Рембрандте ван Рейне. 
В статье также проанализированы знаменитые работы художника: «Даная», «Ночной 
дозор», «Урок анатомии доктора Тюльпа» «Товит и Анна», «Художник в своей мастерской», 
«Похищение Европы» и т.д. 
Рембрандт  сумел  воплотить  в  своих  произведениях  весь  спектр  человеческих 
переживаний  с  такой  эмоциональной  насыщенностью,  которой  до  него  не  знало 
изобразительное  искусство.  Работы  художника  чрезвычайно  разнообразны  по  жанровой 
принадлежности.  Для  его  творчества  характерно  стремление  к  философскому  осмыслению 
жизни, честность к себе и людям, интерес к духовному миру человека. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə