Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə74/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   70   71   72   73   74   75   76   77   ...   91

- 154 - 
manuallıdır,  ikinci  hərəkət  edən  pultun  5  manualı  var  ki,  bu  da  məsafədən  bu  böyük  aləti  idarə 
etməyə imkan yaradır. Ən uzun borusunun uzunluğu 64 fut (18 metrə yaxın) ölçüsündədir. Ağac bu 
borunun yükünə tab gətirmədiyi üçün belə uzun ölçülü borular dəmir-betondan düzəldilmişdir. Bu 
orqan çox az hallarda istifadə olunur. 
Yunameyker  orqanı  –  hal-hazırda  istifadə  olunan  bu  orqanın  6  manualı,  461  registri  və 
30067  borusu  vardır.  Bu    orqan  Los-Ancelesdə  qurularaq  1904-cü  ildən  gücünün  artması  üçün 
dəfələrlə  yenidən  qurulmuşdur.  Hal-hazırda  bu  alət  Filadelfiyada  “Macy’s”  ticarət  mərkəzinin 
böyük zalındadır. 
Passauda  müqəddəs  Stefan  kafedral  baş  kilsəsində  Alman  firması  “Stenmayer  co”(1993) 
Avropanın  ən  böyük  orqanını  inşa  etdi.  5  manualı,  229  registri,  17774  borusu  olan  bu  orqan 
böyüklüyünə görə dünyada ön sıradadır.  
Kalininqrad  şəhərində  kafedral  kilsədə  (4  manual,  90  registr,  5,  6  minə  yaxın  boru) 
yerləşdirilən orqan Rusiyada ən böyük orqandır.  
Orqan üçün əsərlər yazan məşhur bəstəkarlar: 
İohan Sebastyan Bax 
İohannes Brams 
Anton Brukner 
Andrea Qabriyeli 
Yeorq Fridrix Hendel 
Marsel Dyupre 
Antonio de Kabeson 
Ferenç List 
Feliks Mendelson-Bartoldi 
Volfanq Amadey Motsart 
İohan Paxelbel 
Henri Pörsel 
İohan Adam Reynken 
Kamil Sen-Sans 
Qabriyel Fore  
Cirolamo Fresqobaldi 
Domeniko Çipoli 
Mikalayus Konstantinas Çyurlyonis 
Oleq Yancenko   və başqaları... 
Azərbaycanda orqan XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı və Yelendorfda (indiki 
Göy-göl) lyuteran (lyuter tərəfindən təsis edilmiş xristianlığın bir qolu olan protestant məzhəbi) və 
katolik (xristian dininin başqa bir qolu) kilsələrində orqan musiqi aləti quraşdırılmışdır.  
Neft  sənayesinin  inkişafı  ilə  əlaqədar  olaraq  Azərbaycan  ərazisində  xarici  kompaniyalar 
fəaliyyət  göstərirdi.  Bakıya  Avropalıların  böyük  insan  axını  təbii  ki,  bu  şəhərin  mədəni  həyatında 
özünü  göstərməyə  bilməzdi.  Yuxarıda  adı  çəkilən  kilsələrdə  orqan  konsert  aləti  kimi  istifadə 
olunurdu. 1910-cu ildə Alman orqançısı, Leypsiq ali misiqi məktəbinin məzunu E.Qorşaqen konsert 
vermək üçün Bakıya dəvət olundu. Lyuteran kilsəsində  (kirxada) “Valker” firmasına məxsus olan 
orqanla  verilən  konsert  Azərbaycanın  musiqi  həyatında  əhəmiyyətli  dərəcədə  canlanma  yaratdı. 
Bununla yanaşı E.Qorşaqen Bakıda orqan, fortepiano və nəzəriyyə dərsləri verməyə başladı, ancaq 
o, Bakıda milli professional məktəbini yaratmadı.  
Sovetləşmə və məlum Stalinizm qararları ilə lyuteran kilsəsi (kirxa) və bir çox dini məbədlər 
öz  fəaliyyətini  dayandırdı,  bir  çoxları  isə  dağıdıldı.  Ancaq  böyük  Vətən  müharibəsindən  az  əvvəl 
Kirxanın binası salamat qalmışdı. 
1939-cu  ildı  dahi  Azərbaycan  bəstəkarı  Ü.Hacıbəyovun  təşəbbüsü  ilə  orqan 
konservatoriyanın binasına gətirildi. Ü.Hacıbəyov orqan musiqisinə çox böyük əhəmiyyət verirdi və 
o zamanlar tez-tez kirxada E.Qorşaqenin ifasında keçirilən konsertlərdə iştirak edirdi. 
Paytaxtımızda  cəmi  iki  orqan  var  –  biri  Alman  kirxasında,  digəri  isə  Azərbaycan  Dövlət 
Musiqi Akademiyasındadır.  


- 155 - 
Azərbaycanda orqan mədəniyyətinin formaləşması haqlı olaraq ilk Azərbaycan orqan ifaçısı, 
professor,  Respublikanın  əməkdar  incəsənət  xadimi  Z.Cəfərovanın  adı  ilə  əlaqələndirilir.  Məşhur 
orqançılar  İ.Braudo  (San  Peterburq)  və  L.Royzmandan  (Moskva)  dərs  almış  Z.Cəfərovanın 
təşəbbüsü ilə 1961-ci ildə Azərbaycan Milli Konservatoriyasında orqan sinfi açıldı. Həmin il kiçik 
sinif  orqanı  və  1964-cü  ildə  isə  Konservatoriyanın  böyük  zalında  böyük  konsert  orqanının 
quraşdırılması  ilə  orqan  musiqisi  çoxsahəli  musiqi  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  kimi 
Azərbaycanın musiqi həyatına daxil oldu.  
Müxtəlif ölkələri (Fransa, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Norveç, Finlandiya, ABŞ və s.) 
təmsil  edən  çoxsaylı  orqançılar  Bakıda  qastrol  səfərində  olub  konsert  proqramı  ilə  çıxışlar 
etmələrilə orqan musiqisinə və ifaçılığına marağı daha da artırdılar.  
Sinifdə təhsil alan azərbaycanlı orqançılar, sonralar yaranan orqan və klavesin kafedrasının 
özəyini təşkil etdilər. Bu kafedra 1993-cü ildə professor Tahirə Yaqubovanın təşəbüssü ilə Bülbül 
adına  ixtisaslaşdırılmış  musiqi  məktəbində  və  Bakı  Musiqi  Akademiyasının  bazasında  olan 
studiyada həm xüsusi, həm də fakültativ fənn kimi müstəqil orqan və klavesin sinfinin açılışından 
sonra yarandı. 1995-ci ildə orqan və klavesin təlim kursu xüsusi status alır və müstəqil kafedra kimi 
fəaliyyət göstərməyə başlayır.  
Azərbaycanda  ilk  dəfə  bəstəkar  Q.Qarayev  “İnsan  məskən  salır”  kinofilmində  və 
F.Qarayevlə birlikdə “Qoyya” kinofilmində orqan musiqisindən istifadə etmişdir.  
Arif  Mirzəyevin  “Yanvar  passionları”  (20  yanvar  şəhidlərinin  xatirəsinə),  “Üzeyir 
Hacıbəyli”  ikinci  orqan  simfoniyası,  “Dahi  prezidentdə  xatirə  duaları”,  “Siciliana-  Dambleyin 
uşaqlarına  laylay”  poeması,  “Sarabanda”  (Şahzadə  Diananın  xatirəsinə),  “Nyu  York  Passionları” 
(Nyu  Yorkda  2001-ci  il,  11  sentyabr  qurbanlarının  xatirəsinə),  bəstəkarın  məşhur  əsərləridir. 
Azərbaycanın  və  Rusiyanın  görkəmli  bəstəkarı  və  orqan  ifaçısı  A.Mirzəyev    “İohan  Sebastyan 
Baxın varisləri” beynəlxalq mükafatına layiq görülmüşdür. 
-Qərbi Avropa mətbuatında Arif Mirzəyevi Şərqin Baxı adlandırırdılar; 
-Aqşin Əlizadə - “Muğam sədaları”, “Qoca xanəndə” orqan pyesi; 
-Cəlal Abbasov – Qara Qarayevin xatirəsinə “Postlyudiya”; 
-Eldar Mansurov – orqan üçün “Muğam dəstgahı”; 
-Elnarə  Dadaşova  -  “Süsən  sünbül”xalq  mahnısının  4  variasiyaları,  orqan  üçün  “variasiyalar” 
(1998), “Segah üstündə”, orqan üçün “fantaziya” (1998), “Xocalı laylası” (1999), “Etiraz” pyesi (2000); 
- Firəngiz Əlizadə - orqan üçün “Fantaziya”; 
- Fərhəng Hüseynov - “Mərasimlər”; 
- İlyas Mirzəyev - “Sonata”; 
 -Nazim Əliverdibəyov – “Bayatı Şiraz”, “İçərişəhər lövhələri”; 
 -Nazim Mirişli - “İki  ofortu”; 
 -Rəhilə Həsənəva - “Qəsidə” simfoniyası, “Səhra” fantaziyası; 
- Rüfət Ramazanov - orqan və xanəndə üçün “And” (1999), “Avtoportret” poeması (1998); 
 -Sevda İbrahimova - poema “İthaf”; 
 -Sərdar Fərəcov - N.Gəncəvinin xatirəsinə “Qəsidə”; 
 -Vasif Adıgözəlov - “Muğam sonata”; 
 -Zakir Bağırov  - orqan üçün” improvizasiya və fuqa “(1973);   
    Azərbaycan  bəstəkarlarının  orqan  üçün  yazdıqları  əsərlərdir.  Orqan  musiqisi  dünya 
musiqi mədəniyyətində hələ də öz layiqli yerini tutmaqdadır. 
 
ƏDƏBİYYAT 
 
1. Алексеев  А.Д. История фортепианного искуства, москва  “музыка” 1988   
2. Azərbaycan sovet ensiklopediyası VII c. Bakı, 1983 
3. Якубова Таира “король  инструментов” Баку, 2005 
4. https/ru vikipedia. orq. Орган (музыкальный  инструменть) 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə