Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə70/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

- 146 - 
Hüseynqulu Əliyev gördüklərini və müşahidə etdiklərini öz təxəyyülünün süzgəcindən keçirərək, öz 
fırçası ilə kətan üzərində təsvir edirdi. 
1982-ci  ildə  İncəsənət  İnstitutunu  fərqlənmə  diplomu  ilə  bitirən  H.Əliyev  İnstitutda  qalıb 
işləmək və aspiranturada təhsilini davam etdirmək təklifini alsa da, o doğma Naxçıvana qayıdır. Bir 
müddət burada işlədikdən sonra 1988-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili 
Dram  Teatrında  baş  rəssam  kimi  yaradıcılıq  fəaliyyətini  davam  etdirir.  Bu  illərdə  onun  əsərləri 
qonşu İran İslam və Türkiyə respublikalarında nümayiş etdirilir. 
Rəssam  heykəltaraş  H.Əliyev  geniş  yaradıcılıq  diapozonuna  malikdir.  O,  heykəltaraşlığın 
monumental  abidə,  portret,  büst,  baralyef,  rəssamlıqda  məişət  portret,  mənzərə,  natürmort  janrlarında 
monumental rəngkarlıq, illüstrasiya və teatr rəssamlığı sahəsində geniş fəaliyyət göstərir. 
Realist  təsvir  metoduna  əsaslanan  Hüseynqulu  Əliyev  yaradıcılığında  rənglərin  təzadına 
şərtilik  və  dekorativlik  əlamətinə  üstünlük  verir.  O,  heykəltəraşlığın  və  rəngkarlığın  müxtəlif 
janrlarında uğurlu axtarışlar aparır, xalqımızın tarixi  keçmişini  müasir həyatını  əks etdirən əsərlər 
yaradır  və  muxtar  respublikamızın  muzey  ekspozisiyalarında  uğurlar  nümayiş  etdirərək, 
tamaşaçıların rəğbətini qazanır. 
Naxçıvan  Tarix  Muzeyində  nümayiş  etdirilən  yağlı  boya  ilə  işlənmiş  “İmamzadə 
kompleksi”,  “Möminə  Xatun  məqbərəsi”,  “Yusif  İbn  Küseyr  məqbərəsi”,  “Kırna  məscidi”, 
“Gülüstan  məqbərəsi”,  “Xaraba  Gilan  qapısı”,  “Əlincəçay-Xanağa  kompleksi”,  “Yezidabad 
məqbərəsi”,  Hüseyn  Cavidin  ev  muzeyində  nümayiş  etdirilən  “Köhnə  Naxçıvan”  tablolarında 
rəssam  Naxçıvanın  tarixi  yerləri,  maddi  və  mənəvi  mədəniyyət  inciləri  ilə  görüşdən  doğan  poetik 
təəssüratlarını,  gördüyünü-duyduğunu,  qəlbini  titrədən  məqamla  bağlı  düşüncələrini  kətana 
köçürüb. Bu tablolar rəssamın zəngin folklor motivlərindən, etnoqrafik elementlərdən  yaradıcılıqla 
istifadə etməsindən, improvizasiya qabiliyyətindən xəbər verir. 
Rəssam-heykəltəraşın  çoxsaylı  əsərləri  Naxçıvan  Ədəbiyyat  Muzeyində    nümayiş  etdirilir. 
Onun  yağlı  boya  ilə  işlənmiş  “C.Məmmədquluzadə  və  oğlu  Midhəd”,  “C.Məmmədquluzadə”, 
“C.Məmmədquluzadə  və  oğlu  Ənvər  Məmmədquluzadə  ailə  üzvləri  ilə”,  ”Salman  Mümtaz”, 
“Əhməd Cavad”, “Əzim Əzimzadə”, “Y.V.Çəmənzəminli” əsərləri yaradıcılıq axtarışlarının gözəl 
bəhrəsi  kimi  diqqəti  cəlb  edir.  Bu  portretlərdə  rəssam  obrazların  daxili  aləmini  göstərmək  üçün 
təsvir  etdiyi  şəxsiyyətləri  səciyyələndirən  bir  sıra  cəhətləri  xüsusi  ilə  vurğulamışdır.Bu  əsərlərdə 
obrazların psixoloji  dərinliyi, sadəliyi, zahiri  cizgilərin  daxili  aləmin  güclü şərhi  ilə üzvü  bağlılığı 
aydın  hiss  olunur.  Muzeydə  nümayiş  etdirilən  professorlardan  Abbas  Zamanovun,  Əziz  Şərifin, 
M.C.Cəfərovun, şairlərdən M.Arazın, X.Rzanın qrafiq üslubda işlənmiş portretləri və “Şair Almaz 
İldırımın  dünyası”  qrafiq  illüstrasiyasında  məlum  olur  ki,  rəssam  bu  janrın  mürəkkəb  texniki 
tələblərinə, cizgi qanunauyğunluqlarına dərindən bələd olmuşdur. 
Muzey  ekspozisiyasında  onun  müxtəlif  formalı  heykəltəraşlıq  nümunələri  də  özünəməxsus 
yer  tutur.  C.Məmmədquluzadənin  “Quzu”,  “Saqqallı  uşaq”,  “Konsulun  arvadı”,  “Qurbanəli  bəy” 
hekayələri mövzusunda işlənmiş baralyef illüstrasiyaları onun yumoristik qəhrəmanlar yaratmaq və 
orijinal  tapıntılara  meyil  etmək  xarakterini  aşkar  edir.  Onun  C.Məmmədquluzadənin  gipsdən 
hazırlanmış  bararalyefi,  C.Məmmədquluzadənin  “Ölülər”  əsərinə  illüstrasiya,  “Ölülər”  əsərində 
İskəndər surəti, “Molla Nəsrəddin” kimi əsərləri uğurlu heykəltəraşlıq nümunələridir. 
Heykəltaraş olaraq monumental, dəzgah (bust-portretlər, bararelyef-pannolar), monumental-
dekorativ heykəltaraşlıq (kiçik ölçülü plastika) növlərinə müraciət  edərək dəyərli sənət nümunələri 
ərsəyə gətirib. 
H.Əliyevin heykəltəraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın bir neçə 
rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır. 
Naxçıvanın  Koroğlu  meydanındakı  “Koroğlu”  heykəli  dinamik  kompozisiyası  ilə  maraq 
doğurur.  Tuncdan  tökülmüş  monumental  abidə  xalq  qəhrəmanının  əzəmətini  nümayiş  etdirir. 
Sənətkar Koroğlunu şahə qalxan Qıratın üstündə, döyüş zamanı, qələbə anında təsvir edib. 
Şəhidlər xiyabanındakı “Ana abidəsi” professional işləmə tərzi ilə diqqəti cəlb  edir. Əsərdə 
şəhid  övladının  məzarını  ziyarətə  gəlmiş  ana  təsvir  olunub.  Onun  üzündəki  dərin  hüznü,  kədəri 
intibah  dövrünün  məşhur  heykəltəraş  və  rəssamı  Mikelancelo  Buonarottinin  “Pyeta”  əsərindəki 


- 147 - 
Məryəm  ana  obrazının  psixoloji  durumu  ilə  müqayisə    etmək  olar.  Heykələ  baxarkən  tamaşaçının 
gözü qarşısında şəhid analarının  ümumiləşdirilmiş obrazı canlanır. 
Sənətkar  həmçinin  monumental – dekorativ heykəllərlə (“ Fərhad  süd arxı çəkərkən, “Bulaq 
başında qızlar” ) yanaşı, bir çox bust –portretlər, barelyef, dekorativ  barelyef – pannolar, qorelyeflərin, 
Molla Nəsrəddinlə  bağlı  hekayələrdən götürülmüş  süjetli dekorativ heykəllərin  müəllifidir. 
Rəssamlıqda  üstünlük  verdiyi  janrlar  portret,  mənzərə,  natürmort,  tematik  tablolar,  süjetli 
kompozisiyalardır. Bir çox rəssamların yaradıcılığında müəyyən rəngə aludəlik  hiss olunur və onun 
palitrası həmin rənglə müəyyən olunur. Hüseynqulu müəllimin əlvan  palitiralı əsərlərində belə bir 
xüsusi  aludəlik  sezilməsə  də,  özü  ağ  rəngi  daha  çox    sevdiyini  etiraf  edir.  Rəssamın  fikrincə,  ağ 
rəng işıq, əbədilik, xoş ovqat təmizlik, sülh rəmzi və bütün rənglərin açarıdır. 
Çox  vaxt  rəssamların  yaradıcılığında  sevimli  motiv  olur  ki,  buda  əsərlərin    ideyasını  açmağa 
kömək edir. H.Əliyev əsərlərində sevimli element at və  almadır. Rəssam atı murad, insanın sadiq dostu, 
məğrurluq rəmzi kimi, almanı isə sərvət  və məhsuldarlıq simvolu kimi əsərlərində istifadə edib. 
Rəssamın  mənzərə  janrında  çəkdiyi  əsərlərindən  “Mənim  Naxçıvanım”  triptixi,  “İlanlı  dağ”, 
“Meşə”, və başqaları realistliyi ilə tamaşaçını heyran edir”. “İlanlı dağ” ideya  baxımından rəssamın dərin 
məna aşılayan əsərlərindən biridir. Yağlı boya texnikasında  realist üslubda işlənmiş əsərin koloriti parlaq 
rənglərdən  ibarətdir.  İnsan  və  onun    məişətinin  ön  planda  verilməsinə  baxmayaraq,  kompozisiyanın 
mərkəzində  dağ    durur.Burada  resssam  əbədi  olan  ilə  müvəqqəti  olanı  qarşı-qarşıya  qoyaraq  maraqlı 
kontrast yaradıb. Əsərin ideyasına görə əbədi və dəyişilməz qalan təbiət və onun  komponetləridir. 
Rəssamın  portret  janrında  maraqlı  əsərləri  var.Böyük  ədib  Hüseyn  Cavidin  portretinin 
koloriti  obrazın  əhval-ruhiyyəsinə  uyğun  seçilib.  Əsərdə  Cavidin  çatılmış    qaşları,  üzünün  ifadəsi, 
stolun  söykənəcəyinə  qoyulmuş  əlin  gərgin  vəziyyəti  dövrün  ictimai-siyasi  ədalətsizliyindən 
yaranan daxili narahatlığını ifadə edir. 
Hüseynqulu  Əliyevin  rəngkarlıq  əsərləri  içərisində  onun  müxtəlif  mövzularda  işlədiyi 
natürmortları  da  diqqəti  cəlb  edir.  Rəssam  öz  əsərləri  ilə  bu  janrın  imkanlarının  genişliyini  sübut 
etmişdir.  O,  müasir  ruhlu  natürmortlarında  real  gördüklərini  xəyalında  canlandırdığı  duyğularla 
tamamlayaraq,  cansız  əşyalarla  tamaşaçılar  arasında  emosional  əlaqə  yaratmağa  nail  olmuşdur. 
Onun  yaradıcılığında  yurdun  şöhrətini  işıqlı  əməlləri  ilə  yaşadan  şəxsiyyətlərin  obrazları  da  geniş 
yer  tutur.Azərbaycan  Elmi-Tədqiqat  Oftalmalogiya  İnstitutunun  rəhbəri,  oftalmalogiyanın  müasir 
problemlərinə  aid  bir  sıra  elmi  məqalələrin  müəllifi,  dünya  şöhrətli  alim  Paşa  Musayevin 
kompozisiyalı baralyefində müəllif obrazın daxili aləmini, xarakterik xüsusiyyətlərini, zənginliyini 
mənalı çalarlarla zənginləşdirib. 
Azərbaycan  rəngkarlığında  realist  rəssamlığın  banisi  Bəhruz  Kəngərlinin  Naxçıvan 
şəhərindəki  qəbirüstü  abidəsində  də  heykəltaraşın  tamaşaçıya  dediyi  fikir  sadə  və  yığcamdır.  O, 
xarakterik cizgilərlə rəssamın surətini yarada bilmişdir. 
Dünya  şöhrətli  dövlət  və  siyasi  xadim,  ümummilli  liderimiz  Heydər  Əliyevin  nurlu  siması 
rəssam-heykəltəraşın  yaradıcılığından  qırmızı  xətt  kimi  gəlib  keçir.  O,  istər  rəssamlıq  əsərlərində, 
istərsə  də  müxtəlif  materiallardan  hazırladığı  baralyef  və  büstlərdə  təkcə  portret  oxşarlığına  nail 
olmamış,  eyni  zamanda  Ulu  Öndərin  mənəvi  aləmini  də  verə  bilmişdir.  1988-ci  ildə  Naxçıvan 
şəhərində ucaldılmış Koroğlunun monumental abidəsi isə şübhəsiz ki onun ən uğurlu işlərindəndir. 
Koroğlu  misri  qılınc  əlində  şahə  qalxmış  əfsanəvi  qır  atın  belində  dəli  nərəsi  ilə  sanki  Çənlibelin 
qoç igidlərini yağı düşmən üzərinə hücuma səsləyir. 
Sənətkar  həmçinin  ”Həyat”,  “Bağda”  və  s.  tematik  tabloların,  “Yasəmənlər”,  “Heykəllə  
natürmort”,  “Dolça  və  almalar”  və  s.  natürmortların  müəllifidir.  H.Əliyev  teatr-dekor  rəssamı, 
geyim  eskizləri  tərtibatçısı  kimi  də  fəaliyyət  göstərir.  1989-cu  ildən  Naxçıvan  Dövlət  Musiqili 
Dram Teatrının baş rəssamıdır.Teatrda “Xeyir və Şər”, “Arşın mal alan”, “Afət”, “Hacı Qara”,  
“ Özümüz bilərik” və bir çox başqa tamaşalara səhnə tərtibatı  verib(6). 
1988-ci  ildə Naxçıvan  Muxtar  Respublikası əməkdar  incəsənət  xadimi,  1999-cu  ildə 
Azərbaycan  Respublikasının  əməkdar  rəssamı,  2002-ci  ildə  Azərbaycan  Respublikasının  xalq 
rəssamı fəxri adlarına layiq görülmüşdür. 
Hüseynqulu  Əliyev  yaradıcılıqla  yanaşı,  pedaqoji  fəaliyyətlə  də  məşğul  olur.Naxçıvan  Dövlət 
Universiteti  “Təsviri  incəsənət”  kafedrasının  müdiri,  dosent  və  müəllimdir.  O,  gələcək  rəssamlara  bu 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə