Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

- 156 - 
ABSTRACT 
Vidadi Haydarov 
KING OF INSTRUMENTS 
 
Organ as a musical instrument plays major role in the development of world music culture. 
The  organ  as  a  first  instrument  with  a  keyboard  gave  a  great  boost  to  the  development  of 
polyphonic music and many composers who were able to benefit from this tool were able to create 
geniuses. Organ music keeps its valuable place today.  
 
РЕЗЮМЕ 
Видади  Гейдаров 
КOРОЛЬ  ИНСТРУМЕНТОВ 
 
Рассматривается  роль  музыкального  инструмента  орган  в  развитии  мирoвой 
музыкальной культуру. Будучи первым клавишным музыкальным инструментом, орган  дал 
сильный  толчок  развитию  полифонической  музыки  и  многие  композиторы,  воспользуясь 
возможностями 
этого 
инструмента 
смогли 
создать 
гениальные 
произведения. 
Обосновывается  мысль  что  органная  музыка  и  сегодня  сохраняет  свое  ценноe  значениe  и 
место.  
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


- 157 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ŞƏBNƏM ŞİRİNOVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:785 
SİMLİ ALƏTLƏRİN YARANMASI VƏ ORKESTRDƏ ROLU 
 
Açar sözlər: orkestr, musiqi, skripka, alt, violonçel, kontrabas 
Key word: orchestra, music, violin, viola, violoncello, contrabass 
Ключевые слово: оркестр, музыка, алт, скрипка, виолончель, контрабас  
Müasir simfonik orkestrdə və opera musiqisində aşağıdakı simli  alətlər qrupundan istifadə 
olunur,  skripka,  alt,  violonçel  və  kontrabas.  Hansı  ki,  bu  alətlər  uzun  təkmilləşmədən  sonra 
meydana  gəlmişlər.  Simli  alətlər  qrupunun  yaranma  tarixi  hələ  dəqiqliklə  öyrənilməyib.  Belə 
ehtimal var ki, bu alətlərin vətəni Şərq olmuşdur.   
Orkestr  alətləri  içərisində  ən  mühüm  yeri  simli  alətlər  tutur.  Simli  alətlər  qrupu  bütün 
orkestrin  səslənməsi  üçün  əsas  bünövrədir.  Bu  alətlərdə  çalanlar  orkestrin  ön  sırasında, 
tamaşaçıların gözü qarşısında, bilavasitə dirijorun qabağında yerləşirlər. Dirijorun sol tərəfində 1-ci 
skripkalar,  sağ  tərəfində  2-ci  skripkalar,  ortada  violonçellər,  bunların  sağında  altlar,  solunda 
kontrabaslar yerləşir. Simli çalğı alətlər qrupu beş səsdən ibarətdir. Buna görə də simli qrupuna çox 
vaxt kvintet (beşlik) də deyilir. Simli çalğı alətlərinin hamısı formaca bir-birinə bənzəyirsə də, bir 
boyda olmur. Bu alətlər səsin tembrinə (xüsusiyyətinə) görə də bir-birinə oxşayır: onların çıxardığı 
bütün  səslər  bir-birinə  yaxşı  uyuşur  və  bəzən  bütün  simli  alətlər  qrupu  böyük  bir  çalğı  aləti  kimi 
səslənir. Simli alətlər iki üsulla-kamanla və  ya barmaqla (bəzən mizrabla) səsləndirilir və müvafiq 
olaraq  kamanlı  və  mizrablı  qruplara  bölünürlər.  Kamanlı-simli  musiqi  alətləri  ailəsinin  ən  parlaq 
təmsilçisi skripkadır. Skripka növlü alətlər ailəsinə alt, violonçel və kontrabas daxildir.  
Skripka- italyanca-violina, fransızca-viola, almanca-violini adlanır. Simli alətlərin ən kiçiyi 
skripkadır.  Simli  musiqi  alətləri-simlərin  səsləndirilməsi  üsullarına  görə  növlərə  bölünür.  Skripka 
XVI  əsrdə  meydana  gəlmiş,  XVII  əsrdə  geniş  yayılmışdır  (https://az.wikpedia.org/wiki/skripka). 
Alətin gövdəsi taxtadan, simləri metaldan hazırlanır. Simçoku isə taxtadan, trosdan və at tükündən 
ibarətdir.  Skripka  simçok  vasitəsilə  çalınır.  Bundan  başqa  bu  alətlər  simçoksuz,  barmaq  vasitəsilə 
də çalınır. Skripkanın 4 simi var: 
I-mi 
II-lya 
III-re 
IV-sol 
Bu kvinta quruluşuna əsaslanır.  
Mi simi-cingiltili 
Lya simi-yumşaq, zərif 
Re simi-gərgin 
Sol simi-qalın gərgindir. 
Skripka  üçün  not  skripka  açarında  yazılır.  Skripkada  çalmaq  üçün  əsasən  4  barmaqdan 
istifadə  olunur.  Skripkada  barmaqlar  simlər  üzərində  yuxarı-aşağı  hərəkət  etməklə  çalınır. 
Skripkada  əsər  ifasında  7  pozisiyadan  istufadə  olunur.  Pozisiya  sol  əl  barmaqlarının  qrif  üzərində 
dayanmasına deyilir. 8-ci pozisiyada məşhur skripka çalanlar əsərlər ifa edir. (1-ci simdə).  
Skripka    haqlı  olaraq  “çalğı  alətlərinin  padşahı”  adlanır.  Skripkanın  səsi  bütün  çalğı 
alətlərinin  səsinə  nisbətən  insan  səsinə  daha  yaxındır.  Bu  gözəl  çalğı  alətinin  ürəyəyatan  xoş  səsi 
insanın  ən  incə  və  səmimi  duyğularına  təsir  göstərir.  Skripkanın  səsi  ifadəli,  zərif,  melodikdir. 
Skripka  dolğun  və  axıcı  səslənən  alətdir.  Hərəkətinin  itiliyinə  və  səlisliyinə  görə  ən  çətin  əsərləri 


- 158 - 
skripkada  çalmaq  olar.  İnstrumental  ansamblların  və  orkestrlərin  əsas  tərkib  hissəsi  və  solo  aləti 
kimi yayılmışdır. Orkestr üçün yazılmış əsərlərdə skripka çox vaxt solo partiyalarını ifa edir.       
Onu  da  qeyd  edək  ki,  alətin  ümumi  konstruksiyasının  və  bədii  tərtibatının 
təkmilləşdirilməsində,  onun  ifa  imkanlarının  genişlənməsində    məşhur  İtaliya  ustaları  Andrea 
Amati, Cüzeppe Qvarneri və Antonio Stradivari mühüm rol oynamışlar. Tarixin ən məşhur skripka 
ustası  Antonio  Stradivari  olmuşdur.  Onun  skripkaları  hələ  də  ən  məşhur  skripkalardır  və  onların 
qiyməti milyonlarla ölçülür.  Antonio Stradivarinin və onun ailəsi tərəfindən hazırlanmış skripka və 
mikro  skripkalar  dünyanın  ən  məşhur  müzeylərində  saxlanılır.  Stradivarinin  düzəltdiyi 
skripkalardan  biri  1990-cı  ildə  auksiyonda  902.000  dollora  satılmışdır.  Bu,  tarix  boyu  musiqi 
alətinin  satıldığı  ən  böyük  məbləğdir.  Bu,  məşhur  ustalardan  biri  də  Maqinini  ailəsidir.  Bundan 
başqa  dünyada  hal-hazırda  məşhur  olan  “Amati”  firması  vaxtı  ilə  dünyada  məşhur  olan  skripka 
ustası Amatinin şərəfinə qoyulmuşdur.           
Skripka ifaçılığının dahi nümayəndələrindən biri də İtaliyada yaşamış Nikkolo Paqaninidir. 
Bir dəfə Paqanininin düşmənləri konsert ərəfəsində onun skripkasının simlərini zədələyir. Nəticədə 
çıxış  zamanı  alətin  üç  simi  qırılır.  Lakin  buna  baxmayaraq  Paqanini  salamat  qalmış  bircə  simlə 
konsert proqramını həmişəki kimi qüsursuz ifa etmiş, hətta dinləyicilər bu hadisədən heç xəbər də 
tutmamışlar.                             
 Alt  –  italyanca-viola,  fransızca-alt  deməkdir.  Alt  skripkadan  azca  iri  olub,  skripkaya 
nisbətən  bəm  səs  çıxarır.  Altı  da  skripka  kimi  ifaçı  çiynində  yerləşdirir.  Altın  səsi  skripkanın  səsi 
qədər zil olmayıb, bir qədər qalın çıxır. Alt 
öz  səsinə  görə  skripka  ilə  violonçel 
arasında  orta  yer  tutaraq,  kvintetin  zil  və 
bəm  səsləri  arasındakı  boşluğu  doldurur. 
Alt  alt  açarında  yazılır.  Dörd  simdən 
ibarətdir.  
I-sim lya 
II-sim re 
III-sim sol 
IV-sim do 
Bu 4 sim kvinta üzərində köklənir. Altda çalma üsulları və ştrixləri skripkada olduğu kimi 
eyndir.  Hər  iki  alətdə  natura  səsdən  başqa  eyni  səs  yaratmaq  olur.  Buna  da  flojeletto  deyilir.  Alta 
solo aləti kimi az rast gəlinir. Alt simli kvartetin vacib üzvüdür, kamera ansambllarında və simfonik 
orkestrdə  istifadə  olunur.  Partiturada  alt  partiyası  skripkanın  partiyasından  aşağıda  yazılır.  Yuri 
Başmet  (Rusiya)  dünyanın  ən  parlaq  alt  ifaçılarındandır.  Alt,  violonçel  və  kontrabas  zahirən 
skripkadan  o  qədər  də  fəqlənmir.  Sadəcə  olaraq  ölçüləri  daha  iri,  simləri  daha  uzun  və  bunun 
nəticəsi kimi səsləri daha bəm olur.                         
Violonçel  –  italyanca-
rello,  fransızca-violonçello  adla-
nır.    Violonçel  simli  alətlərin  bir 
növüdür.  Skripka  şəkilli  alətlər 
ailəsinin  böyük  ölçüyə  malik  bir 
üzvüdür.  Skripkadan  sonra  ən 
məşhur  və  ən  çox  sevilən  simli 
çalğı  aləti  violonçeldir.  Violon-
çelin  də  səsi  skripkanın  səsi  qədər  lətif  və  qüvvətlidir,  lakin  bu  səs  öz  tembrinə  görə  skripkanın 
səsindən  fərqlənir.  Bu  alətin  atası  viola  da  Gamba  adı  verilən  7  ədəd  teli  olan  pərdəli  bir  alətdir. 
XVI  əsrdə  ilk  nümunələri  Fransada  ortaya  çıxan  bu  çalğının  şəkli  qadın  bədənini  xatırladır 
(https://az.wikpedia.org/wiki/violonçel). Violonçel aləti dizlər arasında saxlanılır və xüsusi “mil”in 
üstündə  döşəməyə  qoyulur.  Violonçel  simçokla  çalınan  simli  musiqi  alətidir.  Başlanğıcda  5  teli 
olarq  tərtib  edilən  bu  alət  əvvəllər  orkestrdə  bas  səsləri  dəstəkləmək  üçün  istifadə  edilirdi.  Tək 
başına  diqqətə  çarpan  bir  çalğı  aləti  olaraq  ortaya  çıxması  isə  XVIII  əsrdə  olmuşdur 
(https://az.wikipedia.org/wiki/violonçel).  Violonçel  dolğun,  qalın  səsə  malik  alətdir.  4  simdən 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə