Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə60/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   56   57   58   59   60   61   62   63   ...   91

- 126 - 
edirmiş.  Bu  daşların  qalib  döyüşçünün  qəbri  üstündə  düzülməsi  ayinindən  sonra,  həmin  daşların 
sahibləri,  yəni  məğlub  edilmiş  düşmənlər,  axirət  dünyasında  dünyasında  əbədi  olaraq  heykəlin 
sahibinə–qalib  döyüşçüyə  qul  kimi  xidmət  etməli  imişlər.  Belə  bir  dini  ayin  daha  sonrakı  dövrdə, 
VII-IX əsrlərdə şərqi türklərin yaşadığı Mərkəzi Asiyada geniş miqyasda yayılmışdı. 
İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə Mingəçevirdə aparılan 
qazıntı  işləri  zamanı  bir  dini  məbədin  qalıqları  arasında  abidəni  xüsusi  qeyd    etməliyik. 
Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə maraqlıdır, çünki 
onun  üzərində  olan  ornamental  kompozisiyaya  sonralar  el  sənətimizin  bir  çox  növlərində  rast 
gəlirik. 
Qədim  dövrlərdən  ata  xüsusi  mülkiyyət  rəmzi  kimi  baxılır  və  həm  bu  dünyada,  həm  də 
axirət  dünyasında  özlərinin  sadiq  xidmətçisi  hesab  edilirdi.  Bunun  nəticəsidir  ki,  ilk  orta  əsrlərdə 
qəbir daşlarında at fiqurlarına rast gəlinir. “Göründüyü kimi Şərqi türk tayfaları VII əsrdə atları da 
meyidlərlə bir qəbirdə basdırırdılar ki, öz sahiblərinin axirət dünyasına aparsınlar. Oğuz türkləri isə 
X  əsrin  əvvəllərində  ölüləri  “cənnətə”  aparsın  deyə  düzəltmə  at  fiqurlarını  qəbirin  üstündə 
yerləşdirirdilər” [7, 105]. 
Bundan  əlavə  daş  oyma  işlərində  qabartma  səpkisindən  yonulmuş  yan  üz  tərəfində  dik 
uzanan bir bitki ətrafında simmetrik səpkidə qurulmuş iki tovuz quşu fiquru təsvirinə də rast gəlinir. 
Tovuz  quşlarının  hər  ikisinin  boyunlarından  elə  bil  havada  yellənən  uzun  baftalar  asılmışdır.  Bu 
detala xüsusi fikir vermək lazımdır, çünki  alimlərin fikrincə ilk orta  əsrlərdə bu baftalar simvolik 
məna  kəsb  edərək,  onun  daşıyan  quş  və  heyvanın  müqəddəs  olduğunu  bildirirdi.  Tovuz  quşunun 
keçmişdə  müqəddəs  sayılması,  onun  od  və  günəş  ilahəsinin  rəmzi  olması  haqqında  çox  maraqlı 
məlumatlar  vardır.  Hələ  VII-VIII  əsrlərdə  Mərkəzi  Asiyada  yaşayan  türk  xaqanlarının  qəbulunda 
olmuş  əcnəbi  səyyahlar  onların  bu  quşu  müqəddəs  sayaraq    ona  sitayiş  etdiklərini  bildirmişlər. 
Böyük  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  bu  mövzuda  fikri  də  maraqlıdır.  “Nizami 
“İsgəndərnamə”  poemasında  Nüşabənin  Bərdədəki  sarayını  təsvir    edərkən  bir  neçə  dəfə  ipək 
parçalar  üzərində  salınmış  tovuz  quşları  rəsmlərindən  danışaraq  onların  türk  xalqları  arasında 
müqəddəs sayıldığını bildirir. Təsvir etdiyimiz abidədəki tovuz quşları arasında uzanan bitki də bu 
nöqteyi-nəzərdən diqqəti cəlb edir” [4].                 
Araşdırmalar  göstərir  ki,  insanlar  uzaq  keçmişdə  kainatın  varlığını  təmsil  edən    “su,  od, 
torpaq və  hava”,  kimi  dörd təbii ünsürün məhsulu  olan bitkiyə  sitayiş  etmişlər. Zaman dəyişdikcə 
bu,  hər  dövrün  öz  indeoloji  və  estetik  xüsusiyyətlərinə  uyğun  olaraq  müxtəlif  forma  və  şəkillərdə 
olmuşdur.  Məlum  olduğu  kimi  keçmiş  zamanlarda  “Müqəddəs  ağacı”  palıd,  zeytun,  əncir,  sərv 
ağacı, bəzən isə hətta adi çiçək və ya yarpaq da təmsil etmişdir.  
Bitki  müqəddəs  xarakter  daşıdığı  üçün  dekorativ-tətbiqi  sənət  növləri  üzərindəki 
kompozisiyalarda həmişə diqqət mərkəzində olduğu. Bitki ətrafında simmetrik şəkildə verilən quş, 
heyvan, insan fiqurları isə adətə görə müxtəlif cinslərdən (erkək, dişi) olmalı idi. 
Bundan başqa günəş təsviri də daş üzərində təsvir olunmuş ornamentlərdə  geniş  yer tutur. 
“Lənkəran  ilə  Lerik  arasında  Babugil  adlı  köhnə  qəbiristanlıqdakı  qəbirlərin  üstündəki  daşlarda 
çevrə içərisində  günəşin təsviri qazılmışdır” [6, 58].  
XI-XIII yüzilliklərdə Azərbaycanda  daş üzərində oyma sənəti dekorativ-tətbiqi sənətin geniş 
yayılmış sahələrindən idi. Azərbaycanda daş üzərini bəzəmək, onlarda kəsmə, oyma, cızma üsulu 
ilə  naxışlar açıb,  insan, heyvan və  başqa təsvirləri həkk etmək bu dövrdə  dekorativ-tətbiqi  sənətin 
geniş sahələri kimi diqqəti cəlb  edir. Bu əsrlərdə daş bəzəkləinə əsasən memarlıq abidələrində və 
məzar  daşlarında  təsadüf  olunur.  Həmin  daş  bəzəklərinin  bədii  xüsusiyyətlərinə  diqqət  yetirsək, 
onların həndəsi, nəbati, insan, heyvan, hətta süjet xarakterli mövzularla icra edildiyini görərik. Onu 
da  qeyd  etmək  lazımdır  ki,  oyma  işlərinin  tərtibatında  müxtəlif  yazılardan,  onların  bədii 
xüsusiyyətlərindən və dövrlərindən asılı olaraq istifadə edilirdi. Əgər XI-XII yüzillikdə biz həndəsi 
və stilzə edilmiş nəbati ornametlərlə  bəzədilmiş oyma işlərində   bu bəzəklərə bənzər kufi  yazılara 
rast  gəliriksə,  XIII  və  sonrakı  yüzilliklərdə  real  səpkidə  oyulmuş  nəbati  ornamentlər  arasında  gül-
çiçək rəsmini andıran bədii nəstəlik xəttini görürük. 
Həndəsi  bəzək ünsürləri tətbiq edilmiş  ən ilkin orijinal  abidə Bakıda,  İçərişəhərdə  yerləşən 
Sınıqqala minarəsidir. 1078-ci il tarixli bu minarənin üçmərtəbəli stalaktitlər vasitəsilə saxlanılan bu 


- 127 - 
artırma  dördkünc  daşlarla  hörülmüş,  üzəri  isə  müxtəlif  növlü  həndəsi  naxışlarla  oyulmuşdur.  Üç, 
beş, altıkünclü fiqurlar, səkkizguşəli ulduz bu oyma ornament motivlərinin əsas mahiyyətini təşkil 
edir. Bu abidənin oyma bəzəklərinin maraqlı cəhəti bir də ondan ibarətdir ki, burada onu inşa edən 
memarın adı –“Əbubəkr oğlu Məhəmməd” yazılmışdır. 
"Daş  üzərində  həkk  edilmiş  həndəsi  bəzəklərə  sonralar,  yəni  XIII  yüzilliyin  memarlıq 
abidələrində  də  təsadüf  edilir”  [3,  65].  Belə  ki,  memarlıq  abidələrindən  ilk  sırada  Gülüstan 
türbəsinin adını çəkə bilərik. Sənətkar bu onikisəthli abidədə böyük ustalıqla ardıcıl təkrar olunan 
üç həndəsi ornamentli orjinal kompazisiya yaratmışdır. Burada tətbiq olunan həndəsi ornamentlərin 
əsasını çoxuclu ulduz və ondan gedən şualar təşkil edir. Bu abidə beş, altı, səkkiz uclu ulduzlara, 
altı  və  səkkizbucaqlı  quruluşlara  təsadüf  edirik.  Bu  həndəsi  oymalar  öz  bədii  xüsusiyyət  və 
məzmununa görə kərpicdən tikilmiş Naxçıvandakı Möminə xatun türbəsinin bəzəklərini yada salır. 
Bu əsrlərdə yaradılmış daş üzərində oyma işlərinin ən böyük və maraqlı səhifəsini nəbati ornament 
və  canlıları  təsvir  edən  rəsmlər təşkil  edir.  Belə  oyma işləri sırasına,  ilk növbədə,  Bakıda,  Bayıl tərəfdə 
dənizdən tapılmış, elm aləmində “Bayıl daşları“ adını almış qabartmaları daxil etmək lazımdır (şək.2). 
 
                                  
 
                                              Şəkil. 2. Bakı.“Bayıl daşları“ 
“1939-cu  ildə  Xəzər  dənizinin  səviyyəsinin  yenidən  aşağı  düşməsi  nəticəsində  “Bayıl 
daşları” quruya çıxmış və əsl mənada öyrənilməsi mümkün olmuşdur. “Bayıl daşları”nın ən maraqlı 
hissəsi  su  altından  çıxarılmış  daşlardır.  Arxeloqlarımız  tərəfindən  son  30  il  ərzində  Xəzərdən 
çıxarılmış  700-dən  çox  bu  bədii  daş  hissələri  vaxtıilə  quruda  yerləşən  möhtəşəm  bir  memarlıq 
abidəsinin bəzəkləri olmuşdur. Tapıntılar içərisində memarın adını və binanın inşa tarixini göstərən 
daşlar da vardır” (5, 45). 
 
Dərin oyma üsulu ilə bəzədilmiş “Bayıl daşları”nın maraqlı cəhəti ondan ibarətdir ki, burada 
yazılarla birlikdə canlılar təsvir edilmiş çoxlu rəsmlər də vardır. Bu qabartmalarda həkk edilən insan 
və heyvan fiqurlarını yalnız bədii xarakter daşımayıb, eyni zamanda həkk edilmiş hərflərin bir detalı 
olaraq praktiki mahiyyət daşımışdır. Doğrudan da, əgər biz bu qabartmalara diqqətlə nəzər yetirsək, 
real  səpkidə  işlənmiş  pələng,  dəvə,  at,  öküz,  quş  və  insan  başı  təsvirlərinin  kitabənin  mətni  ilə  nə 
qədər  bağlı  olduğunu  görərik.  Kitabələrin  yazıları  arasında  oturaq,  ayaq  üstə,  qaçan  vəziyyətdə 
verilmiş  bu  təsvirlər  onun  ayrılmaz  bir  hissəsini  təşkil  edir.  Kitabələr  arasında  rast  gəlinən  insan 
portretləri öz individual xüsusiyyətlərinə görə daha çox diqqəti cəlb edir. 
“Bayıl  daşları”  üzərində  çalışan  alimlərimiz  son  illərdə  burada  anfas  şəklində  12-ə  qədər 
insan  başı  təsvirli  qabartmalar  aşkar  etmişdir.  Onların  fikrincə,  bu  təsvirlər  o  dövrlərdə  tanınmış 
şəxslərin portretləri olmuşdur. Portret təsvirli qabartmaların birinin üzərində Şirvanşah Fəriburzun 
adının,  gürcü  tipinə  bənzər  başqa  bir  portretdə  isə  gürcü  sözünün  oxunması  yuxarıdakı  fikrin  nə 
qədər inandırıcı olduğunu göstərir. 
Təsvirli  qabartmalar  arasında  gürcülərə  aid  kitabənin  olması  heç  də  əbəs  deyildir.  Məlum 
olduğuna görə o vaxtlar gürcülərlə Şirvanşahlar arasında qohumluq olmuşdur. Qadın obrazını təsvir 
edən portret o zaman bəlkə də Şirvanşahların zövcəsi Tamaranı təsvir edirmiş. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə