Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə59/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

- 124 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
HƏBİBƏ ALLAHVERDİYEVA 
GÜLBANI ƏLİYEVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:7.04 
AZƏRBAYCANDA VII -XIII ƏSRLƏRDƏ DAŞ  
ÜZƏRİNDƏ OYMA SƏNƏTİ 
 
Açar sözlər: daş üzərində oyma sənəti, qaya təsvirləri, daş abidələr 
Key words : carveing on the stoneart, rock drowing, rocck monuments 
Kлючевые слова: резьба по камню, наскальные рисунки, каменные памятники 
Azərbaycan mədəniyyəti qədim və  zəngin  tarixə malikdir. Fizuli bölgəsi  yaxınlığındakı ilk 
insan  məskəni  sayılan  Azıx  mağarası,  Naxçıvandakı  Gəmiqaya,  Kültəpə,  Qazaxdakı  Baba-Dərviş 
abidələri,  Bakı  şəhəri  yaxınlığındakı  Qobustan  qaya  təsvirləri  və  s.  Azərbaycanın  ərazisində  yurd 
salmış  insanların  hələ  uzaq  keçmişlərdə  coşqun  həyat  və  yaradıcılıq  prosesini  özündə  əks  etdirir. 
Azərbaycan  incəsənətinin  bir  sahəsi  olan  dekorativ-tətbiqi  sənətin  kökləri  qədimdir.  Dekorativ-
tətbiqi  sənətin  bir  sahəsi  olan  daş  oyma  sənəti  öz  qədim  tarixi  ilə  xalqımızın  qədim  ən-ənələrini 
özündə  əks  etdirməklə  bu  günümüzə  qədər  gəlib  çıxmışdır.  Yuxarıda  adlarını  çəkdiyimiz  bu 
yerlərdə  rast  gəlinən  qaya  təsvirləri,  ən  əsası  Gəmiqaya,  Qobustan  qayalarında  rast  gəlinən  qədim 
təsvirlər  oyma  sənətinin  ilkin  nümunələri  kimi  dəyərləndirmək  olar.  “Gəmiqaya  özünün  adı, 
ecazgar gözəlliyi, uzaq qərinələrdən bəri, minillər boyu haqqında söylənilən mifləri, yalçın qayalı 
yamaclarında qoruyub saxladığı zəngin tarixi abidələri, “yazılı” daş salnamələri ilə bizi Azərbaycan 
xalqının milli mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır ” [2]. 
İlk  orta  əsrlərdə  əsasən  qala  divarları  və  şəhər  ətrafında  yerləşən  sənətkarlıq 
emalatxanalarında  metal,  gil,  şüşə,  yun  və  s.  materiallardan  müxtəlif  sənətkarlıq  məhsulu  istehsal 
edilirdi.  Müxtəlif  sənətkarlıq  sahələrinin  şəhərlərdə  mərkəzləşməsi  və  istehsal  olunan  məmulatın 
ticarəti ölkənin iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyətə malik idi. Bu əsrlərdə daş üzərində 
bəzəkləri əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi.  
VII  əsrin  əvvəllərində  yaradılmış  daş  bəzəkləri  arasında  biz  yerli  ənənələrlə  bağlı  nəbati 
naxışlara, X-XI  əsrlərdə və sonralar,  yəni islam dininin əhali arasında dərin köklər saldığı vaxtlar 
isə həndəsi naxışlara daha çox rast gəlinir. “Ərəb xilafətinin işğalı dövründə də (VII əsrin ortaları) 
Azərbaycan mədəniyyətinin  inkişafı islam  dininin təsiri  ilə  deyil,  müxtəlif xalqların iqtisadi-siyasi 
və mədəni quruluşunun bir-biri ilə böyük miqyasda yaxınlaşması ilə izah olunur” [1, 5]. 
İlkin  orta  yüzilliklərdə  Azərbaycanda  müxtəlif  formalarda  hazırlanmış  və  bəzədilmiş  daş 
abidələrə  rast  gəlinir  (şək.1).  Onlar  qabarıq  relyeflər,  həcmli  (dairəvi)  heykəllər  səpkisində 
olmuşdur.  
Qarabağda, Mil, Muğan düzlərində köhnə qəbiristanlıq və dağ, təpə üzərində rast gəlinən bu 
plastik  sənət  nümunələri  azəri  xalqının  adət-ənənə,  dini-əqidə  və  estetik  zövqü  haqqında  məlumat 
verən qiymətli amillərdəndir.  
Bu günədək məlum olan azəri plastik sənəti nümunələri içərisində tarix etibarilə ən qədimini 
insan fiqurları təşkil edir. Qazax, Ağdam, Bərdə, Şamaxı və Astara şəhərləri ətrafında tapılmış bu 
monumental sənət nümunələri dünya alimləri arasında maraq oyatmışdır.  
Tovuz şəhərindən bir xeyli aralı Qəribli kəndi yaxınlığından çox da böyük olmayan heykəl 
tapılmışdır.  Ağ  qum  daşdan  yonulmuş  bu  heykəl  baş,  bədən  və  ayaqları  ilə  birlikdə  83  sm-dir. 
Fiqurun ağzı, çənəsi, gözləri, qulaqları və burnu çox simmetrik şəkildə yonulmuş, başına isə 28 sm 
hündürlükdə konusvari papaq qoyulmuşdur. 


- 125 - 
Bu  baxımdan  Şamaxının  Xınıslı  və  Dağkolanı  kəndi  yaxınlığında  tapılmış  kişi  heykəlləri 
xüsusilə  diqqəti  cəlb  edir.  Bunların  ən  böyüyünün  hündürlüyü  2,  26  m,  ən  kiçiyi  isə  1,  35  m 
ucalığındadır. 
Şamaxının  Dağkolanı  yaxınlığında  Allahəkbər  deyilən  yerdən  tapılmış  heykəl  daha 
maraqlıdır.  Bu  heykəlin  ümumi    hündürlüyü  1,  35m,  kürəklərinin  eni  60  sm-dir.  Fiqurun  bir  az 
böyük ölçülü başı, ümumiyyətlə, yaxşı yonulmuşdur. Heykəlin üzü monqol tipini xatırladır. Sol əli 
ürəyini, sağ əli isə qarnının üstündədir. Bədənində geyim olduğunu bildirın xətlər vardır. Kürəyinin 
yuxarı  hissəsindən  başa  tərəf  uzanan  dalğavari  xətlər,  təsvir  olunan  şəxsin  uzun  saç  saxladığını 
göstərir. Heykəlin dairəvi yonulmuş altlığı da var. Arxeloqlar tərəfindən ilk orta əsrlərə aid edilən 
bu  daş  fiqurda  yuxarıda  qeyd  etdiyimiz  abidə  kimi  mərkəzi  Asiya  və  cənubi  rus  çöllərində  rast 
gəlinən heykəltəraşlıq əsərlərini xatırladır.  
 
                                         
                      
 
                        Şəkil. 1. Daş heykəl. Astana. Hamusam kəndi. 
İnsan  fiqurunu  təsvir  edən  heykəllər  içərisində  1971-ci  ildə  Ağdamın  Boyəhmədli  kəndi 
yaxınlığında Gavur qala adlı yerdən tapılmış abidələr xüsusilə  maraqlıdırlar.  
Demək olar ki, insan fiqurları təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan  ərazisində 
tapılan  ən  orijinal  plastik  sənət  örnəklərindəndir.  Çox  sxematik,  proporsiyalarda  xeyli  kənar  bir 
tərzdə  yonulub  düzəldilməsinə  baxmayaraq,  bu  plastik  sənət  nümunələri  öz  əzəmətli  görünüşü  ilə 
insana güclü təsir bağışlayır. Xüsusilə fiqurun göylərə baxan gözü, döşünün üstündə qatlanıb yuxarı 
asılmış əlləri çox orjinal təsvir edilmişdir. 
Bu  heykəllərin  ən  böyüyünün  hündürlüyü  3  m-ə  yaxındır.  Bu  heykəllər  ilk  nəzərdə  üslub 
etibarilə Tovuz və Şamaxıda tapılmış  fiqurlardan fərqlənsələr də, onları  bir-birinə  bənzədən çoxlu 
şərtlər də vardır. Bunları onların statik duruşunda, əllərinin vəziyyətində, etnik tipində, uzun saçlı 
olmalarında və s. görmək olur. 
Azərbaycan  ərazisində  tapılmış  daş  insan  fiqurlarının  maraqlı  xüsusiyyətlərindən  biri  onların 
bəzəklərində yazı nümunələrinin aşkar edilməsidir. Məsələn, Bərdənin Şatırlı kəndi yaxınlığındakı insan 
fiqurlarında alimlərimiz  “Tanrı əfv etsin, ay atacan... ”, “Kaqan Şakır” və s. sözləri oxuya bilmişlər. 
VII  əsrin  tarixçisi  Musa  Kalankatuklu  “Ağvan  tarixi”  əsərində  Azərbaycan  ərazisində 
yaşayan  tayfaların  daşdan  heykəllər  yonub  ona  sitayiş  etdiyini,  onların  şərəfinə  qurbanlar 
verdiklərini, bu tayfaların uzun saç saxlayıb mahir ox atan olduqlarını xüsusi qeyd edir. Şübhəsiz, 
VII  əsrin  axırlarından  başlayaraq,  Azərbaycanda  ərəb  istilası  ilə  əlaqədar  insan  fiqurlarının 
düzəldilməsi dayandırılır.  
Həmin  heykəlləri  bu  ərazidə  yaşamış  əcdadlarımızın  hərbi-quldarlıq  ideologiyası  əsasında 
yaradıldığını  zənn  etmək  olar.  Bu  ideologianın  başlıca  prinsipləri  köçəri  qəbilə  və  igidlərinin 
qəhrəmanlığını təbliğ etmək və əbədiləşdirməkdən ibarət olmuşdur. Belə heykəllər, çox güman ki, 
vuruşmalarda  qəhrəmanlıqla  həlak  olmuş  döyüşçülərin  və  eləcə  də  qəbilə  başçılarının  qəbirləri 
üstündə qoyularmış. Onların öldürdükləri düşmənlərin sayı qədər yonulmamış daşlar (bal-ballar) isə 
qəbrin  önündə  sıra  ilə  düzülərmiş.  Belə  daşların  hər  biri  döyüşdə  məğlub  edilmiş  düşməni  təmsil 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə