Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə62/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   58   59   60   61   62   63   64   65   ...   91

- 130 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
BƏSİRƏT ZEYNALOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:39 
XX-ƏSRİN BİRİNCİ YARISINDA TAXILÇILIQ TƏSƏRRÜFATINDA BİÇİM,  
DÖYÜM VƏ TAXILIN SAXLANMASI QAYDALARI 
 
Açar sözlər: Əkinçilik mədəniyyəti, taxılçılıq, biçim, döyüm, təsərrüfat, səpin 
Key Words: agricultural culture, grain farming, harvesting, milling, farmig sprouting 
Ключевые  слова:  землеведческая  культура,  зерноводство,  скашивание,  обмола-
чивание, хоэяйство, посев 
Naxçıvanın  istər  Babək  rayonunda,  istərsə  Şahbuz  rayonunda,  istərsə  də  digər  rayonlarda 
təsərrüfat məişətində taxıl biçimi və döyümü zəngin etnoqrafik xüsusiyyətlərə malik olmuşdur. 
Bu  baxımdan  XX  əsrin  əvvəlləri  taxıl  biçimində  istifadə  edeilən  əmək  alətləri,  eləcədə  biçim 
üsulları  daha  çox  diqqəti  cəlb  edir.  Taxıl  biçimində  istifadə  edilən  əmək  alətləri  haqqında 
danışarkən demək olar ki əsasən əl əməyinə əsaslanmaqla primitive xarakter daşıyırdı. 
Babək  və  Şahbuz  rayonlarında  taxıl  biçimində  istifadə  edeilən  əmək  alətləri  haqqında 
infarmator  Babək  rayonunun  Sirab  kənd  sakini  1948-ci  il  təvəllüdlü  Babayeva  Səadət,  Şahbuz 
rayonunun  Külüs  kənd  sakini  83  yaşlı  Qızxanım  arvadın  dediklərinə  görə,  əsasən  oraq,  mərəndi, 
taxta əlcək, dəryaz və başqalarından ibarət idi. 
Arxeoloji  və  etnoqrafik  tədqiqatlardan  aydın  olur  ki,  Naxçıvanda  taxıl  biçimində  istifadə 
edilən  əmək  alətləri,  eləcədə  biçim  üsulları  eradan  əvvəl  VI-I  minilliklərdə  Naxçıvan  ərazisində 
istifadə  etdikləri  əmək  alətlərindən  o  qədərdə  fərqləri  yoxdur.  Qeyd  etmək  olar  ki,  eradan  əvvəl 
birinci  minilliyə  qədər  Azərbaycanda  eləcədə,  Naxçıvanda  başlıca  olaraq  biçin  aləti  kimi  istifadə 
edilən quraşdırma oraqlar olmuşdur. 
XX  əsrin  əvvəllərində  isə  Naxçıvan  biçinçiləri  qismən  oraqla  o  cümlədən  xüsusən  dağlıq 
rayon olan Şahbuz rayonu ərazisində, düzən ərazidə isə əsasən Babək rayonu ərazisində mərəndidən 
biçməyə üstünlük verilirdi 
Azərbaycanın  etnoqrafik  bölgələri  arasında,  ancaq  Naxçıvan  bölgəsi  üçün  xarakterik  olan 
mərəndi  biçin  alətinin  sapı  ağacdan  düzəldilən  və  uzunluğu  dəyirmi  olmaqla  yetmiş  səksən 
santimetrə  bəzən  isə  bir  metrə  qədər  çatan  itiləşdirilmiş  tiyədən  ibarətdir.  Oraqdan  fərqli  olaraq 
mərəndinin  tiyəsi  uzun  olduğuna  görə  əkin  sahəsinin  taxılını  tez  biçmək  mümkün  olduğundan 
Babək rayonunda ondan daha çox istifadə olunurdu. 
Mərəndi ilə taxıl biçərkən biçinçi sol əlinə taxta əlcək geyinirdi. Bu əlcək vasitəsi ilə taxılı 
dəstələyib biçmək üçün sərfəli olurdu və həm də əlin kəsilməsindən qoruyurdu. 
İnfarmator Babək rayonunun Sirab kənd sakini 85 yaşlı Sona Qasımovanın məlumatına görə 
Naxçıvanda taxılın biçilmə vaxtı gələndə yaşlı və biçini yaxşı bilən bir adamdan məsləhət alınırdı, 
sonra  isə  biçin  günü  müəyyənləşdirilirdi.  Adətən  biçinə  həftənin  uğurlu  günü  hesab  olunan  cümə 
axşamı başlanılırdı. 
Biçim  başlanmazdan  əvvəl  dərz  bağlamaq  üçün  cavan  oğlanlardan  ibarət  bəndamcı  təyin 
olunurdu. Onlar isə bəndam əvvəlcədən yaş yəni hələ tam yetişməmiş buğda və ya arpa küləsindən 
hazırlayırdı, əgər yaş deyildisə su ilə isladıb eşirdilər. 
Bəndami  eşdikdən sonra biçinçilərin biçdikləri taxıl dəstələrini ( bu dəstələr bəzən də bafa 
da adlanırdı) bəndəmin arasına qoyub bağlayırdılar. Adətən 10 bafadan bir bağ bağlanırdı sonra isə 
hər  10  bağdan  bir  “pencə”  düzəldilirdi.  Həmin  pencələrdən  xüsusi  qayda  ilə  xırmana  daşınıncaya 
qədər sahədə tayalar düzəldirdilər. Tayalar elə qoyulurduki taxılın sünbülləri içəridə qalırdı ki, yağış 
xarab eləməsin  və  çöl  quşları, eləcə də külək ziyan vurmasın  deyə əkinçilər bir qayda olaraq  əkin 


- 131 - 
sahələrini  özləri  biçirdilər,  muzdla  tutulmuş  biçinçiyə  isə  əmək  haqqı  danışıq  əsasında  pencələrin 
sayına görə müəyyən edilirdi. 
Məhsuldarlıqdan  asılı  olaraq  bağlanmış  hər  20-25  bağdan  ikisi,  bəzən  isə  üçü  natura 
şəklində  zəhmət  haqqı  verilirdi.  Pencə  taylarını  xırmana  daşınmasında  dağlıq  ərazidən,  xüsusən 
Şahbuz rayonunda at və ulağa bir və  ya iki pencə yükləyib  gətirilirdi, düzənlik ərazidən isə (istər 
Babək, istərsə də Şahbuz rayonlarında) ustalar tərəfindən düzəldilmiş dörd təkərli araba vasitəsi ilə 
daşınırdı. 
Arabalara  at,  ulaq  və  ya  iki  öküz  dartı  qüvvəsi  kimi  qoşulurdu.  Hər  arabaya100-dən  çox 
“dərz”  yəni  bağ  yüklənirdi.  Dərzlər  əsasən  şana  ilə  qaldırılıb  arabaya  yüklənirdi.  Bağlar  arabaya 
yükləndikdən  sonra  bağlar  arabadan  yerə  tökülməsin  deyə  kəndirlə  sarıyıb  bərkidilirdi.  Xırmana 
göyüm  üçün  gətirilmiş  dərzlər,  yəni  taxıl  bağları  burada  dairəvi  qaydada  taylara  vurulurdu  və 
tədricən  döyülürdü.  Taxıl  əkinçiliyində  başlıca  əmək  proseslərindən  biri  də  taxıl  döyümü  hesab 
olunur. Çünki taxılı biçdikdən sonra “dən” əldə etmək üçün bu üsul əsas şərtdir. 
İnsanlar tərəfindən taxılı biçdikdən sonra taxılı döyüb dən əldə etməyin müxtəlif üsulları da 
mövcud  olmuşdur.  Belə  üsullardan  biri  hələ  qədim  zamanlardan  əllə  ovmaqla,  qılçıqdan 
çıxarılması, palaz üzərinə sərib ağac tokkacla (dəyənəklə) döyülməsi kimi primitiv döyüm üsul ilə 
həyata  keçirilirdi.  Bu  döyüm  üsulundan  sonralar  da  ailənin  həm  fərdi  tələbatının  ödənilməsində, 
həm də gələcəkdə səpin üçün toxum əldə etmək üçün tətbiq olunurdu. Naxçıvanda XX əsrin birinci 
yarısında ən çox yayılmış döyüm üsulu xırman döyüm üsulu olmuşdur. 
İnfarmator  Babək  rayonunun  Nehrəm  kənd  sakini  1932-ci  il  təvəllüdlü  Həsənov  Xaliqin 
verdiyi  məlumatdan  aydın  olur  ki,  Naxçıvan  bölgəsində  döyüm  üçün  əkinçilər  xırman  yerinin 
seçilməsinə böyük əhəmiyyət verirdilər. Çünki xırman yeri əsasən külək tutan və sel tutmayan yer 
əlverişli ərazi hesab edilirdi. Bundan əlavə xırman yerinin çevrəsi ən azı 80-120 metr arası olması 
tələb olunur ki, iş prosesi üçün əlverişli olsun. 
Xırman  yeri  düzəldilərkən  həmin  sahə  təmizlənir,  sulanır  və  üzərinə  narın  saman  səpib 
döyəşlənib  bərkidilir ki, taxıl torpağa qarışmasın. Bundan sonra, bəndamlar açılıb, sünbüllü  küləş 
xırmanda  dairəvi  şəkildə  sərilirdi.  Etnoqrafik  araşdırmalardan  aydın  olur  ki,  bu  üsula  el  arasında 
“heşan salma” da deyilir. 
Adətən bu üsul el ağsaqqalı və heşançı tərəfindən həyata keçirilirdi. 
Döyüm əsasən taxtadan düzəldilmiş gəm (buna Naxçıvan bölgəsində həm də “vəl” də deyilir), 
sonra döyüm üsulunu həm də “carcar” vasitəsilə (bunu rus carcarı da adlandırırdılar) həyata keçirilirdi. 
Bu üsulla dən küləşdən ayrılır. Döyüm zamanı istər “vəl”, istərsə də “carcarı” hərəkətə gətirmək üçün 
ya  atdan,  ya  da  ki,  qoşqu  aləti  kimi  iki  öküzdən  istifadə  olunurdu.  Öküzlər  “carcar”  və  “vəl”ə 
boyunduruq  vasitəsi  ilə  qoşulurdu.  “Carcar”  və  “vəl”i  idarə  edən  adam  əsasən  orta  yaşlı  olurdu,  onu 
(hodak) xödək adlandırırdılar. “”Carcar döyüm aləti Zaqafqaziyada yalnız Naxçıvan bölgəsində geniş 
yayılan  alət  olmuşdur.  Bu  döyüm  aləti  nisbətən  mürəkkəb  quruluşa  malik  olub,  iki  paralel  çərçivə 
taxtasından,  iki  ədəd  mayallaq  adlanan  oxdan  (topdan)  və  kürsü  adlanan  oturacaqdan  ibarət  olaraq 
hazırlanırdı.  Döyüm  prosesi  iki  ədəd  “dal  və  qabaq”  yerləşdirilmiş  mayallaq  vasitəsi  ilə  aparılırdı. 
Mayallaq  oduncağı  möhkəm  ağacdan,  əsasən  Naxçıvan  şəraitində  öz  möhkəmliyi  ilə  seçilən  qarağac 
ağacından usta dülgərlər tərəfindən düzəldilirdi. Mayallaq oduncağı girdə şəkildə yonulur, uclarındakı 
çıxıntılar  vasitəsi  ilə  çərçivə  taxtalarında  açılmış  yuvalara  (deşiklərə)  geydirilirdi.  Carcar 
mayallaqlarının  üstünə  adda-budda  pazşəkilli  dəmir  lövhələr  çalınırdı.  Öküz  və  ya  at-ulax  qoşulmuş 
carcarın üstündə qurulan kürsüdə oturan (hodaq) öküzləri sürür və taxılı döyürdü. 
Etnoqrafik  araşdırmalardan  aydın  olur  ki,  bu  döyüm  üsulu  Naxçıvan  bölgəsinin  bütün 
rayonlarında, o  cümlədən Babək və Şahbuz rayonlarında XX əsrin 50-ci  illərinin ortalarına qədər 
mövcud olmuşdur.  
Carcar  heşan  salınmış  küləşi  doğrayıb  kozar  edirdi,  amma  dəni  küləşdən  tam  ayıra 
bilmədiyindən heşançı carcarın arxasınca gəm (vəl) salırdı. Vəl isə dəni sünbüllü kozardan ayıra bilirdi.  
Döyüm  aləti  vəl  isə  yuxarıda  qeyd  olunduğu  kimi  (Naxçıvanda  bu  döyüm  alətinə  əsasən 
gəm  deyilirdi)  bir  və  ya  iki  qoşa  enli,  qalın  taxtadan  düzəldilən  və  çivlər  vasitəsi  ilə  bir-birinə 
birləşdirilən  döyüm  aləti  idi.  Taxtaların  altına  isə  xırdavari  dəmir  və  ya  daş  pərçim  olunurdu  ki, 
küləşi  əzə  bilsin.  Çəmdən  sonra  isə  əzilmiş  və  saman  halına  salınmış  heşandan  taxılı  ayırmaq 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə