Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə64/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

- 134 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ZENFİRA SEYİDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:069 
“KLASSİK AZƏRBAYCAN QADIN ŞAİRLƏRİ  
MUZEY EKSPOZİSİYASINDA” 
 
Açar sözlərKlassik, qadın, şair, ədəbiyyat, portret, eksponat, muzey 
Key Words: Classical, female, poet, literature, portrait, exhibit, museum 
 
Ключевые слова: Классический, женский, поэт, литература, портрет, выставка, музей 
Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah hisslər 
xəzinəsidir. Cüng və təzkirələri bəzəyərək dillərdə gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən 
qadın  şairlərinin  şerləri,  rübailəri,  qəzəlləri  xalqın  qəlbinə  yol  tapmış,  dildən-dilə,  nəsildən-nəslə 
keçərək, bu günə qədər gəlib çatmışdır. 
XII əsrdə Azərbaycanda başlamış İntibah poeziyasının ən istedadlı nümayəndələrindən olan 
Məhsəti  Gəncəvinin  klassik  Azərbaycan  ədəbiyyatının  yüksək  zirvələrində  duran  parlaq 
ulduzlarından biri sayılmışdır. 
Rübai janrının görkəmli sənətkarı kimi tanınan Məhsəti Gəncəvinin rübailərinin əksəriyyəti 
məhəbbətə həsr olunmuşdur. Onun sevda ilə çırpınan rübailərində sevən  bir qəlbin həyəcanlarını, 
saf və real bir eşqin ifadəsini görürük. 
Gəncənin  qiymətli incisi sayılan Məhsəti xanımın  vüqarla dayanan  boy-buxunu ilə insanı 
heyran edib nur saçan gözəl siması istedadlı rəssam  N.Əliyev tərəfindən incə zövqlə rəsmə alınmış, 
portreti ekspozisiya zalında vüqar və əzəməti ilə nəzər diqqəti cəlb edir. 
 
 
Məni kam almağa qoymadı zaman,  
 
 
Gücü çatan qədər eylədi divan. 
 
 
Deyəsən əhd etmiş dolandıqca hey,  
 
 
Məni də özüylə hərlətsin dövran. 
Ədəbi  fəaliyyətinin  ən  gözəl  dövrünü  Sultan  Səncər  sarayında  keçirən  Məhsətinin  bəzən 
Dəbir (Katib) kimi xatırlanması onun yüksək savada malik bir ziyalı olduğunu göstərir. (1-səh. 12). 
Xoşbəxtlikdən Məhsətinin irsi itib-batmamış, şeir həvəskarları onun rübailərini əzbərləmiş, 
haqqında  dastan  yazmış,  rəvayətlər  söyləmişlər.  “Əmir  Əhməd  və  Məhsəti”  adlı  dastan  şairənin 
həyatı, yaradıcılığı və şeirləri əsasında yaranmışdır. 
Qədim tarixə malik olan şahmat oyununa orta əsrlərdə Şərq ölkələrində qadınların da maraq 
göstərdiklərini bilirik. Bu müdrik oyunla Məhsəti xanım da maraqlanmışdır. 
Məhsəti xanım şahmat oyunu zamanı Əmir Əhməd qarşısında bədahətən dediyi: 
 
 
Müdam oynayırıq qəm şahmatını 
 
 
Birdən mat eyləsəm incimə hərgiz 
rübaisində Azərbaycan qadınının yüksək şahmat oynamaq bacarığı olduğunu sübut edir. 
Mənbələrdə  Məhsəti  xanım  həm  şair,  həm  musiqişünas,  həm  xanəndə,  həm  də  gözəl  arfa 
çaldığı göstərilir. 
Rəssam T.Əliyev və P.Nuriyevanın Məhsəti Gəncəvinin  rübailərinə çəkilmiş illüstrasiyalar 
və müxtəlif şeirləri ekspozisiyada nümayiş etdirilir. 
Klassik qadın sənətkarlarının qəlbinə xitab edə bilmək, onların kədər və sevinclərini, mənəvi 
aləmlərini  dərindən  duymaq,  hiss  etmək,  xalqa  çatdırmaq  ən  böyük  xoşbəxtlikdir.  Bu  cəhətdən 
Nigar Rəfibəylinin uğurlu  tərcümələri nəticəsində dillər əzbəri olan Məhsəti rübailəri Azərbaycan 
ədəbiyyatında mühüm rol oynamışdır. 


- 135 - 
1940-cı  ildə  ədəbiyyatşünas,  professor  Həmid  Araslının  redaktorluğu  ilə  ilk  dəfə  Azərnəşr 
tərəfindən Məhsətinin Azərbaycan dilində rübailəri nəşr edilmişdir. Müasir ədiblərimiz, şairlərimiz, 
alimlərimiz Məhsəti Gəncəviyə şeirlər, poemalar həsr etmiş, məqalələr yazmışlar. (2 səh.202) 
Məhsəti  surətini  ilk  dəfə  ədəbiyyatımıza  gətirənlər  arasında  ən  əvvəl  Məmməd  Səid 
Ordubadinin adını çəkməliyik. Nizaminin həyatı və dövrünə həsr edilmiş “Qılınc və qələm” romanı 
M.S.Ordubadi  yaradıcılığının  mühüm  pillələrindən  idi.  Əsərdə    Nizami  müasirlərindən  biri  kimi 
Məhsətiyə də müəyyən yer verilmişdir (2 səh 201). 
Şairə  Kəmalə  Ağayevanın  “Məhsəti”  mənzum  faciəsi  məşhur  klassikin  bədii  obrazının 
yaranması  yolunda  daha  bir  addıma  çevrildi.  Əsərdə  yeri  düşdükcə  “Məhsəti  və  Əmir  Əhməd” 
əlyazmasındakı  motivlərindən  də  istifadə  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu,  Məhsətiyə  həsr 
edilmiş ilk səhnə əsəridir. 
Kəmalə  Ağayevanın  “Məhsəti”-si  çox  keçmədən  səhnə  üzü  görür.  C.Məmmədquluzadə 
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ermənistan SSR Əməkdar incəsənət xadimi Baxış 
Qələndərovun  rejissorluğu  ilə  pyes  müvəffəqiyyətlə  nümayiş  etdirilir.  Məhsəti  surətini 
Azərbaycanın xalq artisti   Zəroş Həmzəyeva ifa edir. 
Hazırda  bir  çox  tədqiqatçılar  Məhsətiyə  “Xanımlar  xanımı”,  “Yüksək  zövqlü  şairə”, 
“Qocalmayan gözəl” deyərək, onu orta əsr qadın şairlərinin ən qüdrətli nümayəndəsi kimi təqdim 
edirlər. 
Ədəbiyyatşünas alim, tədqiqatçı Rəfael Hüseynov yazır:  
“Məhsətinin şeirlərini oxuduqca sezirsən ki, bu səs qadın səsidir. “Mən qadınam və mən də 
duymağa, sevməyə, nifrət etməyə, öz sözünü deməyə layiqəm və həm də qadirəm”. (2 səh.188) 
Şer dünyamızda Məhsəti Gəncəvi adlı bir gözəl xanım var – desək səhv etmərik. 
 
 
Məhsətiyəm, oldum gözəllərə tağ,  
 
 
Hüsnümü vəsf edir Xorasan, İraq  
deyən  şairənin  ömür  yoluna  nəzər  saldıqda  görürük  ki,  həqiqətən  də  Məhsəti  xanımlar 
xanımıdır. (7-səh 12) 
Ekspozisiya  zalında  R.Hüseynovun  “Məhsəti  necə  varsa”,  “Rübailər  aləmində”  Bakı  1989 
kitabı  və  müxtəlif  şeirlər  kitabı,  rübailərinə  çəkilmiş  illüstrasiyalar  və  Kəmalə  Ağayevanın 
“Məhsəti” tamaşasından fotolar özünəməxsus yer tuturlar. 
Klassik  Azərbaycan  ədəbiyyatının  nümayəndələrindən  biri  də  XVIII  əsrin  sonu  XIX  əsrin 
əvvəllərində yaşayıb-yaratmış şairə Heyran xanımdır. 
Azərbaycanda  məşhur  Dünbili  Kəngərli  tayfasından  olan  Heyran  xanım  XVIII  əsrin  90-cı 
illərində Naxçıvan şəhərində anadan olmuşdur. Gənc yaşından ailəsi ilə birlikdə İrana köçürülmüş 
Heyran  xanımın  el-obasından,  xüsusən  nişanlısından  ayrı  düşməsi  onu  həddindən  artıq 
kədərləndirmişdir.    Şeirlərində  vətən  həsrəti,  hicran  dərdi  mühüm  yer  tutduğundandır  ki,  vətəndə 
ölməyi  qürbətdə  yaşamaqdan  üstün  sayan  şairə  şeirlərinin  birində  “Ey  mənim  kimi  ürəyini 
məhəbbətə verənlər yarından və diyarından ayrı  düşənlər” deyə fəryad edir. 
Heyran xanım bir müddət Urmiyada və Xoyda yaşadıqdan sonra Təbrizə gəlir. Təbrizdə o, 
yaxın  adamlarından  birinə  ərə  getsə  də,  ailədə  fərəhli  bir  gün  görmədiyindən,  şeirlərinin  birində 
“Cavankən qoca oldum əfsus, öz ömrümdən dilgir oldum əfsus” deyə şikayətlənir. (4 səh 227) 
Heyran  xanımın  əsərlərində  dünyəvi  hiss  və  arzular  hər  şeydən  yüksək  tutulur.  O,  gözəl 
saydığı hər şeyi həyatda görür. Onun ilham mənbəyi gözəllik və həyatdır. 
Şeir  və  sənətin  gözəlliklərini  onun  nikbinliyində  görən  Heyran  xanım  bədbin  ruhlu 
şeirlərindən özü narazı qalaraq şövq ilə yazdığı şeirləri “inci danəsi”, “qiymətli  dürr” adlandırırdı. 
 
 
Əgər şeirim şikəst olsa, mənə etmə məlamət kim,  
 
 
Şikəstə söz bəyan etmək, şikəstə təbə qanundur.(3 səh 18) 
deyərək  qəzəllərinin  nikbin  və  bədbin  olmasının  səbəbini  özünün  əhval-ruhiyyəsi  ilə 
əlaqələndirir. 
Tədqiqatçı Qulam Məmmədli haqlı olaraq yazır: 
“Şairə istər şəxsi həyatında, istərsə də şeirlərində pak və yüksək bir məhəbbətin müğənnisi 
olaraq qalır”. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə